Məhkəmə qərarları › İş №2(102)-1033/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1033/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1033/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ümumi əmlakın açıq hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6613/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4615/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Ağazadə (Musayeva) Vəfa Şükür qızının Cavabdeh qarşı iddiası təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri Cavabdeh mülkiyyətində olan “KİA RİO” minik markalı, AC235394 qeydiyyat nişanlı avtomobilin (bundan sonra – mübahisəli avtomobil) 1/2 hissəsində X2, 1/2 hissəsində Cavabdeh payları müəyyən edilmişdir. Qətnamədən verilmiş şikayətlər təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə b irgə nikah dövründə əldə etdikləri və halhazırda cavabdehin mülkiyyətində olan mübahisəli avtomobilin naturada bölünməsi mümkün olmadığı üçün, həmin əmlakın qanunvericiliyə uyğun olaraq qiymətləndirilərək, açıq hərracda satılması və hərracdan əldə edilən satış pulunun aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli avtomobilə 1/2 (ikidə bir) hissədə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 220.2, 220.3, 220.4-cü maddələrini rəhbər tutaraq 1 iyul 2021-ci il tarixdə cavabdehə ona ayrılan payın pul məbləğində kompensasiya kimi ödənilməsinə dair ərizə ünvanlamışdır. Ərizədə idd iaçının həmin avtomobil üzərində, yəni naturada bölünməyən əmlakda öz payının alınması ilə bağlı, avtomobilin dəyərinin yarı qiymətinin, yəni 10.000 manat məbləğində pul kompensasiyasının ödənilməsi təklif edilmişdir. Lakin, cavabdeh onunla heç bir razılığa gəlməmiş, məhkəmə aktlarımı heçə sayaraq, naturada ayrılmayan əmlakda olan 1/2 hissə payının ona pul kompensasiyası kimi ödənilməsindən imtina etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh avtomobilin açıq hərracda satılmasına və satış qiymətinin tərəflər arasında yarı bölünməsinə razı olduğunu bildirmişdir.

5. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş müstəqil qiymətləndirici “X3 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 004-020/2022 nömrəli rəyi ilə mübahisəli avtomobilin hazırda bazar dəyərinin 9500 manat olduğu müəyyən edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-550/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmiş, mübahisəli avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq, yəni ½ hissəsinin iddiaçıya, ½ hissəsinin cavabdehə verilməsi, avtomobilin ilkin satış qiymətinin 9500 manat müəyyən edilməsi və ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan əmlakın naturada bölünməsi mümkün deyildir. İddiaçı cavabdehə kompensasiyanın ödənilməsini təklif etsə də, cavabdeh buna razı olmamışdır. Əmlakın açıq hərracdan satılaraq bölünməsind ən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli avtomobilin paylı mülkiyyətçilər arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 220.3. və 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4 və 21 8.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. Birinci instansiya məhkəməsinin 26 iyul 2022-ci il tarixli əlavə qətnaməsi ilə iş üzrə rəy verilməsi üçün tələb olunan məbləğ bərabər şəkildə olmaqla tərəflərə aid edilmiş və bununla bağlı cavabdehdən tərəfindən ödənilmiş 400 manat pulun yarısı olan 200 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin və əlavə qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini, qiymətləndirilmə üçün ödənilmiş 400 manatın iddiaçıya aid edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil cavabdehə hədiyyə edilmişdir. Məhkəmə tərəfindən artıq hüqu qi qiymət verilmiş və qiymətləndirilmiş avtomobilin yenidən qiymətləndirilməsi ilə əlavə xərclər yaranmışdır. Qiymətləndirməyə görə iddiaçıdan 200 manat deyil, 400 manat tutulmalıdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən və məruzəçi, M.A.Məmmədov və R.M.Həsənov) 2(103)-6613/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində mübahisəli avtomobilin ona hədiyyə verildiyini qeyd etsə də bu barədə mötəbər sübutlar təqdim etməmişdir.

14. Bunun əksi olaraq, iş mate riallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisəli avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmişdir və avtomobilə onların 1/2 payları müəyyən edilmişdir. Həmin əşyanın naturada bölünməsi mümkün deyildir. İddiaçı cavabdehə kompensasiyanın ödənilməsini təklif etsə də, cavabdeh buna razı olmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı mübahisəli avtomobilin bazar dəyəri müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş və həmin rəyi şübhə altına alan hallar müəyyən edilməmişdir.

15. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 215 və 220-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdir ki, məhkəmə yalnız iddiaçı tərəfindən irəli sürülən dəlilləri əsas tutmuş, cavabdehin iştirakının təmin edilməsi üçün lazımi zəruri prosessual hərəkətlər etməmiş, bu hal isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır. Məhkəmələr tərəflər arasında birgə nikah dövründə yaranmış kreditlərin olduğunu nəzərə alınmamışlar. Məhkəmə tərəfindən artıq hüquqi q iymət verilmiş və qiymətləndirilmiş avtomobilin yenidən qiymətləndirilməsinə zərurət olmadığı halda cavabdehdən əlavə xərclərin tutulması üçün yenidən qiymətləndirilmə keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfi ndən ona ödənilməsi hüququna malikdir.

20. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

21. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya h üququnu itirir.

22. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.

32. Cavabdehin apellyasiya baxışı barədə məlumatsız olduğu barədə dəlil iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdehin nümayəndəsi (vəkili) apellyasiya baxışının təyin olunması barədə məhkəmə bildirişini xəbərnaməyə imza etməklə qəbul edilmiş, bunu təsdiq edən xəbərnamə iş materiallarına əlavə edilmişdir (i.v.178).

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6613/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar