Məhkəmə qərarları › İş №2(102)-1033/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1033/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1033/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentlə bağlı mübahisələr (alimentin artırılması), iş üzrə icraata xitam verilməsi (iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6255/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7560/2019 nömrəli qətnaməsi ilə Cavabdeh və X3 arasında bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmışlar.

2. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7484/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019cu il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Bağırzadə (Nəcəfova) Səbinə Əsgər qızına ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş Cavabdeh tutulan hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin miqdarının dəyişdirilməsi, birgə nikahdan doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək sax lanılması üçün Cavabdeh hər ay hər uşağa 900 manat olmaqla, cəmi 1.800 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, Cavabdeh mediasiya xərci kimi ödədiyi 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 2007-ci ildən etibarən "xxxx" MMC-də proseslər üzrə baş layihəçi işləmiş və onun aylıq əmək haqqı 4507 manat olmuşdur. Lakin iddiaçı qətnamə ilə tutulan aylıq qazancının 1/3 hissəsini təşkil edən 1200 manat alimenti 5-6 aydır ki, ödəmir. İddiaçı maraqlanan zaman ona məlum olmuşdur ki, cavabdeh işdən çıxmışdır, bu səbəbdən əmək haqqından tutulmalar dayanmışdır. Tərəflərin övladı xx.xx.2014-cü il təvəllüdlü X4 “Landau School” təhsil kompeksində təhsil alır və 2023-2024 tədris ili üçün təhsil haqqı 8.400 manat edir. xx.xx.2017-ci il təvəllüdlü X5 da növbəti tədris ilindən “Landau School” təhsil kompeksində təhsil almağa başlayacaqdır və onun 2023- 2024 tədris ili üçün təhsil haqqı 7.560 manat təşkil edəcəkdir. Qeyd olunan məbləğlərə yemək və nəqliyyat haqqı daxil deyildir. 6 aydan artıq müddətdir ki, cavabdeh təyin olunmuş hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində pul məbləğində alimenti ödəmir. Uşaqlar böyüdüyünə görə onların xərcləri də artmışdır. Lakin iddiaçı bu xərcləri təkbaşına qarşılaya bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir.

5. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, "xxxx" MMC şirkətində proseslər üzrə baş layihəçi vəzifəsində işləmiş və aylıq əmək haqqı 4507 manat olmuşdur. İşlədiyi müddət ərzində 1200 manat alimenti hər ay vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə layihə başa çatdığına görə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra alimenti ödəməkdə çətinlik çəkir və hal-hazırda da işsizdir. O, uşaqların özəl məktəbdə təhsil almasına razı deyildir. Bunu iddiaçı özü istəmişdir və xərcini də özü ödəməlidir. Çünki, dövlət təhsil məktəbləri var və təhsil pulsuzdur. Onun ödənişli əsaslarla uşaqlarını oxutmağa maddi imkanı yoxdur. 1200 manat aliment borcundan 500 manatını xx.xx.2023-cü il tarixdə ödəmişdir. Tenderin qalibi olan şirkətlər onu işləməyə dəvət etdikdə, yeni layihə üzrə işləyəcək və uşaqlarının saxlanması üçün maddi köməklik edəcəkdir. Hazırda minimum məbləğdə aliment ödəməyə mad di imkanı çatır. Onun hər ay hər uşağa 900 manat aliment ödəməyə maddi imkanı yoxdur. İşsiz kimi əmək müfəttişliyində qeydiyyata alınıb, ona ilk iki ay 840 manat, 670 manat ödənilib, növbəti üç ay isə 365 manat olmaqla işsiz pulu ödəniləcəkdir. Hazırda onun başqa gəlir yeri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 11 avqust 2023-cü il tarixli, e-2(004)-3631/2023 nömrəli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7484/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş Cavabdeh tutulan hər ay ayl ıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin miqdarının dəyişdirilməsi, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

7. Məhkəmə uşaqların mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab etmişdir ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri il ə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün həy ay hər uşağa 350 manat müəyyən edilməlidir.

8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi hər uşağa 550 manat olmaqla, cəmi 1.100 manat sabit pul məbləğində aliment tutulması hissəsində rədd edilməlidir. Çünki, iddiaçı cavabdehin həmin məbləği ödəməyə maddi imkanı olmasını təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanu na, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 82/2016 nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin d əlillərinə uyğun əsaslandırmışdır.

12. Həmçinin cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qatnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü arqumentlər alimentin məbləğinin 350 manat həcmində müəyyənləşdirilməsi üçün əsas ola bilməz. Bundan başqa, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən mühüm əhəmiyyətli olan bütün faktiki halları düzgün aydınlaşdırılmadan səhv nəticəyə gəlinmişdir. Həmin qətnamə birtərəfli qaydada, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edərkən iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, hal-hazırda minimum məbləğdə belə aliment ödəməyə maddi imkanı çatmır. Məhz imkanı olmadığı üçün ipoteka ilə əldə olunmuş pulunu da ödəyə bilməmişdir. Bu səbəbdəndə iddiaçı "xxxx" ASC ona qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək kredit borcunu tələb etmiş və Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(004)-2140/2023 saylı qətnaməsi ilə 100 077,96 manat borc məbləğinin ondan tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-6255/2023 nömrəli iş üzrə 15 noyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinin müəyyən olunması hissəsində dəyişdiriərək, Cavabdeh 04 aprel 2014-cü il təvəllüdlü X1 və 05 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətə layiq halları nəzərə almamışdır. Belə ki, cavabdeh hazırda işsiz kimi məşğulluq mərkəzində qeydiyyata alınmışdır. İddiaçı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətind ə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifələrində işləyir və cəmi 650 manat əmək haqqı alır. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e2(004)-2140/2023 saylı qətnaməsi ilə 100077,96 manat borc məbləğinin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikasında məktəbəqədər təhsil və icbari ümumi təhsil ödənişsizdir, təhsil sisteminə nəzarət dövlət tərəfindən həyata keçirilir. Uşaqların alternativ (ödənişli) təhsil müəssisələrində təhsil alması ilə bağlı seçim etməsi - valideynlərin vəzifələri yox, hüquqlarıdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən uşaqların saxlanılması üçün tutulacaq alimentin miqdarının d əyişdirilərək, alimentin hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından qanuni, ədalətli və ağlabatan hesab etmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.2, 78.1, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə1 ) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə sənədləri təhrif etmiş, iddiaçının verdiyi cavabdehin kredit borcunu qəsdən ödəməməsi ilə bağlı sübutlara əhəmiyy ət verməmiş, cavabdehin kredit borcunun olmasını onun apellyasiya şikayətini qismən təmin edərkən əsas kimi qəbul etmiş, bununla da Ali Məhkəməsi Plenumunun qərarının 8.7-ci bəndində göstərilən mövqeyə əhəmiyyət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, cavabdehin ikinci dəfə ailə həyatı qurmadığını, iddiaçı ilə birgə nikahlarından dünyaya gələn övladlarından başqa övladının olmadığını, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almamış, uşaqların təhsil, tərbiyə müalicə, qida və s. xərclərini, həmin xərclərin artmasını, uşaqların böyüməsinə dair sənədlərə düzgün hüquqi qiymət verməmiş, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə təsirini nəzərə almalı olduğu halda nəzərə almamış, qətnamə qəbul edərkən məhkəmə təcrübəsinin vahidliyini özündə əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarını pozmuş, ümumi mövqedən fərqli mövqe müəyyən etməklə prosessual pozuntuya yol vermişdir.

21. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, respublikamızda təhsil ödənişsizdir. Məhkəmə bunu qeyd edərkən nəzərə almamışdır ki, ödənişli təhsil müəssisəsində təhsil almaq valideynlərin birgə seçimi olmuşdur, həm də həmin təhsil kompleksində verilən təhsil proqramı dövlət məktəblərində verilən təhsil proqramlarından tamamilə fərqlidir, hətta tədris olunan fənnlərin əksəriyyəti ingilis dilindədir, dövlət məktəblərində isə fənnlər Azə rbaycan və rus dillərindədir. Bundan başqa uşaqlar artıq uzun müddətdir sözügedən təhsil müəssisəsində təhsil alırlar və müəyyən tanış, dost, sosial çevrə qazanmışlar. Onun dəyişdirilməsi onların tərbiyə və təhsilinə, əqli və mənəvi cəhətdən inkişafına pis təsir etməklə yanaşı onlarda ciddi psixoloji sarsıntı və uyğunlaşa bilməmək problemi də yaradacaqdır. Apellyasiya instansiyası məhkəməsi iddiaya, apellyasiya şikayətinə, iş üzrə sübutlara obyektiv, tam baxmamış və düzgün qiymət verməmiş, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun həll etməmiş, iş üzrə həqiqi halları başqa cür qiymətləndirməklə əsassız qətnamə qəbul etmişdir.

22. Kassasiya şikayəti icraata qəbul edildikdən sonra iddiaçının nümayəndəsi və vəkili olan Nümayəndə1 iddiadan imtina barədə ərizəsi daxil olimuş, ərizədə göstər ilmişdir ki, cavabdeh əvvəlki iş yeri "xxxx" MMC-də yenidən əmək fəaliyyətinə başlamış, əmək haqqısı 5500 manatdır, artıq iddia qaldırmaq məcburiyyətində olduğu əsaslar aradan qalxmışdır, Cavabdeh əvvəlki qaydada hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması uşaqların maddi cəhətdən təmin edəcəkdir. Ona görə də iddiadan imtina edir və bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

24. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

26. Maddçə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən e tiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

27. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

28. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabd ehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

29. Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

30. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

31. Maddə 417.1.

5. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edildiyindən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə və uşaqlarının mənfeyinə uyğundur. İddiadan imtinaya səbəb Cavabdeh əvvəlki işinə bərpa olunması və belə olan halda ondan əvvəlki qaydada hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulmasının uşaqların maddi cəhətdən daha yaxşı təmin olunmasına əsas verməsidir.

35. İddi adan imtina barədə ərizə iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır, ərizə elektron sistem vasitəsilə Ali Məhkəməyə daxil olmuş, ərizəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Femida” Vəkil bürosunun vəkilil Nümayəndə1 iddiadan imtina etmək hüququna malik olması barədə İddiaçı tərəfindən verilmiş, 04 iyul 2023-cü il tarixlə Quba “ASAN Xidmət” tərəfindən təsdiqlənmiş, 20 iyun 2025-ci il tarixə kimi qüvvədə olan etibanamə vardır.

36. Odur ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 15 noyabr 2023-cü il tarixli tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhk əməsi Mülki kolegiyasının 2(103)-6255/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı iddiadan imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar