Məhkəmə qərarları › İş №2(102)-1036/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1036/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1036/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu, mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4496/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünə əsasən, Cavabdeh, İddiaçı zor tətbiq etməklə onun iradəsi əleyhinə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətlər edərək onunla cinsi əlaqədə olub, birgə yaşadıqları müddət ərzində isə onun aşkar surətdə hamilə vəziyyətində olduğunu bilə-bilə onu döyərək və sair zorakı hərəkətlərlə işgəncə verməklə güclü fiziki ağrı və psixi iztirablar verib külli miqdarda əmlak əldə etmək məqsədilə ona zor tətbiq etməklə, eləcə də onun anası X1 və atası X2 zor tətbiq etməklə hədələməklə, sonuncunun əmlakının satışından əldə olunacaq pulu tələb etdiyinə görə Azərbaycan Respublikası CM-nin 133.2.2, 133.2.6, 149.1, 150.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bili nməklə, Azərbaycan Respublikası CM-nin 133.2.2, 133.2.6-cı maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə 10 il müddətə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli Qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə Bakı şəhə ri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurduğu mənəvi ziyana görə 50.000 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin ona qarşı törətdiyi cinayət ucbatından o, mütəmadi olaraq qorxu hissi yaşayıb sarsıntılara məruz qalaraq mənəvi iztirablar keçirmişdir.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, cavabdeh göstərilən cinayətinin törədilməsinə görə məhkum olunsa da, Bakı Apellyasiya Məhkəməsinin hökmündən Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət etmək niyyətindədir. Bu isə ona dələt edir ki, cavabdeh barəsində çıxarılmış hökmün qanuniliyi və əsaslığı Ali Məhkəmədə yoxlanılmamışdır. Belə olan ha lda, iddianı əsassız hesab edir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Qasımov) xx xxxxxx 2018-ci il tarixli, 2(008)-75/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh mənəvi zərərə görə 20.000 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçıya qarşı zor tətbiq etməklə onun iradəsi əleyhinə seksual xarakterli digər zorakılıq hərəkətlər edərək onunla cinsi əlaqədə olub, birgə yaşadıqları müddət ərzində isə onun aşkar surətdə hamilə vəziyyətində olduğunu bilə-bilə döyməsi və sair zorakı hərəkətlərlə işgəncə verməklə güclü fiziki ağır və psixi iztirablar verib külli miqdarda əmlak əldə etmək məqsədilə ona zor tətbiq edilməsi, eləcə də onun anası X1 və atası X2 zor tətbiq etməklə hədələməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. Bu isə ona dələt edir ki, cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı əvəzolunması mümkün olmayan mənəvi və fiziki iztirablar keçirmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)4496/20 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-75/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmiş, Cavabdeh 7000 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş dir.

8. Apellyasiya instansiyası məhkəməsi cavabdeh məhkum olmasını və işin digər diqqətə layiq hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 7.000 manat məbləğində pul vəsaitinin tutulması ədalətlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunması, iddianın tam rədd edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində mənəvi zərərin ödənilməsini tələb etsə də, hər hansı bir mənəvi sarsıntı keçirməsi, şüurunda müəyyən mənfi psixi reaksiya səbəb olması və iztirab keçirməklə onun sağlamlığının pozulmas ı nəticəsində fiziki əzab çəkməsi, onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. barədə məhkəməyə heç bir hüquqi sənəd təqdim etməmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən bu hallar araşdırılmamış, iddiaçı ilə cavabdehin arasında olan ailə münasibətlərinə hüquqi qiymət verilmədən, cavabdehin törətdiyi əmələ görə onsuz da cinayət məsuliyyətinə cəlb edildiyi nəzərə alınmadan, əsassız olaraq və tənasübsüz surətdə yüksək miqdarda mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasın a gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aid iyyəti hissəsində məcburidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, hər hansı iddia təl əbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından (§ 1) görünür cavabdeh iddiaçıya qa rşı mülki hüquq pozuntusu (delikt) törətmişdir.

25. Odur ki, tələbin hüquqi əsası kimi MM-in 1096-cı və 1097-ci maddələri nəzərdən keçirilə bilər (§ 14-16).

26. Normaların məzmunundan göründüyü kimi iddiaya həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.

27. Hazırkı işdə cavabdehin iddiaçıya qarşı təqsirli şəkildə qeyri-hüquqi əməl (cinayət) törətməsi və sonuncunun bundan zərər çəkməsi, əməllə zərər arasında uyğun səbəbli əlaqənin olması Bakı Ağır Cinayətlər Məhkəməs inin qanuni qüvvəsini almış xx xxxx 2016-cı il tarixli hökmü ilə təsdiqlənmişdir. Məhkəmənin hökmü isə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində mülki işə baxılarkən məhkəmə üçün məcburidir (§ 17).

28. Kollegiya, iddiaçının hər hansı bir mənəvi sarsıntı keçirməsi barədə məhkəməyə sübut təqdim etməməsi barədə kassatorun dəlilini əsaslı saymır, ona görə ki, iddiaçının cavabdeh tərəfindən ona qarşı törədilmiş ağır cinayətlər nəticəsində dərin iztirab və üzüntü keçirərək mənəvi zərər çəkməsi həyatın normal axışına uyğundur. Cinayət əməllərinin törədilməsinin məhkəmənin hökmü ilə təsdiqlənməsi cavabdehin iddiaçıya mənəvi zərər vurması qənaətinə gəlinməsi üçün kifayət edir və bu faktın başqa sübutlarla təsdiqinə ehtiyac yoxdur.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarını n pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri iddianın təmin olunmuş hissəsində qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4496/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar