Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1039/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İnnovasiya və X1” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İnnovasiya və X1” publik hüquqi şəxsinə qarşı “əmək haqqı” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-7761/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmək məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə, hər ay 5.000 manat olmaqla, ümumilikdə 40.000 manat əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4944/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair 2(004)-4944/2022 nömrəli mülki işin icraatına xitam verilmişdir.
3. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4944/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4944/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məh kəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4944/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil qeyd edilən qərardaddan kassasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7761/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 dekabr 2022-ci il tarixli 2(103)-7761/22 saylı qərardadından İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, Apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsində Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti nəzərdə tutulmadığından şikayət geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və geri qaytarılan kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul etməsə də, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair qərardadın ləğvinə yönələn şikayətə baxaraq onu təmin etməyib və hesab edib ki, hazırki iş üzrə mülki işin icraatına xi tam verilməsi əsaslıdır. Bu halda məntiqlə Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadı Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsində göstərilən kassasiya şikayəti verilə bilən qərardadlardan biri hesab olunmalıdır. Buna görə də Bakı Apellyasiya Məhkəməsi 21 dekabr 2022-ci il tarixli qərardadla kassasiya şikayətini geri qaytarmaqda haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
13. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayə ti verilə bilər.
14. Maddə 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
18. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin geri qaytarılması barədə qərardadını kassatorun bu qərardaddan şikayət vermək hüququnun olmaması ilə əsaslandırmışdır.
19. Mülki Prosessual Məcəllənin 402.2.4-cü maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun qeyd olunan normasında “iş üzrə icraata xitam verilməsi barədə qərardad” ifadəsi, təkcə, apellyasiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarını deyil, həmçinin apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadını dəyişdirmədən saxladığı qərardadları da özündə ehtiva edir.
21. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıq ları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
22. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərardaddan verilmiş kassasiya şikayətinin geri qaytararkən Mülki P rosessual Məcəllənin 402.2.4-cü maddəsinin tələblərini pozmuşdur.
23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7761/2022 nömrəli iş üzrə 21 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi and