Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1041/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1041/21 (Açar sözlər: apellyasiya verməyən şəxsin barəsində qərar çıxarılıb.) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Paşalı Ceyhun Məsud oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1176/2020 nömrəli iş üzrə xx xxxx xx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Baş Dövlət Yol Polisi İdarəsinin Xİ tağımının inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx xxxxxx 2018-ci il tarixdə saat 21:15-də "VAZ-21099” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən 199-cu km-də idarəetmə hüququ olmadan idarə etdiyi ** EZ *** dövlət qeydiyyat nişanlı "VAZ-2109” markalı avtomobillə ikinci dərəcəli yoldan baş yola çıxarkən yolayrıcını keçmə qaydasını pozaraq, ** BD *** dövlət qeydiyyat nişanlı "Liaz 100 421 yük” markalı avtomobillə toqquşmuş, zərərçəkmiş şəxs X2 maddi zərər yetirmişdir. AA Seriyalı 517824 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, ** EZ *** dövlət qeydiyyat nişanlı "VAZ-21099” markalı avtomobilin sahibi Cavabdeh1dur. ƏN-İİİ Seriyalı 445871 nömrəli etibarnamənin surətinə əsasən, Cavabdeh1 sürücülük hüququ olduqda idarə etmək və digər səlahiyyətlərlə ** EZ *** dövlət qeydiyyat nişanlı "VAZ-2109” markalı avtomobili xx xxxxxx 2059-cu il tarixədək müddət üçün Cavabdeh2 vermişdir. Qüsur aktına əsasən, ** BD *** dövlət qeydiyyat nişanlı “Liaz 100 421 yük” markalı avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və təmir işlərinin dəyəri 8880,0 manat təşkil edir. Sığortaçı "xxxx” ASC 5000 manat sığorta məbləğini X1 hesabına köçürmə etmişdir. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5030 manat alınaraq, iddiaçı "xxxx” ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2557/2018 saylı işi üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Sadıqov) iddia təmin edilmiş, ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3, 56.1.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1108, 1114-cü maddələrinə; Azərbaycan Respublikası MPM-in 14.2, 88, 119.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- F.Talışinski, R.Eyvazov və Z.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1176/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2557/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 aid hissədə- ləğv edilmiş, Cavabdeh1 münasibətdə iddia tələbi rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, ekspertiza xər ci olan 100 (bir yüz) manat məbləğdə pul vəsaitinin Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq cavabdeh Ə.Vəlimətova aid hissədə ləğv edib, iddia tələbini rədd edərkən Azərbaycan Respublikası 936, 1096, 1097, 1108, 1114-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə, saat 21:15də “VAZ-21099” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ƏlətAstara yolunun Lənkəran rayonu ərazisindən keçən 199-cu km-də ** BD *** dövlət qeydiyyat nişanlı “Liaz 100 421 yük” markalı avtomobil ilə toqquşmuş, idarə etdiyi maşını “xxxx” şirkətində sığorta etdirmişdir. Sığorta etdirilən zaman bildirmişdir ki, maşının idarəetmə hüququ yəni “b” kateqoriyası yoxdur. İddiaçı bildirmişdir ki, heç bir problem yoxdur, hər hansı sığorta hadisəsi baş verərsə sığorta pulu veriləcəkdir. Bu səbəbdən də məhkəmə instansiyalarında izahat verərkən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mə hkəmə iclasında iştirak edən iddiaçının vəkili Paşalı Ceyhun Məsud oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə kollegiya qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti verənə aid hissədə (Cavabdeh1 aid hissədə) məsələni həll etdikdən sonra qətnaməni qalan hissədə dəyişdirilmədən saxlamaqla apellyasiyanın hədlərini aşmışdır. Ona görə ki, 1-ci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən biriCavabdeh1 şikayət vermişdi və məhkəmə ona aid hissədə qətnaməni yoxlayırdı. Qətnaməni bütövlükdə yoxlanmasını şərtləndirən prosessual əsaslar olmamışdır. Digər Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermədiyi üçün məhkəmə həmin hissədə qətnamənin dəyişdirilməməsi barədə qənaətə gəlməkdə səhvə yol vermişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1176/2020 nömrəli qətnaməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2557/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinin Cavabdeh2 aid hissədə (qalan hissədə) dəyişdirilmədən saxlanması barədə hissəsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verdiyi üçün və eləcə də ekspertiza xərclərini Cavabdeh2 aid etdiyi üçün cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ yaranmışdır. Əks təqdirdə cavabdehin həmin qətnamədən kassasiya şikayət verməyə səlahiyyəti çatmırdı. Beləki, MPM-nin 403.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmi n olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya Məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissəsinin ləğv edilməsi həmin hissədə 1-ci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini almasını şərtləndirir. Apellyasiya Məhkəməsinin qətnaməsinin ekspertiza xərclərinin Cavabdeh2 aid edilməsi əsaslıdır. Beləki, MPM-nin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sığorta şirkətinin Cavabdeh2 qarşı iddia tələbi tam olaraq təmin olunduğu üçün ekspertiza xərclərinin cavabdehə aid edilməsi əsaslıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 2(103)-1176/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin Cavabdeh2 aid hissədə (qalan hissədə) dəyişdirilmədən saxlanması barədə hissəsi ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın, kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.