Məhkəmə qərarları › İş №2(102)-1045/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1045/2019

14.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1045/2019 14.02.2019 ALİ MƏHKƏMƏ 14 fevral 2019-cu il şəhəri İş № 2(102)-1045/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(004)3738/2018 saylı qətnaməsi ilə (hakim T.Xəlilova) iddiaçı x1 cavabdeh x2 qarşı cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü x3 və xx.xx.2007-ci il təvəllüdlü x4 hər biri üçün hər ay 550 manat olmaqla cəmi 1100 manat məbləğində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli 2(004)-233/2016 saylı qətnaməsi ilə təyin olunmuş təhsil haqlarının ödənilməsindən azad edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9660/2018 saylı, 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Qurbanov, E.Nəbiyev və A.İmanov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(004)-3738/2018 saylı qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9660/2018 saylı, 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü x3 və xx.xx.2007-ci il təvəllüdlü x4 hər biri üçün hər ay 550 manat olmaqla cəmi 1100 manat məbləğində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli 2(004)-233/2016 saylı qətnaməsi ilə təyin olunmuş təhsil haqlarının ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apely asiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9660/2018 saylı, 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2004-cü il təvəllüdlü x3 və xx.xx.2007-ci il təvəllüdlü x4 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli 2(004)-233/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş x3 və x4 cavabdehin yanında saxlanılması və uşaqların saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə iki uşağa 300 manat sabit pul məbləğində alimentin və hər bir uşaq üçün 550 manat olmaqla, cəmi 1100 manat təhsil haqlarının, ümumilikdə 1400 manat pulun x1ndan tutularaq x2 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əlavə xərclərin ləğv edilməsini xahiş edir. Lakin Ailə Məcəlləsində valideynlərin əlavə xərclərin ödənilməsi vəzifəsindən azad edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin təl əbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, valideynin əlavə xərclərin ödənilməsi vəzifəsindən azad edilməsi q anunun analogiyası üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin qaydalarına uyğun araşdırılmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin aliment ödəməkdən azad edə bilmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsas lar mövcud deyildir. Belə ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli 2(004)-233/2016 saylı qətnaməsi qəbul edildikdən sonra işdən azad olunduğuna istinad edir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu hal onun əlavə xərclərin ödənilməsindən azad edilməsinə əsas verən maddi vəziyyətindəki dəyişiklik kimi, yəni əlavə xərclərin ödənilməsi ilə bağlı öhdəliyinə mənfi təsir edən hal kimi qəbul edilə bilməz. Çünki iddiaçı əvvəllər aldığı əmək haqqının məbləği və əlavə xərclərin məhz həmin əmək haqqı hesabına ödənilməsi ilə bağlı sübutları təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(102)-2743/18 saylı qərarının surətindən görünür ki, tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisə yekunlaşmış və i ddiaçının paylı mülkiyyətində bir neçə daşınmaz və daşınar əmlaklar vardır. Göründüyü kimi iddiaçının maddi vəziyyətində əsaslı dəyişikliklər, yəni əlavə xərclərin ödənilməsindən azad edilməsi üçün əsas ola biləcək dəyişikliklər baş verməmişdir. Eyni zamanda onun ailə vəziyyətində də dəyişiklik baş verməmişdir. İddiaçının faktiki nikah münasibətlərindən iki azyaşlı uşağın anadan olmasına istinad etməsi isə əsassızdır. Çünki x5 xx.xx.2013-cü il tarixdə və x6 xx.xx.2015-ci il tarixdə anadan olmuşlar. İddiaçının əlavə xərclərdə iştirakı ilə bağlı qətnamə isə həmin tarixlərdən sonra, yəni 11 noyabr 2016-cı il tarixdə qəbul olunmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, proses sual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar