Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1047/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zaminlik müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7931/2021 nömrəli iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" KB ASC (bank) ilə İddiaçı (zamin) və X3 (borclu) arasında bağlanmış 08 dekabr 2012-ci il tarixli, 37Z/12 SU saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin İddiaçı "xxxx" KB ASC ilə X3 arasında bağlanmış 07 dekabr 2012-ci il tarixli 37/12SU saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(105)-06/2019 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı və 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər X3 və İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 07.12.2012-ci il tarixli 37/12SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.12.2012-ci il tarixli 37-1/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.11.2019-cu il tarixli, 2(102)-6916 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" KB ASC arasında 08.12.2012-ci il tarixdə bağlanmış 37Z/12 saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(060)-10650/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış 08.12.2012-ci il tarixli, 371/12SU saylı və 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər X3 və İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 07.12.2012 -ci il tarixli 37/12SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.12.2012-ci il tarixli 37-1/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 42-c i məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. X3 həmin qətnaməni apellyasiya instansiyasında mübahisələndirdiyi üçün o, apellyasiya şikayəti verməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(105)-06/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(060)-10650/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(102)-6916/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2019cu il tarixli 2(105)-06/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin görünən odur ki, onun hüquqları pozulmaqda davam edir. Onunla cavabdeh "xxxx" KB ASC arasında 08.12.2012-ci il tarixdə 37Z/12 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, X3 ilə "xxxx" KB ASC arasında 07.12.2012-ci il tarixli, 37/12SU saylı əsas kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan əsas kredit müqaviləsinin mühüm şərtləri 1.1-ci bənddə öz əksini tapmışdır. Belə ki, həmin bənddə göstərilmişdir ki, borcverən borcalana 45.000 (qırx beş min) manat məbləğində 60 ay müddətinə 07 dekabr 2017-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Göründüyü kimi gələcəkdə bağlanılması nəzərdə tutulan əlavə kredit müqavilələri 07.12.2012-ci il tarixli, 37/12SU saylı əsas kredit müqaviləsinin şərtləri çərçivəsində olmalı idi və zamin kimi o da məhz bu risklər üzrə zamin olmağa razılıq vermişdir. L akin, X3 ilə "xxxx" KB ASC arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı əlavə kredit müqaviləsinin 1.2-ci bəndinə görə bu müqavilə üzrə bank tərəfindən borcalana verilən kreditin məbləği 45.000 ABŞ dolları təşkil edir. Həmçinin, X3 ilə "xxxx" KB ASC arasında bağlanılmış 17.09.2014-cü il tarixli, 37-3/12SU saylı əlavə kredit müqaviləsinin 1.2-ci bəndinə görə bu müqavilə üzrə bank tərəfindən borcalana verilən kreditin məbləği 15.000 ABŞ dolları təşkil edir. Bununla da bank borcalana ABŞ dolları ilə kredit verməklə 07.12.2012-ci il tarixli, 37/12SU saylı əsas kredit müqaviləsinin mühüm şərti olan müqavilənin valyutasını dəyişməklə zaminin hüququnu pozmuş və onun razılığı olmadan öhdəliyin (Əsas Kredit Müqaviləsinin) şərtlərinə mühüm dəyişiklik edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-1954/2021) İddiaçı Cavabdehnə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bankın borcluya, yəni X2 08 dekabr 2012-ci il tarixdə aralarında bağlanmış əlavə kredit müqaviləsi üzrə verdiyi kredit 45000 ABŞ dolları və 17.09.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə verdiyi kredit 15000 ABŞ dolları olmaqla, verilmiş kreditin ümumi məbləği 60000 ABŞ dolları təşkil etmiş, iddiaçının bu müqavilələr üzrə məsuliyyəti isə əsas kredit müqaviləsi üzrə 45000 manat həcmində razılaşdırılmışdır. Beləliklə, məhkəmə 08 dekabr 2012-ci il tarixli və 17 sentyabr 2014-cü il tarixli əlavə kredit müqavilələrini n bağlandıqları vaxt həmin dövrə olan ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsini (1 ABŞ dolları=0,7847 AZN) nəzərə alaraq belə qənaətə gəlir ki, ümumilikdə verilmiş 60000 ABŞ dolları üzrə zaminin məsuliyyətinin 45000 manat həcmində müəyyən edilməsi sonuncunun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), V.Sadıqov və R.Həsənov, iş № 2(103)-7931/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə verilmiş 60.000 ABŞ dolları üzrə zaminin məsuliyyətinin 45.000 manat həcmində müəyyən edilməsi sonuncunun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Odur ki, qəbul edilməlidir ki, iddia əsassızdır; Rayon Məhkəməsi əsassız olan iddianı təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7931/2021 nömrəli iş üzrə 20 avqust 2021-ci il tarixli qə tnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddiaçı ilə "xxxx" KB ASC arasında 08.12.2012-ci il tarixdə bağlanmış 37Z/12 saylı zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının şikayətində göstərilənlərə münasibətdə tam yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 324.1-ci maddəsi nə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 472.1.-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2.-ci maddəsinə əsasən əgər zaminlik müqaviləs ində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1 - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2 - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3 - kreditor borclunun və y a zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4 - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətt i müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəs inə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uz adılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Qeyd olunan qərardadda həmçinin göstərilmişdir ki, “Mülki Məcəllənin 470.1-ci maddəsinə görə,zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddəl ərin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürürvə borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır.Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şə rtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.” “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 11.10.2019-cu il tarixli qərardadında məhkəmənin mövqeyinə görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqın da” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən e dilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7931/2021 nömrəli iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1047/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1047/2022
15.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver