Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1049/2018 08.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 08 fevral 2018-ci il şəhəri İş № 2(102)-1049/2018 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun, iddiaçının nümayəndəsi X2 və vəkili X3ün iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1396/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qərardadından Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İsmayıllı Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Əliyev, iş № 2(037)19/2017) iddiаçı АSC "xxxx" Bаnkının cаvаbdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5ə qаrşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracdan satılması və boşaldılması tələblərinə dair iddiа ərizəsi qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), V.K.Qasımov və Ə.T.Məcidov, iş № 2(107)-1396/2017) Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh Cavabdeh6 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2017 -ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə vəsatətlə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), İ.F.Quliyev və Ə.T.Məcidov, iş № 2(107)-1396/2017) cavabdeh Cavabdeh6nın vəsatəti təmin edilməmişdir. Göstərilən qərardaddan cavabdeh Cavabdeh6 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh6 kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən prosessual hüquq normalarının pozulmasına, Azərbaycan Respublikası Konstitusiyanın 12, 127, MPM-nin 67-ci maddələrinin tələblərinə istinad edərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktya br 2017-ci il tarixli qərardadının ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi X5 və vəkili X6 ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin qərardadını qanuni və əsaslı hesab etdiklərini bildirərək qərardadın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmaların abaxmayaraq,kassator, habelə digər cavabdehlər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. Məhkəməkollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsini və vəkilini dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh Cavabdeh6 21 sentyabr 2017-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə vəsatətlə müraciət edərək maddi imkanının ağır olduğunu, heç yerdə işləmədiyini, öz hesabına vəkillə müqavilə bağlamaq imkanının olmadığını əsas g ətirərək həmin Məhkəmənin 20 iyul 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Lakin işdən göründüyü kimi, cavabdeh tərəfindən verilmiş vəsatətə onun maddi durumunun aşağı səviyyədə olduğunu təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa, o, vəsatətə baxılması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə iclasına bu barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, gəlməmişdir və vəsatətini əsaslandırmaq üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qüvvədə olan mülki-prosessual qanunvericiliyin müddəalarına görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tər əfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. MPM ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir (Mülki Prosessual Məcəllənin 67-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 121.2-ci maddəsinə görə MPM-nin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmə nin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Məhkəmə Kollegiyası hesab edir ki, hazırki vəsatətlə müraciət etmiş cavabdeh Cavabdeh6 maddi imkanının aşağı səviyyədə olduğunu, öz hesabına vəkillə müqavilə bağlamaq imkanının olmadığını sübuta yetirə bilmədiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən verilmiş vəsatət təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianı n və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «MahmudovRusiyaFederasiyasınaqarşı» işüzrə 26 iyul 2007ciiltarixliqərarındaİnsanHüquqlarıüzrəAvropaMəhkəməsiqeydetmişdirki, Konvensiyaaraşdırmalarındasübutlarıqiymətləndirərkən, birqaydaolaraq, affirmanti, non neganti incu mbit probation (sübutetməkyükütəkzibedənindeyil, iddiaedəninüzərinədüşür) prinsipirəhbərtutulur. Sübutkifayətqədərgüclü, aydınvəbirbirinəuyğunqənaətlərinhəmmövcudluğundan, həmçinintəkzibolunmazoxşarfaktehtimallarındanirəligələbilər (§ 68). AvropaMəhkəməsinin «QavazovBolqarıstana»qarşı 06 mart 2008ciiltarixliQərarındaqeydedilmişdirki, sübutlarqiymətləndirilərkən, birqaydaolaraqəsaslışübhədənkənarstandartlartətbiqedilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və əsaslı qərardad qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh6nın kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1396/2017 12 oktyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar saylı Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-1049/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1049/2018
08.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver