Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1049/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: himayədə olma faktı, iş üzrə icraata xitam verilməsi, uşağın himayəyə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassator İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, onun vəkili Mirzəyev Vüsal Əlövsət oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1137/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il t arixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlar hər ikisi cavabdehin himayəsində saxlanılmış, iddiaçıdan hər ay hər uşaq üçün 80 manat olmaqla 160 manat miqdarında aliment tutulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının uşaqları ilə hər həftənin şənbə və bazar günləri saat 10:0 0-dan 16:00-dək ünsiyyət hüquqları müəyyən edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının cavabdehin anası X7 qarşı azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yaşayış yerinin onun yanında müəyyən edilməsi və X1 X4 alınaraq onun himayəsinə verilməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, uşaqlar məhkəmə qətnaməsi ilə analarının himayəsinə verildiyindən və iddiaçının qızının X6 himayəsində olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları - X3 2018-ci ilin iyun ayından etibarən onun himayəsində ol ması faktını müəyyən etməklə, X1 cavabdehdən alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin iyun ayında cavabdeh ona təklif etmişdir ki, uşaqlardan böyüyü Elvini götürüb saxlasın, çünki Elvin onunla qalmaq istəyir. O, həmin tarixdən uşağı götürmüşdür, artıq bir ildən çoxdur ki, onun yanındadır. Uşaq hazırda 5-ci sinifdə oxuyur, 11 yaşı var, hər şeyi dərk edir və onun yanında qalır. Qızı Şəbnəmi də özü tərbiyə etmək istəyir. Uşağın anası Zərifə xeyli müddətdir ki, Bakı şəhərində yaşayır, nə işlə məşqul olması ona məlum deyil. Uşaq cavabdehin valideyinlərinin yanında qalır. Valideyn olaraq çox narahatdır, istəyir ki, uşaqlarını öz yanında böyütsün. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının aparatı yanın da Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2019-cu il tarixli, 1813 saylı rəyində hazırda xx.xx.2008-ci il təvəllüdlü X3 atası ilə birgə yaşadığı, uşaqların hər ikisinin atasının himayəsinə verilməsinin məqsədəuyğun hesab edildiyi qeyd olunmuşdur. Komissiyanın xx.xx.2019-cu il tarixli aktında Ağabalayeva Şəbnəm Nizami qızının Xaçmaz rayonunun Həbibkənd kəndində ana tərəfdən nənə-babasının himayəsində qaldığı, uşağın anasının bir ildən çoxdur ki, Bakı şəhərində marketdə satıcı işlədiyi qeyd olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-2925/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddia təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 2018-ci ilin iyun ayından etibar ən İddiaçı himayəsində olması faktı müəyyən edilmiş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi uşaqların mənafeyi baxımından xx.xx.2014-cü il təvəllüdlü X1 cavabdehdən alınaraq iddiaçının himayəsində qalmasını məqsədəmüvafiq hesab etmiş, həmçinin Qəyyumluq və himayəçilik komissiyasının rəyi ilə hazırda xx.xx.2008-ci il təvəllüdlü X3 da atası ilə birgə yaşadığının müəyyən edildiyini nəzərə almışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 52, 58.1, 58.2, 60.1, 60.2, 75.1, 75.4-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 5, 8, 13, 19-cu maddələrinə və A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1137/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü Elvin və xx.xx.2014-cü il təvəllüdlü Şəbnə m azyaşlı olmaqla ana qayğısına və nəvazişinə ehtiyac olan bir yaş dövründədirlər, eləcə də məhkəmə qətnaməsi ilə uşaqlar anaya verilmiş və iddiaçının hər həftənin şənbə və bazar günləri uşaqları ilə ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Eyni zamanda ana qayğısına ehtiyacı olan bir dövrdə uşaqların ananın himayəsindən alınması onların psixoloji vəziyyətinə mənfi təsiri istisna etmir. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 56.1, 58.1, 58.2, 60.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 5, 9-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələ binin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara qiymət verməmiş, uşaqların valideynlərdən hansının yanında qalmaq istədiyini müəyyən etməmiş, qəyyumluq və himayə orqanının rəyi ilə razılaşmamış, bununla belə MPM-nin 97-ci maddəsinin tələbini pozaraq məhkəmə-psixoloji ekspertizası təyin etməmişdir. Kassasiya şikayətinə görə, işə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən Ailə Məcəlləsinin 52, MPM-in 97, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddələri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etirazda cavabdeh göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına düzgün hüquqi qiymət vermiş, maddi və proses sual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh qeyd etmişdir ki, uşaqların birinin atanın, digərinin isə ananın yanında qalması uşaqların psixoloji vəziyyətinə mənfi təsir edə bilər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdeh və onun vəkili ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasna baxmayaraq Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi r. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (maddə 17, İİ hissə). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34, İV hissə). “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Bu məsuliyyət hər iki valideyn üçün, onların harada yaşamalarından asılı olmayaraq ümumi və məcburi olmalıdır. Konvensiya bu məsuliyyəti “əsas” hesab edir. Valideynlərin uşaqlarının hüquq və mənafelərinin təmin edilməsinə görə məsuliyyəti nin xüsusi əhəmiyyəti bununla müəyyən olunur. Eyni zamanda, uşağa görə məsuliyyət hissinin formalaşmasına, uşağın tərbiyəsinə təsir göstərir. Ailə tərbiyəsinin keyfiyyəti əhəmiyyətli dərəcədə onun tam olmadığından asılıdır (maddə 18, bənd 1). Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosila inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar (maddə 27). Uşaq hüquqları haqqında BMT-nin bəyannaməsi 6-cı prinsip. Uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq müstəsna şərait mövcud olduğu ha llardan başqa anasından ayrılmamalıdır. Ailə Məcəlləsi Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Valideynlər öz u şaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. (maddə 49.2, 52, 56.1, 58.1., 58.2. 60.1 və 6 0.4). MPM Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (maddə 97.1) İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər (maddə 305.2). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:...şəxsin öhdədə olması faktının (maddə 307.2.2). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Kassasiya məhkəməsi işə baxarkən:...apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (417.1.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarı Məhkəmələrə izah olunur ki, Azərba ycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan ol an şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir (bənd 3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin xx.xx.2014-cü il təvəllüdlü X1 cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi barədə iddianın rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlilləri əsassızdır. Belə ki, MPM-in 88-ci maddəsinə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qəyyumluq və himayə orqanının rəyi ilə razılaşmaması barədə mövqeyini işin hallarına və maddi hüquq normalarına istinadla kifayət qədər əsaslandırmışdır. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə uşaqların hüquqları ilə bağlı bütün mübahisələr üzrə psixoloji ekspertiza təyin etmək vəzifəsi qoymur. MPM-in 97.1-ci maddəsinə əsasən belə ekspertiza tərəflərin əsaslandırılmış vəatəti və ya məhkəmənin zəruri hesab etdiyi halda təyin edilə bilər. İşə baxmış apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə psixoloji ekspertizanın təyin olunmasına zərurət görməmişdir. Həmçinin işə baxıldığı dövrdə azyaşlı Şəbnəmin 6 yaşı olduğu üçün Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmənin mütləq şəkildə həmin uşağın fikrini dinləmək vəzifəsi olmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qət naməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası azyaşlı Elvinin 2018-ci ilin iyun ayından etibarən iddiaçının himayəsində olması faktını müəyyən edilməsi tələbinə aid hissədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Məcəllə xüsusi icraat qaydasında digər işlərə baxılmasını da istisna etmir, lakin bunun üçün həmin hala baxılması Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmalıdır. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Həmçinin Məcəllənin 307.2.11-ci maddəsi MPM-in 307-ci maddəsində nəzərdə tutulmayan hüquqi əhəmi yyətli halların müəyyən edilməsini o halda mümkün hesab edir ki, bunun qanunvericilikdə başqa qaydası nəzərdə tutulmasın. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İddiaçının tələbinin bir hissəsi azyaşlı oğlunun 2018-ci ilin iyun ayından etibarən onun himayəsində olması faktını müəyyən edilməsi ilə bağlıdır. MPM-in 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndində ifadə edilmiş hüqu qi mövqelərə görə MPM-in 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquqi faktın müəy yən edilməsi hissəsində sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi himayədə olma faktının müəyyən edilməsi hissəsində ləğv edilməli və MPM-in 417.1.5-ci maddəsinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə - iddia tələbinin xx.xx.2014-cü il təvəllüdlü qızı X1 cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi barədə iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105 )-1137/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi himayədə olma faktının təsdiq olunmasına aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1049/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1049/2021
15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver