Məhkəmə qərarları › İş №2(102)-1050/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1050/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1050/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, birgə nikah dövründə əldə edilmiş əşyanın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitin bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2086/2023 nömrəli 2 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh ilə (bundan sonra – cavabdeh) 23 aprel 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2. "xxxx" MTK ilə (bundan sonra – MTK) cavabdeh arasında bağlanmış 28 noyabr 2017-ci il tarixli müqavilə ilə, sonuncu Abşeron rayonu, Masazır qəsəbəsi, 39 saylı binanın 1-ci blok 6-cı mərtəbəsində 2 otaqlı 29 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) tam dəyərini ödəməklə almışdır.

3. Tərəflər arasındakı nikah 25 avqust 2020-ci il tarixdə pozulmuşdur.

4. Cavabdeh mübahisəli mənzili 1 sentyabr 2020-ci il tarixdə X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikah dövründə əldə etdikləri mənzilin dəyərinin yarısı - 13.500 manat, həmin mənzilə çəkilmiş təmir xərci - 12.500 manat və mebellərin dəyərinin yarısı – 7.000 manat olmaqla, cəmi 33.000 manatın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikah dövründə mübahisəli mənzili 27.000 manata almış, müqaviləni keçmiş həyat yoldaşı olan cavabdehin adına rəsmilləşdirmişlər. Mənzilin tam dəyərini isə o, özü ödəmişdir. Həmçinin, mənzilin təmir xərcini də özü çəkmişdir. Belə ki, təmir xərclərinə 25.000 manat, mebellərin alınması üçün isə 14.000 manat olmaqla, cəmi 66.000 manat pul xərcləmişdir. Bunları məhkəmədə sübut edə bilər. Cavabdehin onunla birgə nikah dövründə əldə etdikləri mənzili onun razılığı olmadan satması nəticəsində onun himayəsində qalan övladları valideynlərinin mirasından məhrum olmuşlar.

7. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, evi aldıqdan sonra tam təmir etdirmiş və 16000 manat xərc çəkmişdir. Evi cavabdeh 53000 manata satıb və 4000 manat isə evdə olan əşyaların bir qismi müqabilində evi alan X4 pul alıb. Cavabdeh evi əşyaları ilə birlikdə cəmi 57000 manata satmışdır. Cavabdeh evi satarkən paltaryuyan maşını, televizor və soyuducunu özünə götürmüşdür. O, evdə olan əşyalara 11-12 min manat pul xərcləmiş, belə ki, evin girişində olan qarderob və şkafa 1400 manat, kondisionerə 1800 manat ödəmiş, paltaryuyan, televizor və soyuducuya cəmi 2000 mana t, mətbəx mebeli üçün 1600 manat pul vermiş, divan, televizor altı, stol-stul, 1 ədəd yataq taxtı siyirməsi ilə birlikdə, 3 ədəd taxta yataq və 2 ədəd uşaqlar üçün kitab rəfinə cəmi 5000 manata yaxın pul vermişdir. Hazırda həmin əşyalara görə 2050 manat kredit borcu var və həmin əşyaların dəyərini hələ tam ödəyə bilməmişdir. Krediti isə anasının adına götürmüşdür. Həmçinin onun evin təmirində istifadə olunan qranitə görə 835 manat borcu vardır. Eləcə də, 1400 manat evin kommunal borcu olmasını və cavabdeh tərəfindən ödənilməsini qəbul edir.

8. Məhkəmənin iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən qeyd olunan əşyalar həqiqətən mövcud olub, lakin o da öz qızıl-zinət əşyalarını satıb evin alınmasına və əşyaların alınmasına pul vermişdir. Mebe llərin krediti iddiaçının anasının adına götürülüb. Onun tam yadında deyil əşyalara nə qədər pul verilməsi, lakin təxminən evdə olan əşyalara 11-12 min manat pul xərclənmiş, evin girişində olan qarderob və şkafa 1400 manat, kondisionerə 1800 manat ödənilmiş, paltaryuyan, televizor və soyuducuya cəmi 2000 manat, mətbəx mebeli üçün 1600 manat, divan, televizor altı, stol-stul, 1 ədəd yataq taxtı siyirməsi ilə birlikdə, 3 ədəd taxta çarpayı və 2 ədəd uşaqlara kitab rəfinə cəmi 5000 manata yaxın pul verilmişdir. O evi içindəki əşyalarla birlikdə 53000 manata X3, həmin vaxt evin kommunala borcu yığıldığına görə 1400 manat ödəmişdir. Onun tərəfindən ev satılarkən iddiaçının xəbəri olmamışdır. O evdəki əşyalara görə əlavə pul almamışdır, alıcı divarda olan tablonu saxlamasını xahiş etmiş, o da etiraz etməmiş evdə saxlamışdır. Ev satışa çıxanda əşyası ilə birlikdə satılması elanda göstərilmişdir. O evi satarkən pərdələri, qab qacağı, kilimləri, paltar yuyan, soyuducu və televizoru götürmüşdür və həmin əşyalar hazırda ondadır. Kondisener və digər mebel əşyaları evdə qalmış, götürməmişdir. Mebel və digər əşyaları almaq üçün iddiaçının anasının adına kredit götürülmüşdür, həmin məbləğ təxminən 3000 manatdan çox olmuşdur, həmin əşyalar hazırda evdədir və evlə birgə satılıb. Hazırda iddiaçının həmin evə alınmış əşyalara görə 2050 manat kredit borcunun tam ödənilməməsini, evin təmirində istifadə olunan qranitə görə 835 manat borcun qalması ona məlumdur.

9. Birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə iclas katibi tərəfindən tərtib olunaraq imzalanmış telefonoqramın məzmununa əsasən, şahid X7 ilə mobil telefon əlaqəsi saxlanılaraq, məhkəmə iclasında iştirakının zəruri olduğu bildirilmiş, o isə səhhətində problemlər olduğu üçün iştirak edə bilməyəcəyini, eləcə də mübahisəli mənzili cavabdehdən 53000 manata alaraq, evdəki əşyalara görə əlavə 4000 manat pul ödədiyini bildirmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin 2(076)-728/2023 nömrəli 25 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 30642.5 manat pul və 181.93 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rəşad Mustafayev).

11. Məhkəmə tərəflərin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına mənzilin və ev əşyalarının alınmasını, borcun yaranmasını nəzərə alaraq hesab etmişdir ki, paltaryuyan, televizor və soyuducuya cəmi 2000 manat pulun verilməsi və hazırda cavabdehdə olması, mənzilin 53000 manata, həmin mənzildə olan mebel əşyaları və kondisionerə görə əlavə 4000 manat olmaqla cəmi 57000 manata X2, alınmış əşyalara görə 2050 manat kredit borcunun, evin təmirində istifadə olunan qranitə görə 835 manat borcun olması, cavabdeh tərəfindən 1400 manat evin kommunala görə borcun ödənilməsi nəzərə alınmalı, qeyd edilən məbləğlərin ½ hissəsi üzərində ər-arvadın paylarının olması müəyyən edilməlidir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə cavabdeh birgə nikah dövründə əldə olunmuş mənzili və həmin mənzildə olan əşyaların bir qismini sataraq, əşyaların bir qismini bütünlüklə özü ilə götürməklə birgə nikah dövründə öz payına düşən hissədən artıq, yəni iddiaçının payını ələ keçirməklə əsass ız varlanmışdır.

13. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 35, 37.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 157.8, 225.1, 1091, 1092.1, 1092.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia tələbi ona qarşı yox, MTK-ya qarşı qaldırılmalı idi. Belə ki, mənzilə dair onunla MTK arasında müqavilə olsa da, mülkiyyət hüququ MTK-ya məxsus olmuşdur. O, payçı kimi MTK-ya daxil olmuş və sonra mənzilə görə ödənişləri edə bilmədiyi üçün ümumi yiğıncağın qərarı ilə payçılar s iyahısından kənarlaşdırılmışdır.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) 2(104)-2086/2023 nömrəli 2 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehdən 26,542,50 (iyirmi altı min beş yüz qırx iki manat əlli qəpik) manat pulun və 181.93 (bir yüz səksən bir manat doxsan üç qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə qismən razılaşmış və qeyd etmişdir ki, mübahisə edilən mənzil tərəflərin birgə nikah dövründə əldə edilib, cavabdeh tərəfindən faktiki olaraq başqasına satıldığı üçün, həmin mənzilə dair əldə edilmiş məbləğin yarısı üzərində iddiaçının payının müəyyən edilməsi hissəsində qanuni nəticəyə gəlinsə də, payın məbləği hissəsində düzgün nəticəyə gəlinməmişdir.

18. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı əsas göstərməklə hesab etmişdir ki, evin satıldığı 53.000 manat məbləği əsas götürülməklə alınmış əşyalara görə iddiaçının 2.050 manat kredit borcunun, evin təmirində istifadə olunan qranitə görə 835 manat borcunun olması, həmin borcun (2050+835):2=1442,5 hissəsinin cavabdehə aid edilməsi, cavabdeh tərəfindən 1.400 manat evin kommunalına görə borcun ödənilməsi, 1442,5-1400=42,50 manat cavabdehin iddiaçıya borcunun olması nəzərə alınmaqla, 53000:2-42,50=26.457,50 manat cavabdehin, 26.542,50 manat iddiaçının payının olması n əzərə alınmalıdır.

19. Məhkəmə kollegiyası cavabdehin iddia tələbi ona qarşı yox, "xxxx" MTK-ya qarşı qaldırılmalı olması, mənzilə dair onunla MTK arasında müqavilə olsa da, mülkiyyət hüququnun MTK-ya məxsus olması, onun payçı kimi MTK-ya daxil olması və sonra mənzilə görə ödənişləri edə bilmədiyi üçün ümumi yiğıncağın qərarı ilə payçılar siyahısından kənarlaşdırılmasına dair apellyasiya dəlillərini əsassız hesab etmişdir. Belə ki, iddia tələbi mübahisəli mənzilin cavabdeh tərəfindən başqasına satılması nəticəsində əldə edilmiş pul məbləği ilə bağlıdır ki, həmin tələbin "xxxx" MTK-ya heç bir aidiyyəti yoxdur.

20. Məhkəmə kollegiyası cavabdehin mənzilə görə ödənişləri edə bilmədiyi üçün ümumi yığıncağın qərarı ilə payçılar siyahısından kənarlaşdırılmasına dair apellyasiya dəlillərini münasi bətdə hesab etmişdir ki, onun işdə olan notarial qaydada verilmiş xx.xx.2020-ci il tarixli ərizəsi ilə müəyyən edilir ki, o, mübahisəli mənzildən və payından imtina edərək, həmin mənzilin X5 adına dəyişdirilməsinə etiraz etmədiyini və gələcəkdə MTK-ya qarşı iddiası olmayacağını bildirmişdir. Həm də, iş materiallarına əlavə edilmiş payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh mənzilin ümumi dəyərini tam ödəmiş və MTK-ya mənzil üzrə borcu olmamışdır.

21. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassator şikayətinin onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mübahisə predmeti olan mənzil ilə bağlı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Dövlət qeydiyyatına alınmamış əmlak birgə nikah müddətində əldə edilmiş əmlak hesab oluna bilməz. Bundan başqa, iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə iddia tələbini təmin etmişdir.

24. Kassator həmçinin qeyd etmişdir ki, cavabdeh orda payçı olsa da, üzərinə düşən vəzifəni yerinə y etirə bilmədiyinə görə ümumi yığıncağın qərarı ilə payçılıqdan kənarlaşdırılmışdır. İddiaçının tələb etdiyi əmlak əslində yarımçıq tikili olmuş və həmin ev yaşayış üçün yararlı olmadığından, yaşayış üçün təhvil verilmədiyindən, həmin ev boş olmuşdur və həmin evdə hər hansı bir məişət əşyası mövcud olmamışdır.

25. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.1, 139.1, 146.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi

27. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

28. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

29. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

30. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

31. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödə dikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. İşə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisə predmeti olan çoxmənzilli yaşayış binasının müstəqil tərkib hissəsi olan sahə tərəflərin birgə nikah müddətində və birgə vəsaiti əsasında əldə olunmuşdur. Cavabdehin əsas dəlili mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün bölünməsinin mümkün olmaması ilə bağlıdır.

46. Məhkəmə kollegiyası razılaşır ki, çoxmənzilli yaşayış binasının ayrıca tərkib hissəsi üzərində nə qədərki ər-arvaddan hər hansı birinin mülkiyyət hüququ tanınmayıb, mənzil olaraq bölünməsi mümkünsüzdür. Lakin baxılan işin hallarından aydın ol ur ki, mübahisə mənzilin və ya çoxmənzilli binada yerləşən tərəflərin birgə mülkiyyətində olan payın bölünməsi ilə bağlı deyil. Cavabdeh müqavilə üzrə əldə edilən əmlak üzərində iddiaçı ilə birgə pay hüququnun sahibi olmuşlar. Həmin payın iddiaçının razılığı olmadan özgəninkiləşdirilməsi nəticəsində isə payı özgəninkiləşdirən şəxs olaraq o, əmlakdan məhrum olduğu həddə iddiaçı qarşısında məsuliyyət daşıyır. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr isə tərəflərin bir-biri və üçüncü şəxslər qarşısında olan öhdəliklərini və onların icrasını nəzərə adaraq cavabdehin iddiaçı qarşısında məsuliyyətinin həddini düzgün müəyyən etmişdir.

47. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən maddi hüquq norm alarına uyğun olmuşdur.

48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2086/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar