Məhkəmə qərarları › İş №2(102)-1051/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1051/2019

28.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Bank hesabatı müqavilələrinin ləğv edilməsi, xitam verilməsi və ya dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1051/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, İddiaçı və cavabdehin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11236/2018 saylı 31 oktyabr 2018ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-4216/2018) iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 20.02.2015-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh X3ndan 6731 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) əmanət məbləğinin alınaraq İddiaçı verilməsi, illik 11% hesabı ilə 20.05.2015-ci il tarixdən “xxxx” ASC-nin müflis elan olunması barədə məhkəmə qərarının qanuni qüvvəyə minənədək, yəni 27 dekabr 2017-ci il tarixinədək illik faiz hesablanaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzə çi), A.Q.Hüseynov və İ.K.Xəlilov, iş № 2(103)11236/2018) cavabdeh X3nun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4216/2018 saylı 25 iyul 2018-ci il tarixli qətnaməsi- “cavabdehdən faizlərin tutulması” hissəsində dəyişdirilərək, 20.05.2015-ci il tarixdən “xxxx” ASC-nin müflis elan olunması barədə məhkəmə qərarı qanuni qüvvəyə minənədək, yəni 27 dekabr 2017-ci il tarixinədək illik 11% hesablanmaqla 1912,7 ABŞ dolları məbləğində depozit faizinin (qətnamənin icra olunduğu gün manata olan məzənnə ilə) cavabdeh X3ndan İddiaçı xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh X3 tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilmişdir. Göstərilən qətnamədən cavabdeh X3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin h alları: İddiaçı cavabdeh X3na qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 20 fevral 2015-ci il tarixli 70017052 saylı bank əmanəti müqaviləsinin ləğv edilməsi, 6731 ABŞ dolları həcmində əmanətin qətnamə icra edilən an Azərbaycan manatına məzənnə ilə, 20 fevral 2015-ci ildən başlayaraq 3 il 5 aya görə 2524 ABŞ dolları həcmində illik faizlərin (Azərbaycan manatına məzənnə ilə) cavabdehdən tutulması, vurulmuş mənəvi zərərə görə 3000 manatın cavabdehdən xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20 fevral 2015-ci il tarixli 70017052 saylı bank əmanəti müqaviləsi (göy əmanət) bağlanmışdır. Cavabdeh X3 “xxxx” ASC-nin ləğvedicisi təyin edilib. Müqavilənin şərtlərinə görə illik faiz dərəcəsi 11 faiz müəyyən edilib. Qoyulmuş vəsait 6731 ABŞ dolları təşkil edir. Müqavilənin 1.5-ci bəndində-qoyulmuş vəsaitin məbləği, 1.4-cü bəndində-müqavilənin müddəti, 1.6.1-ci bəndində-illik faiz dərəcəsi göstərilmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən qoyulmuş əmanət X3, yəni cavabdeh tərəfindən sığortalanmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin sonuncu gününədək əmanət geri götürülmədikdə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Bu səbəbdən müqavilə 2016, 2017 və 2018-ci illərdə eyni müddətə uzadılıb. Cavabdeh 3 il 3 ay ərzində iddiaçının qoyduğu vəsaitdən faydalansa da, müraciətinə məhəl qoymayaraq, sığortalanmış əmanəti və faizləri geri qaytarmır. X3nun Himayəçilik Şurasının 24.02.2014-cü il tarixli qərarı ilə qorunan əmanətlər üzrə üzv banklarda, il lik yuxarı faiz dərəcəsi 9-dən 12%-ə artmışdır. Məhz bu amil, əmanət qoyulmasına maraqları artırmışdır. Müqaviləyə əsasən illik faiz dərəcəsi illik yuxarı faiz dərəcəsindən aşağı olduğundan “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun və X3nun 24.02.2014-cü il tarixli qərarına əsasən əmanət sığortalı hesab edilir. Buna baxmayaraq, yalnız 2018-ci ilin yanvar ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh müqavilənin müddətini uzadarkən ona məlumat vermədən, onun şərtlərini dəyişmişdir. Dəfələrlə tələb etsə də, həmin müqavilə ona verilməmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq, kompensasiya tələbi ilə cavabdehə müraciət etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh X3n un nümayəndəsi X3 və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları hərtərfli, obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 421.1, 947.4, 948.3, 944-ci, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununu n 3, 4.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 1, 8.1.20-ci, "Banklar haqında" Qanunun 72, 76.1, 77.1, 77.8-ci, Mülki Prosessual Məcəllənin 88, 261.0.1-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11236/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyinə görə işin kassasiya baxışında iştirak etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatorun vəkilini dinləyi b, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 20.02.2015-ci il tarixli 70017052 saylı Bank əmanəti müqaviləsinə əsasən Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 6731 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərə k, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.6-cı maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 11% ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı əmanət müqaviləsi üzrə banka əmanət qoyduğu pul vəsaitinin sığortalandığı halda qanunsuz olaraq qaytarılmadığına istinad edərək əmanət məbləğinin və ona hesablanmış faizin, eləcə də ona vurulmuş mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 20.02.2015-ci il tarixli müqavilə ləğv edilməli, cavabdehdən 6731 ABŞ dolları əmanət məbləği, eləcə də illik 11% hesabı ilə faiz məbləği 20.05.2015-ci il tarixdən başlayaraq “xxxx” AS C-nin müflis elan olunması barədə məhkəmə qərarının qanuni qüvvəyə minənədək, yəni 27 dekabr 2017-ci il tarixinədək hesablanaraq iddiaçıya ödənilməlidir. Qətnamə iddianın qismən təmin edilməsi hissədə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı depozit yerləşdirərkən onların razılaşdıqları illik faiz dərəcəsi vəsaitin cəlb edildiyi vaxt qüvvədə olan faiz dərəcəsindən aşağı olmuşdur. Tərəflər müqavilə münasibətlərinə girərək depoziti tam olaraq sığortalamışlar. Əvvəla, Əmanətlərin sığortalanması haqqında Qanunun 2.1.2.6-cı maddəsinə əsasən depozitin cəlb edildiyi günə illik faiz dərəcəsi nəzərdə tutulmuşdur. Depozit cəlb olunan vaxtda faiz dərəcəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci madəsinə uyğun olmuşdur. B undan başqa, illik faiz dərəcəsi dəyişdikdən sonra müştərini bu barədə bank xəbərdar etməli və ona yeni müqavilə təklif etməlidir. Depozitin yerləşdirilməsi müqavilə yolu ilə həyata keçirilir. Depozitin illik faiz dərəcəsi həmin müqavilənin əsas şərtidir. Həmin şərtin dəyişməsi, qeyd olunan məsələ ilə bağlı yeni müqavilə bağlanmasını, müqavilənin şərtlərinin dəyişməsini ehtiva edir. Müqavilənin bağlanması və dəyişdirilməsi qaydası Mülki Məcəllə ilə nizama salınır. Bu ya tərəflərin razılığı ilə və yaxud, məhkəmənin qərarı ilə mümkündür. İşin mübahisəsiz halıdır ki, illik faiz dərəcəsi dəyişdikdən sonra bank müştəriyə belə bir təklif irəli sürməmişdir. Müştərinin illik faiz dərəcəsinin dəyişməsi barədə məlumatlı olması halı qəbul edilsə belə, o, bank tərəfindən bu barədə xəbərdar olunmamış, bağlanmış və qüvvədə olan müqaviləyə güvənərək hərəkət etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə istinadı əsaslı deyil və tərəflər arasında yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən mülki qanunvericiliyin müddəalarına uyğun olaraq mahiyyətcə düzgün həll edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq X3nun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata ke çirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab olunmur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarında deyilir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qə bul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. Qeyd olunmalıdır ki, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X1 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbu l edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən 20 fevral 2015-ci il tarixdə illik 11 % faiz ödəmək şərti ilə 12 ay müddətinə cəmi 6731 ABŞ dolları məbləğində əmanət Banka depozitə qoyulmuşdur. Göründüyü kimi sözügedən müqavilə üzrə müəyyən edilən illik faiz dərəcəsi əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün illik faiz dərəcəsi həddindən yuxarı olmuş, apellyasiya instansiyası məhkəməsi isə işin bu halına əhəmiyyət verməmiş, bununla da maddi hüquq normalarının tələblərini pozmuşdur. Digər tərəfdən, İddiaçı, X3nun Himayəçilik Şurasının 24.02.2014-cü il tarixli qərarı ilə qorunan əmanətlər üzrə üzv banklarda, illik yuxarı faiz dərəcəs ini 9-dən 12%-ə artırdığını, bu qərara əsasən onun qoyduğu əmanətin sığortalı hesab edildiyini, buna baxmayaraq cavabdehin müqavilənin müddətini uzadarkən ona məlumat vermədən, müqavilənin şərtlərini dəyişdirdiyini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi işin bu hallarını aydınlaşdırmamış, belə halın mövcud olubolmadığını müəyyən etmək üçün hər hansı araşdırma aparmamışdır. Bundan başqa, birinci və apellyasiya instansiyası məhkəmələri 20.02.2015-ci il tarixli müqavilənin ləğv edilməsi qənaətinə gəlmiş, bu zaman nəzərə almamışlar ki, sözügedən müqavilə hazırki iş üzrə tərəflər arasında bağlanılmamışdır. Həmçinin, birinci və apellyasiya instansiyası məhkəmələri sözügedən müqavilə üzrə faizin ödənilməsini 20.05.2015-ci il tarixindən hesablamış, lakin nə üçün bu tarixi əsas götürdüklə rini əsaslandırmamışlar. Halbuki, həmin müqavilə 20.02.2015-ci il tarixdə bağlanmışdır. Beləliklə, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə ai d edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MP M-nin 418.1-ci maddəsi). Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki icraata xitam verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh X3nun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11236/2018 saylı 31 oktyabr 2018ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar