Məhkəmə qərarları › İş №2(102)-2167/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2167/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Bank hesabatı müqavilələrinin ləğv edilməsi, xitam verilməsi və ya dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2167/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı XXXqızı Cavabdeh: “xxxx” ASC İddia tələbi: əmanət müqaviləsinə bank tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi Açar sözlər: müqavilələr azadlığı, müqaviləyə birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5494/ 2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı XXXqızı ilə “xxxx” ASC arasında xx xxxxx 2015-ci il tarixdə klassik əmanət müqaviləsi bağlanmış, əmanətçi tərəfindən illik 10.6% olmaqla 5 il müddətinə 50000 ABŞ dolları məbləğində pul vəsaiti Banka depozitə qoyulmuşdur. xx xxxxxx 2017-ci il tarixdə Bank tərəfindən əmanət müqaviləsinin şərtlərinə əsasən hesablanmalı və ödənilməli olan faiz dərəcələri birtərəfli qaydada, əmanətçiyə məlumat verilmədən və onunla razılaşdırılmadan 2%-ə endirilmişdir. Bankla mübahisənin məhkəməyə qədər nizama salınması üçün İddiaçı tərəfindən Banka xx xxxxxx 2019-cu il t arixli pretenziya məktubu göndərilmiş, Bank isə cavab məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad edərək bildirmişdir ki, əmanətin illik faiz dərəcəsinin 2%-ə endirilməsi Bankın maliyyə durumunun sağlamlaşdırılması üzrə tədbirlərlə bağlı olmuşdur. Bununla bərabər, Bank tərəfindən ona əmanətin vaxtından əvvəl geri qaytarılması imkanının olduğu da izah olunmuşdur. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2020-ci il tarixdə İddiaçı XXXqızı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmanət müqaviləsinə cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş əmanətin illik faiz dərəcəsinin 2%-ə edirilməsi ilə bağlı dəyişikliyin etibarsız hesab edilməsi, faizlərin əmanət müqaviləsinin şərtlərinə uyğun hesablanması və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1982/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi müqavilənin bəndlərinə, Mülki Məcəllənin 948.1 və 948.3-ci maddələrinə istinad etmişdir. Müqavilənin 1.5-ci bəndinə əsasən, Müqavilənin müddəti 60 aydır, yəni Müqavilə müddətlidir. Mövcud qanunvericilik müddətli əmanət müqavilələri üzrə faizlərin miqdarının cavabdeh tərəfindən azaldılmasını birmənalı şəkildə qadağan edir. Müqavilənin 3.6-cı bəndində göstərilir ki, əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri yalnız müqavilənin 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Hazırki halda isə müqavilə müddəti hələ bitmiş olmadığından, belə bir dəyişikliyin edilməsi həm qanunvericiliyə, həm də müqavilə şərtlərinə ziddir. Göründüyü kimi, bank əmanəti müqaviləsi üzrə əmanətin məbləği üçün faizlərin dəyişdirilməsi üçün Mülki Məcəllədə konkret hallar müəyyən edilmişdir. Belə ki, faizlərin dəyişdirilməsi yalnız müqavilə müddətinin qurtarması və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlanması ilə şərtləndirilmişdir ki, hazırki işin hallarında da qeyd olunan şərtlərin mövcud olması müəyyən edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin isə 8.1-ci bəndinən görünür ki, müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib edilir və hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minərək bu mü qavilənin tərkib hissəsini təşkil edirlər. İş materiallarından görünür ki, müqaviləyə dəyişiklik yazılı formada tərtib edilməmiş, habelə iddiaçının buna rəsmi razılığı alınmadan cavabdeh tərəfindən birtərəfli qaydada edilmişdir ki, bu da həm müqavilənin yuxarıda istinad edilən müddəalarına, həm də qanunvericliyin tələblərinə zidd olmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini ““xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə bağlı həyata keçirilən tədbirlərlə əsaslandırm ışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5494/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşadığıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə onun şərtlərinin (faiz dərəcələrinin) birtərəfli qaydada, digər tərəfin ziyanına dəyişdirilməsi imkanı nəzərdə tutulmamışdır. Eyni zamanda, mülki qanunvericiliklə də belə bir imkan birbaşa müəyyən olunmamışdır. Mülki Məcəllənin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən birid ir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi əsaslar müqavilənin qanunvericiliyin tələblərinə zidd qaydada dəyişdirilməsinə haqq qazandırmır. Belə ki, cavabdeh müqavilənin faizlərlə bağlı şərtlərini birtərəfli qaydada dəyişdirməkdə haqlı olmamış, bu barədə iddiaçının razılığı alınmamış, müqavilə azadlığı prinsipinə riayət olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin «Müqavilə hüququ» adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifad əsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gönədrilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədə n saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyi şdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 948.1-ci maddəsinə əsasən bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Həmin M əcəllənin 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müə yyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar