Məhkəmə qərarları › İş №e-2(005)-2220/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2220/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Bank hesabatı müqavilələrinin ləğv edilməsi, xitam verilməsi və ya dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2220/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və əmlakın saxlanca verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilənin ləğvi və əmlakın saxlanca verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2016-ci il tarixli “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə”nin ləğv edilməsi, 204 saylı depozit seyfinin açılaraq orada olan əmlakın "xxxx" ASC-nin saxlancına verilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 555 (beş yüz əlli beş) manat depozit seyfinin icarə haqqının, 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra - Bank) və Cavabdeh arasında xx.xx.2016-ci il tarixli “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə” (bundan sonra - müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən Bank 204 saylı depozit seyfini (bundan sonra - depozit seyfi) müqavilə imzalandığı tarixdən etibarən 4 (dörd) ay müddətinə müvəqqəti istifadə üçün Cavabdeh icarəyə verib. Müqaviləyə əsasən depozit seyfinin açılması üçün zəruri olan hər 2 (iki) açar da Bank tərəfindən Cavabdeh təqdim edilib.Cavabdeh müqaviləyə əsasən depozit seyfinin icarəsi üçün xx.xx.2019-cu il tarixinə qədər olan müddət üçün ümumilikdə 617,60 (altı yüz on yeddi manat 60 qəpik) komisyon haqqını Banka tam həcmdə ödəyib. xx.xx.2019-ci il tarixindən sonrakı müddət üçün isə Cavabdeh tərəfindən Banka ödəniş olunmayıb.xx.xx.2019-cu il tarixindən sonra Cavabdeh tərəfindən müqaviləyə xitam verilmədiyi və müvəqqəti istifadəyə götürülən depozit seyfi Banka təhvil verilmədiyinə görə müqavilə Cavabdeh depozit seyfindən istifadə hüququ ilə birlikdə avtomatik olaraq uzadılıb.Müqaviləyə əsasən müqavilənin icrası və ləğvi zamanı baş verə biləcək bütün mübahisələr tərəflər arasında danışıq yolu ilə həll edilir və əgər bu yolla mübahisələr nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həli edilir. Bank, bundan irəli gələrək xx.xx.2021-ci i! tarixində Cavabdeh bildiriş (pretenziya məktubu) göndərmişdir. Bu bildirişdə (pretenziya məktubunda) qeyd edilmişdir ki, 10 (on) gün müddət ərzində depozit seyfi boşaldılaraq Banka təhvil verilmədikdə və hesablanmış icarə haqqı ödəniimədikdə Bank tərəfindən məcburi qaydada depozit seyfinin açılması və məcburi açılmasınadək keçən dövr üçün hesablanmış icarə haqqının ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət ediləcəkdir. Bu bildiriş (pretenziya məktubu) heç bir nəticə verməmişdir, belə ki, Cavabdeh depozit seyfini boşaltmayaraq Banka təhvil verməmiş və hesablanmış icarə haqqını ödəməmişdir. Bununla da, Cavabdeh Bank qarşısında olan öhdəliklərini pozmaqda davam etmiş və Banka maddi zərər vurmuşdur.xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə olan müddət üçün Cavabdeh depozit seyfinin icarəsi üzrə Banka 555 (büş yüz əlli beş) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən depozit seyfinə qoyulmuş əmlakın hələ də depozit seyfində saxlanılması, depozit seyfinin boşaldılmaması, açarların Banka təhvil verilməməsi, tərəflərin müqavilə üzrə öhdəliklərinə bu günə qədər xitam verilməməsinə səbəb olmuşdur. Beləliklə müqavilənin ləğv edilməməsi və öhdəliklərə xitam verilməməsinin səbəbi, məhz Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək,e-2(005)-2220/2022 saylı iş üzrə iddiaçı "xxxx" ASC-nin iddia ərizəsindəki qətnamə çıxarılması ilə bağlı xahişinə Cavabdeh tutlması üçün depozit seyfinin icarə haqqı ilə bağlı iddia tələbinin həcmi 45 manat artırılaraq 600 manat kimi müəyyən edilməsi, iddia ərizəsində göstərilən digər iddia tələblərinin olduğu kimi saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının səlahiyyətli nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli depozit seyfinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən 204 saylı depozit seyfi 04 ay müddətində müvəqqəti istifadəyə verilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, borclu Cavabdeh iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli depozit seyfinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən 480 manat məbləğində borc yaranmışdır. xx.xx.2021-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcunun tam olaraq ödəməyi əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, belə ki, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından da görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə cavabdehin cəmi borcu 600 manat təşkil edir. Cavabdeh xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış depozit seyfinin icarə müqaviləsi ləğv edilməli, cavabdehdən də məhz tələb olunan məbləğ tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2016-ci il tarixli “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə”nin ləğv edilsin. 204 saylı depozit seyfi açılaraq orada olan əmlak "xxxx" ASC-nin saxlancına verilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 600 manat depozit seyfinin icarə haqqı və 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar