Məhkəmə qərarları › İş №2(102)-1052/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1052/2024

18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1052/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin boşaldıması, iş üzrə icraata xitam verilməsi əsasları – eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2648/2023 nömrəli, 06 noyabr 2023-cü il ta rixli qərardadından İddiaçı kassasiya şikayətinə 18 mart 2024-cü ildə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 3 otaqdan ibarət 46 saylı mənzil 15 noyabr 2005-ci il tarixdə mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra “iddiaçı”) adına qeydiyyata alınmışdır.

2. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının gəlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 2 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun gəlinidr. Cavabdeh gəlin gələn gündən iddiaçını evinə buraxmır. İddiaçı oğlunun xatirinə səbr etmişdir ki, ailə dağılmasın. İndi isə ailədən əsər-əlamət qalmayıb. Cavabdeh nikahın pozulması barədə Gəncə Şəhər Məhkəməsində iddia qaldırıb.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 152.1, 157.2-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinad etmişdir.

6. Cavabdeh iddiaya etiraz olaraq göstərmişdir ki, iddiaçı eyni iddia ilə 2014-cü il tarixdə məhkəməyə müraciət etmiş və iddiası təmin edilməmişdir. Buna görə də iddia əsassıdzdır.

7. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra mülki işə məhk əmədə baxılarkən o, eyni tərəflər arasında eyni predmet barəsində mübahisə üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsinin mövcudluğundan xəbərdar olmuşdur. Buna görə də o, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmaqla, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianın baxılmamış saxlanılmasına razı olmadığı halda isə iş üzrə icraatın dayandırılmalıdır. Belə ki, iddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)947/2014 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətlə birlikdə apellyasiya şikayəti verəcəkdir. Buna görə də həmin vəsatətə və yekun nəticədə apellyasiya şikayətinə baxılanadək iş üzrə icraat dayandırılmalıdır.

8. Cavabdeh vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edərək, bildirmişdir ki, hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasına razı deyildir və iddiaya mahiyyəti üzrə baxılmasını məhkəmədən tələb edir. Belə ki, iddiaçı bundan əvvəl də ona qarşı eyni tələblə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmış və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(125)-4529/2023 saylı qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. (hakim Camal Quliyev)

10. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə istinadən göstərmişdir ki, qeyd olunan normanın tələbindən göründ üyü kimi, iddia ərizəsinin qaytarılması barəsində ərizə əsasında iddianın baxılmamış saxlanılması üçün cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməməlidir. Hazırki halda isə iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin qaytarılması barədə ərizə versə də, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını məhkəmədən tələb edir. Buna görə də iddia ərizənin geri qaytarılmaqla, ərizənin baxılmamış saxlanılmasına dair iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti təmin edilməməlidir.

11. Bundan başqa, işdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsindən görünür ki, iddiaçının cavabdehə qarşı “əşyalarla birlikdə mənzildən çıxarılma” tələbi barədə iddiası təmin edilməmişdir. Hazırki halda isə həmin qətnamədən apellyasiya şikayətinin verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisənin artıq həll edilməsinə dair olan vəziyyəti dəyişdirməyəcəkdir. Belə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsindən apellyasiya şikayətinin təmin edilməməsi həmin qətnamənin qanuni qüvvəyə minməsinə, apellyasiya şikayətinin təmin edilməsi isə iddiaçının iddiasının təmin edilməsinə əsasdır. Buna görə də Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsindən apellyasiya şikayətinə baxılması ilə əlaqədar hazırki iş üzrə icraatın dayandırılmasına dair mülahizə ağlabatan deyildir və həmin mülahizə iş üzrə icraatın dayandırılmasına əsas ola bilməz.

12. Birinci instansiya məhkəməsi gəldi yi nəticəni Mülki Prosessual Məcəllənin 259.0.11 və 261.0.2-ci maddələri ilə əsaslandırmılşdır.

13. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 2 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılması tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardad qəbul edilərkən prosessual hüquq norması səhv tətbiq edilmiş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin g eri qaytarılması, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə isə cavabdehin hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasına razı olmamasını və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etməsini əsas götürmüş və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Prosessual hüquqi əsas kimi MPM-nin 259.0.11-ci maddəsinə istinad edilmişdir. Həmin maddənin dispozisiyasında göstərilir ki, işə mahiyyəti üzrə baxılmalıdır. Çox təəssüflər olsun ki, məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılmamışdır. MPM-nin 263.1-ci maddəsində göstərilir ki, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin qərardadlara isə iş üzrə icraatın dayandırılması, icraata xitam verilməsi, iddianın baxılmamış saxla nılması və s. qərardadlar aiddir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, hakim iş üzrə icraata verilməsi barədə qərardad qəbul etmişdir. Bu isə işə mahiyyəti üzrə baxılmamasının təsdiqidir. İşin digər mübahisə olunmayan halı ondan ibarətdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsinin mübahisələndirilməsi məhkəməyə aydın olmuşdur. Məhkəmə MPM-nin 259.0.4-cü maddəsini tətbiq etməklə iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etməli idi. Çünki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı yekun qərar qəbul edilməmişdir və Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır.

15. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4529/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birl ikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2648/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4529/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamli Rzaquliyev)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı əşyalarla birlikdə mənzildən çıxarılması barədə iddia qaldırmış və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsi ilə id dia rədd edilmişdir. Tərəflər həmin qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.

18. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün birinci instansiya məhkəməsi işin icraatına xitam verməkdə haqlı olmuşdur Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadın ləğv edilib, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması əsaslarının yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı cavabdehin təqdim etdiyi qətnamənin apellyasiya məhkəməsində mübahi sələndirilməsini əsas gətirərək MPM-nin 259.0.4-cü maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə isə cavabdehin işə mahiyyəti üzrə baxılmasını istəməsini əsas gətirərək işə mahiyyəti üzrə baxmışdır. Əslində isə məhkəmə MPM-nin 259.0.4-cü maddəsinə əsasən iddia ərizəsini geri qaytarmalı idi. Mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəf eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini məhkəməyə təqdim etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən MPM-nin 259.0.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə ərizə verərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılması barədə yerində müşavirə edərək qərar qəbul edilmişdir. MPM-nin 216.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxdığına görə yekun qərarı qətnamə formasında qəbul etmək əvəzinə qərardad formasında qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə cavabdeh etiraz vermişdir. Etirazda apelyasiya instansiyası məhkəməsini qərardadını düzgün olması bildirilmiş, bu əsasla şikayətin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 H ər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 416.1. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehin əşyaları ilə birgə çıxarılması barədədir.

27. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının cavabdehə qarşı eyni tələbi olmuş, həmin tələb təmin edilməmişdir.

28. Bu baxımdan məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə razılaşır.

29. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəm ənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

30. İddiaçının nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsinə verdiyi vəsatətin, apellyasiya və kassasiya şikayətlərinin məzmundan da görünür ki, iddiaçı tərəf eyni tərəfə eyni predmet və eyni əsaslara iddia verilməsini qəbul edir.

31. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmələrin istinad etdiyi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilib, bu da o deməkdir ki, həmin qətnamə qanuni qüvvəyə minməyib və MPM-in 259.0.11-ci maddəsinə görə cavabdeh etiraz etdikdə iddiaya mahiyyəti üzrə baxılmalı olduğu halda, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməyib.

32. Məhkəmə kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Əvvəla, iddiaçı tərəf Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsindən apellyasiya şikayəti verildiyini bildirsə də, bu barədə işə mahiyyəti üzrə və sübutlar əsasında baxan məhkəmələrə hər hansı sübut təqdim etməyib. Belə olan halda, iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi düzgün olmuşdur.

33. Bundan əlavə, MPM-in 259.0.11-ci maddəsinə görə cavabdehin iddianın baxılmamış saxlanması barədə ərizəyə etiraz etdiyi halda iddiaya mahiyyəti üzrə baxılmalı olması iddianın mütləq mənada təmin və ya rədd edilməsi demək deyil. Burada mahiyyəti üzrə baxılma dedikdə, iddia üzrə icraata xitam verilməsi də başa düşülür.

34. Bu baxımdan iddiaçının MPM-in 216.1-ci maddəsinə istinadı da həmin dəlili n əsaslı olması demək deyil. Çünki həmin normaya görə işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. İşin mahiyyəti üzrə həll edilməsi ilə işə mahiyyəti üzrə baxılması isə fərqli hüquqi anlayışlardır

35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2648/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadı dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar