Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1053/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin vəkili Məhərrəmov Bəhruz Abdurəhman oğlunun iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7470/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ə.Me hdiyev, iş № 2(006)-927/2018) iddiaçı x1 cavabdeh “x2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia tələbi təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı x1apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.K.Xəlilov, iş № 2(103)7470/2018) iddiaçı x1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-927/2018 saylı iş üzrə 17 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən iddiaçı x1kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı x1cavabdeh “x2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul”xxxx“x2 ASC-dən 20460 manat sığorta məbləğinin, 5135,46 manat dəbbə pulunun, 30 manat dövlət rüsumunun, cəmi 25625,46 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x1Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin maliyyə dəstəyi ilə İmişli rayonunun Aranlı kəndində 120 ha torpaq sahəsində buğda əkilməsini təmin etmişdir. Bununla əlaqədar “x2 ASC ilə 22 noyabr 2016-cı il tarixli “Kənd təsərrüfatı bitkilərinin sığortası” şəhadətnaməsini və sığorta şəhadətnaməsinə 1 saylı əlavəni imzalamışdır. Həmin şəhadətnamayə və 1 saylı əlavəyə əsasən sığorta məbləği 90000 manat, sığortalanma faizi 90 faiz, 1 hektarın dəyəri 840 manat, sığorta ödənişi isə 4950 manat müəyyən edilmişdir. İddiaçı x1 istifadəsində və sahibliyində olan 120 ha torpaq sahəsinin 65 ha hissəsində sığorta hadisəsi baş vermişdir. Belə ki, qeyd edilən ərazidə torpaq sahəsinin normadan artıq nəmlənməsi səbəbindən çıxış bəzi hissələrdə ümumiyyətlə olmamış, bəzi hissələrdə isə zəif olmuşdur. Bu barədə sığortaçı “xxxx“x2 ASC-nin sifarişi əsasında qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan “xxxx“x2 ASC-yə 30 ha sahədə 11250 manat dəyərində sığorta hadisəsinin olması barədə qiymətləndirmə hesabatı vermişdir. “x2 ASC isə öz növbəsində 11 aprel 2017-ci il tarixli 1021/1 saylı məktubla sığorta ödənişinin verilməsindən imtina etmişdir. Daha sonra “xxxx“x2 ASC-yə 40 ha sahədə 5652 manat dəyərində sığorta hadisəsinin olması barədə qiymətləndirmə hesabatı vermişdir. Bundan sonra Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinə şikayət ərizəsi ilə müraciət etmiş və Palatanın 18 avqust 2017-ci il tarixli, 04/10-6241 saylı məktubu ilə cavabdehdən dəymiş zərərin məbləğinin 7 iş günü müddətində faydalanan şəxsə ödənilməsi tələb edilmişdir. Bundan sonra cavabdeh təşkilat tərəfindən ona ayrı-ayrılıqda 5652 manat və 14000 manat, cəmi 19652 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh təşkilat etiraf etdiyi həddə, yəni əvvəlcə 30 ha, daha sonra 40 ha sahədə sığorta hadisəsinin baş verməsi səbəbindən verilməli olan sığorta ödənişini 1560 manat az ödəmişdir. Belə ki, cavabdeh təşkilat sığorta hadisəsi baş vermiş ərazinin 40 ha olduğunun etiraf etmiş, bu həcmdə sahə üçün x1 21240 manat pul ö dənilməli olsa da, cavabdeh tərəfindən iddiaçıya 19672 manat sığorta ödənişi verilmişdir (40 ha x 756 manat=32240 manat - 9000 manat= 21240 manat). Göründüyü kimi, cavabdeh heç bir əsaslandırma aparmadan iddiaçıya 19672 manat sığorta ödənişi vermişdir. Odur ki, cavabdehdən 1560 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa sığorta hadisəsi 65 ha əkin sahəsində baş versə də, cavabdeh 25 ha torpaq sahəsi üçün sığorta ödənişinin verilməsindən əsaslandırma aparmadan imtina etmişdir. 25 ha torpaq sahəsində baş vermiş sığorta hadisəsi üçün cavabdeh təşkilat iddiaçıya 18900 manat sığorta ödənişi verməlidir (25 ha x 756 manat=18900 manat). İş materiallarına əlavə edilmiş aktlara əsasən sığorta hadisəsinin baş vermiş sahəsi 65 ha olmuş və bu hal işin mübahisəsiz halı olsa da, cavabdeh he ç bir əsaslandırma aparmadan 25 ha torpaq sahəsi üçün sığorta ödənişinin ödənilməsindən imtina etmiş, iddiaçının asılı vəziyyətindən istifadə edərək 40 ha torpaq sahəsinə dair sığorta ödənişini qəbul etməyə məcbur etmişdir. Göstərilənlərə əsasən cavabdeh “x2 ASC-dən 40 ha torpaq sahəsində baş vermiş sığorta hadisəsinə görə 1560 manat, 25 ha torpaq sahəsində isə baş vermiş sığorta hadisəsinə görə 18900 manat, cəmi 20460 manat sığorta məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan başqa cavabdeh sığorta ödənişi olan 20460 manat gecikdirdiyi üçün sığorta hadisəsi barədə cavabdehə məlumat verildiyi 15 mart 2017-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 20 noyabr 2017-ci il tarixədək olan 251 gün üçün 0.1 faiz 5135,46 manat təşkil edir. Odur ki, cava bdehdən 5135,46 manat dəbbə pulu onun xeyrinə tutulmalıdır. “x3 MMC-nin hesabatı müvafiq qanunvericiliyə, “Kənd təsərrüfatı bitkilərinin sığortalanması” qaydalarına, tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsinə və həmin sığorta şəhadətnaməsinin əlavəsinə ziddir. Belə ki, sığorta hadisəsi baş vermiş torpaq sahəsi faktiki olaraq 65 ha olsa da, “x2 ASC sığorta hadisəsini qiymətləndirərkən heç bir əsaslandırıcı səbəb göstərmədən sığorta hadisəsi baş vermiş torpaq sahəsini 40 ha göstərmişdir. Bundan başqa tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsinə və həmin sığorta şəhadətnaməsinin əlavəsinə əsasən 1 hektarın dəyəri 840 manat müəyyən edilsə də, “x2 ASC dəymiş zərərin hesablanmasını hər hektar üçün 840 manat nəzərə almaq əvəzinə, hər hektar üçün iş və xidmətlərin görülməsinə çəkil miş xərclərə münasibətdə hesablamış və çəkilmiş xərcləri əhəmiyyətli dərəcədə azaltmışdır. Belə ki, “x2 ASC-nin sifarişi əsasında qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan “x3 MMC-nin tərtib etdiyi “Buğda bitkisi üçün suvarılan əkin sahəsi üçün çəkilən xərclərin” cədvəlində “sahənin sələf bitkilərindən təmizlənməsi” xərci 1 ha üçün 20 manat göstərilmişdir ki, əslində qeyd edilən işin görülməsi xərci 1 ha üçün 30 manat təşkil etmişdir. Bundan başqa tərtib edilmiş cədvəldə “şumun çıxarılması (25-27 sm)” bölməsi üçün xərc 1 ha üçün 35 manat göstərilmişdir ki, əslində qeyd edilən işin görülməsi xərci 1 ha üçün 80 manat təşkil etmişdir. Həmçinin, həmin cədvəldə “şumun səpin üçün hazırlanması (mala-2 dəfə)” bölməsi üzrə xərc 1 ha üçün 30 manat göstərilmişdir ki, əslində q eyd edilən işin görülməsi xərci 1 ha üçün 50 manat təşkil etmişdir. Bundan əlavə, həmin cədvəldə “toxumun alınması (200 kq)” bölməsi üzrə xərc 1 ha üçün 80 manat göstərilmişdir ki, əslində qeyd edilən işin görülməsi xərci 1 ha üçün 100 manat təşkil etmişdir. Bundan başqa həmin cədvəldə “toxumun sahəyə səpilməsi” bölməsi üzrə xərc 1 ha üçün 20 manat göstərilmişdir ki, əslində qeyd edilən işin görülməsi xərci 1 ha üçün 30 manat təşkil etmişdir. Bundan əlavə əkin sahəsində əlavə iş və xidmətlərin görülməsi üçün sığortalı tərəfindən maliyyə vəsaiti sərf edilmişdir ki, “xxxx“xxxxtərəfindən həmin xərclər ümumiyyətlə nəzərə alınmamışdır. Göründüyü kimi, “x2 ASC məqsədli şəkildə, yəni müqavilə tərəfi olaraq özünün üstün mövqeyindən sui-istifadə edərək ilk öncə sığorta hadisəsinin ümumiyyətlə olmam ası barədə iddiaçıya məktub yazmış, daha sonra sığorta hadisəsinin olmasını etiraf edərək dəymiş zərərin hesablanmasını öz maraqlarına uyğun həyata keçirmiş, bununla da tərəflər arasında bağlanmış müqavilənin, müvafiq qaydaların və təlimatların tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 və vəkili R.T.Məlikov kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7470/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahişetmişlər. Kassasiya şikayətində göstərili r ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Konstitusiyanın 60, 127, MPM-nin 9-cu maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin vəkili B.A.Məhərrəmov apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, kassator və vəkili heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, cavabdehin vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericil ik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni iş ə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, x1ilə “x2 ASC arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli, İ-CROP-0001/16 saylı “Kənd təsərrüfatı bitkilərinin sığortası” şəhadətnaməsinə və sığorta şəhadətnaməsinə 1 saylı əlavəyə görə İmişli rayonunun Aranlı kəndində 120 ha torpaq sahəsi (pay torpaqları) 9 0000 manat, sığortalanma faizi 90 faiz, 1 hektarın dəyəri 840 manat, sığorta haqqı isə 4950 manat müəyyən edilmişdir. “x3 MMCnin 11 aprel 2017-ci il tarixli, PS-023/17 saylı qiymətləndirmə hesabatına əsasən x1 sığortaladığı 120 ha payızlıq buğda əkinlərinin gecikmiş səpin dövrünə təsadüf etdiyi aşkarlanmışdır. Qüsurlu əkin sahəsinə çəkilən xərc 40 ha x 407 manat/ha= 16280 manat, sığorta şəhadətnaməsinin şərtlərinə görə sığortalanma faizi 16280 manat x 90 %= 14652 manat, sığorta şəhadətnaməsinin şərtlərinə görə şərtsiz azadolma sığorta məbləğinin 10 faizi həcmində 90000 manat x 10%=9000 manat, qiymətləndirilən yekun məbləğ 14652 manat-9000 manat=5652 manat müəyyən edilmişdir. “x3 MMC-nin 11 aprel 2017-ci il tarixli, PS-023/17 saylı qiymətləndirmə hesabatına görə x1 sığortaladığı 120 ha pa yızlıq buğda əkinlərinin gecikmiş səpin dövrünə təsadüf etdiyi aşkarlanmışdır. Qüsurlu əkin sahəsinə çəkilən xərc 30 ha x 750 manat/ha=22500 manat, sığorta şəhadətnaməsinin şərtlərinə görə sığortalanma faizi 22500 manat x 90%=20250 manat, sığorta şəhadətnaməsinin şərtlərinə görə şərtsiz azadolma sığorta məbləğinin 10 faizi həcmində 90000 manat x 10%=9000 manat, qiymətləndirilən yekun məbləğ 20250 manat-9000 manat=11250 manat müəyyən edilmişdir. “x2 ASC tərəfindən x1 ünvanlanmış 11 aprel 2017-ci il tarixli, 1021/1 saylı məktubda qeyd olunmuşdur ki, x115 mart 2017-ci il tarixdə şirkətə müraciət edərək taxıl sahəsinin 25 hektar ərazisinə zərər dəydiyini bildirmişdir. Hadisə dərhal qeydiyyata alınmış və müvafıq araşdırmalar aparılmışdır. Hadisənin detallı araşdırılması üçün müvafıq lisenziya ə sasında qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan “x3 MMC-yə müraciət olunmuşdur. Ekspert müşahidəsi zamanı müəyyən olunmuşdur ki, səpin müddəti gecikdirilmiş və noyabr ayının ortalarına təsadüf etmişdir. Lakin payızlıq buğdanın səpin müddəti oktyabr ayının ikinci və üçüncü ongünlükləri hesab olunur. Beləliklə, sığortalanmış ərazidə payızlıq buğda əkinlərinin gecikmiş səpin dövrünə təsadüf etdiyi aşkarlanmışdır ki, belə olan halda hər hansı məhsuldarlığın olması istisna olunur. Məhkəmələr Azərbaycan Respublikası Müki Məcəlləsinin 883.1, 888.2, 923.1, 923.2, 923.3, 923.4, 926.1, 926.2, 927.1-ci maddələrini tətbiq edərək belə nəticəyə gəlmişlər ki, x1 sığortaladığı 120 ha payızlıq buğda əkinləri gecikmiş səpin dövrünə təsadüf etdiyindən və belə olan təqdirdə sığorta ş əhadətnaməsinə əsasən sığorta ödənişi istisna olunduğundan hazırki iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkəmə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Yuxarıda da qeyd olunduğu kimi, ekspert müşahidəsi zamanı payızlıq buğdanın səpin müddətinin oktyabr ayının ikinci və üçüncü ongünlükləri hesab olunduğu halda, iddiaçı tərəfindən səpin müddətinin gecikdirildiyi və noyabr ayının ortalarına təsadüf etdiyi müəyyən olunmuşdur. Bununla da sığortalanmış ərazidə payızlıq buğda əkinlərinin gecikmiş səpin dövrünə təsadüf etdiyi aşkarlanmışdır ki, bu da hər hansı məhsuldarlığın olması faktını istisna edir. Belə ki, Kənd təsərrüfatı bitkilərinin sığortası Qaydalarının 4.9.9-cu maddəsinə əsasən toxumların səhv səpilməsi sığorta təminatı üzrə istisnalara aid olunur. Belə olan halda “x2 ASC-nin baş vermiş hadisə üzrə heç bir öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası Müki Məcəlləsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Sığorta had isəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığor taçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunan a, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz (883.1, 888.2, 923.1, 923.2, 923.3, 923.4, 926.1, 926.2, 927.1-ci maddələr). İş materiallarında olan 11.04.2017-ci il tarixli qiymətləndirmə rəyi ilə sığortalanmış ərazidə payızlıq buğda əkinlərinin gecikmiş səpin dövrünə təsadüf etdiyi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 22.11.2016-cı il tarixli kənd təsərrüfatı bitkilərinin sığortası müqaviləsində sadalanmış sığorta riskləri arasında da qeyd edilən hal göstərilməmişdir. Bundan başqa, iddiaçı iş materiallarında olan və “x2 ASC-nin qəza komissarının da imzaladığı 14.04.2017-ci il tarixli akta istinad etmişdir ki, həmin aktda da 65 ha torpaq sahəsində buğdanın məhv olması göstərilmiş, lakin baş vermiş hadisənin hansı səbəbdən yarandığı öz əksini ta pmamışdır. Qeyd edilənlərə əsasən, cavabdehin baş vermiş hadisə ilə bağlı öhdəliyinin yaranması halı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan hadisənin sığorta hadisəsi olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qay da olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə e tibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı x1tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7470/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1053/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1053/2019
28.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver