Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1057/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, MMC-nin direktoru oğlunun iddiaçının vəkili X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2337/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Salyan rayon məhkəməsinin (hakim Muradağa Qasımov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməməsi nəticəsində «xxxx» MMC-yə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6062,95 manat, faiz borcu üzrə 1863,90 manat, cəmi 7926,85 manat məbləğində pulun 22 manat dövlət rüsumunun alınıb iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov, Zeynal Ze ynalov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 6062,35 pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 (1-ci cavabdeh) və Cavabdeh2 (2-ci cavabdeh) qarşı öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməməsi nəticəsində «xxxx» MMC-yə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vurulmuş zərərə görə əsas borc qismində 6062,95 manat, faiz qismində 653,45 manat və əldən çıxmış faydaya görə 3000 manat, cəmin 9716,40 manat tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə işə qəbul olunmaq üçün firmaya ərizə ilə müraciət etmiş, onunla müvafiq qaydada əmək müqaviləsi və öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Cavabdeh1 Ağdaş, Ucar və Göyçay rayonlarında yerləşən satış nöqtələri ilə işləmişdir. O, müştərilərin istədikləri sifarişləri qəbul edib “xxxx” MMC-nin mərkəzi ofisinə göndərir, ofis də sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını Cavabdeh1 sifariş etdiyi ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şirkətin xəzinəsinə ödəyirdi. Lakin Cavabdeh1 öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti dayandırılaraq, xx.xx.2016-cı il tarixdə işdən azad olunmuşdur. Fəaliyyət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün ona 1 ay müddət verilmişdir. Ancaq Cavabdeh1 müqavilə şərtlərinə əməl etməmiş, nəticədə balansında qalan pul vəsaitini şirkətə təhvil vermədiyindən “xxxx” MMC-yə 6062,95 manat məbləğində zərər vurmuşdur. Bundan əlavə, o, 6062,955 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5 % olmaqla, cəmi 653,45 manat məbləğində faiz pulu və əldən çıxmış faydaya görə isə 3000 manat hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 9716,40 manat ziyan hesablanmışdır. Digər Cavabdeh2 ilə öhdəlik müqaviləsi bağlanmışdır ki, həmin müqavilə ilə Cavabdeh2, övladı- Cavab deh1 “xxxx” MMC qarşısında öhdəliyinə zamin durmuşdur. Birinci instansiya məhkəməsində, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə vermiş, cavabdehlərdən müştərək qaydada 6062,95 manat vurulmuş zərərin əvəzi, xx.xx.2016-cı il tarixdən qətnamə çıxarılan günədək pul vəsaitini əsassız olaraq özündə saxladıqları üçün həmin əsas borcun ən azı 5% olmaqla, bank uçot dərəcəsi nəzərə alınaraq məbləğin və 3000 manat əldən çıxmış faydaya görə məbləğin, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınıb “xxxx” MMC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikay əti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin zaminlik və faizlə bağlı hissədə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə ərizə ilə Cəmiyyətə müraciət edərək oğlu Cavabdeh1 cəmiyyətdə işlədiyi zaman hesabında qalan və ödənilməyən 6222,95 manat pulun çatışmazlığı olduğu halda həmin məbləği Cəmiyyətə ödəyəcəyini öz üzərinə öhdəlik olaraq götürmüşdür. Bundan əlavə cavabdeh cəmiyyətdə işlədiyi zaman atası Cavabdeh2 cəmiyyət qarşısında öhdəlik götürərək ona zamin olmuşdur. Bununla da, Cavabdeh2 Cavabdeh1 Cəmiyyətə olan borcunun ödənilməsini, öz üzərinə gö türməsi qanunvericiliyin tələblərinə uyğundur. Lakin məhkəmə qeyd olunanları nəzərə almayaraq qanunvericiliyin tələblərini pozaraq Salyan rayon məhkəməsinin qətnaməsi ilə təmin olunmuş faiz və öhdəliklə (zaminlik) bağlı olan hissəsini ləğv etmişdir. Bundan əlavə məhkəmənin faizlə bağlı gəldiyi nəticə də qanununvericiliyin tələblərinə ziddir, qanunsuz və əsassızdır.Belə ki, Cəmiyyət cavabdeh tərəfindən ödənilməyən məbləği sahibkar olaraq banklardan kredit olaraq almış və həmin məbləğə görə də banklara müəyyən olunmuş faizlər ödəmişdir. Bununla da Cəmiyyət cavabdeh tərəfindən əlavə olaraq ziyana salınmışdır. Lakin məhkəmə bu kimi məsələləri nəzərə almamış və qanunların tələblərini pozaraq tələb olunan faizi ləğv etmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülk i kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən o, işdən çıxdıqdan 1 ay müddətində mağazalara payladığı malların pullarını yığıb iddiaçıya təhvil verməli idi. O, öz xahişi ilə işdən azad olunduqdan sonra Telman adlı işçi ilə təhvil təslim edib müvafiq akt tərtib etsələr də, həmin aktı itirmişdir. Həmin vaxt onun balansında iddiaçıya ödəmək üçün 21500 manat borc olmuşdur. Həmin borcun bir qismini onun yerinə işə qəbul edilmiş Telman mağazalardan yığaraq iddiaçının hesabına mədaxil etmişdir. İşdən çıxdığı 8 aydan sonra onun iştirakı ilə reviziya aparılmış və məlum olmuşdur ki, onun mağazalara payladığı mallardan şirkətə ödənilməmiş 6200 manat borcu qalmışdır. Bunun səbəbini mağazalardan soruşduqda, ona bildirmişlər ki, həmin 6200 manat pulu onlar Telmana təhvil vermişlər ki, şirkətə ödəsin. Əslində onun şirkətə heç bir borcu yoxdur. Məhkəmə bu halları nəzərə almayaraq səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, MMC-nin direktoru oğlu və iddiaçının vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.3-cü maddəsin ə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətlən dirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 074/k-02 saylı əmrlə “xxxx” MMC-yə ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. Onunla firma arasında tam maddi məsul şəxs haqqında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. İddiaçı MMC Cavabdeh1la aralarında bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə şərtlərinə uyğun olaraq vurulmuş ziyanı tələb edir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddələrinə istinad ed ərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsas borc tələbinə dair hissədə ümumi şəkildə qaimə sənədlərinə istinad etsə də, tələb edilən borc məbləği lazımi sübutlarla təsdiqini tapmır. İddiaçı tərəf tələbini əsaslandırmaq üçün “xxxx” MMC-nin təsdiq etdiyi kompüterdən çıxarışı təqdim etmişdir. Lakin həmin çıxarışda cavabdehin imzası olmamışdır. İddiaçı yaranmış borc məbləğinin cavabdehlik daşıyan şəxslə qarşılıqlı üzləşdirməsini təqdim etməmişdir. Lakin, Cavabdeh1 iddianı qismən etiraf etmişdir. Belə ki, o, ərizə təqdim edərək işlədiyi müddətdə “xxxx” MMC-dən 21000 manat dəyərində mal sifariş etdiyini, malların pulunu 1 ay müddətində firmaya ödəniş etməli olmasını etiraf etmiş, bununla belə 1 ay ərzində işdən çıxdığında pulları firmanın nümayəndəsinə təh vil verdiyini, 6062 manat pulu firmaya təhvil verdiyini bildirmişdir. Cavabdeh müvafiq məbləğdə mal qəbul etdiyini, onun dəyərini ödəməli olduğunu etiraf etmişdir. Belə olan halda malın dəyəri olan, iddia edilən 6062 manat pulun qaytarılmasını, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə sübut etmək vəzifəsi cavabdein üzərindədir. Pulun qaytarıldığını isə cavabdeh sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini faiz borcunun tutulması və tələbin digər Cavabdeh2 tutulması hissədə rədd etmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının səlahiyyətli nümayəndələri və vəkilinin izhatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh1 kassasiya şikayəti qismən t əmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilən Cavabdeh1 6062,35 pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini faiz borcunun tutulması və tələbin digər Cavabdeh2 tutulması hissədə rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Bu hissədə iddiaçı MMC-nin kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır k i, iddiaçı Cavabdeh2 pul tələb edərkən onun yazdığı və iş materiallarına əlavə edilmiş öhdəliyə istinad etmişdir. Cavabdeh2 iddiaçı ilə hər hansı əmək və ya ayrıca müqavilə-öhdəlik münasibətində olmamışdır. Cavabdeh2 yazılı ərizəsi mövcud borcun Cavabdeh1 ona keçməsi deyil. Birinci instansiya məhkəməsi tərəflər arasında münasibətləri zaminlik münasibətləri kimi qiymətləndirmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliklə bağlı müddəalarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə məhkəmənin mövqeyini əsassız sayaraq qeyd etmişdir ki, Cavabdeh1 əmək münasibətlərindən irəli gələn ziyanla bağlı məsuliyyət daşıyır və məhkəmə də bu əsasla iddianın əsaslılığını müzakirə etməlidir. Cavabdeh1 əmək münasibətlərindən irəli gələn öhdəliyə görə iddiaçı ilə hər hansı əmək münasibətində olmayan digər Cavabdeh2 məsuliyyət daşıya bilməz. Bundan başqa iddiaçı MMC cavabdehdən tələb etidyi faiz borcu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları, MMC-nin tələb etdiyi pulun qaytarılmaması nəticəsində maddi ziyana düşməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin faiz borcunun və iddianın Cavabdeh2 aid hissədə rədd olunmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. İddiaçının kassasiya şikayətinə əsasən qətnamə həmin hissədə ləğv oluna və ya dəyişdirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi iddia tələbinin təmin edilən Cavabdeh1 6062,35 pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi hissədə iş materilallarında olan sübutlara tam, hərtəfərəli və obyektiv qiymət verməmiş, məhkəmənin bu hissədə gəldiyi nəticə işin hallarına uyğun əsaslanırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini 6062,35 manat pulun tutulması hissədə iddia tələbini təmin edərkən cavabdehin həmin faktı etiraf etməsini qeyd etmişdir. Lakin iş materiallarında Cavabdeh1 iddiaçı MMC-yə 6062,35 manat borcunun olmasının etiraf etməsi müəyyən edilmir. İş materiallarında olan Cavabdeh1 tərəfindən yazılmış ərizədən görünür ki (iş vər. 99), cavabdeh həmin ərizədə MMC-nin ticarət nümayənədəsi işlədiyi zaman “xxxx” MMC-dən 21000 manatlıq mal sifariş verdiyini, verdiyi sifarişlərin pulunu bir ay ərzində qaytarmalı olması, lakin işdən çıxdığı üçün pulların firmanın nümayəndəsinə təhvil verilməsini, firmada təxmini işlədiyi müddətdə Abbasov Samirdən təhvil aldığı pulu firmaya verdiyini göstərmişdir. İşə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi instansiyalarında baxılan zaman Cavabdeh1 vediyi izahatlarında işdən çıxdıqdan 1 ay sonra Telman adlı işçi ilə təhvil-təslim aktı tərtib etdiklərini, həmin vaxt onun balansında iddiaçıya ödəmək üçün 21500 manat borcun olmasını, həmin borcun bir qismini Telmanım mağazalardan yığaraq iddiaçıya ödəməsini, 8 aydan sonra şirkətdən ona 6200 manat pulun ödənilməməsini bildirdiklərini, bunun səbəbini mağazalardan soruşduqda həmin pulu şirkətə ödəmək üçün Telmana verdiklərini izahatında qeyd etmişdir. Göründüyü kimi, cavabdeh izahatlarında və məhkəməyə təqdim etdiyi yazılı ərizədə cavabdeh MMC-yə borcu olmasını etiraf etməmiş, MMC-dən mal aldığını həmin malların satışından əldə olunmuş pulları yığaraq iddiaçı MMC-yə təhvil verdiyini, qalan 6062 manat dəyərində malları isə MMC-nin rəhbərliyinin göstərişinə əsasən Telman adlı işçiyə təhvil verdiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala yanlış qiymət verərək cavabdehin izahatlarını etiraf etdici izahatlar kimi qəbul etmişdir. Məhkəmənin bu qənaəti Mülki Prosessual Məcəllənin 106.3, 191-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelnumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərarının tələblərinə ziddir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu maddənin tələblərinə görə, faktın etiraf olunması məhkəmə iclasının protokoluna qeyd olunur və etiraf edən tərəf protokolu imzalayır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin tələbini əsaslandırmaq üçün “xxxx” MMC-nin təsdiq etdiyi kompüterdən çıxarışı təqdim etdiyini, lakin həmin çıxarışda cavabdehin imzasının olmamasını, iddiaçının yaranmış borc məbləğinin cavabdehlik daşıyan şəxslə qarşılıqlı üzləşdirməsini təqdim etməməsini qeyd etmiş, lakin cavabdehin izahatlarına və yazılı ərizəsinə düzgün qiymət verməyərək onun izahatlarını borcun etirafı kimi qiymətləndirmişdir. Hazırk i halda iddia tələbinin faktiki əsası kimi istinad edilən halları, yəni cavabdehin iddiaçı şirkətə borcunun olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. Bu barədə sübutları iddiaçı məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin bütün hallarını araşdırmamış, iddiaçı tərəfindən məhkəməyə cavabdehin borcunun olması barədə mötəbər sübutlar təqdim edilməməsinə, borcun mövcudluğu barədə cavabdehin də iştirakı ilə audit yoxlamasının ke çirilməməsinə əhəmiyyət verməmiş, cavadehin izahatlarında qeyd etdiyi Telman adlı şəxsin şahid kimi məhkəməyə dəvət edilərək ifadəsinin alınmasını tərəflərə təklif etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevan ın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Mülki Prosessual Məcəllənin 61-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi iddia tələbinin təmin edilən Cavabdeh1 6062,35 pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət ver məlidir. Məhkəmə nəzərə almalıdır ki, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətinin və vurulmuş ziyanın məbləğinin müəyyən edilməsinin Əmək Məcəlləsində xüsusi qaydası nəzərdə tutulmuş, bu məsələnin həlli ilə bağlı işəgötürənə və məhkəməyə xüsusi səlahiyyətlər verilmişdir. Əmək Məcəlləsinin 203-cü maddəsinə görə, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. H əmin Məcəllənin 206-cı maddəsinə əsasən, Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən normalarının tələblərini də nəzərə almalıdır. Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilən Cavabdeh1 6062,35 pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1057/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1057/2020
24.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver