Məhkəmə qərarları › İş №2(102)-1059/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1059/2019

15.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1059/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X1, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın ölkədən çıxarılmasına icazə verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-cı il tarixli qətnaməsi i lə (hakim C.Qədimov) İddiaçı Cavabdeh qarşı uşağın ölkədən çıxarılmasına icazə verilməsi tələbi təmin edilmiş, cavabdehlə birgə nikahından doğulmuş 12 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək cavabdehin razılığı olmadan iddiaçı ilə birlikdə ölkə xaricinə gedib-gəlməsinə icazə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Vəkil, hakimlər X.Cəmilova və İ.Xəlilov) Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkə n Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş 12 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək cavabdehin razılığı olmadan iddiaçı ilə birlikdə ölkə xaricinə gedib-gəlməsinə icazə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə edilməyən hallarına görə İddiaçı ilə Cavabdeh 05 avqust 2014-cü il taroxdə birgə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 12.04.2015-ci il tarixdə Yağmur adlı övladları dünyaya gəlmişdir. Tərəflərin nikahları məhkəmə qaydasında pozulmuş, uşaq anasının himayəsində saxlanılmışır. İş materiallarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 06 iyun 2018-ci il tarixli rəyə əsasən, azyaşlı Yağmurun müvəqqəti olaraq (beş il müddətində) cavabdehin razılığı olmadan Azərbaycan Respublikası hüdudlarından kənara çıxar ılması hüququnun iddiaçıya verilməsi azyaşlının mənafeyi baxımından RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilmişdir. Apellyasiya insyansiyası məhkəməsi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun 1 və 2-ci, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9, 11.2-ci maddələrini tətbiq etməklə hesab etmişdir ki, iddiaçı uşağı uzun müddətə deyil, qısa müddətə ölkə xaricinə aparıb gətirmək niyyətindədir və bu hal cavabdehin uşaqla ünsiyyət hüququna maneçilik törətməyəcəkdir. Bundan başqa, təkliflər verilməsinə və zəruri şərait yaradılmasına baxmayaraq, tərəflər məsələ ilə bağlı öz aralarında razılığa gələ bilməmişlər. Onların bir-birinə qarşı aşkar mənfi münasibəti uşağın hüquqlarına mənfi təsir göstərməsinə əsas ola bilməz. Habelə, uşağın ölkədən çıxmasına cavabdehin razılıq verməməsi 18 yaşına çatanadək uşağın hərəkət azadlığını məhdudlaşdırır və onun mənafeləri ilə ziddiyyət təşkil edir. İş üzrə iddiaçının öz uşağı ilə birlikdə ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Həmçinin nəzərə alınmalıdır ki, ananın himayəsində saxlanmış azyaşlı uşağın atasının icazəsi olmadığından ölkədən çıxa bilməməsi iddiaçını da ölkə hüdudlarından kənara çıxmaq imkanından faktiki məhrum etmişdir. Öz növbəsində, cavabdeh uşağın anası ilə ölkədən getmək hüququnu məhdudlaşdırmağa imkan verən hər hansı konkret hallara əsaslanmamış və bu cür halları təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tə rəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar