Məhkəmə qərarları › İş №2(102)-1060/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1060/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1060/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehn qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və alimentin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7571/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 202 3-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 12 noyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 24 aprel 2012-ci il təvəllüdlü X6 və 18 oktyabr 2013-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında olan nikahın pozulması, 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X2 cavabdehdən alınıb onun himayəsinə verilmələri, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa 193 manat olmaqla, cəmi 386 manat məbləğdə alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan ailədə müəyyən münaqişələr yaranmışdır. Artıq 2 aydır ki, cavabdehlə ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar. Buna səbəb isə cavabdehin mütəmadi olaraq spirtli içki qəbul edərək ailədə aqressiya yaratması, ona və övladlarına qarşı şiddət tətbiq etməsidir. 07 yanvar 2022-ci il tarixdə cavabdeh növbəti dəfə içkili vəziyyətdə evdə dava saldığına görə gecə saat 2-də məcbur olaraq atasının köməkliyi ilə məcburiyyətdən, atası ilə birlikdə çantasını götürüb evdən getməli olmuşdur. Övladları həmin saatda yatdıqlarına görə onları oyatmaq istəməmişdir. Lakin səhəri gün evə uşaqların dalınca gedib, özü ilə atasının evinə aparmaq istəyəndə, evdə yalnız qayınanası və qızının olduğ unu görmüşdür. Cavabdeh oğlunu da götürüb rayona getmişdir. 3 gün sonra qayıtmalı idilər. Gecə qayınanası evdə tək qalmasın deyə, qızının həmin evdə nənəsi ilə qalmasına razılaşmışdır. Lakin 3 gün sonra evə gedib övladlarını özü ilə götürmək istədikdə, cavabdeh ona övaldlarını heç vaxt verməyəcəyini bildirmişdir. Bundan sonra dəfələrlə evə, uşaqların təhsil aldığı məktəbə getsə də, övladlarını görə və onlarla əlaqə saxlaya bilməmişdir.

4. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək həmçinin göstərmişdir ki, uşaqlar təklikdə onunla normal davransalar da, atalarının yanında olanda tamam başqa cür davranırlar. Görünür ki, cavabdeh uşaqlara psixiloji təzyiq göstərərək, uşaqları ondan soyutmağa çalışır. O, uşaqların sinif rəhbərləri ilə mütəmadi olaraq əlaqə saxlayır, uşaqların necə oxudu qlarını soruşur. Müəllim ona bildirmişdir ki, uşaqlar dərsə hazırlıqsız gəlir, iş dəftərləri yoxdur. Uşaqlar hazırda atası ilə qalsalar da, həmin evin şəraiti olduqca pisdir. Onunla cavabdeh məcburi köçkün kimi bir yataqxanada qonşu otaqlarda ailələri ilə məskunlaşmışlar. Sonradan nikahları bağlandıqdan sonra cavabdehə məxsus otaqda ailə olaraq yaşamışlar. Hazırda o, həmin yataqxanadan Mərdəkan qəsəbəsinə, valideynlərinin aldığı evə köçmüşdür, həmin evdə uşaqların yaxşı yaşaması və təhsil alması üçün hər şəraiti var. Təqdim etdiyi diskdəki videoda cavabdeh uşağı vurur, nənəsi isə müdaxilə etmir, stolun üstünü yığışdırır. Balaca oğlunu atası məclislərə aparıb meyxanaya qulaq asdırır, yanında silahla şəkil çəkdirir, spirtli içkilər içir, evdə silah saxlayır. Bütün bunlar uşaqlara pis təsir e dir.

5. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, nikahın pozulmasına etiraz etmir. Lakin nikah pozulduqdan sonra uşaqların iddiaçının yanında qalmasına razı deyil, uşaqların onun yanında qalmasını məhkəmədən xahiş edir.

6. Həmçinin cavabdeh ona verilmiş suala cavab olaraq bildirmişdir ki, uşaqlara o deyil, iddiaçının özü şiddət göstərirdi, ona görə də uşaqlar iddiaçı ilə qalmaq istəmirlər. Əgər uşaqlar ananın yanında qalarsa, onların saxlanması üçün aliment ödəməyə etiraz etmir. O, uşaqlarını saxlamaqdan heç vaxt imtina etməz. Onun kimi uşaqlarını çox istəyən ata ola bilməz. Uşaqların bütün məktəb ləvazimatları onun tərəfindən alınmışdır. Uşaqlar dərsə hazırlıqlı gedirlər. Onlar ailə qurduqları vaxtdan iddiaçının bəyənmədiyi otaqda birlikdə yaşamışlar. İddi açı özü də ailə qurmamışdan öncə məcburi köçkün kimi eyni binada eyni sahəsi olan otaqda yaşayırdı. İddiaçı tərəfin təqdim etdiyi fotoşəkillər və video ona məxsus sosial şəbəkədən götürülmüşdür. O, qızı dərsə hazırlıqsız getdiyi üçün danlamış və bunu video şəklində iddiaçıya göndərmişdir. İddiaçı isə bildirmişdir ki, uşaqlar həqiqətən də qudurub, gələndə paylarını verəcək. Burda qeyri-adı bir şey yoxdur. Bir ata kimi uşağına hirslənmişdir. Fotoşəkildəki silah isə oyuncaqdır. Ona verilmiş suala cavab olaraq bildirdi ki, uşaqlar onda qalarsa uşaqların saxlanması üçün iddiaçıdan aliment tələb etmir. Belə ki, uşaqlara baxmağa onun öz vəsaiti var.

7. Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərardadına əsasən məhkəmə psixoloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası M ərkəzinin 10 iyun 2022-ci il tarixli, 11/165 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X2 hazırda ataları Cavabdeh bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları İddiaçı bağlılıqları müəyyən olunmur. İddiaçı və Cavabdeh fərdi-psixolji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideynin himayəsində yaşamasının məqsədəuyğun olması və həmin halın uşağın gələcəkdə psixi vəziyyətinə necə təsir göstərəcəyinin müəyyən olunması məhkəməpsixoloji eksper tizasının səlahiyyətinə aid deyildir. 24 aprel 2012-ci il təvəllüdlü X6 və 18 oktyabr 2013-cü il təvəllüdlü X5 əqli və psixi inkişaflarına görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizlərini ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikası və davranışında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.

8. Binəqədi Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 11 iyul 2022-ci il tarixli rəyində göstərilir ki, uşaqların mənafeyinin üstünlüyü baxımından 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X2 İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilir. Komissiyanın iclasında uşaqlar atası ilə qalmaq istədiyini bildirmişlər. Komissiya uşaqların ataları t ərəfindən psixoloji təsirlərə məruz qaldıqları qənaətinə gəlmişdir.

9. Rəyə əlavə edilmiş müayinə aktında qeyd olunmuşdur ki, İddiaçı yaşadığı ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, onun ailə və mənzil-məişət şəraiti övladlarını öz himayəsində saxlaması üçün əlverişlidir. Rəyə əlavə edilmiş müayinə aktından görünür ki, Cavabdeh yaşadığı ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, onun ailə və mənzilməişət şəraiti övladlarını öz himayəsində saxlaması üçün qənaətbəxş deyil.

10. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan fotoşəkillərdən görünür ki, “İnstagram” adlı sosial şəbəkədə “zloy2726” adlı profil istifadəçisinin - cavabdehin müxtəlif iaşə obyektlərində çəkilmiş fotoşəkilləri mövcuddur. Bəzi şəkillərdə oğlu Tamerlan da masa arxasındadır. Bir fotoşəkildə isə cavabd ehin qarşısındakı masada silah müşahidə olunur. Qeyd olunan diskdə olan video görüntüdən görünür ki, cavabdeh Mələk adlı qızının 3 gün dərslərini hazırlamadığına görə hirslənmiş və onu danlamışdır. Video görüntü iddiaçıya ünvanlanmışdır.

11. Bakı şəhəri 276 nömrəli tam orta məktəbinin nümayəndəsi - psixoloq X3 iştirakı ilə məhkəmə iclasında fikri dinlənilən 24 aprel 2012-ci il təvəllüdlü X6 hazırda atası ilə qaldığını, valideynləri arasında nikah pozulandan sonra da atasının yanında qalmaq istədiyini bildirdi. Səbəbini isə belə izah etdi ki, anası tərəfindən tez-tez döyülürlər. Anası balaca qardaşı Tamerlanı dəfələrlə pəncərədən atmaq istəmiş, o isə maneə olmaq istəyərkən anası onun saçından tutaraq yerə vurmuşdur. O, hazırda anasını görmək belə istəmir. Anası onlara tez-tez əsəbiləşir və onlara ayaq altında dolaşmamaqlarını bildirir. Atası ilə isə daha rahatdır. O, atası, nənəsi və balaca qardaşı ilə birlikdə yaşayır. Atası işdə olarkən onlarla nənəsi məşğul olur. Atası onlara bildirir ki, analarının yanına istədikləri vaxt gedə bilərlər. Lakin onlar bunu istəmirlər. 18 oktyabr 2013-cü il təvəllüdlü X5 hazırda atası ilə qaldığını, valideynləri arasında nikah pozulandan sonra da atasının yanında qalmaq istədiyini bildirdi. Səbəbini isə belə izah etdi ki, o, telefonla oynayarkən anası onu 3 dəfə pəncərədən atmaq istəmiş və o, çox qorxmuşdur. Ona görə də anasını görmək istəmir, anası üçün heç darıxmır. Atası ilə yaşamaq ona daha xoşdur. Atası ona və bacısına deyir ki, kiminlə qalmaq istəyirlərsə onunla da qala bilərlər, əgər onlar anası ilə qalmaq istəsələr atası onlardan k üsməz.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)2305/2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia qismən təmin edilmiş, tərəflərin arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X2 ataları Cavabdeh yanında qalması müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, nikah pozulduqdan sonra 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X2 ataları - Cavabdeh yanında qalmaları müəyyən edilməlidir. Belə ki, iddiaçı uşaqlara ataları tərəfindən psixoloji təsir edilməsini və bu səbəbdən uşaqların ataları ilə qalmaq istədiyini bildirsə də, məhkəmə qeyd edilən arqumen tin əsaslı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixoloji ekspertizası təyin etmiş və ekspertiza tədqiqatında uşaqlara kənardan hər hansı psixoloji təsir edildiyi müəyyən edilməmişdir. Əksinə uşaqların atalarına bağlılıqları üzə çıxmaqla, anaları İddiaçı bağlılıqları müəyyən olunmamışdır. Bundan əlavə, psixoloqun iştirakı ilə məhkəmə iclasında da uşaqların fikirləri dinlənilmiş, uşaqlar aydın və konrekt şəkildə ataları ilə qalmaq istədiklərini bildirmişlər.

14. Məhkəmə qeyd etmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyası uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı rəy verərkən uşaqların ataları tərəfindən psixoloji təsirlərə məruz qaldıqları qənaətinə gəlmişdir. Lakin bu hal məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixoloji ekspertizası zamanı öz təsdiqini tapmamışdır. Bu ndan başqa, Komissiya cavabdehin ailə və mənzil-məişət şəraitinin övladlarını öz himayəsində saxlaması üçün qənaətbəxş olmadığı qənaətinə gəlsə də, məhkəmə qeyd edir ki, tərəflər ailə qurduqları vaxtdan uşaqları ilə birlikdə həmin şəraitdə yaşamışlar və tərəflər arasında mübahisə yarandığına görə iddiaçı valideynlərinə məxsus evə köçmüşdür. Yəni, mübahisə olmadığı təqdirdə tərəflər uşaqlarla birlikdə ailə olaraq hazırda cavabdehin yaşadığı otaqda yaşamağa davam edəcəkdilər.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəllənin 19.1, 19.2, 20.1, 21.1, 22.2, 22.2.1, 22.2.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin uşaqların atanın himayəsinə verilməsi hissəsində ləğv e dilməsi, uşaqların ananın himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7571/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi uşaqlara aid hissədə ləğv olunmuş, həmin hissədə iddia təmin olunmuş, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və uşaqların ataları Cavabdeh alınaraq anaları İddiaçı verilməsi, həmin uşaqların saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat alimentin Cavabdeh alınaraq İddiaçı veril məsi, alimentin uşaqların atadan alınıb anaya verildiyi tarixdən başlayaraq tutulması qət edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, uşaqlardan birinin 10, digərinin isə 9 yaşı var. Ailə qanunvericiliyi “azyaşlı” anlayışını müəyyən etməyib, mülki qanunvericiliyə görə isə 14 yaşına qədər olan uşaqlar azyaşlı sayılır. Mülki Məcəllənin 28.3, 344.1, 1103.1, 1120.1-ci maddələrinə görə, azyaşlılar 2 yerə bölünür: 7 yaşınadək azyaşlı və 14 yaşınadək azyaşlı. BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Hazırkı işdə ananı və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil. Uşaqların ananın barəsində dedikləri öz təsdiqini tapmır, anada uşaqlara zərər yetirə biləcək hər hansı mənfi cəhət müəyyən olunmur. O, “Yasamal Hospital”da kiçik tibb işçisi işləyir, uşaqları tərbiyə etmək, onların qayğısına qalmaq iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizanın rəyində (iş v. 64) qeyd olunub ki, ananın fərdi-psixoloji xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqresivlik əlamətləri müəyyən olunmur. O cümlədən, Binəqədi RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində (iş v. 84) qeyd olunub ki, uşaqların mənafeyi baxımından onların ananın yanında qalması məqsədəmüvafiq hesab edilir.

19. Məhkəmə-psixoloji ekspertizanın rəyinə görə, uşaqların atalarına bağlılığı üzə çıxmaqla, anaya bağlılıqları müəyyən olunmur. Məhkəmə qeyd edir ki, uşa qların anaya bağlılığının olmamasına səbəb xx.xx.2022-ci il tarixdən etibarən ananın uşaqlardan ayrı yaşamasıdır. Ana öz iradəsindən asılı olmayaraq həmin vaxtdan uşaqlardan ayrı düşüb. O, bildirir ki, həmin tarixdə əri onun təhqir edib, vurmağa cəhd edib, ona görə də yaşadığı evi tərk edib, yəni atası gəlib onu evdən götürüb. Ana uşaqlarla birlikdə yaşamağa başladıqdan sonra onların arasında bağlılıq bərpa olunacaq. Bu, uşaqlara xas xüsusiyyətdir: uşaq kiminlə birlikdə yaşayırsa ona qarşı bağlılıq yaranır, kimdən ayrı yaşayırsa ona qarşı bağlılıq ya zəif olur, ya da olmur.

20. Uşaqlar birinci instansiya məhkəməsində dinlənilərkən (iş v. 123) ata ilə birlikdə yaşamaq istədiklərini bildiriblər. 9 yaşlı uşağın fikrinin nəzərə alınması məhkəmə üçün mütləq deyil. Ona görə də 9 yaşlı uşaq ana i lə birlikdə yaşamalıdır. 10 yaşlı uşağın fikrinin nəzərə alınması isə məhkəmə üçün mütləqdir. Belə ki, Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunub: “Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır”. Lakin bu maddədə “maraqlarına zidd olan hallar istisna olmaqla” ifadəsi ilə qaydadan istisna müəyyən edilib. 10 yaşlı uşağın anadan, o cümlədən anası ilə birlikdə yaşayacaq 9 yaşlı qardaşından ayrı yaşaması onun maraqlarına ziddir. Ona görə də məhkəmə 10 yaşlı uşağın fikrini nəzərə almır.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəllənin 22.2.1, 22.2.2, 60.4, 75, 78-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cava bdeh (vəkili Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7571/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 24 aprel 2012-ciil təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X2 ataları Cavabdeh yanında qalmaları hissəsində qüvvəsində saxlanılması, həmçinin tərəflərin birgə nikahlarından doğulmuş 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anaları İddiaçı “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər ay hər bir uşaq üçün 220 manat olmaqla, ümu milikdə 440 manat məbləğində pulun uşaqların atası Cavabdeh xeyrinə aliment qismində tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhəri 276 nömrəli tam orta məktəbinin nümayəndəsi – psixoloq X1 iştirakı ilə məhkəmə iclasında fikri dinlənilən 24 aprel 2012-ci il təvəllüdlü X6 hazırda atası ilə qaldığını, valideynləri arasında nikah pozulduqdan sonra da atasının yanında qalmaq istədiyini bildirdi. Səbəbini isə belə izah etdi ki, anası tərəfindən tez-tez döyülürlər. Anası balaca qardaşı Tamerlanı dəfələrlə pəncərədən atmaq istəmiş, o isə mane olmaq istəyərkən anası onun saçından tutaraq yerə vurmuşdur. O, hazırda anasını görmək belə istəmir. Anası onlara t ez-tez əsəbiləşir və onlara ayaq altında dolaşmamaqlarını bildirir. Atası ilə isə daha rahatdır. O, atası, nənəsi və balaca qardaşı ilə birlikdə yaşayır. Atası işdə olarkən onlarla nənəsi məşğul olur. Atası onlara bildirir ki, analarının yanına istədikləri vaxt gedə bilərlər. Lakin onlar bunu istəmirlər. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının ümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Qeyd edilən Qərarın 7.5.-ci bəndinə əsa sən, məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.6-cı maddəsinə uyğun olaraq, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətd ən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 25. 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası 26. 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. 27. 9-cu m addəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

28. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

29. Maddə

52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

30. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

31. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

32. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valid eynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

33. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

34. Maddə 71.3. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir.

35. Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

36. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

37. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

38. Maddə

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.

39. Maddə

17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qa nunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

40. Maddə

18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:

41. Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

42. Bənd 7.3. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddian ın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmi r.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə gör ə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Kassasiya baxışının predmeti olaraq yalnız uşaqların yaşayış yerinin ananın yanında müəyyən edilməsi hissəsi təşkil edir və apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

53. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin «tərəflərin birgə nikahlarından doğulmuş 2 4 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anaları İddiaçı “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər ay hərbir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində pulun uşaqların atası Cavabdeh xeyrinə aliment qismində tutulması barədə qərar qəbul edilməsi» hissəsi birinci instansiya məhkəməsində təmin olunmamışdı və cavabdeh həmin hissədə məhkəmənin qətnaməsinin mübahisələndirməmişdi. Buna görə də həmin hissə kassasiya araşdırmasının predmetini təşkil edə bilməz. Kassssiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Tərəflər arasında yaranmış hüquq münasibətləri valideynlərin razılığı olmadıqda uşağın yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdər çıxdığı beynəlxalq Konvensiyaların aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

56. Nikah pozulduqdan sonra uşaqların yaşayış yerinin müəyyən olunması tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddəyə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

57. Azərbaycan Respublikasının 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.

58. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddəsində deyilir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzu suna zidd olaraq onlardan ayrılmasın, bu şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biribirindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin.

59. Sadalanan normalar əsasında məhkəmə kollegiyası işin həllinə ilk növbədə uşaqların üstün maraqlarının müəyyən olunmasının araşdırılmasından başlamağı zəruri sayır.

60. Çünki qanunvericilikdə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

61. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, validey nin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir».

62. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

63. Baxılan işdə uşaqların anasından ayrılmasını şərtləndirən müstəsna hallar müəyyən olunmamışdır. Məhkəmənin hər iki uşağın yaşayış yerini ananın yanında müəyyən etməsi, uşaqların mənafeləri baxımından yuxarıda qeyd olunun hüquq no rmalarının tələblərinə uyğundur.

64. Kassatorun məhkəmə tərəfindən uşaqların fikirlərinin nəzərə alınmaması barədə dəlili əsassızdır. Çünki apelyasiya instansiyası məhkəməsi uşaqların fikirlərini nəzərə almış, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan digər halları ilə müqayisəli təhlil edərək, yuxarıdakı nəticəyə gəlmişdir (bu qərarın 18-ci paraqrafları).

65. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır. Çünki qanunvericilik uşağın rəyinin 10 yaşına çatdıqdan sonra nəzərə alınmasını müəyyən edir. Belə ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə görə 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Lakin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməl idir.

66. Bu baxımdan, məhkəmə uşaqların atanın yanında qalmaq istəyinə formal yanaşmamalı, uşaqların andan ayrı yaşamaq fikrinin nədən qaynaqlandığı, bunun obyektiv səbəblərini araşdırmalı, həmin səbəblərin yanlış faktlara əsaslanıb əsaslanmadığını, uşaqların anaları ilə bağlı fikirlərinin formalaşmasına atanın və onunla yaşayan ailə üzvlərinin təbliğat və təsirinin olub olmamasını müəyyən etməlidir. Məsələnin düzgün həlli üçün uşaqların baxılan məsələyə adekvat münasibət bildirmək iqtidarında olması, bu məqsədlə tərəflərin uşağın fikrinə açıq və ya gizli təsirinin olmaması zəruridir.

67. Eyni zamanda məhkəmə uşaqların anaya bağlılığının olmamasının səbəbi kimi də xx.xx.2022-ci il tarixdən etibarən ananın uşaqlardan ayrı yaşamasını müəyyən etmişdir.

68. Kollegiya bildirir ki, sübutları ar aşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

69. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

70. Məhkəmə kollegiyas ı yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7571/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar