Məhkəmə qərarları › İş №2(102)-1069/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1069/2019

20.02.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1069/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-1069/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı və vəkili Əsədov Anar Əsədulla oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (İ.N.Abbasova, iş2(011)-3559/18) İddiaçı cavabdehlər Cava bdeh1 MMC-yə və Cavabdeh2nə qarşı qiymətləndirmənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov, iş№ 2 (103)-9367/2018) Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-3559/2018 saylı, 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Əsədov Anar Əsədulla oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh 2 nümayəndələri üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı x1 Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC tərəfindən keçirilmiş qiymətləndirmənin ləğv edilməsi və evin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Əsədov Anar Əsədulla oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş mater iallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşdə olan Cavabdeh1 MMC tərəfindən tərəflərə ünvanlanmış açıq hərracın keçirilməsinə dair bildirişin surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 8, 4 №-li mənzilin açıq hərracda satılması 23 fevral 2018-ci il tarixə, saat 11:00-a təyin edilmiş, mənzilin ilkin satış qiyməti 40.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8069/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi ra yon məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsindən hüquqlarına toxunan şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsi qismən, İddiaçı ailə üzvlərinin ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 8 nömrəli evin 4 nömrəli mənzili satıldıqdan sonra 1 ay ərzində həmin mənzili tərk etmələri hissəsində ləğv edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsi Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 8, 4 N°-li mənzilin ilkin satış qiyməti 40.000 manat müəyyən edilmiş, həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi, iddiaçıya məxsus ipote ka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Prosessual qanunvericiliyə əsasən ekspert və ya mütəxəssis rəyi sübut növlərindən biridir və işdə iştirak edən şəxslər həmin rəyləri yalnız həmin məhkəmə icraatında mübahisələndirmək, təkrar və ya əlavə ekspertiza həyata keçirilməsini, digər mütəxəssis tərəfindən rəy verilməsini tələb etmək hüququna malikdirlər. Məhkəmənin ekspert və ya mütəxəssis rəyi əsasında müəyyən etdiyi işin halı qətnamə qanuni qüvvəyə mindikdən sonra eyni tərəflər arasında olan digər məhkəmə icraatında mübahisələndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərə findən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 27 sentyabr 2018-ci il tarixli, 2(103)-9367/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar