Məhkəmə qərarları › İş №2(102)-1069/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1069/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1069/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1069/2024 (Açar sözlər: nikahın pozulması, uşağın hansı valideynin yanında qalması) Kateqoriya: X1 Gələn Mübahisələr Uşaq tələbi, uşağın ananın yanında qalması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6024/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətinə 2 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahın pozulması, uşaqların iddiaçının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 386 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər əvvəl lər mehriban yaşasalar da sonradan cavabdehin qeyri-etik hərəkətləri (iddia ərizəsində qeyd edilib) səbəbindən münasibətləri pozulmağa başlamışdır.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 nikahın pozulması hissəsində iddianı qəbul etdiklərini, uşaqların ataya verilməsi hissəsində qəbul etmədiklərini bildirmişdir. Belə ki, iki uşaq azyaşlı uşaqdır, ana qayğısına ehtiyacları var. Uzun müddətdir bu uşaqlar atanın, nənə-babanın təsiri altındadır. İddiaçı da hərbçidir, çox vaxt evdə olmur. Uşağın nənə-babadan daha çox ana qayğısına ehtiyacı olur.

5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən, uşaqların valideynlərindən hansının yanında qalacaqlarının müəyyən edilməsi məqsədilə mülki iş rəy verilməsi üçün Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5/19-2-4/12-283/2023 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən uşaqların yüksək mənafeyini, onların birlikdə yaşadıqları valideynlərinin (müvafiq olaraq) psixoloji təsiri altında olmalarını nəzərə alaraq, Cavabdeh övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 atası İddiaçı yanında saxlanılmasını məqsədəuyğun hesab edilmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Həmin ekspertiza üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 11/271 nömrəli rə yinə əsasən, 22 avqust 2015-ci il təvəllüdlü X3 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. xx.xx.2015-ci il təvəllüdlü X5 əqli və psixi inkişafına görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini iradəsinə uyğun ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikası və davranışında hansı valideynin himayəsində yaşamasını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmamışdır. Valideynləri arasındakı şəxsiyyətlər arası qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015ci il təvəllüdlü X3 emosional-iradi sferasına sirayət etmişdir. Eks pert rəyi ilə 22 avqust 2015-ci il təvəllüdlü X3 atası İddiaçı bağlılığının olduğu müəyyən olunmuşdur.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(009)160/23 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Kürdəmir rayon qeydiyyat şöbəsində 01 aprel 2016-cı il tarixdə bağlanmış nikahın pozulması, 22 avqust 2015-ci il təvəllüdlü X5 və 01 dekabr 2017-ci il təvəllüdlü X4 (ataları) İddiaçı yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya m əhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdən məhkəməyə daxil olmuşdur və bu müddət ərzində tərəflər arasında barışıq əldə edilməmişdir. Məhkəmə, tərəflərin barışması ehtimalı istisna olunduğundan, iddiaçı nikahın pozulmasında təkid etdiyindən və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildiyindən hesab etmişdir ki, tərəflər arasında bağlanmış nikah pozula bilər.

9. Məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında saxlanılması məsələsini həll edərkən uşaqların üstün mənafelərini rəhbər tutaraq, uşaqların yaşını nəzərə alaraq onun hazırki dövründə atasının himayəsində və yanında olmasının onun tərbiyə və təhsilinə, uşağın psixi, fiziki və mənəvi cəhətdən inkişafına müsbət təsir edəcəyi qənaə tinə gəlmiş və hesab etmişdir ki, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan X5 və X6 (ataları) İddiaçı himayəsinə verilməlidirlər.

10. Birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, iddia tələbinin həcmini, eyni zamanda tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, tərəflərin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədəuyğundur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəllə sinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(009)-160/23 saylı qətnaməsinin uşaqların atanın himayəsinə verilməsi hissəsində ləğv edilməsi və yetkinlik yaşına çatmayan uşaqların anaya verilməsi barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ildən Məzahirin dost, qonşu dediyi şəxslərə borcu üzündən, sosial şəbəkələrdə iddiaçının müxtəlif qadınlarla paylaşılan şəkilləri üzündən, üstəlik iddiaçının anasının xüsusilə azyaşlı Eşqini anadan ayırması nəticəsində tərəflərin münasibətləri pisləşmiş və faktiki ayrılmışlar. Hal-hazırda valideynləri ilə birlikdə yaşayır, şəxsi həyatında kimsə yoxdur. İddiaçı heç bir əsas olmadan onu əxlaqsızlıqda təqsirləndirmişdir. Uşaqlar azyaşlıdırlar, ana ilə ünsiyyətə, ana qayğısına daha çox ehtiyacları vardır, lakin buna baxmayaraq uşaqlar məhz ata ilə deyil, nənə və baba ilə bir yerdədirlər, ana ilə isə ünsiyyətə qəti imkan verilməmişdir. Kənd nümayəndəliyinə, sahə müvəkkilinə cavabdeh nə qədər xahiş etsə də, yalvarsa da iddiaçı, xüsusilə iddiaçının anası yəni nənə və bibi uşaqları qəti olaraq ana tərəfə baxmağa belə icazə verməmişlər. İddiaçının hərbçi olması ilə əlaqədar daima işdə olması səbəbindən azyaşlı uşaqlara necə və hansı şəraitdə baxması cavabdehdə şübhə doğurmuşdur və Qəyyumluq Komissiyası rəy verərkən körpə uşaqların psixoloji durumunu deyil, iddiaçının şəxsi mənafeyini əks etdirən bir rəy vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6024/2023 nömrəli mülki iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Cəmilə Musayeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin uşaqların atanın hiçayəsində saxlanılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi həm qəyyumluq orqanının, həm də məhkəmə-psixoloji ekspertizasının rəylərini nəzərə almaqla haqlı olaraq uşaqların at anın himayəsinə verilməsinin onların üstün mənafelərinə uyğun olduğu qənaətinə gəlmişdir. 16.Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır ki, birinci instansiya məhkəməsində Qəyyumluq orqanı uşaqların atanın himayəsində saxlanılmasının məqsədəmüvafiqliyi barədə rəy verərkən 22 avqust 2015-ci il təvəllüdlü X3 fikrini də nəzərə almışdır. X8 orqanında dindirilərkən anasının onu incitdiyini, hədəqorxu gəldiyini, yad kişini evə gətirməsini atasına söyləməməsini tələb etdiyini və s. göstərmiş və atası ilə qalmaq istədiyini bildirmişdir. 17.Eşqin Əmrahlının göstərdikləri Nizami Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əmri ilə də təsdiq olunur. Həmin əmrin məzmunundan aydın olur ki, iddiaçı evdə olmayarkən Rüfət Mikayılzadə adlı şəxs gecə xx.xx.2022-ci il tarixdə 0 1:00 radələrində onun yaşadığı ünvana - əvvəllər tanıdığı və münasibətdə olduğu cavabdehin yanına gəlmiş, iddiaçı qəflətən evə qayıtdıqda Rüfət balkona qaçmış, oradan qonşunun mənzilinin balkonuna keçmiş və bir müddət gözlədikdən sonra binanın dəmirlərindən sallanaraq aşağı düşmüş, evinə getmiş, səhəri işə gəlməmiş və yol verdiyi pozuntulara, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə X7 xidmətdən xaric edilmişdir. 18.Kollegiya uşaqların hər ikisinin atanın himayəsinə verilməsini onların maraqlarına, həm də bu maraqlarda ifadə olunan ictimai mənafeyə uyğun saymış və qeyd etmişdir ki, uşaqların atanın yanında qalması cavabdeh anaya mane olmur ki, bir valideyn kimi istədiyi vaxt uşaqları ilə ünsiyyət saxlasın və onların tərbiyəsi, inkişafı üçün əlində n gələni etsin. Məhkəmə kollegiyası qeyd etmişdir ki, valideynlər arasındakı münasibətdən asılı olmayaraq uşaqlar, öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatına hörmət hüququna malikdirlər və onların bir- birindən ayrı yaşamağa məhkum edilmələri bu hüququ pozmuş olardı.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1, 60.4, 75.1, 75.4, 78.1, 78.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(103)-6024/2023 saylı qətnaməsinin uşaqların atanın yanında sa xlanması və aliment hissəsində ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə işin halları tam, ətraflı və obyektiv araşdırılmamış, iddiaçı tərəfin formal mülahizələrinə və əsassız ittihamlarına əsaslanaraq qərar çıxarılmışdır. Qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad etsə də, bir tərəfin hüquqlarını üstün tutmuş, ananın yəni cavabdehin və digər azyaşlı Elcanın maraqlarını və hüququnu görməməzlikdən gəlmişdir. Tərəflərin münasibətinə, hətta uşaqların anadan ayrılmasında atadan çox nənənin “canfəşanlığı” iş materiallarında aydın görünmüşdür. Apellyasiya instansiyası iddiaçı tərəfin “təzyiqedici şikayətlərindən” bir növ çəkinərək formal qətnam ə çıxarmış, bir uşağın ataya bağlılığı digər uşağın isə körpə olması, ana nəvazişinə, ana qayğısına ehtiyacı olması nədənsə heç kəsə maraqlı olmamışdır. İddiaçı tərəfindən edilən əsassız ittihamlar, təzyiqedici ərizə və məktublar bir ananı hər iki övladından məhrum etmişdir. Cavabdeh barəsində həm Səbail Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi tərəfindən prosessual və maddi hüquqları pozulması ilə nəticələnən qətnamə qəbul edilməsi, onun bir ana kimi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Cavabdeh övladlarının hər ikisindən uzaqlaşdırılmış və onlara ananın öldüyünü bildirərək ədalət və humanizm prinsipləri pozulmuşdur.

22. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1 06 və 386-cı maddələrinə istinad edilərək əsaslandırılmışdır. 23.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin uşaqların gözü önündə əxlaqsız hərəkətlər etdiyi, onlara bu haqda iddiaçıya heç nə deməmələri üçün təzyiqlər etdiyi, işgəncə verdiyi, işdə olan sübutlarla tam sübut olunmuşdur. Kassasiya şikayəti tamamilə əsassızdır və buna görə də iddiaçı şikayətin təmin olunmamasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi 25.Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, val ideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 26.Maddə 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar 27.Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 28.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəy yən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

29. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu

30. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı 31. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair iş lərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən təsdiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarı:

32. Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xa rakterizə edən digər hallar.

33. Bənd 7.3. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-in 97-ci maddəsinin tələbin ə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-in 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.

34. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq p sixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Apellyasiya baxışımnın predmetini uşaqların atanın yanında qalması məsələsi təşkil etdiyindən qətnamə kassasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 44.Apellyasiya instansiyası məhkəməsi tərəfindən uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisəyə baxılarkən qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməklə, uşaqların maraqlarının müdafiəsi üçün qəyyumluq və himayə orqanı işdə iştirak etməyə cəlb edilmiş, qanunla müəyyən edilmiş yaş həddinə çatmış azyaşlı uşaqlar həm Komissiya, həm ekspertlər tərəfindən dinlənilmiş, işin müəyyən e dilmiş digər halları və tərəflər arasındakı münasibətlərin xarakteri nəzərə alınmaqla onların fikirlərinə qiymət verilmiş, eyni zamanda yaranmış zərurətlə əlaqədar olaraq iş üzrə məhkəməpsixoloji ekspertizaları təyin edilərək, alınmış ekspert rəyləri işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməklə, uşaqların yaşı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, maddi və ailə vəziyyətlərini xarakterizə edən digər hallar nəzərə alınmışdır. 45.Kollegiya, bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Belə liklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6024/2023 nömrəli iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar