Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1073/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 20 » fevral 2019-cu il İş № 2(102)-1073/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamalrayon Məhkəməsinin 2(004)-5318/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə idd ia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2(103)-11025/2018-saylı qətnaməsi ilə (hakimlər V.Baxışova sədrlik edən, məruzəçi, V.həsənov və N.Cəfərov) cavabdeh X2 apellyasiya şikayəti təmin edilərək Yasamalrayon Məhkəməsinin 2(004)-5318/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddia çı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş, faktlara düzgün hüquqi qiymət verə bilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin MK- nın 01 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı mülkiyyətində olan ev texniki pasporta əsasən birmərtəbəli 2 otaqlı olduğundan, iddiaçı hazırda cavabdehin əmlaklarının 2 mərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsindən çıxarılmasını xahiş etdiyindən əmlakların yerləşdiyi tikilinin iddiaçının mülkiyyətində olmadığı və özbaşına tikili olduğu barədə apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi heç bir maddi hüquq normasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, mülkivə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İddiaçı qardaşı oğlu X3 22 iyun 2010-cu ilədək həyat yoldaşı olmuş X2 cehiz əmlaklarının onun mülkiyyətində olan evdə olduğunu iddia edərək həmin əmlakların çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə əmlakının yerləşdiyi evin iddiaçının mülkiyyətində olmamaqla onun əmlakının çıxarılması üçün tələb irəli sürməyə iddiaçının subyektiv hüququnun olmamasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi işə apellyasiya icraatı qaydasında baxarkən təqdim edilmiş texniki pasporta əsasən müəyyən etmişdir ki, iddiaçının mülkiyyətdə olan ev 1 mərtəbəli və 2 yaşayış otağından ibarət evdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı mülkiyyətində olan ev texniki pasporta əsasən 1 mərtəbəli 2 otaqlı olduğundan, iddiaçının hazırda cavabdehin əmlaklarının 2 mərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsindən çıxarılmasını xahiş etdiyindən əmlakların yerləşdiyi tikilinin iddiaçının mülkiyyətində olmadığı və özbaşına tikili olduğu barədə apellyasiya şikayətinin dəlillərini əsaslı sayarkən bu qənaətini lazımi sübutlarla əsaslandırmayaraq iddiaçının hər iki evlə bağlı verdiyi izahatının məzmununa diqqət yetirməyərək lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının verdiyi izahatdan görünür ki, cavabdehin əmlaklarının yerləşdiyi ev həqiqətən 2 mərtəbəli və 8 otaqlı evdir. İddiaçı həmin ünvanda ona məxsus 2 ev olduğunu, evlərdən birinin özbaşına tikil i olduğunu və sənədləri olmadığını, lakin cavabdehin əmlaklarının onun mülkiyyətində olan evin 2-ci mərtəbəsində yerləşdiyini göstərmiş, tərəfindən həmin evin fotoşəkilləri təqdim edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəllilərindən görünür ki, o, iddiaçının qardaşı oğlu X4 ilə aralarında 24 iyun 2010-cu il tarixdə nikah bağlanmış, onun sahibliyində olan, ünvan 2 ünvanda yerləşən iki mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə köçmüşdür. Evə köçərkən cehiz əmlakı da həmin evə yığılmışdır. Heç vaxt iddiaçının mülkiyyətində olan evdə yaşamamışdır, onun evində heç bir əmlakı yoxdur. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hər iki evin iddiaçının mülkiyyətində və sahibliyində olması faktına düzgün hüquqi qiymət verməyərək cavabdehin əmlaklarının da idd iaçıya məxsus qeyd edilən yaşayış sahələrində mövcud olmasının işin mübahisəsiz halı olmasına diqqət yetirməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən cavabdehin iddiaya etirazında istinad etdiyi halların sübut edilməsi üçün şərait yaradılmamış, cavabdehin onun cehiz əmlaklarının olduğu evə yerli baxış keçirilməsi barədə vəsatətini təmin etməməsi ilə əsaslandırsa da, özü də həmin səhvi təkrarlayaraq yerli baxış keçirilməsi barədə cavabdehin vəsatətini zərurət olmaması əsası ilə təmin etməmişdir. Halbuki, bu apellyasiya şikayətinin dəlillərindən biri olmuşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəf indən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxd ıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Həmin normaya əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifəl ərini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallar ın müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün prosessual q anunun göstərilən tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə yğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. AzərbaycanRespublikasınınKonstitusiyasındaədalətmühakiməsininhəyatakeçirilm əsinə ninəsasprinsiplərikimiişlərəqəzərsiz, ədalətlə, tərəflərinhüquqbərabərliyinə, faktlaraəsasənvəqanunamüvafiqbaxılması (127-cimaddəsininİİhissəsi) təsbitolunmuşdur. Kollegiyahesabedirki, hazırkiişüzrəqəbuledilmişqətnaməqeydediləntələblərəcavabverməməkləyanaşı, apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Göstərilənlərəəsasənbu nəticələr maddivəprosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhk əmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsimaddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindənqəbuletdiyiqətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli,mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəməkollegiyasıx üsusiləqeydetməyizərurisayırki, apellyasiyainstansiyasıməhkəməsitərəfindənyenibaxışzamanımübahisənindüzgün,obyekti vhüquqihəllibaxımından, mülkiyyətçininmülkiyyətvəsahiblikhüquqlarınıntəmini, eləcədə, apellyasiyaşikayətinindəlilləriniyoxlamaqüçünmübahisəlievlərəyerlibaxışkeçirilməsininzərur iliyimüzakirəedilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-1073/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1073/2019
20.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver