Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1079/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)3075/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəmkir rayon məhkəməsinin (hakim Mustafa Mustafayev) xx xxxxxx 2019-cu il tarixli, 2(076)-306/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Qapalı Səhmd ar Cəmiyyətinə qarşı zaminlik və ipoteka müqaviləsinin etibrasız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azər Bayramov - sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Fikrət Mehtiyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(076)-306/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı zaminlik və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxx” QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, zaminlik müqaviləsinin və cavabdehlər arasında bağlanmış xx xxx xxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 034R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla 23400 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliklərinin icrasının təminatı məqsədilə cavabdehlər arasında Cavabdeh1 xüsusi mülkiyyətində olan Şəmkir rayonu, Əliyaqublu kəndi, Sabir küçəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,9 kvadrat metr yaşayış və sairdən ibarət 86 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, xx.xx.2014-cü il tarixli, 034M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmetinin dəyəri 21000 ABŞ dolları müəyyən edilmişdir. Kredit müqavilənin icrasının təminatı olaraq onunla cavabdeh bank arasında xx xxxxxx 2014-cü il tarixli, 034S**********03 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcun məbləği barədə cavabdehlər tərəfindən ona məlumat verilməmiş, Cavabdeh1 ona cəmi 5000 manat pul götürmək istədiyini bildirmişdir. Əks halda zaminlik müqaviləsi bağlamazdı. Cavabdehlərin bu barədə ona (iddiaçıya) məlumat verməməkləri iş materiallarından və zaminlik müqaviləsindən də aydın olur. Belə ki, kredit və ipoteka müqaviləsindən görünür ki, o həmin müqaviləyə imza etməmişdir. Buradan da aydın olur ki, nə əsas borc, nə də faiz məbləği barədə ona (iddiaçıya) məlumat verilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin n əzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı b arədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 34L000000276 saylı kredit xətti müqaviləs inə əsasən ona 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2014-cü il tarixli, 034R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 23400 manat məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1, İddiaçı, X2 və X3 ilə ipoteka saxlayan “xxxx” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 034M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Şəmkir rayonu, Əliyaqublu kəndi, Sabir küçəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,9 kvadrat metr yaşayış, 88,4 kvadrat metr yardımçı, 125,3 kvadrat metr ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı xx xxxxxx 2014-cü il tarixli, 034S**********03 nömrəli zaminlik müqaviləsinin və xx.xx.2014-cü il tarixli, 034M**********01 nömrəli ipoteka müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir, apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələr bu nəticəyə gələrkən aşağıdakı normalara istinad etmişdir. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 4 70.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kr editor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Həmin qərarda həmçinin, göstərilmişdir ki, zaminlik m üqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi əvəzsizdir. Zaminlik müqaviləsinin birtərəfli xarakteri o anlamı ifadə edir ki, bu müqavilə ilə təmin olunan əsas öhdəlik üzrə kreditorun yalnız hüquqları, yəni əvəzində heç bir öhdəlik daşımadan zaminin öhdəliyi icra etməyən borcluya görə məsuliyyət daşımasını tələb etmək hüququ, zaminin isə yalnız öhdəlikləri, yəni əvəzində hər hansı hüquq əldə etmədən borclu tərəfindən təmin olunmalı öhdəliyin tam və ya hissələrlə icra olunmasına görə məsuliyyət daşımaq öhdəliyi vardır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən məhkəmənin hüquqi mövqeyi əsaslı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, zamin borcalanın bu müqavilə və onun çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə götürdüyü kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə məsuliyyəti üzərinə götürmüşdür. Bu isə, zaminin zaminlik müqaviləsi ilə əsas borclunun öhdəliklərinin icrası ilə bağlı bu və ya digər öhdəliyin müştərəkləşdirilməsini özündə ehtiva edir. Digər tərəfdən, zaminlik institutu öhdəliyin təminatı kimi tətbiq edilir. Zaminin müqavilə üzrə öhdəliyi borclunun öhdəliyi bu və ya başqa səbəbdən icra etmədiyi vaxtdan başlayır. Kredit müqaviləsi üzrə öhdəlik münasibətlərinə xitam verilməyibsə, tərəflərin müqavilə üzrə məsuliyyəti davam edir. Apellyasiya instansiyası məhkəməsi zaminlik və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbini həm zaminlik müqaviləsinin şərtlərinin ona aydın olmaması, həm də müqaviləyə imza etməməsi ilə əsaslandırmışdır. İddiaçının müqaviləni imza etməməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ərizəsində müqavilə şərtləri nin ona aydın olmaması, zaminlik müqaviləsi bağlanarkən ona 5000 manat kreditin verilməsinin bildirildiyini və bu səbəbdən də, müqaviləni bağladığını göstərmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı zaminlik müqaviləsini bağladığını, lakin şərtlərin ona məlum olmadığını göstərmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirilən müqavilələri bağlamadığını göstərməsi iddia ərizəsi və iddiaçının özünün izahatı ilə təkzib edildiyindən həmin hissədə iddia təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Zaminik müqaviləsinin şərtlərinin aydın olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zaminlik müqaviləsində müqavilənin mühüm şərtləri öz əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477. 0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya, Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarından görünür ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydm göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Göründüyü kimi müqavilənin mühüm şərtləri zaminlik müqaviləsində əks olunduğundan və bu baxımdan iddia tələbinin müqavilənin mühüm şərtlərinin göstərilməməsi səbəbindən zaminlik müqaviləsinin etibarsız hesab edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə ə sasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390. 3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavi lənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Həmin Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birt ərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpote ka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir (İHQ 10.2-ci maddəsi). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyə nləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunverici liyin tələblərinə uyğun olması vacibdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutları təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutm aqla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfin dəlillərindən, eləcə də iş üzrə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisli yaşayış evinə dair rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi, müqavilə tərəflərinin iradə ifadəsinə uyğun bağlanmış və həmin müqavilə rəsmiləşdirilən zaman tərəflər, müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəl məsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər. Bundan əlavə işdən müəyyən edilmişdir ki, iddiaçı və digərləri əvvəlcədən aparılmış bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilmişlər. Digər tərəfdən, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 034M**********01 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, ipoteka qoyan üzunmüddətli kredit müqaviləsi üzrə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək üçün Şəmkir rayonu, Əliyaqublu kəndi, Sabir küçəsində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.9 kvadrat metr yaşayış və sairdən ibarət 86 saylı fərdi yaşayış evini ipoteka saxalayana ipotekaya qoyur. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3075/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1079/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1079/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver