Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1079/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2089/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 nömrəli qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0,08 hektar torpaq sahəsi Goranboy şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. 2. xx.xx.2022-ci il tarixli çıxarışa əsasən torpaq sahəsi və 104,7 kv metr fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. 3. ünvan 3 ünvanda yerləşən digər fərdi yaşayış evi özbaşına tikilidir və 1980-ci il tarixində inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları X5, X6 və X7 ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünv anda yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vəfat etmiş böyük qardaşı 1951-ci il təvəllüdlü X11 1980-ci ildə evləndikdən sonra hal-hazırda onun mülkü olan ev təsərrüfatından rəsmi qaydada ayrılaraq Goranboy şəhərinin 36-cı kvartal deyilən ərazisindən 0,6 ha torpaq sahəsi almışdır. Lakin maddi imkanı olmadığından ev tikdirə bilməmiş və müvəqqəti olaraq onun tərəfindən öz sahəsində sənədsiz inşa etdiyi əlavə otaqlarında ailəsi ilə birlikdə qonaq olaraq yaşamışdır. Cavabdeh1 2005-ci ildə Goranboy rayonu Abbasqulular kənd sakini Cavabdeh2 ərə getmişdir. Cavabdehlər həmin Abbasqulular kəndində özlərinə məxsus torpaq sahəsində hər şəraiti olan yaşayış evi tikdirmiş və orada yaşamışlar. Həmin kən ddə yaşadıqları dövr ərzində onların birgə nikahdan 2006-cı il təvəllüdlü Feyzullayeva Fəridə, 2013-cü il təvəllüdlü Feyzullayeva Kəmalə və 2015-ci il təvəllüdlü Feyzullayeva Həmayə adlı 3 övladı doğulmuş və onlar uşaqları ilə birlikdə daimi olaraq Abbasqulular kəndindəki evlərində yaşamışlar. Qardaşı və onun arvadı 2021-ci ilin oktyabr ayına kimi Bakı şəhərində kiçik qızlarının evində yaşamışlar. Qardaşı vəfat etdikdən sonra onun dul arvadı Goranboya gələrək müvəqqəti olaraq onun evində yaşamışdır. Bundan istifadə edən Cavabdeh1 anasına kömək etmək adı ilə onun evinə gəlib-getmiş, qardaşının 40 mərasiminin səhəri günü isə əri Cavabdeh2 və 3 uşağını da özü ilə gətirərək onun icazəsi olmadan zorla evinə soxulub orada qalmışlar. Nə evinə, nə də torpaq sahəsinə heç bir hüquqlarının olmadığına baxmayaraq hər iki cavabdeh özbaşına əmlakına sahiblik etmiş və onun icazəsi və razılığı olmadan 4 otaqdan ibarət olan 124,3 kv metr yaşayış evinə həyətdən girişi hördürüb və evin arxasını sökərək çöldən qapı açdırmışlar. 2021-ci ilin oktyabr ayından başlayaraq onun mülkiyyəti olan ünvan 3 ünvandakı fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyində olmuşdur. Cavabdehlərdən dəfələrlə tələb etdiyinə baxmayaraq onlar hal-hazıra kimi evinə qanunsuz sahiblik etmiş və evindən çıxmamışlar.
6. Birinci instansiya məhkəməsində Cavabdeh1 bildirmişdir ki, yaşadığı ev onun valideynlərinə məxsus olmuşdur. Anası bankda işləmiş, atası ilə birlikdə özlərinə ayrı ev tikdirmişlər. Onlar həmin evdə anadan olmuş və uşaqlıqdan orada yaşamışlar. Evin kommunal xidmətləri də atasının adına olmuşdur. Atası vəf at etdikdən sonra evin boş qalmamağı səbəbindən və ev şəhərin mərkəzində yerləşdiyi üçün ora köçmüşdür. Atasının sağlığında heç vaxt belə söhbət olmamışdır. Atası vəfat etdikdən sonra iddiaçı evin ona məxsus olduğunu bildirmişdir. Valideynləri vəfat etdiyi və onların oğlu olmadığı üçün iddiaçı atasına məxsus evə sahiblənmək niyyətində olmuşdur.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 göstərmişdir ki, o, iddiaçının bacısı, cavabdehin bibisidir. Mübahisəli evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, hazırda mövcud olan tikililərin yerində onların ata evi olmuş, həmin evdə birlikdə yaşamışlar. Atası 1965-ci ildə ata evini yenidən tikdirmişdir. Cavabdehin atası 1980-ci ildə, iddiaçı isə 1994-cü ildə ailə qurmuşdur. İddiaçı ata evində yaşamış, cavabdehin atası üçün isə ailə qurduqdan sonra atası ayrı ev tikdirmişdir. Cavabdehin anası bankda işləmiş, evin tikintisinə cavabdehin valideynləri də köməklik etmişlər. İddiaçı mübahisəli evin tikintisinə qəpik də pul xərcləməmişdir.
8. X1 göstərmişdir ki, o, iddiaçının bacısı, cavabdehin bibisidir. Cavabdehin atası və anası 1980-ci ildə ailə qurmuş, onların qız övladları anadan olmuşdur. Anası hər iki qardaşını çox istədiyindən oğlanlarının eyni həyətdə yaşamasını istəmişdir. Bu səbəbdən ata evləri iddiaçıya verilmiş, cavabdehin atasına isə həmin torpaq sahəsində ayrı ev tikdirmişlər. Mübahisəli evi iddiaçı deyil, cavabdehin valideynləri və atası tikdirmişlər
9. X2 bildirmişdir ki, o, iddiaçının arvadının dayısıdır. İddiaçı ilə əvvəldən dostluq münasibətləri olmuşdur. Evi iddiaçı tikdirmişdir. 1994-1995 -ci illərdə evin tikintisi üçün taxta almışlar.
10. X8 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə uşaqlıq dostu olmuşdur. İddiaçı evi qardaşı üçün tikdirmişdir. O, iddiaçının evin tikintisi üçün sement, daş, qum almasına şahid olmuş, iddiaçı ilə birlikdə 3 dəfə gedib dam örtüyü almışlar. O, daim Bakı şəhərində yaşamış, sadəcə material alanda gələrək bazadan gedib birlikdə almışlar.
11. X3 göstərmişdir ki, o, iddiaçı ilə iş yoldaşı olmuşdur. Onun VAZ-2106 markalı minik avtomobili olmuş, iddiaçı onunla Kürəkçay tikinti bazasına getmişdir. Bazadan alınan taxta-şalbanın yük maşınına yüklənib gətirilməsini görmüş, lakin materialın pulunun iddiaçı tərəfindən verilməsinin şahidi olmamışdır.
12. Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 nömrəli mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnam əsi ilə (hakim T.Mustafayev) iddia tələbinin rədd olunması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsini qeyd etmişdir ki, iddiaçı cavabdehlərin ona məxsus olan mülkiyyəti mənimsəməsi nəticəsində mülkiyyət hüququnun pozulmasına iddia etsə də, məhkəmə araşdırmaları nəticəsində müəyyən orlunmuşdur ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və hüquqi statusu etibarilə özbaşına tikilidir
14. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehlərin istifadəsində olan həmin tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Mübahisəli ev fiziki obyekt kimi daşınmaz əşyadır və həmin evin özbaşına tikili statusuna malik olması həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Belə ki, mülkiy yətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Lakin bu halda hüquq müəyyənedici sənədi olmasa da, həmin tikilinin iddiaçıya məxsusluğu öz təsdiqini tapmalı idi. Sübutetmənin bölüşdürülməsi qaydalarına uyğun olaraq iddiaçı ilkin olaraq tikilinin ona məxsus olmasını sübut etməli idi. Onun sübutları ağlabatan göründüyü təqdirdə cavabdehin etirazları araşdırılmalı idi. Lakin nə qədər ki, iddiaçı tikilinin ona məxsus olması halını sübuta yetirə bilməmiş, cavabdeh tərəfin etirazının araşdırılmasına zərurət aradan qalxmışdır. Çünki iddia tələbi cavabdehin etirazları araşdırılmadan özüözlüyündə təmin olunmayan iddia hesab olunmuşdur.
15. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının di spozisiya əlamətləri ilə uzlaşmamışdır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi tikiliyə bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən tikilinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış halları ilə tikilinin hər hansı hüquq müəyyənedici sənədi mövcud olmamaqla yanaşı, həmin tikilinin məhz iddiaçının faktiki sahibliyi və istifadəsində olması işin halları ilə təsdiqini tapmamışdır. Hər hansı əmlakın şəxsin mülkiyyətində olması faktı dövlət reyestrindən verilmiş çıxarışla təsdiq olunur. Belə bir çıxarış məhkəməyə təqdim edilməmiş və iş m ateriallarında aşkar olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş çıxarış isə hazırda cavabdehlərin çıxarılmasını tələb etdiyi evin deyil, iddiaçının özünün yaşadığı evə mülkiyyət hüququna dair sənəddir.
16. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik ola bilməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı idi. Həmçinin qeyd olunmuşdur ki, cavabdeh həmin evdə doğulmuş, yaşamış, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır və daşınmaz əmlakdan istifadədən irəli gələn bütün sənədlər, o cümlədən, ödənişlər cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh həmin ünvanda daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadır, həmin ünvan üzrə qazla bağlı ödəniş qəbzləri sağ olduğu dövrdə cavabdehin atası X4, hazırda isə cavabdehin adına qeydə alınmışdır.
17. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, tikili 1980-ci illərdə tikilmiş, torpaq sahəsi isə 1999-cu ildə iddiaçının mülkiyyətinə verilmişdir. Həmçinin evin cavabdeh tərəfindən tikilməsi sübuta yetirilməmişdir. Başqa sözlə, iddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ yoxdur.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.2, 157.8, 158.1.2, 158.2, 158.4, 159, 163.1, 164.1, 164.2, 165.1, 178.1, 180.1 və 180.4-cü, Mənzil Məcəlləsinin 30.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, ünvan 4 ünvanda yerləşən 104,7 kv metr sahədən ibarət fərdi yaşayış evi və 0,8 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa, **********55-10301 nömrəli texniki pasporta və JN-902A kod 50901004 saylı şəhadətnaməyə əsasən iddiaçıya məxsusdur. Cavabdehlər həmin əmlakları zəbt etmişlər. Məhkəmə qeyd edilən halları araşdırmadan iddia tələbini rədd edərək, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-457/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, cavabdehlərin onlarla birlikdə yaşayan uşaqları ilə birlikdə iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli evin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci i l tarixli çıxarış əsasında iddiaçının adına mülkyyət hüququ üzrə kimi qeydiyyata alınmış torpaq sahəsinin üzərində yerləşməsi fakt kimi təsdiq olunduğundan və həmin torpaq sahəsi barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli çıxarış barəsində hər hansı bir məhkəmə mübahisəsi olmadığından, həmin qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan mübahisəli ev barəsində iddiaçının mülkiyyət hüquqlarının olmadığı barədə birinci instansiya məhkəməsinin qənaətləri ilə razılaşmaq olmaz. Belə olan halda, həmin ev yalnız iddiaçının adına mülk kimi DƏDRX-də qeydə alına bilər. Həmin evin Cavabdeh1 valideynləri və yaxud da ki, babası tərəfindən inşa edilməsi barədə cavabdeh tərəfin dəlillərinin araşdırılması hazırkı iddianın mahiyyətcə həlli üçün heç bir əhəmiyyət kəsb etmir.
23. İdd iaçı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququnun olduğu fərdi yaşayış evindən cavabdehlərin çıxarılması tələbi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir.
24. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisəli ev üzərində istifadə hüquqlarının olduğu barədə cavabdeh tərəfin dəlilləri əsassız olmuşdur. Çünki işin mübahisəsiz halları kimi müəyyən olunur ki, mübahisəli ev barəsində cavabdeh tərəfin hər hansı bir hüququ qanunun tələb etdiyi qaydada DƏDRX-də qeydə alınmamışdır. Cavabdeh tərəf iddiaçının ailə üzvü olmamışdır. Bundan başqa, cavabdeh tərəfin özünün hüquqlarının olduğu Goranboy rayonunun Abbasqulular kəndinə yerləşən fərdi yaşayış evi vardır və Cavabdeh2 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatdadır.
25. Cavabdeh1 yaşayış yeri üzrə iddia çının mülkiyyətində olan ünvanda qeydiyyatda olması onun mübahisəli evdən istifadə hüququnun olması demək deyildir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən cavabdehlərin heç bir hüquqa əsaslanmayan istifadəsi iddiaçının həmin torpaq sahəsindən və mülkdən sərbəst istifadə hüquqlarını pozmuşdur.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.1, 152.5 və 157.2 və MPM-in 49.3, 76.1, 76.2, 77.1, 81, 88, 217.3, 384.0.2, 385.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli 2(102)-2539/2024 saylı qərarı ilə (hakimlər X17 (məruzəçi), X13 v ə X27) cavabdehin kassasiya şikayətinin təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-457/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
28. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan iş üzrə cavabdehin əmlaka sahibliyinin mövcud olub-olmamasını müəyyən etmədən onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasının tələb edilməsi sui-istifadə olduğu müəyyən edilərsə, belə tələbin irəli sürülməsinin vicdanlılıq prinsipinin məqsədləri ilə uzlaşıb-uzlaşmaması yoxlanmalıdır. Nəzərə alınmalıdır ki, hüquqdan (subyektiv hüquqdan) bu cür, onun məqsədi və təyinatı ilə bağlı olmayan şəkildə istifadə edilməsi hüquqdan sui-istifadədir. Apellyasiya məhkəm əsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2089/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X18 (sədrlik edən, məruzəçi), X9 və X21) Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən idd iaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq qeyd etmişdir ki, iş materialları, əldə olunmuş sənədlər və tərəfərin izahatları ilə müəyyən olunur ki, ünvan 5 ünvan üzrə təsərrüfatbaşına kitabda iki ailə təsərrüfatı, yəni birinci təsərrüfat başçısı X19, 6 nəfər (o cümlədən iddiaçı) ailə üzvü ilə, 2-ci təsərrüfat başçısı X11 4 nəfər ailə üzvü ilə qeyd edilmişdir. Həmin ünvanda Əhməd İsmayılov tərəfindən tikilmiş fərdi yaşayış evində o (babası), baxılan iş üzrə iddiaçı yaşamış, həmin torpaq sahəsində 1980-ci ildə baxılan iş üzrə mübahisəli ev tikilmiş, cavabdeh öz va lideynləri ilə birlikdə yaşamışdır. X19 xx.xx.1989-cu ildə vəfat etmişdir. Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 35 saylı qərarı ilə mübahisəli evin yerləşdiyi 0,08 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququ əsasında şəhadətnamə verilmişdir. 2005-ci ildə iddiaçı ailə həyat quraraq başqa ünvana köçmüşdür. xx.xx.2021-ci ildə cavabdehin atası vəfat etmiş və o anası ilə birlikdə üçün yaşamaq ailəvi olaraq həmin ünvana köçmüş, anasının vəfatından sonra isə öz ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşamaqda davam etmişdir. İddiaçının istifadəsində olan 104,7 kv metr olan yaşayış evi və hər iki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci ildə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alı nmışdır.
31. Məhkəmə qeyd etmişdir ki, özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, tikili 1980-ci ildən tikilmiş, torpaq sahəsi isə 1999-cu ildə iddiaçının mülkiyyətinə verilmişdir. Evin iddiaçı tərəfindən tikilməsini təsdiq edən sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Mübahisəli ev üçün alınan titkinti materillarına dair iddiaçı tərəfindən təqdim edilmiş qaimə- fakturalardan görünür ki, 8 ədəd qaimə-fakturanın 2 ədədi İddiaçı, 6 ədədi cavabdehin babası X10 məxsusdur. İddiaçı mübahisəli evin onun vəsaiti hesabına və onun tərəfindən tikilməsini qeyd etsə də, həmin halları təsdiqləyəcək kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
32. İddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ yoxdur. İddiaçının üzərində sahiblik hüquq larını pozulduğunu iddia etdiyi ev 1980-ci ildə inşa edilmişdir. Həmin vaxt iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. Torpaq sahəsi onun mülkiyyətinə keçən zaman isə mübahisəli fərdi yaşayış evi mövcud olmuş, orada cavabdehin valideynləri sonra isə onlarla birlikdə Cavabdeh1 yaşamışdır.
33. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi evin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, yəni fərdi yaşayış evi üzərində hüququn ona aid olmasını bildirmiş və cavabdehlərin hər hansı hüquqi əsas olmadan ona aid evdə yaşadıqlarını göstərmiş və onların sahibliyinin qanunsuz olmasını iddia etmişdir. Lakin özbaşına tikinti aparmış şəxs ona mülkiyy ət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək ixtiyarı yoxdur. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. İddiaçı özbaşına tikili üzərində sahiblik hüququnun yaranması əsası kimi torpaq sahəsinin ona məxsus olması, tikilinin onun tərəfindən tikilməsi, müvəqqəti yaşamaq üçün cavabdehin atası və anasının istifadəsinə verdiyini göstərir. Hazırda cavabdehin atasının vəfat etməsi səb əbindən evin ona qaytarılmalı olmasını, cavabdehlərin özlərinə aid yaşayış yerinin olmasını, onların mübahisəli evə ehtiyaclarının olmamasını göstərir. Lakin mübahisəli evlərin yerləşdiyi torpaq sahəsi cavabdehin babası Əhməd Hüseynova məxsus olmuş, babasının tikmiş olduğu fərdi yaşayış evində hazırda iddiaçı yaşayır, eyni torpaq sahəsində atası tərəfindən mübahisəli fərdi yaşayış evi tikilmiş, atası vəfatınadək orada yaşamış, onun vəfatından sonra oğul övladı olmadığına görə 2021-ci ilin oktyabr ayından ailəsi ilə birlikdə anasının yanına köçmüş, anasının vəfatından sonra evə ailəsi ilə sahiblik etmiş, həmin evdə atasına məxsus olan ev kimi yaşamışdır. X20 tərəfindən torpaq sahəsi iddiaçının adına rəsmləşdirilərkən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən fərdi yaşayış evi m övcud olmuşdur. Fərdi yaşayış evində yaşaması və atasının malik olduğu sahibliyin ona keçməsi işin təsdiq olunmuş halıdır.
34. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli tikilinin onun tərəfindən tikilməsi və müvəqqəti yaşamaq üçün iddiaçının atasına verməsini göstərməsinə baxmayaraq, bununla bağlı heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfdən məhkəməyə iki şahid təqdim edilmiş, həmin şahidlər iddiaçının bacıları və cavabdehin isə bibiləri olmuşlar. Həmin şahidlərin ifadəsi ilə müəyyən olumuşdur ki, mübahisəli fərdi yaşayış evinin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Həmin ev cavabdehin valideynləri və babası (Əhməd Hüseynov) tərəfindən tikilmiş, istifadəyə verilən vaxtdan isə cavabdehin valideynləri, cavabdeh və digər ailə üzvləri yaşamışlar.
35. Cavab deh1 və ailəsi, yəni atası və anası mübahisəli fərdi yaşayış evi inşa edildiyi vaxtdan həmin evdə yaşamışlar. Həmin ev iddiaçının atası, Cavabdeh1 babası Əhmədə məxsus olmuşdur. Sonradan evin yerləşdiyi torpaq sahəsi iddiaçının müılkiyyətinə verilsə də, Cavabdeh1, atası və anası orada yaşamaqda davam etmişlər. İddiaçı isə onların çıxarılması ilə bağlı heç bir cəhd etməmiş, bununla razılaşmışdır. Yəni Cavabdeh1 və ailə üzvlərinin orada yaşaması iddiaçı ilə olan qohumluq (qardaşlıq) münasibətlərindən qaynaqlanan güvənə əsaslanmışdır.
36. İddiaçının Cavabdeh1nnın valideynlərinin ölümündən sonra cavabdehlərin mübahisəli evdən çıxarmağa cəhd etməsini isə apellyasiya məhkəməsi cavabdehlərin güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi kimi, bununla da hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Göründüyü kimi, iddiaçı öz torpaq sahəsində binalar ucalda, yenidən qura və ya uçura bilər. Bu maddə Mülki Məcəllənin 180.3-cü maddəsi ilə yanaşı iddiaçının özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasına subyektiv hüququn olmasına hüquqi əsasıdır. Bunun tam ək sinə olaraq, cavabdeh şəxsin mülkiyyətində olmayan torpaq sahəsində tikintiyə mülkiyyət hüququnun tanınmasına dair gözlənilən hüququ yoxdur. İddiaçı öz torpaq sahəsində ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
39. Apellyasiya məhkəməsi həmin evin cavabdeh(lər) tərəfindən tikilib-tikilmədiyi faktını araşdırmaqdan yayınıb və buna hər-hansı qiymət verməkdən vaz keçib. Qeyd olunmalıdır ki, iddiaçının evin tikilməsinə xərc çəkdiyi ən azı 2 qaimə-faktura ilə təsdiq etdiyi halda, cavabdeh evlə bağlı hər-hansı xərclərdə iştirakı barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
40. Eyni zamanda, apellyasiya məhkəməsi mübahisələndirilən qətnaməsində cavabdehlərin uzun müddət ərzində mübahisələndirilən evdə yaşamadığı və yalnız valideynlər inin ölümündən sonra oraya müvəqqəti gəldiyinə, cavabdehin ərə gedərək başqa yaşayış yeri olduğuna, cavabdehin atasının ünvan 3 ünvandakı təsərrüfatdan ayırılaraq ona başqa torpaq sahəsinin verilməsi, həmin torpaq sahəsinin və üzərindəki tikililərin iddiaçının adına mülkiyyət hüququnda rəsmiləşdirilməsi, nə cavabdehin, nə də onun mərhum valideyinlərinin torpaq sahəsinin və üzərindəki tikililərin iddiaçının mülkiyyətinə keçməsinin mübahisələndirilmədiyini və dolayısı ilə bu faktı (torpaq sahəsi və daşınmaz əmlaka hüquqların İddiaçıya keçməsini) qəbul etdiklərini nəzərə almamış və bunlara düzgün hüquqi qiymət verməmişdir. Halbuki evin və torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçdiyi andan hal-hazıra kimi nə cavabdeh, nə də onun mərhum valideyinləri buna (torpaq sahəsinin və daşınmaz əmlak obyektlərinin İddiaçın mülkiyyətinə keçməsinə) dair hər hansı etiraz etməmişlər, mübahisələndirməmişlər və öz hərəkətləri ilə bununla razılaşdıqlarını açıqca ifadə etmişdirlər. Hal-hazırda isə onlar əvvəlki davranışlarına zidd hərəkət edirlər. Burada sadalananlar nəzərə alınmaqla qanunvericilikdə təsbit olunmayan vicdanlılıq prinsipi məhz cavabdehə(lərə) münasibətdə tətbiq olunmalıdır.
41. Məhkəmə bu faktı da nəzərə almamışdır ki, Cavabdeh1 2005-ci ildə Goranboy rayonu Abbasqulular kənd sakini Cavabdeh2 ərə getmiş və Abbasqulular kəndində sonuncuya məxsus evinə köçməklə uzun müddət orada yaşayır. Beləliklə, Cavabdeh1 2005-ci ildən etibarən iddiaçıya məxsus ünvanda yaşamamış və iddiaçının mülkiyyəti olan torpaq sahəsində yerləşən sənədsiz tikintini xx.xx.2021-ci ildə anasına baxmaq adı ilə gəldiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır.
42. Cavabdeh(lər) əvvəlki hərəkətləri və davranışları ilə sözügedən torpaq sahəsinin və daşınmaz əmlakın (təsərrüfatın) iddiaçının mülkiyyətinə keçməsinə dair hər hansı etiraz etməmiş, mübahisələndirməmiş və dolayısı ilə bununla razılaşmışlar.
43. Mübahisə yaradan sənədsiz evin 1980-cı ildə tikilməsi iddiaçının ona olan hüquqlarına heç də xələl gətirmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsinə və daşınmaz əmlaka mülkiyyət hüququ ona tam və istisnasız və məhdudiyyətsiz keçmişdir. Bu hüquqlara həmçinin Mülki Məcəllənin 180-ci maddəsinə uyğun olaraq mülkiyyətində olan torpaq sahəsində ucaldılmış yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbi də daxildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
45. Maddə 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
46. Maddə 228.4. yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina bar əsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (8 iyul 1982-ci il redaksiyasında)
47. Maddə
53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
48. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sa həyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
61. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmə Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məh kəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
62. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu ş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2089/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.