Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-108/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı1, vəkili V oğlunun, iddiaçının digər vəkili X4 və cavabdeh C qızının nümayəndəsi və vəkili V2 qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-13/2018 saylı iş üzrə qəbul etdiyi 10 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 18 iyul 2014-cü il tarixdən hesablanmaqla, 12 iyun 2004-cü il təvəllüdlü U qızı və 12 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 545 manat olmaqla cəmi 1090 manat aliment, uşaqların təhsil xərcləri olaraq İddiaçı1 tərəfindən ödənilmiş ümumilikdə 66489 manat mənləğinin ½ hissəsi olan 33244.50 manat, hüquqi yardıma görə ödənilmiş 500 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8071/2018 saylı, 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şi kayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli 2(008)-13/2018 saylı qətnaməsinin cavabdehdən aliment tutulmasına dair hissədə dəyişdirilməsi, cavabdehdən 13 fevral 2015-ci il tarixdən hesablanmaqla, İddiaçı1 xeyrinə 12 iyun 2004-cü il təvəllüdlü X5 və 12 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 500 manat olmaqla hər ay cəmi 1000 manat aliment tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8300/2018 saylı, 17 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8071/2018 saylı, 31 iyul 2018-ci il tarixli qətnaməsi lə ğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-13/2018 saylı iş üzrə qəbul etdiyi 10 may 2018-ci il tarixli qətnaməsi “təhsil xərcinin tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, 12.06.2004-cü il təvəllüdlü X3 və 12.05.2007-ci il təvəllüdlü X2 təhsil haqqı olaraq 2014-cü il də daxil olmaqla hər il cavabdeh İddiaçı2dən 40000 AZN pulun tutulması barədə iddiasının təmin edilməməsi, Bakı şəhər i Sabunçu Rayon Мəhkəməsinin 2(008)-13/2018 saylı iş üzrə qəbul etdiyi 10 may 2018-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməsi, 13.02.2015-ci il tarixdən hesablanmaqla 12.06.2004-cü il təvəllüdlü X3 və 12.05.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh C qızından hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 sabit pul məbləğində aliment İddiaçı1 xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı1 cavabdeh C qızına qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları 12.06.2004-cü il təvəllüdlü X3 və 12.05.2007-ci il təvəllüdlü X1 üçün cavabdehin 1559 Avro əmək haqqından 20 14-cü ilin iyul ayından hesablanmaqla 50000 AZN və gələcək hər ay üçün 1090 AZN məbləğində pulun, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun iş yerini və qazancını itirməsi nəticəsində ona dəymiş 448000 AZN pulun, uşaqların təhsil haqqı olaraq 2014-cü il də daxil olmaqla hər il İddiaçı2dən 40000 AZN pulun və hər yeni tədris illinə lazım olan illik ödənişin tam yarısı, dəymiş mənəvi ziyanın əvəzi olaraq 30.000 AZN məbləğlərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 və vəkili V oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, uşaqlar ilk öncə bizimlə Fransada yaşayarkən orada kiçik vaxtlarından fransız dilin i öyrənmişlər və ilk təhsilləri də fransız dilində olduğundan artıq onların Azərbaycan və ya digər dildə təhsillərini davam etdirməsi mümkünsüz olmuşdur. Hətta uşaqlar bu liseydə təhsil almaqla ən yaxşı göstəricilərə nail olmuşlar. Onların bu təhsil müəssisəsindən çıxarılması və ya təhsillərini davam etdirməməsi uşaqların təhsillərində və gələcək inkişafında mənfi fəsadlar yarada bilər. Kassasiya şikayətində göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9946/2019 saylı iş üzrə 22.07.2019cu il tarixli qətnaməsinin qismən ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh C qızının nümayəndəsi və vəkili V2 qızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəl əndirilən 22.07.2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.12.2018ci il tarixli qərarı ilə ziddiyyət təşkil edir. Ali Məhkəmənin mövqeyinə baxmayaraq, alimentlə bağlı hissədə ilkin və təkrar apellyasiya məhkəmələrinin qərarları eynidir. Kassasiya şikayətində qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin 22.07.2019-cu il tarixli 2(103)-9946/2019 saylı qətnaməsinin qismən, İddiaçı1 iddia tələblərinin təmin edildiyi, alimentin tutulduğu hissədə ləğv edilməsini və iddia tələblərinin həmin hissədə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1, vəkilləri V oğlu və X7 Bakı Apellyasiya Məhkəməsinin 22.07.2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətini n dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi və cavabdehin kassasiya şikayətinə etirazlarını müdafiə edərək cavabdehin şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh C qızının nümayəndəsi və vəkili V2 qızı Bakı Apellyasiya Məhkəməsinin 22.07.2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və iddiaçının kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti isə qismən edilməli, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissə üzrə iş yeni apel lyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.4, 58.5, 112.1, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5, 8, 13, 19, 22, 75.1, 78.1, BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci, “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14, 19.18, 34-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarlarına istinadən işin materialları üzrə bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla cavabdehin Fransa Respublikasında yaşadığı və orada hər hansı fəaliyyətlə məşğul olduğu təsdiq olunduğundan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülərək cavabdehdən hər uşağa 500 manat olmaqla, cəmi ayda 1000 manat aliment tutulmalı, alimentin tutulması bu barədə iddia verildiyi tarixdən 13.02.2015-ci ildən hesablanmalıdır. Apellyasiya instansiyası məhkəmə sinin işin araşdırılmaş halları ilə gəldiyi digər nəticəyə əsasən isə iddiaçı iş yerini və qazancını itirməsi, habelə itirmişsə bunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin də iddiaçının mənəvi ziyan tələbinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun iş yerini və qazancını itirməsi nəticəsində maddi ziyan tələbi öz təsdiqini tapmadığından mənəvi ziyanın tutulması üçün əsaslar yoxdur. Uşaqların ödənişli təhsil müəssisəsində təhsil alması barədə qərar yalnız hər iki valideynin razılığı ilə olduğu halda valideynlər bu xərclərin ödənilməsində birgə iştirak edə bilər. Valideynlərdən birinin razılığı olmadan digər valideynin öz təşəbbüsü ilə bir addım atması, razılığı olmadığı halda digər valideyinə digər xərclərdə iştirakına cəlb edilməsi üçün əsas ola bilməz. Ona görə də iddia həmin hissədə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissələri üzrə nəticəsi işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuş, lakin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında 05.07.2003-cü il tarixdə nikah bağlanmış, birgə nikahdan 12 iyun 2004-cü il təvəllüdlü S və 12 may 2007-ci il təvəllüdlü X anadan olmuşdur. Nikahda olduqları dövr ərzində tərəflər uşaqlarla birlikdə Fransa Respublikasında ya şamış, iddiaçı Fransa Respublikasında “xxxx” Neft Şirkətində işləmiş, həmin şirkətlə müqaviləsinin müddəti 20.07.2014-cü ildə bitdikdən sonra uşaqları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmış və həmin vaxtdan etibarən uşaqları ilə birlikdə yaşayır. İş materiallarından eyni zamanda görünür ki, Sabunçu rayon məhkəməsinin 10 dekabr 2014-cü il tarixli 2(008)-6624/2014 saylı qətnaməsi ilə İddiaçı1 ilə İddiaçı2 arasında 05 iyul 2003-cü il tarixdə Bakı Səadət Sarayında (Bakı Nikah Evində) bağlanmış və 1259 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 12 iyun 2004-cü il təvəllüdlü X5 və 12 may 2007-ci il təvəllüdlü X6 boşanmadan sonra atası İddiaçı1 yanında saxlanması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13. 10.2017-ci il tarixli 13(102)-8/2017 saylı qərardadı ilə Sabunçu rayon məhkəməsinin 10.12.2014-cü il tarixli qətnaməsi və onunla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06.10.2016-cı il tarixli qərarı uşaq tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə aidiyyəti üzrə yenidən baxılması üçün Bakı şəhəri, Sabunçu rayon məhkəməsinə göndərilmişdir. İddia tələblərinə əsasən iddiaçı 18 iyul 2014-cü il tarixdən Bakı şəhərinə qayıtdığı vaxtdan uşaqları onunla yaşaması, uşaqların maddi, mənəvi tələbatlarını təkbaşına ödəməsi, cavabdehin isə uşaqların saxlanmasında iştirak etməməsi ilə əlaqədar onların saxlanılması üçün cavabdehin 1559 Avro əmək haqqından 2014-cü ilin iyul ayından hesablanmaqla 50000 AZN və gələcək hər ay üçün 1090 AZN məbləğində pulun, cavabdehin qanunsuz hərə kətləri nəticəsində onun iş yerini və qazancını itirməsi nəticəsində ona dəymiş 448000 AZN pulun, uşaqların təhsil haqqı olaraq 2014-cü il də daxil olmaqla hər il İddiaçı2dən 40000 AZN pulun və hər yeni tədris illinə lazım olan illik ödənişin tam yarısı, dəymiş mənəvi ziyanın əvəzi olaraq 30.000 AZN məbləğlərin alınması iddia olunmuşdur. Cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, uşaqların valideynlərdən hansının himayəsində qalması barədə məsələ həll edilmədən mübahisələndirilən məhkəmə qətnaməsi ilə cavabdehdən alimentin tutulması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qeyd edilmiş məlumat iddia tələblərinin təmin olunması üçün mötəbər sübut deyildir. Apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gə ldiyi nəticəsinə əsasən 13.02.2015-ci il tarixdən hesablanmaqla 12.06.2004-cü il təvəllüdlü X3 və 12.05.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh C qızından hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 sabit pul məbləğində aliment İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən yeni apellyasiya baxışı zamanı tərəfindən Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinə istinad edilsə də, həmin normanın tələblərinə uyğun əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında aliment tələbi ilə bağlı şərh edilmiş göstərişlərinə əməl etməmişdir. Belə ki, əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının cav abdehdən yalnız çəkilmiş təhsil xərclərinin yarısını deyil, həmçinin alimentin tutulmasının da tələb etdiyini nəzərə almamışdır. Belə olan halda uşaqların valideynlərdən kimi yanında qalmaları müəyyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış, uşaqların yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində alimentin tutulması barədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Hər iki iddia tələbinə məhkəmə hüquqi qiymət verərkən cavabdehin gəlirləri barədə iş materiallarında kifayət qədər mötəbər sübutlar olmamış, məhkəmə cavabdehdən tutulmalı olan alimentin məbləğini müəyyən edərkən gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Cavabdehin aylıq 1559,22 avro gəlirinin olması iş materialları ilə öz təsdiqini tapmır. Həmin rəqəmi göstərən “əmək haqqı arayışı” adlanan sənədi verən dövlət orqanı bəlli deyildir, həmin sənəd notarial qaydada təsdiq olunmamış, apostil ilə təsdiq olunmamışdır, (leqallaşdırılmayıb). İddiaçı tərəfindən mötəbərliliyi şübhə doğuran, üzərində 1559,22 avro göstərilən sənədin təqim edilməsi cavabdehin 2015, 2016, 2017, 2018 və növbəti aylarda həmin gəlirə malik olması demək deyildir və bunu sübut etmir. İddia tələbləri alimentin 2015-ci ildən bu günədək və növbəti aylar üçün tutulmasını ehtiva edir. Məhkəmənin mövqeyinə görə cavabdehin iş yeri Fransadadır və buna görə də aliment sabit pul məbləği şəklində tutulmalıdır. Halbuki, iş materialları ilə cavabdehin iş yerinin Fransada olması öz təsdiqini tapmır. Cavabdeh bildirmişdir ki, sifarişlər əsasında tərcüməçilik xidmətlərini göstərir və işi ilə bağlı bəzən xaricə getməli olur. Bu onun xaricdə işləməsi demək deyildir və ona görə də cavabdehin xaricdə işləməsi səbəbindən alimentin sabit pul şəklində tutulması əsassızdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin təmin edilməsini qeyd etsə də, iş materialları uşaqların əvvəlki təminat səviyyəsini əks etdirmir. Buna görə də aylıq 1000 manat məbləğində alimentin uşaqların əvvəlki təminat səviyyəsinə uyğun olub-olmaması bəlli deyildir. Məhkəmə, qətnaməsi ilə iki uşağa 13.02.2015-ci il tarixdən aylıq 1000 manat məbləğində alimentin tutulması nəzərdə tutulsa da, həmin məbləğin hesablanmasının mənbəyi (cavabdehin konkret gəlirləri) göstərilməmişdir. Cavabdehin 13.02.2015-ci il tarixdən bu günədək (3 ildən çox müddət ərzində) uşaqlarına aylıq 1000 manat aliment vermək iqtidarında olması, bun a uyğun aylıq maaş və ya digər gəlirlərinin olması iş materiallarında öz əksini tapmamışdır. İşin materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 10.04.2015-ci il tarixli qərardadı ilə iş üzrə icraat tərəflər arasında boşanmadan sonra uşaqların valideynlərin hansının himayəsində qalmasına dair iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13.10.2017-ci il tarixli 13(102)-8/2017 saylı qərardadı ilə İddiaçı1 İddiaçı2 qarşı “nikahın pozulması və boşanmadan sonra 12 iyun 2004-cü il təvəllüdlü X10 qızı və 12 may 2007-ci il təvəllüdlü X2 valideynlərinin hansının himayəsində qalması”na dair mülki iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 10.12.2014-cü il tarixli qətnaməsi, onunla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06.10.2016-cı il tarixli qərarı uşaq tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə aidiyyəti üzrə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Sabunçu rayon Məhkəməsinin 18.07.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 ilk iddiası təmin edilərək tərəflərin birgə nikahından doğulmuş 12 iyun 2004-cü il təvəllüdlü X3 və 12 may 2007-ci il təvəllüdlü X2 boşanmadan sonra atası İddiaçı1 himayəsinə verilməsi, uşaqların atadan alınaraq onun himayəsinə verilməsinə dair X qızının qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin birgə nikahdan olan uşaqlarının himayəsi məsələsinin həll edilməsi ilə bağlı şərh edilmiş göstərişə əməl etməmiş, uşaqların valideynlərdən hansının yanında qalması üzrə yekun məhkəmə qərarı qüvvəyə minmədiyinə baxmayaraq, uşaqların atanının himayəsində olduğu müddətdə cavabdeh uşaqların saxlanmasında iştirak etməli olması, uşaqların saxlanılması üçün bir valideyndən digərinin xeyrinə aliment tutulmasını müəyyən edən qətnamə yalnız uşaqlar xeyrinə aliment tutulmuş valideynin yanında saxlanıldıqları dövr üçün qüvvədə olması, hazırkı qətnamə ilə cavabdehdən alimentin tutulması, yekun məhkəmə qərarı ilə uşaqlar anaya veriləcəyi təqdirdə aliment məsələsinə yenidən baxılmasını istisna etməməsi kimi səhv nəticəyə gəlmişdir. Həmçinin kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Fransa Respublikasında minimum əmək haqqı 2014-cü ilin iyul ayında 1445,38; 2019-cu ilin yanvar ayında 1521,22 avro təşkil etmə sinə dair internet səhifədən çıxarışların iş üzrə mötəbər sübut kimi qiymətləndirilməli olmasını və alimentin hansı səbəblərdən hər uşaq üçün 500 manat məbləğində ödənilməsini də əsaslandırmasında iddiaçının cavabdehin rəsmi gəlirləri barədə iş yerindən arayışı da məhkəməyə təqdim etmək imkanları olmadığı üçün sadalanan halların cavabdehin illik gəlirinin kifayət qədər yüksək olmasını təsdiq edən sübut kimi qiymətləndirilməli olmasına istinad etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin cavabdehin Fransa Respublikasında yaşaması həmin dövlətin ərazisində yaşadığı halda orada ya işləməsi, ya da dövlət tərəfindən sığınacaq almasına dair qənaəti işin real hallarına deyil, məntiqi izahlı əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinin məzmununa əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanun i əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Kollegiya daha sonra qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, on ları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında daha sonra göstərilmişdir ki, tərəflər arasında uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi yekunlaşmamış, qəbul edilmiş qətnamə qanuni qüvvəsini almamışdır. Belə olan halda hazırki işin nətiəsi həmin işin nəticəsinə baxılmasından birbaşa asılıdır. Həmçinin valideynlərdən hansının aliment ödəməli olması həmin məsələnin həllindən asılıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarına istinad etməklə iddiaçı tərəfindən cavabdehin Fransa Respublikasında yaşadığı və orada hər hansı fəaliyyətlə məşğul olduğu təsdiq olunduğundan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülərək cavabdehdən hər uşağa 500 manat olmaqla, cəmi ayda 1000 manat aliment tutulmalı, alimentin tutulması bu barədə iddia verildiyi tarixdən 13.02.2015-ci ildən hesablanmalı olmasına dair nəticəsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı araşdırılmamış, sübut kimi qiymətləndirilməsinə kifayət qədər əsaslar olmayan hallar üzrə gəlindiyindən qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlard a verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlar ını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi aliment tələbi üzrə işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, iddianın təmin edilməsi hissəsində maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətna məsi həmin hissədə qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş ləğv edilmiş hissə üzrə yeni apellyasiya baxışına qaytarılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya həmçinin hesab edir ki, işə ləğv edilmiş hissə üzrə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 420-ci maddələrinin tələbləri baxımından düzg ün qiymət verməlidir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya instansiyası məhkəməsinin iddiaçının iş yerini və qazancını itirməsi, habelə itirmişsə bunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməməsinə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun iş yerini və qazancını itirməsi nəticəsində maddi ziyan tələbi öz təsdiqini tapmadığından mənəvi ziyanın tutulması üçün əsaslar olmamasına dair nəticələri ilə razılaşır. Belə ki, prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim etməlidir (MPM-nin 14.2, 77.1-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin həmin hi ssəsini təsdiq edən sübutları təqdim etmədiyindən və iddia tələbinin bu hissələrdə təqdim edilmiş dəlilləri tələbin təmin edilməsi üçün əsas vermədiyidindən apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın uşaqların təhsil xərclərinə münasibətdə də düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. “Təhsil haqqında” Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakıları hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna mal ikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil – müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə müsabiqə və sair tədbir lərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Hazırki işdə Şəbinə və Sitarənin aldıqları təhsil kollec təhsili olmaqla təhsil pilləsinin orta təhsil növünə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, belə olan halda təhsilin hansı təhsil müəssisəsində alınması, ödənişli və ya ödənişsiz olması valideynlərin hər ikisinin razılığı əsasında müəyyən edilməlidir. Belə razılıq olduğu halda yetkinlik yaşına çatmayan uşaqların təhsili üçün çəkilmiş xərclərdə iştirakını xərcləri ödəyən valideyn, xərclərdə iştirak etməyən digər validendndən tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin mübahisə edilməyən halları ilə müəyyən etdiyi kimi, İddiaçı1 2014-cü ildən sonra azyaşlı uşaqları ilə Azərbaycan Respublikasına gəlmiş, bundan sonra uşaqlar təhsil almaları üçün İddiaçı1 tərəfindən uşaqların təhsil müəssisəsi kimi, Bakı Fransız Liseyi Təhsil Kompleksi seçilmiş və iddiaçı tərəfindən təhsil xərci olaraq 36489 manat məbləğində təhsil haqqı ödənilmişdir. İş materiallarında cavabdehin uşaqların Bakı Fransız Liseyi Təhsil Kompleksində ödənişli təhsil almaları barədə iddiaçı ilə razılıqlarının olması müəyyən edilmir. Həmçinin tərəflər arasında bu barədə hər hansı yazılı saziş də yoxdur. Kollegiya hesab edir ki, uşaqların ödənişli təhsil müəssisəsində təhsil almaları barədə qə rar yalnız hər iki valideynin razılığı ilə olduğu valideynlər bu xərclərin ödənilməsində birgə iştirak edə bilməsinə və valideynlərdən birinin razılığı olmadan digər valideynin öz təşəbbüsü ilə belə bir addım atması, razılığı olmadığı halda digər valideynin bu xərclərdə iştirakına cəlb edilməməsi üçün əsas ola bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti işin araşdırılmış hallarına uyğun qanuni və əsaslı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22.06.2019-cu il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni, 13.02.2015-ci il tarixdən hesablanmaqla 12.06.2004-cü il təvəllüdlü X3 və 12.05.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh C qızından hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 sabit pul məbləğində alimentin İddiaçı1 xeyrinə tutulması hissəsində ləğv edilsin və iş ləğv edilmiş hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-108/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-108/2020
22.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver