Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1080/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nikahın etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.10.2021-ci il tarixli, 2(103)7718/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 28 noyabr 2019 -cu il tarixdə nikah bağlamaqla evləniblər və birgə nikahdan uşaqları yoxdur.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(007)429/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli nikahın pozulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 28 noyabr 2019-cu il tarixli nikahın etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərə görə Cavabdeh onun xeyrinə 100.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 28 noyabr 201 9-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, lakin bir ay keçməmiş cavabdeh valideynlərinin təkidi ilə evləndiyini və nikahı pozdurmaq istədiyini bildirmişdir. Bundan sonra cavabdeh məhkəməyə nikahın pozulması ilə bağlı iddia ərizəsi təqdim etmiş, məhkəmənin qətnaməsi ilə onların nikahı pozulmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və vəsatətləri əsasında işin icraatı dayandırılıb. İddiaçı hesab edir ki, onunla cavabdeh arasında bağlanan nikah etibarsız hesab edilməlidir və cavabdeh iddiaçının şərəfinə vurduğu ağır ləkəni kompensasiya etməlidir. Cavabdeh açıq aşkar bildirib ki, onun iddiaçı ilə ailə qurmaq fikri, istəyi olmayıb, o, buna anası və bacısının təkidi ilə razılaşıb. İddiaçının isə bunlardan xəb əri olmayıb.
5. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbini qəbul etmir. Tərəflər arasında nikah bağlanmış, ailə münasibətləri olmuş, iddiaçı cavabdehlə bir yerdə uzun müddət yaşamış, bundan sonra münasibətləri pozulduğu üçün nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə onların arasında olan nikah qeydiyyatı pozulmuşdur.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1467/2021 saylı, 18.05.2021-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) İddiaçı Cavabdeh qarşı nikahın etirabsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın etibarsızlığına s əbəb ola bilən hallar konkret göstərilmişdir. Nikahın etibarsızlığına səbəb ola bilən başqa hallar nə Azərbaycan Respublikası Ailə Məcəlləsi, nə də digər qanunlarla müəyyən olunmamışdır. İddiaçı Cavabdeh ilə bağladığı nikahın etibarsız əqd olduğunu vurğulamış və əsas kimi, cavabdehin ailə qurmaq niyyətinin olmamasını göstərmişdir. Halbuki, işin hallarından görünür ki, tərəflər el adəti ilə evlənmiş, rəsmi nikah bağlamış və müəyyən müddət ərzində bir ünvanda yaşamışlar. Göründüyü kimi, nikahın etibarsız hesab olunması üçün əsaslar mövcud deyil. Bu səbəbdən iddia təmin oluna bilməz.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1, 10.1, 10.2, 11.1, 11.2, 12.0.1, 12.0.2, 12.0.3, 12.0.3-1, 12.0.4 və 13.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiy ası məhkəməsindəki icraat
9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.10.2021-ci il tarixli, 2(103)7718/2021 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında nikahın bağlanması zamanı nikahın bağlanmasına mane olan halların olması müəyyən olunmamışdur.
12. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə vurulmuş mənəvi zərərə görə cavabdehdən 100.000 manat pulun tutulması tələbi nikahın etibarsız hesab edilməsi ilə əlaqələndirildiyindən və ilkin tələb təmin olunmadığından mənəvi zərərin tutulması hissəsində də tələbi təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.10.2021-ci il tarixli, 2( 103)-7718/2021 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr cavabdehin onunla ailə qurmaq niyyətində olmadığı, anasının və bacısının təkidi ilə onunla evlənməyə razılaşdığı barədə cavabdehin səs yazısını təqdim etmişdir. Məhkəmə bu halları, həmçinin cavabdehin onunla evləndikdən qısa müddət sonra onunla olan nikahı pozmasını nəzərə almamışdır. Məhkəmə iş üzrə sübutlara düzgün hüquqi qiymət vermədən nəticəyə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
34. Nikah hüququ İİ Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zor la evləndirilə (ərə verilə) bilməz.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə
1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları 1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Maddə
3. Bu Məcəllənin vəzifələri 3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: 3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması; Maddə
10. Nikahın yaşı 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Maddə
11. Nikahın bağlanma şərtləri 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Maddə
12. Nikahın bağlanmasına mane olan hallar 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ik isindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Maddə
13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi 13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. 13.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir. 13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Maddə
25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, e ləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab e dir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İddia tələbinin maddi-hüquqi əsasını təşkil edən norma Ailə Məcəlləsinin 25-ci maddəsidir. Həmin normada nikahın etibarsız sayılmasının əsaslarından biri kimi saxta nikahın bağlanması müəyyən edilmişdir. Saxta nikah dedikdə - tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadan nikaha daxil olması başa düşülür.
25. Lakin saxta nikaha daxil olmuş şəxslərin məhkəmədə işə başlanana qədər faktiki olaraq ailə qurduğu halda, nikah saxta hesab edilə bilməz (Ailə Məcəlləsinin 27.3-cü maddəsi) və bu halda nikahın etibarsız sayılması barədə tələb də təmin edilə bilməz.
26. İşin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər nikahı rəsmiləşdirməklə yanaşı, faktiki bir yerdə yaşamağa başlamışdır. Buna görə də məhkəmə iddiaçının irəli sürdüyü dəlillər əsasında iddianı təmin etməməkdə haqlı olmuşdur.
27. Kassasiya şikayətində sadalanan hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi i lə məhdudlaşır.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.10.2021-ci il tarixli, 2(103)7718/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.