Məhkəmə qərarları › İş №2(102)-1081/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1081/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1081/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, vərəsələrindən borcun tutulması, sübutetmə yükü) podrat müqaviləsi, ölmüş şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “varislərdən borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)1237/2023 nömrəli 16 noyabr 2023-cü il qətnaməsindən iddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə mərhum X12 arasında 2014-cü ildən işgüzar münasibətlər yaranmışdır.

2. İddiaçı şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək, 54 ton xammal spirtin verilməsi vədi ilə Vaqif Məmmədovun 112.000 ABŞ dollarını ələ keçirməsini, bu səbəbdən sonuncu barəsində cinayət işi başlanmasını xahiş etmişdir. İddiaçının şikayəti əsasında o, zərər çəkmiş şəxs qismində tanınmış, ifadəsi alınmış, şikayət ərizəsində göstərdiyi xüsusatlar üzrə araşdırma aparılmış, Vaqif Məmmədovun ifadəsi yerində yoxlanılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata sonuncuya münasibətdə xitam verilmişdir.

3. Cinayət işi üzrə icra ata xitam verilməsi barədə qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon Prokuroru tərəfindən bir neçə dəfə ləğv edilmiş, işin obyektiv və hərtərəfli araşdırılması üçün yazılı göstərişlər verilmiş, göstərişdə müstəntiq qarşısında qoyulmuş tələblər üzrə əlavə araşdırma aparılmış, İddiaçı göstərdikləri sübuta yetirilmədiyindən, yəni Vaqif Məmmədovun 54 ton xammal spirtin verilməsi vədi ilə İddiaçı 112.000 ABŞ dolları alması təsdiqini tapmadığından, cinayət işi üzrə icraata yenidən xitam verilmişdir.

4. X1 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “varislərdən borcun tutulması” tələbinə dair iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, X1 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 tərəflərindən qəbul edilmiş miras payından onun xeyrinə 103.185,88 ABŞ dolları əsas borcun, 43.448,54 ABŞ dolları faiz, 2.000 manat mənəvi ziyan, ödənilmiş 541,31 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə 500 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X1 kreditorudur. Belə ki, bibisi oğlu Manaşir Sosunov (Manaşir İxiloviç) Rusiya Federasiyasından xammal tədarükü görür. Adətən buradan həmin zavoda xammal spirti göndərilir və orada emal olunmaqla satışa buraxılır. Təxminən 2007-ci ildən Vaqif Mammədovu tanıyır. Belə ki, onunla bibisi oğlu Manaşir Sosunov vasitəsi ilə tanış olmuşdur. X20 Məmmədovla xammal verməsi ilə razılaşmışlar. Vaqif Məmmədov həmin vaxt “Göyçay konyak” zavodunun direktoru olmuşdur. X22 müəyyən müddətdən sonra xammalı Rusiya Federasiyasına göndərməmişdir. Buna görə də, 2008-ci il tarixdə Manaşir Sosunov Bakı şəhərinə gəlmiş və aralarında müəyyən problemlər olduğundan X20 Məmmədovu məhkəməyə vermiş, bundan sonra X10 Sosunov arasında biznes əlaqələri kəsilmişdir. 2014-cü ildə X15 Sosunovla görüşərək, yeni biznes əlaqələri qurmaq üçün müqavilə bağlamış, 28 may 2014-cü il tarixində 295.580 ABŞ dolları “Göyçay konyak” zavodunun hesabına bank vasitəsi ilə köçürmüşdür. Həmin ərəfələrdə Manaşir Sosunov tez-tez Bakı şəhərinə gəlib Vaqif Məmmədovla görüşmüş, həmin görüşlərdə o da iştirak etmişdir. Həmin ilin iyun ayında Vaqif Məmmədovla görüşüb söhbət edərkən Vaqif Məmmədov ona tə klif etmişdir ki, hazırda əlində xammal hazırlamaq üçün pul olmadığından Manaşir Sosunova xammal göndərə bilmir, ona pul veriləcəyi halda zavodda Manaşir Sosunova göndərmək üçün xammal hazırlayacaq və həmin xammalı Manaşir Sosunova sataraq hər vaqonda 15-20 min ABŞ dolları aralığında gəlir əldə edəcək. Şifahi razlaşmaya əsasən, Vaqif Məmmədova 112.000 ABŞ dolları məbləğində nağd pul vermişdir. Vaqif Məmmədov demişdir ki, bir müddətdən sonra xammal zavodda hazır olacaq və vaqona yükləyib Manaşir Sosunova göndərəcək. Nəhayət, Vaqif Məmmədov zavodda, ona aid olan 54 ton konyak spirti hazır etmiş və bununla bağlı ona sertifikat da vermişdir. Həmin ilin iyul ayında Rusiyadan gələn texnoloqlarla birlikdə Vaqif Məmmədovun idarə etdiyi “Göyçay konyak” zavoduna getmişlər. Texnoloqlar çənlərdə ola n 54 ton xammalı bəyənib onların ağızlarını plomblamışlar. Vaqif Məmmədov həmin şəxslərin yanında da bildirmişdir ki, vaqondakı spirt ona məxsusdur, yaxın vaxtlarda vaqona yükləyib Manaşir Sosunova göndərəcək. X22 malı göndərməmişdir. Hazırlanmış xammalı Vaqif Məmmədovdan ala bilməmişdir. Dəfələrlə Göyçay rayonuna getmiş, lakin onu zavoda buraxmamışlar. Vaqif Məmmədovun mobil telefonuna dəfələrlə zəng etməsinə baxmayaraq, telefon zənglərinə cavab verməmiş və onunla görüşə gəlməmişdir. 112.000 ABŞ dollarını Vaqif Məmmədov ələ keçirərək dələduzluq etmiş və nəticədə pulunu qaytarmamışdır. Bununla əlaqədar olaraq, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. Sabunçu rayon prokuroru Ceyhun Şirinov tərəfindən 28 noyabr 2016-ci il tarixində Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. İddiaçı cinayət işi üzrə 25 dekabr 2016-cı il tarixində zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, “Göyçay konyak” ATSC zavodunun direktoru X12 “X21” QSC-nin sədri X8 məxsus zavoda şərab və konyak emalı üçün xammal tədarük etmək adı ilə etibardan sui-istifadə etməklə ayrı-ayrı (2007-ci il tarixindən 2014-cü il tarixinədək olan müddət) vaxtlarda 500.000 ABŞ dolları pul vəsaitini əvəzsiz olaraq öz mülkiyyətinə keçirərək Manaşir Sosunova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Uzun müddət axtarışda olan Vaqif Məmmədov tutularaq 48 saat ərzində Sabunçu rayon Polis İdarəsinin m üvəqqəti saxlama yerinə gətirilmiş, törətdiyi cinayət əməlini etiraf etmişdir. Vaqif Məmmədov ifadə verərkən bildirmişdir ki, 112.000 ABŞ dolları dəyərində konyak spirti Göyçay rayonundakı zavodunda yerləşir. Sabunçu RPİ İŞ-nin müstəntiqi, polis mayoru Abbas Hüseynov tərəfindən Göyçay rayonunda, Konyak zavoduna baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Orada olan spirtdən nümunə götürülmüş, X4 ifadəsi yerində yoxlanılmaqla, protokol tərtib edilmiş, fotoşəkilləri çəkilmişdir. Cinayət işinin istintaqı zamanı ona məxsus 54 ton spirt zavodunda imiş. Vaqif Məmmədov ifadə verərkən, yaxın vaxtlarda spirti satıb, pulunu ona qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 27 iyul 2018-ci il tarixində X7 Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə ittiham elan olunmuş və iş üzrə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. 27 avqust 2018-ci il tarixində onunla Vaqif Məmmədov arasında üzləşdirmə keçirilmiş, sonuncu ona borclu olduğunu etiraf etmişdir. Üzləşdirmə zamanı Vaqif Məmmədov zavodda maddi problemlər yarandığı üçün spirti satdığını və ona borclu olduğu pulu qaytarmadığını bildirmişdir. Vaqif Məmmədov üzləşdirmə zamanı ona borclu olduğu 112.000 ABŞ dollarını qısa müddət ərzində qaytaracağına söz vermişdir. 30 avqust 2018-ci il tarixində Manaşir Sosunov Bakıya gəlmiş və Vaqif Məmmədovla üzləşmişdir. Vaqif Məmmədov üzləşmə zamanı Manaşir Sosunovdan üzr istəmiş və borcunu etiraf etmişdir. İstintaq zaman ı 30 avqust 2018-ci il tarixli qərarla X11 zərərçəkmiş şəxs qismində tanınmışdır. Vaqif Məmmədov istintaq zamanı İstintaq Təcridxanasından onunla dəfələrlə telefonla əlaqə saxlamış, İstintaq Təcridxanasında onunla görüşməsini xahiş etmişdir. X9 Təcridxanasında görüş zamanı o, xahiş etmişdir ki, Manaşir Sosunovla birlikdə ondan şikayətçi olmasın. Şikayətçi olmadıqları halda, azadlığa çıxan kimi onun 112.000 ABŞ dollarını, eləcə də Manaşir Sosunova borclu olduğu pulu qaytaracaq. X13 pul əvəzinə alternativ Göyçay şəhərindəki Konyak Zavoduna məxsus 62.561 m2 torpaq sahəsini, eləcə də araq doldurulması və satışı ilə məşğul olan “EMİL-1” firmasını təklif etmişdir. Vaqif Məmmədovun təklifi onu qane etmədiyi üçün qəbul etməmişdir. Vaqif Məmmədov yenidən xahiş etmişdir ki, bibisi oğlu Sosunovla bir likdə ona qarşı humanist davransınlar. Manaşir Sosunovla əlaqə saxlayaraq ona Vaqif Məmmədovun xahişini çatdırmış, X14 bağlı artıq hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini, ancaq Vaqif Məmmədov istintaq təcridxanasından çıxarkən, ona yaranmış borcu ödəməyə başlamasını bildirdirmişdir. Bundan sonra, Vaqif Məmmədovla əlaqə saxlayaraq Manaşir Sosunovun və öz qərarını açıqlamış, ondan bir daha şikayətçi olmayacaqlarını, amma həbsxanadan çıxan kimi onlara borclu olduğu pulu tam qaytaracağını söyləmişdir. Vaqif Məmmədov ona kişi sözü vermişdir ki, həbsdən çıxan kimi pulu qaytaracaq. Vaqif Məmmədov azadlığa çıxandan sonra, ona xx.xx.2019-cu il tarixində 1.200 manat, xx.xx.2019-cu il tarixində 13.00 manat, xx.xx.2019-cu il tarixində 3.000 manat, xx.xx.2019-cu il tarixində 2.000 manat, xx. xx.2019-cu il tarixində 1.500 manat, xx.xx.2019-cu il tarixində 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat ödəmişdir. Vaqif Məmmədov ona ümumilikdə yalnız 12.984 manat, yəni 7.638 ABŞ dolları pul qaytarmışdır. Vaqif Məmmədovun onun qarşısında öhdəliklərinin yerinə yetirilmə müddəti çoxdan başa çatmış, lakin bu günə kimi Vaqif Məmmədov 112.000 ABŞ dollarını ona tam qaytarmamışdır. Vaqif Məmmədov onunla əlaqə saxlayaraq, “COVİD-19” pandemiyasına görə maddi çətinliklə üzləşdiyini, borclu olduğu pulu qaytara bilmədiyini, üzr istəyib pulu qaytarmaq üçün ona vaxt verməsini xahiş etmişdir. Danışıqlarından bir müddət sonra, Vaqif Məmmədov ölmüşdür. Vaqif Məmmədovun qalan borcu 104.362 ABŞ dolları təşkil edir. Vaqif Məmmədovun ölümü ilə bağlı öhdəliklərini yerinə yetirməməsi bu iddia ilə m əhkəməyə müraciət etməsi üçün əsas olmuşdur. Əldə etdiyi məlumata görə, 2021-ci ilə qədər “Göyçay Konyak” zavodu Vaqif Məmmədova məxsus olmuşdur. Həmin əmlak hesabına sonuncunun ona olan borcunu ödəmək olar.

7. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı iddiasının əsası kimi iş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi, eləcə də, digər prosessual hərəkətlərə dair qəbul edilmiş qərarlara istinad etsə də, həmin sənədlərdə mərhum Vaqif Məmmədovun iddiaçıdan 112.000 ABŞ dolları alması təsdiq olunmur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının müraciəti əsasında istintaq orqanı tərəfindən araşdırma aparılmış, sonuncunun, eləcə də mərhum Vaqif Məmmədovun izahatları alınmış, “X24” AT SC-nin ərazisinə baxış keçirilmiş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. İstintaq zamanı Vaqif Məmmədov iddiaçının verdiyi ifadədən fərqli olaraq, ifadəsində İddiaçı hər hansı məbləğdə pul almadığını, yalnız istehsalla məşğul olduğunu, Dmitriyin ifadəsində və ərizəsində bəzi məsələləri yalan göstərdiyini, Stavropol şəhərində yerləşən X16 direktoru M.Sosnovla müəyyən vaxtlar işləsələr də, sonradan gömrükdə problemlərin çıxdığını, bir müddət Sosnova mal sata bilmədiklərini, sonradan Sosnovla aralarında bir sıra müqavilələrin bağlanmasını, Sosnova iki vaqon spirt istehsal edib göndərdiyini, Dmitrinin sifarişi əsasında 54 ton spirti istehsal etsə də, sonuncunun həmin spirti qəbul etməməsini, spirtin hazırda həmin spirt zavodunda olmasını, dəfələrlə Dmitriydən spirti qəbul etm əsini tələb etsə də, sonuncunun həmin spirti qəbul etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 21 fevral 2018-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan göründüyü kimi, mərhum Vaqif Məmmədovun ifadəsində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmış, 54 ton spirt istehsal edilərək, zavodda xüsusi çənlərdə saxlanılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Vaqif Məmmədov həbsdə olarkən ona borclu olduğu 112.000 ABŞ dolları puldan zavodda əsas köməkçi və mütəxəssis olan Mürşüd Xəlilov vasitəsi ilə 1.984 manat, həbsdən çıxandan sonra yenə həmin şəxs vasitəsi ilə müəyyən məbləğlərdə, ümumilikdə 14.984 manat, yəni 8.814,12 ABŞ dolları ekvivalentində pul qaytarmışdır. Lakin iş materialları ilə Mürşüd Xəlilovun ona iddia ərizəsində göstərilən müxtəlif tarixlə rdə və məbləğlərdə göndərdiyi pulların məhz Vaqif Məmmədovun iddiaçıya borclu olduğu iddia edilən 112.000 ABŞ dolları pul vəsaitinə aid olması sübut olunmur. Eyni zamanda, Mürşüd Xəlilovun iddia ərizəsində göstərilən tarixlərdə və məbləğdə pul vəsaitlərini məhz Vaqif Məmmədovun göstərişi ilə iddiaçıya göndərməsinə dair mötəbər sübutlar da məhkəməyə təqdim olunmamışdır.

8. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 20 aprel 2023-cü il tarixli 2(046)-119/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mərhum X12 ilə bibisi oğlu Manaşir İxiloviç (Mişa Sosunov) vasitəsi ilə tanış olmuş, işgüzar münasibətləri yaranmışdır. 2014cü ildə Vaqif Məmmədov tərəfindən iddiaçıya Rusiya Federasiyasına spirt ixrac etməsi təklif olunmuş, iddiaçı həmin tə klifi qəbul edərək Vaqif Məmmədova spirt sifariş vermişdir. V.Məmmədov rəhbəri olduğu zavodda sifariş edilmiş həcmdə spirt istehsal etmiş, lakin V.Məmmədovla iddiaçının bibisi oğlu arasında işgüzar münasibətlərindən dolayı anlaşılmazlıq yarandığına görə, iddiaçı sifariş verdiyi 54 ton spirti zavoddan götürməmiş və Rusiya Federasiyasına göndərməmişdir. Vaqif Məmmədovla iddiaçının bibisi oğlu M.İxiloviç arasında spirt tədarükü ilə bağlı yaranmış mübahisə ilə əlaqədar sonuncu hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun müraciəti əsasında cinayət işi başlanmışdır. Eyni zamanda, iddiaçı da şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək, 54 ton xammal spirtin verilməsi vədi ilə Vaqif Məmmədovun 112.000 ABŞ dollarını ələ keçirməsini, bu səbəbdən sonuncu barəsində cinayət işi başlanmasını xahiş etmişdir. İddiaçının şikayəti əsasında o, zərər çəkmiş şəxs qismində tanınmış, ifadəsi alınmış, şikayət ərizəsində göstərdiyi xüsusatlar üzrə araşdırma aparılmış, Vaqif Məmmədovun ifadəsi yerində yoxlanılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata sonuncuya münasibətdə xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon Prokuroru tərəfindən bir neçə dəfə ləğv edilmiş, işin obyektiv və hərtərəfli araşdırılması üçün yazılı göstərişlər verilmiş, göstərişdə müstəntiq qarşısında qoyulmuş tələblər üzrə əlavə araşdırma aparılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən, yəni Vaqif Məmmədovun 54 ton xammal spirtin verilməsi vədi i lə iddiaçıdan 112.000 ABŞ dolları alması təsdiqini tapmadığından, cinayət işi üzrə icraata yenidən xitam verilmişdir. Bundan sonra, Vaqif Məmmədov vəfat etdiyi üçün iddiaçı sonuncunun vərəsələrinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə Mülki Məcəllənin 739.1, 740-cı maddələrinə istinad etməklə qeyd etmişdir ki, hazırkı işlə bağlı iddiaçı ilə mərhum Vaqif Məmmədov arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə Mülki Məcəllənin 405ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni 112.000 ABŞ dollarının ödənilməsi ilə bağlı mərhum Vaqif Məmmədovun hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır.

12. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 72, 60-ci maddələri, “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 6 və 13-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740, 442 və 386.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarlarında ifad ə olunmuş hüquqi mövqelərə, MPM-in 14.1, 4.2, 77.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyаsiyа şikаyəti iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1237/2023 nömrəli 16 noyabr 2023-cü il qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi) Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apel lyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vaqif Məmmədov direktor olduğu zavodda onun üçün 112000 (yüz on iki min) ABŞ dolları məbləğində 54 ton konyak spirti hazır etmiş, X25 dələduzluq edib konyak spirtini özü mənimsəyərək ona verməmiş, o da konyak spirtinin istehsalı üçün ona verdiyi 112000 (yüz on iki min) ABŞ dolları məbləğində pulunu ona qaytarmamışdır.

18. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1. 752.2-ci maddələri nəzərdən keçirilə bilər; Belə ki, həmin maddələrə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götü rür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni, iddiaçı ilə cavabdeh Vaqif Məmmədovun 112.000 ABŞ dolları dəyərindən spirtin hazırlanması ilə bağlı hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır.

20. Şikayətin ilk dəlili ondan ibarətdir ki, 2014-cü il tarixdə X17 Mişa ilə görüşüb və müqavilə bağlayıblar ki, birgə işləsin lər. Məmmədov Vaqif zavodda onun mülkiyyətini və ona məxsus olan 54 ton konyak spirti hazır etmiş və bununla bağlı hətta ona sertifikat da vermişdir. X25 dələduzluq edib konyak spirtini özü mənimsəyərək ona verməmiş, o da konyak spirtinin istehsalı üçün ona verdiyi 112000 (yüz on iki min) ABŞ dolları məbləğində pulunu ona qaytarmamışdır.

21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya şikayətin bu hissəsi ilə razı olmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntuların dan (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə yarana bilər. İddiaçı ilə Vaqif Məmmədov arasında öhdəlik hüquq münasibətinin yaranması üçün iddiaçı ilə cavabdeh arasında müqavilə mövcud olmayıb.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci ins tansiyası məhkəməsi tərəfindən iddia tələbinə aid hissəsinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə, yəni 112000 dollar pulun Vaqif Məmmədova verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti bu hissədə əsassız olmaqla, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

24. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, 2016-cı ilin noyabr ayın da Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmiş, 28 noyabr 2016-ci il tarixdə Sabunçu rayon prokuroru Ceyhun Şirinovun göstərişi ilə cinayət işini № ********* Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə başlanması və aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarılmışdır. 28 avqust 2018-ci ildə təqsirləndirilən şəxs Məmmədov Vaqif ilə üzləşdirmədə dindirilməklə iştirak etmişdir. Məmmədov Vaqif ondan üzr istəmiş və borcunu etiraf etmişdir. Məmmədov Vaqif bildirmişdir ki, ona məxsus 54 ton spirti çoxdan satıb və aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən Məmmədov Vaqif ona məxsus 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytaracağına söz vermişdir.

25. Kollegiya şikayətin bu hissəsi ilə də razılaşmamış və onu əsassız sayaraq qeyd etmişd ir ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başalnmasının rədd edilməsi barədə qərarların surətindən görünür ki, Vaqif Məmmədov iddiaçıdan 112.000 (yüz on iki min) ABŞ dolları almasını etiraf etməmiş, eyni zamanda Vaqif Məmmədov iddiaçıdan aldığı 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytaracağına dair hər hansı bir söz verməmişdir.

26. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

27. Göründüyü kimi Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət işinin başalnmasının rədd edilməsi barədə qərar sübut kimi qiymətləndirilə bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 14.2.1, 385.1, 386.1, 386.2, 389.1, 442, 752.1, 752.2, 1306.1-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 384-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istin ad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə3) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 386.1 və 386.2-ci maddəsinin tələbi pozulmuşdur. Vəsaitin verilməsi mötəbər sübutlar hesab edilən sənədlərlə və cavabdehin etiraf edici ifadələri ilə təsdiq olunmuş, lakin məhkəmə qeyd olunanları nəzərə almayaraq maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 389.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, cavabdehlə aralarında malları n alğı-satqısı üzrə razılaşma olmamış, onun təklifi üzrə qəbul edilmiş sifarişin sonuncu tərəfindən yerinə yetirilməsi üçün vəsaitə ehtiyacı olmuşdur. Onun xahişinə əsasən iddiaçı tərəfindən ehtiyacı qarşılanmış, lakin cavabdeh bunun müqabilində verdiyi vədinə əməl etməyərək vəsaiti mənimsəmişdir. Qeyd olunanları cavabdeh özü də prosessual hərəkətlər haqqında qərarlarda təsdiq etmişdir. Məhkəmələr tərəfindən qeyd olunan normanın cavabdehlə aralarında yaranmış mübahisəyə aidiyyəti yoxdur.

32. Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsinin tələbləri pozulmuşdur.Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutlar və işin faktiki halları səthi araşdırılmış, birinci instansiya məhkəməsində nəzərə alınmayan əsaslar apellyasiya instansiyası məhkəməsi tərəfindən də nəzərə alı nmamış, şikayətdəki dəlillərə hüquqi qiymət verilməyərək prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

33. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, əvvəla hüquqi cəhətdən əsaslandırılmayan, həmçinin, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmayan əsassız və qanunsuz qətnamə qəbul etməklə, Azərbaycan Respublikasının MPM-in 217.1 və 217.2-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır

34. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbləri ni pozmuş, sübutun Şəki Apellyasiya Məhkəməsi üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmuşdur.

35. Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının MPM-in 9.1 və 9.2-ci maddəsinin tələblərini pozmuş, prosesin çəkişmə prinsipini təmin etməmişdir. Hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda, kollegiya, mənim iddia ərizəmə əlavə etdiyim, iş materiallarında olan hər hansı bir sənədə, vərəqəyə, o cümlədən rəsmi sənədlərə, cinayət işinin materiallarında olan qərarlara əhəmiyyət verməmiş, öz mülahizələri ilə hazırkı əsassız və qanunsuz qətnaməni qəbul etmişlər.

36. Həm birinci həm də apellyasiya instansiyası məhkəməsi iddiaçının vəsatətini qərəzli olaraq təmin etməməklə, onu tər cüməçi ilə təmin etməmişdir. Belə ki, iddiaçı yəhudi əsillidir, azərbaycanca danışa bilsə də, məhkəmə prosesində deyilənləri, hüquqi terminlər anlamaqda çətinlik çəkir.

37. Kollegiya MPM-in 82.4-cü maddəsini hazırkı mübahisəyə tətbiq etmiş, iş materiallarında mövcud olmayan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan bəhs etmiş, beləliklə də maddəni səhv olaraq təfsir etmişdir. Üstəlik, mülki işin materiallarında mövcud olmayan, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın sübut kimi qiymətləndirilə bilməməsini yazmışdır. Əvvəla, MPM 82.4.-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həm in hadisəyə aidiyyəti hissəsində məcburidir. Digər tərəfdən, qeyd olunduğu kimi, mülki işin materiallarında, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar mövcud deyil. “Cinayət işinin başlanması haqqında” qərar, “Şübhəli şəxsin barəsində axtarış elan olunması və tutulması haqqında” qərar, “Zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərar, “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərar, “Cinayət işinin icraatına xitam verilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərar, “Sübutların qiymətləndirilməsi haqqında” qərarlar əsasında hökm çıxarılmış ********* nömrəli cinayət işinin materiallarıdır. “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərar cinayət etməkdə şübhəli bilinən şəxsin, cinayət əməlinin törətməsinin sübut olunmadığı hallarda qəbul edilir. Ancaq b ütün bunlar, həmin şəxsin sözügedən pulları almadığı, qaytarmalı olmadığı, borcunun olmaması anlamına gəlmir. Bunlarla yanaşı, “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərarlarda X5 iddiaçıdan xammal konyak spirtinin emalı və tədarükü üçün almış olduğu 112.000 (bir yüz on iki min) ABŞ dollarının müqabilində ona verməli olduğu 54 ton xammal konyak spirtinin zavodun çənində mövcudluğu əks olunmuşdur. Hər bir halda, bu mövcudluq X4 Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində vermiş olduğu ifadələri ilə həmçinin, “Baxış” və “İfadənin yerində yoxlanması barədə” protokollar tərtib edilməklə keçirilən prosessual istintaq hərəkətlər zamanı imza ilə təsdiq edilən, hal şahidlərinin də iştirakları ilə tərtib edilmiş protokollarda öz əksini tapmışdır.

38. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə bağlı müstəntiq Rəfael Süleymanov tərəfindən “Sübutların qiymətləndirilməsi haqqında" xx.xx.2018-ci il tarixli qərar, həmçinin, xx.xx.2018-ci il tarixli “ Cinayət içinin icraatına xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. X2 sözügedən xx.xx.2018-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, X4 iddiaçıdan 112.000 (bir yüz on iki min) ABŞ dolları alması kifayət qədər təsdiq olunmadığına görə cinayət işinin Vaqif Məmmədovun barəsində olan həmin hissəsi üzrə icraatına xitam verilməli və iddiaçıya və X18 Məmmədovdan spirt və ya pul tələblər ilə bağlı məhkəməyə müraciət etmək hüquqları olması barədə məlumat veril məlidir. Beləliklə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin icraatında olan Vaqif Məmmədov barəsində Azərbaycan Respublikası CM-nin 195.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı yekunlaşmış, Vaqif Məmmədov Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmiş, barəsində məhkəmə hökmü çıxarılmışdır. Beləliklə, birinci instansiya məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu eyni tərəflər arasında eyni predmet üzrə mübahisələrə baxmış, sədrlik etmiş, eyni mübahisəyə başqabaşqa qiymətlər vermişdir. Yəni hakim Fəttahov İbrahim Bağır oğlunun 2(046)-1436/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadında işin faktiki hallarına verdiyi qiymət ilə onun Göy çay Rayon Məhkəməsinin e-2(046)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində faktiki hallara verdiyi qiymətlər fərqlidir.

39. İddia ərizəsinə əlavə edilmiş sənədlər o cümlədən, cinayət işinin materialları olan qərarlar (“Cinayət işinin başlanması haqqında”, “Şübhəli şəxsin barəsində axtarış elan olunması və tutulması haqqında” “Zərərçəkmiş şəxs qismində tanınması haqqında”, “Cinayət işinin icraatına xitam verilməsi” barədə, “Cinayət işinin icraatına xitam verilməsi barədə qərarın ləğv edilməsi” haqqında, “Sübutların qiymətləndirilməsi” haqqında) hakim tərəfindən nəinki sübut kimi qəbul edilməmiş hətta, yoxmuş kimi nəzərə belə alınmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikasının Mülki Məcəlləsi

41. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər və sair.

42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

45. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

46. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

47. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür

48. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülk iyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

49. Maddə 1306.1.vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarı 50. “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır..” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir:

63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başalanmasının rədd edilməsi barədə qərarların surətindən görünür ki, Vaqif Məmmədov iddiaçıdan 112.000 (yüz on iki min) ABŞ dolları almasını etiraf etməmiş, eyni zamanda Vaqif Məmmədov iddiaçıdan aldığı 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytaracağına dair hər hansı bir söz verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar sübut kimi qiymətləndirilə bilməz.

64. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilənlərlə razılaşmır.Belə ki, əvvəla, iş materiallarında göstərilən məlumatları ehtiva edən “cinayət işinin başlanmasının rədd edilməsi” barədə hər hansı qərar mövcud deyil.İkinci olaraq ibtidai istintaq və təhqiqat orqanlarında aparılan cinayət təqibi materiallarının, o cümlədən qərarların sübut qismində qiymətləndiril ə bilməyəcəyinə dair hər hansı prosessual hüquq norması mövcud deyil. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu norma məhkəmə üçün məcburi qüvvəyə malik olmayan qərar və sənədlərin sübut qismində qiymətləndirilməsini istisna etmir. Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

65. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş “İfadənin yerində yoxlanılması barədə” 21 fevral 2018-ci il tarixli protokolun surətinə əsasən X12 “Göyçay konyak” ATSCdə İddiaçı aid olan 54 ton spirtin zavodda olmasını və həmin spirtlərin Dmitriy tərəfindən götürülməsi üçün dəfələrlə onunla söhbətlər aparılmasını göstərmişdir.Protokola əsasən Məmmədov Vaqif spirt olan yeri göstərmiş, həmin yerdə çənlərin və həmin çənlərdə də spirtin olması müəyyən edilmişdir.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən sübuta hüquqi qiymət verilm əmişdir.

66. Eləcə də, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin İddiaçı “Göyçay Konyak” ATSC-yə qarşı vərəsəlik əmlakına tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə 21 oktyabr 2021-ci il tarixli, 2 (046)-1436/2021 nömrəli qətnaməsinin surətinə əsasən işə hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə baxılmışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, məhkəmə iclasında əldə edilən mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçıiç mərhum Vaqif Məmmədovla qohumu X6 vasitəsi ilə ildə tanış olmuş, bu tanışlıq onların biznes əlaqələrinin qurulmasına zəmin yaratmışdır. Belə ki, Vaqif Məmmədov iddiaçıya təklif etmişdir ki, ona pul verəcəyi halda rəhbərlik etdiyi “X24” ATSC-də konyak hazırlanması üçün xammal istehsal edib qohumu Manaşir Sosunova satacaq, hər vaqon üçün ona 15.000-20.0 00 manat məbləğində xeyir verəcək. İddiaçıiç Vaqif Məmmədovurn təklifini qəbul etmiş, 2014-cü ilin yay aylarında sonuncuya 112.000 (yüz on iki min) ABŞ dolları vermişdir. Lakin tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Şifahi razılaşma əsasında Vaqif Məmmədova verilən pulun qaytarılması müddəti müəyyən edilməmiş, yalnız hər vaqon üçün iddiaçıya çatası məbləğlə bağlı razılaşma olmuşdur. Vaqif Məmmədov vəd verdiyi kimi İddiaçıiçdən aldığı pulun müqabilində hazırlanması üçün 54 ton spirt istehsal etsə də, lakin həmin spirti və yaxud həmin spirtin satışından əldə olunan vəsaiti, həmçinin aldığı 112.000 (yüz on iki min) ABŞ dollarını İddiaçıiçə qaytarmamışdır. Bunu görə İddiaçıiç Vaqif Məmmədov barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş, onun və digər şəxsin şikayəti əsasında Az ərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Vaqif Məmmədov həbsdən azad olunacağı halda 112.000 ( yüz on iki min) ABŞ dollarını iddiaçıya ödəyəcəyinə söz versə də, X22 həbsdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019-cu il tarixdə 13.00 manat, xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat-ümumilikdə 12.984 (on iki min doqquz yüz səksən dörd) yəni 7.638 (yeddi min altı yüz otuz səkkiz) ABŞ dolları ödəmiş, qalan vəsaiti vəfat etdiyi üçün ödəyə bilməmişdir. Hazırki işə də Göyçay Rayon Məhkəm əsində hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə baxılmış və 20 aprel 2023-cü il tarixli 2-2(046)119/2023 nömrəli qətnamə qəbul edilmişdir.Həmin qətnamədə qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni, başqa sözlə desək iddiaçı qarşısında 112.000 ABŞ dollarının ödənilməsi ilə bağlı mərhum Vaqif Məmmədovun hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır.Həmçinin qətnamədə qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

67. İşdən məlum olur ki, Göyçay Rayon Məhkəməsinin İddiaçı “Göyçay Konya k” ATSC-yə qarşı vərəsəlik əmlakına tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə 21 oktyabr 2021-ci il tarixli, 2 (046)-1436/2021 nömrəli qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydalarını əməl olunmamasına görə ləğv edilmişdir. Buna baxmayaraq göstərilən hər iki işə birinci instansiya məhkəməsində eyni hakimin sədrliyi ilə baxılaraq birinci iş üzrə göstərilən qətnamədə mötəbər sübutlarla Vaqif Məmmədovun iddiaçıya ona pul verəcəyi halda rəhbərlik etdiyi “X24” ATSC-də konyak hazırlanması üçün xammal istehsal edib qohumu Manaşir Sosunova satacağının, hər vaqon üçün ona 15.000-20.000 manat məbləğində xeyir verəcəyini təklif etdiyinin, İddiaçıiçin Vaqif Məmmədovun təklifini qəbul etdiyinin, 2014-cü ilin yay aylarında sonuncuya 112.000 (yüz on iki min) A BŞ dolları verdiyinin, Vaqif Məmmədov həbsdən azad olunacağı halda 112.000 ( yüz on iki min) ABŞ dollarını iddiaçıya ödəyəcəyinə söz versə də, X22 həbsdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019cu il tarixdə 13.00 manat, 19.07,2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat-ümumilikdə 12.984 (on iki min doqquz yüz səksən dörd) yəni 7.638 (yeddi min altı yüz otuz səkkiz) ABŞ dolları ödədiyinin, qalan vəsaiti vəfat etdiyi üçün ödəyə bilmədiyinin müəyyən edildiyi halda, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində isə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutların məhkəməyə təqdim edilməməsi qənaətinə gəlməsinin səbəblərini araşdırıb hüquqi qiymət verməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi belə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.

68. Göründüyü kimi apellyasiya instansiya məhkəməsinin araşdırması Azərbaycan Respublikasının MPM-in 14-cü maddəsində nəzərdə tutulmuş “ işin hərtərəfli, tam və obyektiv tədqiqi” prinsipinin tələblərinə tam cavab vermir.Həmçinin apellyasiya instansiyası məhkəməsinin sübutlara qiymət verməsi də Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir.

69. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin vəsatətinin qərəzli olaraq təmin edilməməklə, onun tərcüməçi ilə təmin edilməməsi barədə dəlilini əsassız hesab edir.Belə ki, apellyasiya instansiyası məhkəməsində keçirilən 16 noyabr 2023-cü il tarixli məhkəmə iclasının protokolundan məlum olur ki, İddiaçı tərcüməçiyə ehtiyacı olmadığını bildirmişdir.

70. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

72. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

73. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə süb utları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

74. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2023-cü il tarixli 2(107)-1237/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir.

75. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldır ılmalı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməklə maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

76. Göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2023-cü il tarixli 2(107)-1237/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar