Məhkəmə qərarları › İş №2(102)-1082/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1082/2023

28.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1082/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Lerik Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Lerik rayon X3 hüquqi şəxsinə qarşı istirahət günlərində görülən işə görə əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2077/2022 nömrəli, 30 noyabr 2022-ci il tari xli qərardadından işdə iştirak etməyə cəlb olunmayan, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs İcbari Tibbi Sığorta Agentliyi tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Lerik rayon X3 Hüquqi şəxsə (bundan sonra – Xəstəxana və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəstəxanada 2012-ci ildən etibarən 8 il müddətində istirahət günlərində stasionar şəraitdə 24 saat növbədə olduğuna görə, ona həmin tarixdən bəri ödənilməmiş əlavə vəsaitin hesablanaraq, Xəstəxana tərəfindən ona birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Lerik Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(048)410/2020 nömrəli iş üzrə 6 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilmiş, Xəstəxananın hesabından 26527,64 manat vəsaitin tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün hər hansı maddi hüquq normasına istinad etməmiş, yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. İşdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ape llyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-218/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) işdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, Xəstəxananın hesabından 3484,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyin i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 154, 164, 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

7. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3457/2022 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi ləğv edilmiş, işin apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 154, 164, 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. Apellyasiya instansiyası məhkəməsi 2(106)-2077/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Zeynal Zeynalov) birinci instansiya məhkəməsinin qətnaməsindən işdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş ape llyasiya şikayətinin icraata qəbul edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin 2(106)-3119/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmışdır

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə X1 X2 publik hüquqi şəxsin işçilərinin əmək haqqının ödənilməsi ilə bağlı vəzifə və ya hüquqları qeyd olunmayıb.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki işin yeni apellyasiya baxışı zamanı təqdim olunan Lerik rayon X3 hüquqi şəxsin nizamnaməsinin 1.5-ci bəndinə əsasən, müəssisən in saxlanması xərcləri və fəaliyyəti, müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət büdcəsi və ya yerli büdcə, büdcədənkənar vəsaitlər, könüllü və icbari tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşir.

13. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hüquq və vəzifələrinə toxunulmadığından, sonuncunun qətnaməni apellyasiya qaydasında mübahisələndirmək hüququ olmamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6, 400, 402.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Ka ssasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İşdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və İcbari Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilərək baxılmasının apellyasiya instansiyası məhkəməsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 418 saylı 20 dekabr 2018-ci il tarixli Fərmanın 3.2-c i bəndinə əsasən bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir. Fərmanın qeyd olunan maddəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər, yəni mübahisənin birinci və apellyasiya instansiya məhkəməsinin icraatında olan dövrdə qüvvədə olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan normativ hüquqi aktı görməzlikdən gələrək, hazırki mübahisəyə tətbiq etməmişdir. Bundan əlavə, ikinci apellyasiya icraatı zamanı tərəflərindən son 3 ili əhatə edən TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin büdcəsi təqdim edilmişdir. Həmin büdcələr Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respubl ikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır. Həmin büdcə üzrə tibb müəssisələrinə və eləcə də Xəstəxanaya əmək haqqları da daxil, bütün xərclər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilmişdir. Bu hallar isə öz növbəsində qəbul olunacaq məhkəmə aktının nəticəsinin, Agentliyin hüquq və vəzifələrinə toxunacağını sübuta yetirmişdir. Apellyasiya instansiya məhkəməsi "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 418 saylı 20 dekabr 2018-ci il tarixli Fərmanı hazırkı mübahisəyə tətbiq etməyərək, Agentliyin nizamnaməsini və Xəstaxananın əsasnaməsini hazırki mübahisəyə tətbiq edərək, Azərbaycan Respublikasının Konstitus iyasının 148-ci maddəsinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.7-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.

17. Apellyasiya instansiya məhkəməsinin hazırki mübahisəli qərardadında qeyd edilmiş “Agentliyin TƏBİB-in tabeliyində olan tibb müəssisələrin də vahid tənzimləməni həyata keçirmək səlahiyyəti olmamış, xx.xx.2020-ci il tarixli qətnamə çıxarıldıqdan 8 ay sonra səlahiyyət malik olmuşdur” mövqeyi ilə bağlı kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsində xx.xx.2020-ci il tarixli qətnamə, apellyasiya instansiyası məhkəməsində xx.xx.2021-ci tarixdə 2(106)-3119/2021 saylı qərardad və xx.xx.2022-ci tarixdə 2(106)-218/2022 saylı qətnaməsi qəbul olunarkən, Agentliyin TƏBİB-in tabeliyində olan tibb müəssisələrin də vahid tənzi mləməni həyata keçirmək səlahiyyəti olmuşdur (418 saylı xx.xx.2018-ci il tarixli Fərmana əsasən).

18. Bundan əlavə, apellyasiya instansiya məhkəməsinin Lerik rayonun icbari sığortanın xx.xx.2021-ci il tarixdən sonra tətbiq edilməsi dəlilinə münasibət də kassator qeyd etmişdir ki, Agentlik tərəfindən TƏBİB-in tabeliyində olan tibb müəssisələrin də vahid tənzimləmə xx.xx.2018-ci il tarixdən sonra həyata keçirilmişdir. Yəni əmək haqqları və tibb müəssisələrin bütün xərcləri həmin tarixdən Agentlik tərəfindən həyata keçirilmişdir. İcbari sığortanın tətbiqinin isə ümumiyyətlə hazırki mübahisə ilə əlaqəsi olmamışdır.

19. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə, Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra t ədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 418 saylı 20 dekabr 2018-ci il tarixli Fərmana, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin nizamnaməsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd ola raq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kass asiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv i üçün qanuni əsas ola bilməz.

29. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İşdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2077 /2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar