Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1087/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh vəkili Vəkil iştitrakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-795/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2011-ci il tarixdə İddiaçı ilə “xxxx” KB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə alınmış 15.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən götürülmüşdür. Tərəflər arasındakı razılaşmaya əsasən həmin borc Cavabdeh ödənilməli idi. Buna baxmayaraq cavabdeh müəyyən müddətdə ödənişləri etsə də, borc tam qaytarılmamışdır.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1815/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə, Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 22.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmiş, bununla belə xx.xx.2011-ci il tarixli müqavilə əsasında banka olan kredit borcu üzrə ödənilməmiş 10.313 ABŞ dollarının Cavabdeh tutulmasına dair tələb təmin olunmamışdır.
3. İddiaçı hazırda banka olan 10.313 ABŞ borcun ödənildiyin ə və öhdəliyin icrasının cavabdeh tərəfindən gecikdirildiyinə istinad edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.313 ABŞ dolları vəsait, həmin vəsait və əvvəllər qət edilmiş 22.000 manat məbləğindən bank uçot dərəcəsinə uyğun faizlər və mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pulun onun xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 72 saylı binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırılmışdır ki, Nəsimi R ayon Məhkəməsinin artıq qanuni qüvvəsini almış qətnaməsinə əsasən məhkəmə ilkin iddia tələblərinin digər hissəsinə qiymət verərək hesab etmişdir ki, hazırda onun Cavabdeh üçün “xxxx” ASC-dən xx.xx.2011-ci il tarixdə götürdüyü kredit məbləğinin və ona hesablanmış faizlərin banka ödənilməsi tam başa çatmadığı üçün iddiaçının həmin ödənilməyən 10.313 ABŞ dollarının Cavabdeh tutulması tələbi əsaslı sayıla bilməz. Məhkəmə hesab etmişdir ki, müqavilə üzrə tərəf “xxxx” ASC və İddiaçı olduğu üçün həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilibyetirilməməsi üzrə məsələlər də onlara aiddir. İddiaçı Cavabdeh üçün onun xahişi ilə qeyd edilən krediti götürməsinə və ödənişləri tam həyata keçirmədiyinə görə sonuncu kredit müqaviləsi tərəfi olmadığı üçün hazırki iş üzrə ondan banka ödənilməmiş qalan məb ləğin tutulması barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmənin qənaətinə görə “xxxx” ASC-dən xx.xx.2011-ci il tarixdə müqavilə əsasında götürülmüş kredit üzrə cavabdehliyi İddiaçı daşıyır. Onun isə bu krediti Cavabdeh üçün onun xahişi ilə götürdüyü üçün sonuncunun İddiaçı qarşısında cavabdehlik daşıması məsələsi ilkin iddia üzrə iddiaçı tərəfindən ayrıca icraatda mübahisələndirə bilər. Belə ki, hazırkı iş üzrə araşdırma zamanı İddiaçı “xxxx” ASC-dən xx.xx.2011-ci il tarixdə kredit götürməsi Cavabdeh xahişi ilə həyata keçirilməsi faktı müəyyən edilmişdir. Həmin kredit artıq ödənilmiş və ona görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qeyd olunduğu kimi o, kredit üzrə ödənilmiş məbləği, yəni 10.313 ABŞ dolları pulun cavabdehdən tutulmasını tələb edir. Eyni zamanda göstərilən məbləğ və əvvəl məhkəmə qaydasında qət edilmiş 22.000 manat qanunsuz olaraq qaytarılmır, həmin məbləğ məhkəmə qaydasında tutulduqda məhkəmə onun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
6. Cavabdehin nümayəndəsi və vəkili, iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Hazırda icraatda olan iş üzrə də İddiaçı yenə də eyni əsasla eyni şəxs Cavabdeh qarşı iddia tələbi irəli sürərək eyni məbləği 10.313 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsini tələb edir. İddiaçı tərəfindən Cavabdeh qarşı cavabdehdən 10.313 ABŞ dolları vəsait, həmin vəsait və əvvəllər qət edilmiş 22.000 manat məbləğindən bank uçot dərəcəsinə uyğun faizlər və mənəvi zərəri n əvəzi kimi 50.000 manat məbləğində onun xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 72 saylı binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə iddia tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim H.Hüseynli) xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)-2358/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10.313 (on min üç yüz on üç) ABŞ dolları pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 22.000 manat məbləğində gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi beş faiz olmaqla xx xxxx 2013-cü il tarixdən xx xxxx 2019-cu il tarixədək olan 6 (altı) il müddətində hər il üçün 1100 (bir min bir yüz) manat, cəmi 6600 (altı min altı yüz) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırda İddiaçı “xxxx” KB ASC qarşısında 099p/11 saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyi qalmamışdır. İddiaçı Cavabdeh 10.313 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia qaldırması haqlıdır və cavabdehin 10.313 ABŞ dolları məbləğində iddiaçıya pul ödəməli olması məhkəmə qətnamələrində və cavabdehin Nəsimi Rayon Məhkəməsində vermiş olduğu qarşılıqlı iddia ərizəsinin məzmununda öz əksini tapdığından Cavabdeh 10.313 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, Cavabdeh bu günə kimi Nəsimi Rayon Məhkəməsinin 2(006)1815/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə iddiaçıya olan borcundan ödəniş etməmişdir. Belə olan halda ümumi məbləğin 22.000 (iyirmi iki min) manatın 6 il müddətinə hər il üçün illik 5 faiz olmaqla yəni, illik 1100 (bir min bir yüz) manat, cəmi 6600 (altı min altı yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-795/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təm in olunan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, Cavabdeh Tofiq oğlundan 10.313 ABŞ dolları tutulması hissəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” KB ASC tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bank qarşısında öz öhdəliyini hələ xx xxx 2014-cü il tarixdə tam şəkildə icra etmişdir. İddiaçı Nəsimi Rayon Məhkəmə sinin qətnaməsi ilə 10.313 ABŞ dollarına dair iddia tələbinin həmin dövrdə bank qarşısında öhdəliyin bitməməsi əsası ilə rədd edildiyini bildirir və hazırda bank qarşısında öhdəliyinin olmamasını qeyd edir. Göründüyü kimi, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə 2019-cu il tarixdə qəbul edilmişdir. Belə olan halda 2014-cü ildə baş vermiş hadisəni yeni əsas kimi qələmə vermək olmaz və bu qanunsuzdur. Ümumiyyətlə həm 2013, həm də hazırda irəli sürülən iddia tələblərindən görünür ki, İddiaçı Cavabdeh qarşı eyni tələbi eyni əsaslarla irəli sürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şika yətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz e dilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərlə ndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
25. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1815/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 22.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, ilkin iddia tələbinin digər hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103 )-230/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1608/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 26. “xxxx” KB ASC tərəfindən verilmiş UB-KİB/5659 saylı xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” Kommersiya Bank tərəfindən xx.xx.2011-ci il tarixdə 099p/11 saylı kredit müqaviləsi üzrə 25000 ABŞ dolları məbləğində kredit ayrılmış, ayrılmış pul vəsaitindən 15000 ABŞ dollar məbləği onun tərəfindən tam mənimsələnmiş və xx.xx.2014-cü il tarixdə Bank qarşısında olan kredit öhdəliyi icra edilmişdir. Hal-hazırda İddiaçı xx.xx.2011-ci il tarixli 099p/11 saylı kredit müqaviləsi üzrə “xxxx” Kommersiya Bankı qarşısında heç bir ssuda və faiz borcu yoxdur.
27. İşə baxan məhkəmələr tərə findən müəyyən olunmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1815/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən 22.000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmin iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi vermiş və həmin qarşılıqlı iddia ərizəsinin əsaslandırma hissəsində iddiaçı qeyd etmişdir ki, “xx.xx.2011-ci il tarixdə İddiaçı ilə “xxxx” KB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 15.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı götürmüşdür. Onların aralarında olan şifahi razılaşmaya əsasən həmin borcu banka Cavabdeh ödəyəcəkdir. Cavabdeh 2011-2012-ci illər üzrə həmin borcu banka vaxtı-vaxtında müqavilə üzrə 10.000 ABŞ dolları ödəmişdir.” Həmin mülki iş materiallarında olan “xxxx” KB ASC-nin xx.xx.2011-ci il tarixli kassa məxaric order indən və 099p/11 saylı kredi müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı illik 26% olmaqla 36 müddətinə 15.000 ABŞ dolları məbləğində pul vəsaiti kredit verilmişdir. İddiaçı 099p/11 saylı kredit müqaviləsinə əsasən ödənişləri 2011-2012-ci illər, həmçinin 2013-cü ilin xxx ərzində Cavabdeh tərəfindən həyata keçirilmişdir. Bundan başqa Cavabdeh 2(103)-230/2016 saylı mülki iş üzrə məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında qeyd etmişdir ki, “İddiaçı ona öz adına bankdan pul götürüb ona verə biləcəyini demiş, o da bu təkliflə razılaşmışdır və razılaşmaya əsasən İddiaçı “xxxx” KB ASC-dən öz adına 15.000 ABŞ dolları kredit götürmüş, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən banka 10.000 ABŞ dollarından çox pul ödənilmişdir.”
28. Apellyasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, hazırkı işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəf verdiyi izahatlarda iddiaçının Bankdan tərəflər arasında müştərək iş görmək məqsədilə Bankdan kreditə pul götürüb ona verdiyi faktını təsdiqləmiş, lakin müştərək iş görməklə bağlı tərəflərin hər hansı razılaşmasının olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının Bankdan məhz cavabdeh üçün kredit vəsaiti götürüb sonuncuya verməsi və bununla bağlı Banka 10.000 ABŞ dolları məbləğindən çox vəsait ödəməsi faktı iş üzrə təsdiq olunur. Bu barədə iş materiallarına əlavə olunmuş, ödənişi iddiaçı tərəfindən aparılmış ödəniş qəbzləri cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
29. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh 10.313 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia qaldırmaqda haqlı olmuş və cavabdehin 10.313 ABŞ dolları məbləğində iddiaçıya pul ödəməli olması məhkəmə qətnamələrində və cavabdehin Nəsimi Rayon Məhkəməsində vermiş olduğu qarşılıqlı iddia ərizəsinin məzmununda öz əksini tapdığından Cavabdeh 10.313 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
30. Apellyasiya məhkəməsi cavabdehin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit vəsaitinin iddiaçı tərəfindən müştərək işin görülməsi məqsədilə Bankdan götürülməsi ilə bağlı hər hansı sübutu, o cümlədən şahidi apellyasiya baxışı zamanı da təqdim etməmiş, əksinə onun bu dəlili iş materialları, o cümlədən qanuni qüvvəsini almış məhkəmə qərarları və həmin iş üzrə verdiyi qarşılıqlı iddia ərizəsinin məzmunu ilə təkzib olunur.
31. Kollegiya apelyasiya ins tansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Belə ki, iddiaçının 10.313 ABŞ dolları məbləğində pul tələbi əvvəlki mülki işdə həmin vəsaitin banka ödənilməməsinə görə rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1815/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən, hazırda iddiaçının Cavabdeh üçün “xxxx” ASC-dən xx.xx.2011-ci il tarixdə götürdüyü kredit məbləğinin və ona hesablanmış faizlərin banka ödənilməsi tam başa çatmadığı üçün iddiaçının həmin ödənilməyən 10.313 ABŞ dollarının Cavabdeh tutulması tələbi əsaslı sayıla bilməz... Cavabdeh İddiaçı qarşısında cavabdehlik daşıması məsələsi sonuncu tərəfindən ayrıca icraatda mübahisələndirilə bilər.
33. Belə olan halda, həmin vəsait banka ödənildikdən sonra qeyd olunan pul məbləğinin tələb olunması qanunvericiliyə və həmin məhkəmə aktına uyğundur. Bu səbəbdən iddianın bu hissəsində icraata xitam verilməsi üçün əsas olmamışdır.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-795/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.