Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1088/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı 1 cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-nun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standar d” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı 1 cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin yüklülüyündən azad edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhk əməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Raqib Qurbanov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanm ası Fondunun Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-****/2020 nömrəli qətnaməsindən vermiş olduğu kasasiya şikayəti və kasasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva, Valeh Ağayev) xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-****/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə cavabdehin ərizəsinin təmin edilməməsi, kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticə ni onunla əsaslandırımışdır ki, işdə olan sənədlərdən görünür ki, qətnamə rabitə orqanı vasitəsilə cavabdehin ünvanına göndərilmiş, xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və kasasiya şikayəti isə məhkəməyə xx.xx.2020-ci il tarixində daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 122 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 122 nömrəli Qərarına “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan” fəaliyyət sahələrinin Siyahısı” adlanan 2 nömrəli Əlavənin 8.1-ci bəndinə əsasən, banklar və bank olmayan kredit təşkilatları xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinə aid olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü barədə sübutlar təqdim etmədiyindən, ərizəni ağlabatan və inandırıcı dəlillərlə əsaslandıra bilmədiyindən kasasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosesi ndə olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək müddətin bərpasına dair ərizənin təmin edilməsini, yaxud şikayətin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(103)-***/2020 saylı qətnaməsi Əmanətlərin Sığortalanması Fonduna xx xxx 2020-ci il tarixində təqdim edilmişdir. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, “Sanitar-epidemioloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrinin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarına əsasən məhkəmə işləri qeyrimüəyyən vaxta təxirə salınmışdır. Odur ki, cavabdeh təşkilat Mülki Prosessual Məcəllədə göstərilmiş kasasiya şikayəti üçün nəzərdə tutulmuş iki ay müddətindən istifadə etmək hüququndan məhrum edilmişdir. Belə ki, 2020-ci ilin iyun ayından karantin yenidən sərtləşdirilmiş və iş prosesi dayandırılmışdır. İş prosesi yenidən bərpa edildikdən sonra yəni, 2020-ci ilin avqust ayında Bank şikayət vermiş və üzrlü səbəbdən buraxılmış müddətin bərpasına dair ərizə vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatl arı Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı 1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kasasiya şikayətində X1 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, “Sanitar-epidemioloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrinin tələblərini nəzərə alınaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarına əsasən məhkəmə işlərinin qeyr i-müəyyən vaxta təxirə salınması, ona görə cavabdeh təşkilatın Mülki Prosessual Məcəllədə göstərilmiş kasasiya şikayəti üçün nəzərdə tutulmuş iki ay müddətindən istifadə etmək hüququndan məhrum edilməsinə istinad etsə də, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 122 nömrəli Qərarına “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan” fəaliyyət sahələrinin Siyahısı” adlanan 2 nömrəli Əlavənin 8.1-ci bəndinə əsasən, banklar və bank olmayan kredit təşkilatları xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinə aid olunmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, belə olan halda cavabdeh təşkilat kasasiya şikayəti verilməsi üçün prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdən istifadə etmək imkanında olmuşdur. Bu halda ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.