Məhkəmə qərarları › İş №2(102)-109/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-109/2025

15.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-109/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 30 saylı notariat ofisi mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): bağışlama müqaviləsi, əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ib arət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1226/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh1 İddiaçı xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmuşlar.

2. Digər Cavabdeh2 Cavabdeh1 əvvəlki nikahdan olan nəvəsidir. 3. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m. olan 1 otaqlı mənzil (bundan sonra – mübahisəli mənzil) İddiaçı ayrıca mülkiyyətində olmuş, Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmamışdır.

4. Tərəflər mübahisəli mənzildə yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Cavabdeh1 ilə digər Cavabdeh2 arasında bağlanmış 8 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 18 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər məqsədli şəkildə onun ahıl, savadsız, xəstə olmağından sui-isti fadə edərək, onu aldadaraq əmlakını ələ keçiriblər. Cavabdeh2 keçən il bir neçə dəfə guya babasına baş çəkmək adı ilə gələrək onu da çox istədiyini deyirdi. Onun özü hazırda yeriməkdə çətinlik çəkir və dörd ayaqlı əsa ilə güc-bəla ilə hərəkət edir. Keçən il onun ayaqlarında problem yarandığından, xəstələndiyindən yatağa düşmüş və həmin ərəfədə yenə də Cavabdeh2 onlara gəlib getmişdir. Özünü ona mehriban göstərərək, hər zaman qulluğunda durmağa hazır olduğunu demişdir. O, yəhudi xalqının nümayəndəsi olmaqla yəhudi cəmiyyətinə üzvdür və oradan müəyyən dəstəklər görür. Xəstə olan zaman Cavabdeh2 ona adını bilmədiyi sənədə qol çəkdirmiş, bunu onunla əsaslandırmışdır ki, kommunal ödənişləri icra etməyə ona kömək məqsədilə edir. O da savadsız olduğundan hara nə çəkdiyini bilməmişdir. O qədər ağr ımışdır ki, onun bu çarəsiz halından istifadə ediləcəyi ağlına gəlməmişdir. O gündən sonra Cavabdeh2 onlara gəlməyi dayandırmış, onu aldadıb əmlakını ələ keçirmiş, niyyətinə nail olandan sonra gəlməmişdir. Xeyli müddət keçəndən sonra Cavabdeh2 ondan mənzildən çıxmağı tələb etmişdir. Sonra məlum olmuşdur ki, Cavabdeh2 onu aldadaraq qanunsuz yolla əldə etdiyi xx.xx.2021-ci il tarixli etibarnamə ilə onun adından həmin əmlakı ilkin olaraq xx.xx.2021-ci il tarixdə digər Cavabdeh1 bağışlamış, o da həmin əmlakı xx.xx.2021-ci il tarixdə Cavabdeh2 bağışlamışdır. O, əri Akifdən işin əsil vəziyyətini soruşduqda əri ilkin olaraq etiraf etmişdir ki, guya Cavabdeh2 onu da aldadıb, deyib ki, kimsəyə deməsin, həmin əmlakı bir yolla Cavabdeh1 adına rəsmiləşdirəcək və o, da sonra həmin əmlakı ona bağışlayar ki, gələcəkdə o, babasına baxar. O da Aynura inandığından, ona çoxlu vədlər verdiyindən və bu məsələnin gizli olmağını dediyindən bu barədə iddiaçıya nəsə deməmişdir. Bildirmişdir ki, ona qarşı həm notariat orqanı, həm də adları qeyd olunan cavabdehlər tərəfindən oyunlar edilmiş, qanunvericiliyin tələbləri kobud səkildə pozulmuş, aldatma yolu ilə onun iradəsi ziddinə əmlakından məhrum edilmişdir.

7. İddiaçı həmçinin qeyd etmişdir ki, onun 82 yaşı var, yeriməkdə çətinlik çəkir, savadı yoxdur, yazıb-oxuya bilmir. Belə olan halda notariat orqanı tərəfindən onun adından məzmununu, mahiyyətini bilmədiyi etibarnamə verilməsi qanuni deyil. Belə ki, Bakı şəhəri 30 saylı notariat ofisi vasitəsilə onun evində tərəfindən Cavabdeh2 guya verilmiş (halbuki həmin etibarnamənin məzmununu bilməmiş, etib arnamə onun iradəsi ziddinə, aldatma yolu ilə verilmişdir) etibarnamə qanuni deyil. Notariat orqanı da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmiş və nəticədə onun əmlakından məhrum olmasına səbəb olmuş, ona ağır ziyan vurmuşdur. Aynur ondan xx.xx.2021-ci il tarixdə etibarnamə alaraq 5 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Cavabdeh1 onun əmlakını bağışlamış, sonuncu da 15 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə həmin əmlakı Cavabdeh2 bağışlamışdır. Həmçinin, əldə etdiyi məlumata görə Cavabdeh2 guya onun adından aldığı etibarnamədə əmlakı Cavabdeh1 bağışlamaq səlahiyyətini verdiyini xüsusilə qeyd etdirmiş və səlahiyyətlərini başqa şəxsə verilməsini də göstərmişdir. Bu faktın özü də sübut edir ki, Cavabdeh2 öz qanunsuz niyyətinə nail olmağı, gələcəkdə özünü şübhələrdən yayındırmaq üçün ərinə bağışlanmaq səlahiyyəti verilməsini xüsusilə vurğulatdırmışdır. Əgər onun əmlakı ərinə bağışlamaq kimi niyyəti var idisə, birbaşa ona bağışlamaması və ona bağışlamaq səlahiyyətini Cavabdeh2 verməsi, yaxud onun əmlakını Cavabdeh2 bağışlamaq fikri var idisə, birbaşa ona bağışlamaması sual yaradır. Onun əmlakını Cavabdeh2 bağışlamaq niyyətinə düşməsi, yaxud da əmlakının hansısa yolla ona bağışlanılmasına şərait yaratması sual doğurur. Çünki onun Azərbaycanda bircə evi, əmlakı var, o da hazırda mülkiyyətindən qanunsuzluqla çıxarılmış, lakin hazırda yaşadığı və qeydiyyatda olduğu evidir. Onun hazırda orada yaşamağı, qeydiyyatda olmağı da baş verən oyunların iradəsi ziddinə olduğunu sübut edir.

8. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 30 saylı notariat ofisi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

9. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, iddianı qəbul edir. Nəvəsi 8 ildir ki, onlara gəlib-getmirdi. Qızı isə onu nəvələrinin toyuna belə çağırmayıb. Yəni aralarındakı qohumluq münasibətləri çox soyuq olmuşdur. Sonra qızı rəhmətə getmiş, bundan sonra Aynur adlı nəvəsi onlara gəlib-getməyə başlamışdır. Bir gün onlara bildirmişdir ki, “sizinlə əlaqə saxlamaq istəyirəm, lakin telefonum yoxdur”. Onlar da ona telefon alıb hədiyyə etmişlər. Daha sonra bildirmişdir ki, “mən sizə baxacam, siz isə evi mənə bağışlayın”. Onlar isə yaşlı və xəstə olduqları üçün razılaşmışlar. Çünki həqiqətən köm əyə və baxıma ehtiyacları olmuşdur. Lakin nəvəsi sözlərinə əməl etməyərək, onlara yalan vəd verərək aldatmışdır. O, xəstə və əlildir. 40 il dənizdə işləmişdir. Onların bu illər ərzində övladları olmamışdır. Bu səbəbdən evin nəvəsinin adına keçirilməsini istəmişdir. Yoldaşı da xəstə və köməksizdir. Nəvəsi sözünü tutub, həqiqətən onlara baxsa idi, mənzili ona bağışlayacaqdı. Lakin o, sözünə əməl etməmişdir. Belə olan halda evi nəvəsinə bağışlamaqdan imtina edir.

10. Cavabdeh2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, Cavabdeh1 əsl olan iddiaçı ilə əvəz edilməsini xahiş edir, çünki iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Bundan əlavə, iddiaçı iddia tələbinin əsası kimi iki arqument irəli sürmüşdür: iddiaçının aldadılmış olması və əmlakın bağışlanma müqaviləsinin hər hansı şərtə bağlanmış olması. Hər iki arqumentin də tamamilə əsassız olduğu işin həqiqi və faktiki halları ilə tam təsdiq olunur. 18 sentyabr 2021-ci il tarixdə Cavabdeh2 notariat qaydasında etibarnamə verərkən iddiaçıya müvafiq birtərəfli əqdin məzmunu notarius tərəfindən izah edilmiş, həmçinin həmin əqdin doğuracağı hüquqi nəticələr ona ətraflı izah edilmişdir. Etibarnamə ilə verilən səlahiyyətlər tamamilə aydın və konkretdir, iddiaçının bunu bilməməsi, başa düşməməsi, dərk etməməsi mümkünsüzdür, iddiaçının aldadılmış olması qeyri-mümkündür. İddiaçı etibarnamədə öz əli ilə imza etmiş və ad, soyadını öz xətti ilə yazmışdır. İddiaçının mübahisəli mənzilə dair 23 sentyabr 2021-ci il tarixli və 8 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqavilələrinin ləğv edilməsi tələbin in heç bir əsası yoxdur. Tərəflər arasında notariat qaydasında bağışlanma müqaviləsi bağlanarkən bağışlama müqaviləsinin məzmunu notarius tərəfindən tərəflərə izah edilmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-ci (bağışlama ilə bağlı) maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin həmin sazişin doğuracağı hüquqi nəticələr onlara ətraflı izah edilmişdir. Mübahisələndirilən bağışlama müqavilələrinin məzmunundan görünür ki, həmin müqavilə hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hüquq və vəzifələrin əmələ gəlməsi hər hansı halların olması ilə şərtləndirilməmiş, konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyə tin olması müəyyən edilməmişdir. Cavabdehin iddiaçıya baxması, yaxud ona hər hansı şəkildə xüsusi qayğı göstərəcəyi vədi barədə müqavilə şərti nəzərdə tutulmadığına görə iddiaçı bu şərtə əsaslanan iddia irəli sürə bilməz. Müqavilə şərti üçün xarakterik hal, tərəflərin müqavilə bağlayarkən istək və niyyətlərinin açıqlanması, buna xidmət edən ikitərəfli və ya çoxtərəfli razılaşmanın nəticəsi kimi ortaya çıxmasıdır. Müqavilə bağlanarkən tərəfin açıqlanmamış niyyəti, digər tərəflə razılaşdırılmış olmur və müqavilə şərti üçün zəruri olan əlamətə (“razılaşma” əlamətinə) malik olmur. Buna görə də “cavabdehin üzərinə gələcəkdə iddiaçıya baxmaq vəzifəsini qoymaq niyyəti ilə müqavilə bağlaması” barədə dəlil, müqavilənin ləğvi üçün legitim əsas deyildir. Hazırda mübahisələndirilən bağışlama müqaviləl əri üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməyib, bir sözlə bağışlama müqaviləsinin hər hansı, o cümlədən cavabdehin iddiaçıya baxması, yaxud onu saxlaması şərti ilə bağlanmış sayılması işin faktiki halları və mülki iş materialları ilə istisna olunur. Göründüyü kimi, iddiaçının 18 sentyabr 2021-ci il tarixdə Cavabdeh2 notariat qaydasında verdiyi etibarnamənin, habelə mübahisəli mənzilə dair bağışlanma müqavilələrinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmiş, belə hallar aşkar edilməmişdir, bu səbəbdən qeyd edilən əqdlərin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.

11. Etirazda həmçinin qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdehlər, eləcə də iddiaçı il ə Cavabdeh2 ailə üzvləri çox yaxın, doğma münasibətdə olmuşlar, Cavabdeh2 övladları – xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçıya və əri Cavabdeh1 “nənə”, “baba” demişlər, doğma ailə üzvləri kimi münasibətdə olmuşlar, bir-birilərinə sevgi və şəfqətlə yanaşmışlar. İddiaçı və cavabdeh arasında hər zaman hörmət və ehtiram olmuşdur. İddiaçı və ərinin birgə nikahdan övladları olmadığına görə iddiaçı mülkiyyətində olan mənzili əri Cavabdeh1 başqa nikahdan olan nəvəsinə - Cavabdeh2 bağışlamaq qərarına gəlmiş və bu barədə hər kəsə məlumat verərək öz niyyətini nümayiş etdirmişdir. İddiaçı və əri bu barədə qərarı birlikdə vermişlər. Belə ki, onlar bəyan etmişlər ki, artıq xeyli yaşlanmışlar, odur ki, yaşadıqları mənzilin müqəddaratına dair qərar vermək niyyətinə gəlmiş, Cavabdeh2 və onun ailə üzvləri ilə yaxşı münasibətləri olmasını, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 öz nəvələri kimi bildikləri, onları doğma övladları kimi çox sevdiklərini nəzərə alaraq sözügedən qərarı vermişlər. İddiaçı yaşlı olduğundan, həmçinin hərəkət qabiliyyəti məhdud olduğundan, müvafiq arayışların alınması və digər sənədləşmə işlərində köməklik üçün Cavabdeh2 etibarnamə verilmişdir. Tərəflər mübahisələndirilən əmlakın cavabdehə bağışlanması barədə tam razılığa gəlmiş və daha sonra notariusa müraciət etmişlər. Notariat orqanlarının tələb etdiyi və qanunla zəruri sayılan sənədlər, arayışlar təqdim edilərək müvafiq bağışlama müqavilələri bağlanmışdır. İddiaçı mübahisələndirilən əmlakı ərinə bağışlayan zaman sonuncu da həmin əmlakı Cavabdeh2 bağışlaya cağını əvvəlcədən bilmiş və buna razı olmuşdur, bu onun özünün niyyəti ilə olmuşdur. Lakin iddiaçıya izah edilmişdir ki, Cavabdeh2 iddiaçı ilə birbaşa qohumluq əlaqəsi olmadığından (onun bilavasitə nəvəsi olmadığından) bağışlanma müqaviləsini yaxın qohum kimi əri Cavabdeh1la bağlaya bilər, bu xüsusatlar ona ətraflı izah edilmişdir. O da bunu anlayaraq və bilərək bağışlanma müqaviləsini bağlamış, müqavilənin bağlanmasını təmin etmiş, bununla əlaqədar bütün lazımi addımları atmış, bütün zəruri hərəkətləri həyata keçirmişdir. Tərəflər planlaşdırdıqları kimi mübahisələndirilən əmlakın bağışlanmasını həyata keçirdikdən və Cavabdeh2 adına mülkiyyət sənədi rəmiləşdirildikdən sonra – 2021-ci ilin oktyabr ayında bunu ailəcə süfrə başında qeyd etmiş, tort və şirniyyatla çay süfrəsi başına toplanmı ş, mehribançılıq, hörmət, izzət və ehtiramla bunu qeyd etmişlər. Tərəflər ailə xatirəsi kimi saxlamaq üçün bu tədbirə dair videogörüntü qeydləri də aparmış, fotoşəkillər çəkdirmişlər. Sözügedən tədbirdən videogörüntülər və fotoşəkillər məhkəməyə təqdim ediləcəkdir. Həmin tədbirdə iddiaçı mənzilin bağışlanması ilə bağlı xeyir-dua vermiş, öz ürək sözlərini ifadə etmişdir, eləcə də iddiaçının əri Cavabdeh1 öz ürək sözlərini ifadə etmişdir. Videogörüntüdə iddiaçı ilə Cavabdeh2 azyaşlı övladları arasında “nənə-nəvə”, “baba-nəvə” münasibətləri olduğu, sevgi və doğmalıq olduğu sezilir, uşaqlar iddiaçını öpür, ona ”nənə” deyə müraciət edirlər, iddiaçının da onları sevdiyi, çox istədiyi görünür. Göründüyü kimi mübahisələndirilən əqdlər (bağışlanma müqavilələri) tərəflərin iradəsinə uyğun olaraq onl arın tam razılığı ilə bağlanmış, bu əqdlər qarşılıqlı hörmət və ehtiramın nəticəsi kimi onların iradəsinin ifadəsi olmuşdur. Beləliklə, iddia tələblərinin əsassız və qanuna zidd olduğu tam təsdiq olunur. Odur ki, iddianın rədd edilməsini xahiş edirlər.

12. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. «İddiaçının evin bağışlanması barədə xəbəri olmamışdır. Nəvə vəd verib ki, “sizə baxacam, evi mənə bağışlayın”. Bunlar həqiqətə uymayan hallardır. İddiaçı öz könüllü razılığı əsasında evi bağışlamışdır. Notarius evə gəldikdə və bağışlanma olduqda iddiaçıya müqavilənin məzmunu izah olunmuşdur. İddiaçı öz iradəsi ilə mənzili bağışlamasını mehriban, səmimi ortamda qeyd edərək xeyir-dua verməsi tam şəkildə diskdə öz əksini tapmışdır. Cava bdeh2 iddiaçıya baxmış, hər köməklik etmişdir. Lakin neçə ildən sonra iddiaçının qardaşı gəlib və onlar həmin evi artıq ona bağışlamaq qərarına gəlmişlər. Bu səbəbdən müqavilənin ləğv olunmasını istəyirlər. Cavabdeh1 iddiaçı ilə eyni tərəfdədir və eyni mövqedədir. İddiaçı 18 sentyabr 2021-ci il tarixdə Cavabdeh2 notariat qaydasında etibarnamə verərkən iddiaçıya notarius tərəfindən etibarnamənin məzmunu izah edilmişdir. Belə olan halda, iddiaçının etibarnamənin məzmununu başa düşməməsi, dərk etməməsi qeyri-mümkündür. İddiaçının mübahisəli mənzilə dair bağışlama müqavilələrinin etibarsızlığını tələb etməsinin heç bir əsası yoxdur. Həmin müqavilələrin məzmunundan görünür ki, müqavilələr hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Bağışlama müqavilələri qa nunvericiliyin tələblərinə əməl olunmaqla tam qanuni şəkildə bağlanmışdır.

13. Bakı şəhəri 30 saylı Notariat Ofisinin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sifariş qeyri – iş günü olunsa belə, ünvana gedirlər. Sifariş əsasında hər bir sənəd öncədən çap olunur və hazır vəziyyətdə mənzilə gedilir. Cavabdeh1 onlara rəsmi müraciət etmiş, ünvana o getmiş, həmin gün iş çoxluğundan xüsusi notarius gedə bilməmişdir. Lakin rəislə görüntülü danışıq olmuş və ona məruzə olunaraq hərəkət edilmişdir. Reyestr kitabında soyadı olsa da, şəxsin imzası mütləqdir. Mətnin məzmunu iddiaçıya bir neçə dəfə izah olunmuş, sonuncu da özü şəxsən imzalamışdır. İkinci çağırışa da rəsmi çağırışla getmişlər. İddiaçı öz iradəsi ilə imzalamışdır. Sifarişlə bağlı ödəmələr olunmuşd ur, qəbzlər işin içindədir. İddiaçı azərbaycan dilində danışsa da, tam başa düşmədiyi üçün məzmunu bir neçə dəfə ona izah etmişdir. İddiaçı etibarnaməni sənədlərin toplanması üçün Cavabdeh2 vermişdir, çünki özü yaşlıdır. Əslində iddiaçının məqsədi və niyyəti mübahisəli mənzili Cavabdeh2 bağışlamaq olmuş, alğı-satqı müqaviləsinin rüsumu çox olduğundan öncə yoldaşına sonra Aynura bağışlama olmuşdur. Bağışlama müqaviləsi birbaşa kontora təqdim olunur. İddiaçı yaşlı olduğu və yerimədə çətinlik çəkdiyi üçün mənzilə getmişdir. Hazırda notariuslara evdə oturaraq etibarnamə vermək səlahiyyəti verilmişdir. Aynur doğma nəvəsi olmadığı üçün bağışlama baha başa gəlirdi. 1-ci dərəcəli ailə üzvlərinə bağışlama 28.30 qəpik təşkil edir, başqa şəxslərə isə 320 manat təşkil edir. İddiaçı etibarnaməni Cavabd eh2 vermiş, daha sonra cavabdeh iddiaçının adından digər cavabdehə bağışlamış, sonuncu isə mübahisəli mənzili Cavabdeh2 bağışlamışdır.

14. Məhkəmə baxışının gedişində İddiaçı xx.xx.2023-cü il tarixdə öldüyündən onun vəsiyyət üzrə vərəsə olan qardaşı Sergey Orayav iddiaçının hüquqi varisi kimi prosesə daxil olmuşdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1880 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, 2(007)1909/2022 saylı mülki işin materiallarında İddiaçı ilə Cavabdeh2 adlarından olan 18 sentyabr 2021-ci il tarixli, AR-İİ№ seriyalı 452941 saylı etibarnamənin “İmza:” qrafasında “Уряева Урава Брнад” yazıları və həmin yazıların qarşısındakı imza; Bakı şəhəri 30 saylı notariat ofisinin 7E-10 saylı (xx.xx.2021-xx.xx. 2021-ci il tarixli) reyestr jurnalında 7982 nömrə ilə qeyd edilən sırada “Notariat Hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Уряева Урава Брнад..” yazıları - eyni şəxs, İddiaçı tərəfindən icra olunmuşdur.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/718 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli **********710 nömrəli ərizəyə dair 05094 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestr jurnalının 44-cü vərəqində 10710 nömrəsi ilə qeyd olunan “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Уряева Брилианд” yazıları və həmin yazıların yuxarı hissəsində olan imza İddiaçı tərəfindən icra olunmuşdur.

17. İddiaçı xx.xx.2022-ci il t arixli vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: - Ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qardaşı Orayav Sergeyə vəsiyyət edir. - Əri Cavabdeh1 ondan miras qalmış əmlaklardan pay alma hüququndan məhrum edir. xx.xx.2023-cü il tarixdə vəfat etmiş İddiaçı miras qalmış əmlaklara dair onun vəsiyyətnamə üzrə vərəsəsi Sergey Orayavın xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Bakı şəhəri 50 saylı Notariat Ofisində vəsiyyətnamə üzrə vərəsəlik işi başlanılmışdır.

18. Elm və Təhsil Nazirliyi xx.xx.2023-cü il tarixli məktubu ilə nazirliyin məlumat bazalarında İddiaçı təhsil alması ilə bağlı məlumatın mövcud olmadığını qeyd etmişdir.

19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-91/23 saylı 29 sentyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia r ədd edilmişdir.

20. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrində mənzilin hər hansı şərtlə bağışlanması qeyd olunmamışdır. İddiaçı Cavabdeh2 ona və əri Cavabdeh1 baxacağı təqdirdə evi ona bağışlayacağını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin iş materiallarında olan CD diskdən görünür ki, tərəflər evin bağışlanmasını qeyd edir, tam səmimi və mehriban bir şəraitdə iddiaçı və onun əri Cavabdeh1 nəvəsinə və onun ailəsinə xeyir-dua verirlər. Göründüyü kimi iddiaçı könüllü razılıq əsasında sözügedən mənzili Cavabdeh2 bağışlamışdır. İddiaçının vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı vəsiy yətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qardaşı Orayav Sergeyə vəsiyyət etmişdir. Məhkəmə, vəsiyyətnaməyə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə mübahisə gedərkən qardaşına vəsiyyətnamə vermişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçının hüquqi varisi Orayav Sergey apellyasiya şikayəti vermiş və şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstəri lmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş həmin çəkiliş müqavilənin bağlandığı və bacısının da buna razı olduğu, baş verənlərdən xəbərinin olduğu kimi əsla qiymətləndirilə bilməz. Çünki cavabdehin də bildiyi kimi Aynur əmlakı öz adına keçirdikdən sonra evə gəlməmişdir. Məhkəmənin Cavabdeh2 bacısıgilə baxacağı səbəbindən əmlakı ona bağışlamasına dair qeydləri üzrə bildirir ki, həmin vaxt bacısıgil deyilən kimi xəstə, özlərinə baxa bilmirdilərsə və əmlakı da bu məqsədlə bağışlamışdılarsa, bu zaman bacısının həmin hadisədən sonra iki il yaşaya bilməsi, öz işlərini görməsi sual doğurur? Əgər bacısı bu iki ildə yaşamışdırsa o zaman deyilən hallar, bacısının guya ona baxmaq məqsədilə bir anda evi cavabdehlərə bağışlaması fikri absurd olur.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 2(103)-1226/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) iddiaçının hüquqi varisi Sergey Orayav tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın təmin olunması, mübahisəli mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 8 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, 6 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat y azısı, Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli 18 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi qət edilmişdir.

25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən 4 iyul 2022-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, evi bağışlamaq istəməmiş, notarius ona heç nə izah etmədən sənədləri imzalatdırmışdır. Həmin məhkəmə iclasında Cavabdeh1 da izahatında Cavabdeh2 onlara baxacağını bildirdiyindən və onlar yaşlı və xəstə olduqlarından mənzili Aynura bağışlamağa razılıq verdiklərini, lakin Aynurun sözünə əməl etmədiyini, onlara baxmadığını bildirmişdir.

26. Beləliklə, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, mübahisəli müqavilənin ba ğlandığı dövrdə tərəflər arasında münasibətlər normal olmuş, iddiaçı xəstə və yaşlı olduğundan Cavabdeh2 onun qayğısına qalmış, iddiaçının ona inamı yaranmış və səlahiyyətlərini etibar etmişdir. Etibarnamə xx.xx.2021-ci il tarixdə verilmiş, iddiaçı mənzilin Cavabdeh1 bağışlamaq səlahiyyətini Cavabdeh2 etibar etmiş, sonuncu da həmin etibarnamə əsasında etibarnamənin verilməsindən 5 gün sonra mənzili xx.xx.2021-ci ildə Cavabdeh1, sonuncu da 15 gün sonra xx.xx.2021-ci ildə mənzili Cavabdeh2 bağışlamışdır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 iddiaçının mənzili ona bağışlamaq niyyəti və iradə ifadəsi olduğu halda bunu nəyə görə birbaşa həyata keçirmədiyini izah edə bilməmişdir. Bundan əlavə, hadisələrin baş vermə ardıcıllığı etibarnamənin verilməsindən cəmi 5 gün sonra Cavabdeh1 la, bundan 15 gün sonra isə Cavabdeh2 ilə bağışlama müqavilələrinin bağlanması onu deməyə əsas verir ki, Cavabdeh2 iddiaçının (təmsil edilənin) iradə ifadəsi üzrə düzgün hərəkət etməmiş, digər tərəflə pis niyyətlə razılığa gələrək iddiaçının iradə ifadəsinə zidd müqavilə bağlamış, son nəticədə özü üçün əqd bağlanmasına nail olmuşdur.

28. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları, həmçinin daxili inamını rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətindəki mənzilin bağışlanmasında razılıq verilməsinə əsas olmuş şərait və motiv, müqavilələrə qədər və sonrakı danışıqlar, aralarındakı münasibətlər və Cavabdeh2 sonrakı hərəkətləri mübahisələndirilən müqaviləni bağlayarkən iddiaçının həqiqi iradə ifadəsinin olmamasını, bu müqavilənin əlverişsiz şərtlərlə bağlanılmasını təsdiq edir.

29. Göründüyü kimi, mübahisələndirilən müqavilələr bağlanarkən müqavilənin forması, məzmunu və subyekt tərkibinə dair tələblərə əməl olunsa da, bu müqavilələr əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə cavab verməmiş, satıcının iradə ifadəsinin zədələnməsi ilə bağlanmışdır.

30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mübahisələndirilən birinci müqavilə üzrə əldə edən Cavabdeh1 iddianı qəbul etmiş, Cavabdeh2 onları aldatdığını göstərmişdir.

31. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddianı etiraf etməsi Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələbinə əsasən iddiaçını ən azı həmin hissədə, yəni 23 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması hissəsində sübutetmə vəzifəsindən azad edir.

32. Məhkəmə kollegiya sı göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, mübahisələndirilən müqavilələr bağlanarkən iddiaçının iradə ifadəsi zədələnmiş, müqavilələr onun iradə ifadəsini əks etdirməmiş, iddiaçı, eləcə də Cavabdeh1 digər Cavabdeh2 tərəfindən onlara qulluq göstəriləcəyinə dair vədlər verilməklə aldadılmışlar. Ona görə də, mübahisəli mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 8 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 337.1, 337.2, 337.4, 339.2, 359.1, 404-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu i l, N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli, X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh2 oğlu (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti iddia tələbinə etiraz ilə oxşar məzmunda əsaslandırılmışdır.

36. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində (39 və 40 bənd) qeyd etmişdir ki, o, iddianı etiraf edib. Lakin bu belə olmamış, o nəvəsi Cavabdeh2 münasibətdə demişdir ki, bağışlamanı onlar şərtlə etmişlər. Çünki mübahisəli mənzil ona həyat yoldaşı tərəfindən bağışlanmış və onların yeganə yaşayış yeri olmuşdur. O, həmin evin barəsində sərəncam verərkən həyat yoldaşının iradəsi olmadan hərəkət etməzdi. Məhkəmə prosesi zamanı da o, məhz bu hissədə bildirmişdir ki, nəvəsinə onlara baxması şərti ilə evi bağışlamışdır. Lakin bu zaman o etiraf etməmişdir ki, həyat yoldaşı da bu bağışlamanı ona şərtlə edib. Bu sərbəst iradə ifadəsi ilə olmuş, ona görə hesab edir ki, apellyasiya instansiya məhkəməsi təqdim olunmuş dəlilləri hərtərəfli, tam və obyektiv olaraq tədqiq etməmiş və prosesual normanın tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Di gər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

42. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

43. Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

44. Maddə 359.1. Əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçi nin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

45. Maddə

404. Müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il, N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli və X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli Qərarları

46. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı ir adə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmış, işin hallarına uyğun olaraq iddianın təmin olunması dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

60. İddiaçı bağışlama müqavilələrinin etibarsız sayılmasının əsası kimi mənzilin bağışlanması zamanı onun aldadıldığını bildirir və bu dəlili ümumən belə əsaslandırır ki, birinci cavabdeh bağışlama müqaviləsi bağlamaqla onu aldatmış, onun mülkiyyəti olan əmlakı öz nəvəsinin mülkiyyətinə keçirmək üçün belə müqavilənin bağlanmasına nail olmuşdur.

61. Apellyasiya instansiya məhkəməsi iddiaçının göstərilən dəlillərinin birinci cavabdeh tərəfindən etiraf edilməsini qeyd etmişdir.

62. Müqavilənin etibarsızlığına əsas olan aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur.Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

63. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

64. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

65. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanma sına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;

3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

66. Müqavilənin etibarsız sayılması üçün aldatma müqavilə tərəfinin iradə ifadəsini zədələmiş olmalıdır. Bağışlama müqaviləsində müqavilənin qurucu ünsürü bağışlayanın iradə ifadəsidir. Apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin halları baxımından mübahisələndiri lən müqavilənin bağlanması zamanı iddiaçının iradə ifadəsinin zədələnməsi müəyyən olunmuşdur.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

68. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları d üzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1226/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar