Məhkəmə qərarları › İş №2(102)-1090/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1090/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1090/2020 20.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-*****/2019 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) xx.xx.2019-cu il tarixli 2(006)*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən 11000 manat məbləğində sığorta ödənişinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iş üzrə Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11000 manat sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, keçmiş zabit X3 xx.xx.2006- cı ildə özünə qəsd edərək vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu ildə verilmiş məktubda qeyd edilir ki, ölüm xidməti vəzifəsinin icrası ilə əlaqədar olmamışdır. Beləliklə, qanunvericiliyə əsasən X2 özünə qəsd etməsi sığorta hadisəsi hesab edilmir və Dövlət Sığorta Şirkətindən 11000 manat məbləğində sığorta ödənişinin tutulması əsassız və qanunaziddir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin vəkili Vəkil2 məhk əmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İddiaçının mərhum ərinin hərbi xidmət dövründə ölməsi işin mübahisəsiz halı dır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququnun olduğunu, Y1 isə xx.xx.2006-cı ildə vəfat etdiyindən müraciət müddətindən 3 ildən artıq vaxt keçdiyinə görə onun varisinə (vərəsələrinə) qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsindən imtina edir. Əvvəla, cavabdehin istinad etdiyi müddəti üzrlü yaxud üzrsüz səbəblərdən ötürməsinin iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, iddiaçının mərhum ərinin həmin vaxtadək ölməsi istsna edilmir. İkincisi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü hissəsi(sığorta ödənişinin alınmasını məhdudla şdıran 3 illik müddət) xx.xx.2013-cü il tarixli 832-İVQD nömrəli Qanunla ləğv edilmişdir. Buna görə də, cavabdehin qüvvədə olmayan Qanun normasına istinad edib sığorta ödənişini verməkdən imtina etməsi özü qanunsuz və əsassız olmuşdur. Üçüncüsü, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi qənaətlə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə Mülki Məcəllənin 935.1.2-ci maddəsinə istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmiş, yəni tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Belə ki, cavabdeh “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 8-ci maddəsinə əsasən sığorta olunanın vərəsəsinə sığorta ödənişini verməkdən yalınz həmin maddədə göstərilən hallarda imtina edə bilərdi. Həmin hallar isə hazırki iş üzrə müəyyən e dilməmişdir. Belə ki, mərhum sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur, yaxud alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etməmişdir. Dördüncüsü, mərhum sığortalının məhz sığorta hadisəsinin baş verməsi və bunun nəticəsi olaraq sığorta ödənişinin alınmasına yönələn qəsdən hərəkət etməsi ümumiyyətlə inandırıcı və ağlabatan deyildir. Çünki, normal, anlaqlı bir insanın yalnız ona görə ki, özünü öldürməsi nəticəsində vərəsəsi 11000 manat sığorta ödənişi alacaq, bu məqsədlə özünü öldürməsinə yönələn qəsdən hərəkət etməsi qəbuledilməz bir yanaşmadır. Birinci instansiya məhkəməsi qeyd olunan maddə nin bu dizpozisiya şərtinə istinad etsə də, elə həmin maddənin tələbinə görə baş vermiş hadisədə mərhum sığortalının mülki, inzibati yaxud cinayət məsuliyyətinin istisna olunduğuna da əhəmiyyət verməmişdir. Beşincisi, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Milli Məclisə tövsiyyə edilməsi və bu məsələyə baxılmaması da iddianın təmin edilməməsi üçün əsas deyildir. Çünki, hazırki iddia tələbinin qanuni əsası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci maddələrində nəzərdə tutulmuşdur. Sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi isə daha çox qətnamənin icrası ilə bağlı olan bir məsəl ədir. Ona görə də, bu hal da iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddianın təmin edilməsinin əsasları apellyasiya kollegiyası tərəfindən hissələr şəklində tam izah edilməklə göstərilmişdir. Cavabdeh isə kassasiya şikayətini yalnız birinci instansiya məhkəməsinin müəyyən etmiş olduğu hallar əsasında əsaslandırmağa çalışmışdır. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Apellyasiya kollegiyası hazırki mübahisəyə baxarkən düzgün h üquqi mövqedə olmuş və mövqeyini qanunvericiliyin tələblərin uyğun əsaslandırmışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə görə sığorta olunan həqiqi hərbi xid mətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz sığorta ödənişləri verilir. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar