Məhkəmə qərarları › İş №2(102)-1093/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1093/2021

04.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1093/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh İKB ASC (hazırda “xxxx” ASC), Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və “X2” MMC-yə (“X1 Mərkəzi” MMC və Nəsimi rayon İcra və Probasiya şöbəsinin üçüncü şəxs qismində cəlb edildiyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qız ının katibliyi, Cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5929/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC (əvvəlki adı Cavabdeh İKB ASC) tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-270/2010 saylı qətnaməsi ilə, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı 169246 ABŞ dolları əsas, 24744 ABŞ dolları faiz və 21790 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 215780 ABŞ dolları borcun, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunu n tutulması, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11-də yerləşən 54 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Nəsimi rayon Məhkəmə İcraçıları şöbəsinin xx.xx.2011-ci il tarixli, 17/70 4723/4 nömrəli məktubuna əsasən, “xxxx” MMC-nin xx.xx.2011-ci il tarixli, 11-229 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı ilə sözügedən mənzil 232500 manat dəyərində qiymətləndirilmiş və həmin mənzilin hərrac vasitəsi ilə satılması “X1 Mərkəzi” MMC-yə sifariş edilmişdir. X1 Mərkəzi” MMC tərəfindən qiymətləndirici tərəfindən müəyyən edilmiş məbləğə müvafiq olaraq ilkin satış qiyməti müəyyən olunmaqla, qeyd olunan mənzill ə bağlı hərracın keçirilmə tarixi xx.xx.2011-ci il tarixə, saat 11:00-a təyin edilmiş, bununla bağlı “Elanlar” qəzetində elan yerləşdirilmiş, bu barədə İddiaçı və Cavabdeh İKB ASC-nin ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2011-ci il tarixli bildiriş göndərilmişdir. xx.xx.2011-ci il tarixli, 2140 nömrəli protokola əsasən hərrac baş tutmamışdır. Satılmalı olan mənzilin ilkin satış qiyməti 197625 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi isə xx.xx.2011-ci il tarixə, saat 11:00-a təyin olunmuş, bununla bağlı “Market” qəzetində elan yerləşdirilmiş, bu barədə İddiaçı və Cavabdeh İKB ASC-nin ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2011-ci il tarixli bildiriş göndərilmişdir. xx.xx.2011-ci il tarixli, 2300 nömrəli protokola əsasən, təkrar hərrac da baş tu tmamışdır. Hərrac təşkilatçısı tərəfindən xx.xx.2011-ci il tarixli, 11048 nömrəli məktubla, sözügedən mənzil hərracda satılmadığına görə həmin əmlakı almaq Cavabdeh İKB ASC-yə təklif olunmuş və bildirilmişdir ki, Bank əmlakı almadığı halda ipotekaya xitam verilir. Bundan sonra, xx.xx.2012-ci il tarixli, 16334 nömrəli məktubla, Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı əmlak satılmadığından qanunvericiliyə uyğun qərar qəbul olunması üçün iş Nəsimi rayon İcra şöbəsinə geri qaytarılmışdır. Cavabdeh İKB ASC-nin xx.xx.2015-ci il tarixli, 5352/15 nömrəli məktubunda qeyd olunmuşdur ki, tərəflər arasında borcun ödənilməsi ilə bağlı əldə olunmuş razılığa əsasən, icra sənədi “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinin tələbinə uyğun olaraq müvafiq məhkəməyə qaytarılmışdır. İddiaçı əldə o lunmuş razılığı yenidən pozaraq öhdəliyi lazımınca yerinə yetirməmişdir. Ona görə də qətnamənin məcburi qaydada icra olunması zərurəti yaranmışdır. Odur ki, Nəsimi Rayon Məhkəməsindən icra sənədinin yenidən icra yönəldilməsi xahiş olunur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli məktubu ilə, xx.xx.2010-cu il tarixli icra sənədi yenidən icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2015ci il tarixli sifariş məktubuna əsasən, “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 15-704 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı ilə sözügedən mənzil 125000 manat dəyərində qiymətləndirilmiş, xx.xx.2016-cı il tarxili, 17/70-145/1 saylı məktubla, hərracın keçirilməsi “ X1 Mərkəzi” MMC-yə sifariş edilmişdir. Lakin “X1 Mərkəzi” MMC-nin xx.xx.2017-ci il tarixli, 3357 nömrəli məktubuna əsasən, Nəsimi İŞ-nin sifarişləri üzrə hərraclar “xxxx” MMC tərəfindən keçirildiyi üçün sifariş icra olunmadan geri qaytarılmışdır. “X2” MMC-nin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişləriə əsasən mübahisəli mənzil satılmaq üçün hərraca çıxarılmış, lakin iştirakçısı olmaması səbəbindən hərraclar baş tutmamış, xx.xx.2017-ci il tarixli, 970 nömrəli ipoteka predmetini almaq barədə təklifə əsasən, sözügedən mənzilin 30 gün ərzində əldə edilməsi Cavabdeh İKB ASC-yə təklif edilmişdir. xx.xx.2017-ci il tarixli, 106/4 nömrəli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə m üqaviləyə əsasən, Cavabdeh İKB ASC, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində ev 11-də yerləşən 54 saylı mənzili 79687,50 manat qiymətlə əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin, 54 saylı mənzilinin əldə edilməsinə dair Cavabdeh İKB ASC ilə “X1 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 106/4 saylı hərracın yekunları barədə protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh İKB ASC-nin ipotekasına xitam verilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində bu barədə müvafiq qeydlər aparılması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,onunla "Cavabdeh" İKB ASC arasında xx xxxxxx 2007-ci il tarixdə alqı-satqı və İpoteka müqaviləsi bağlanmış, 2 otaqlı ümumi sahəsi 77,5 kvadrat metr, o cümlədən yaşayış sahəsi 57,5 kvadrat metr, köməkçi sahəsi kvadrat metr olan, ünvan 1 ünvanında yerləşən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mübahisəli mənzil xx xxxxxx 2011-ci ildə “X1 Mərkəzi” MMC-də hərraca çıxarılmış, lakin alıcı olmadığından satılmamışdır, həmin tarixdə banka ipoteka predmetini alma barədə təklif olunmuş, lakin bank əmlakı balansına götürməmişdir. Hərrac təşkilatçısı “X3 Mərkəzi” MMC ilə bank arasında Hərracın yekunları barədə protokol bağlanmamış və “İpoteka haqqında” Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq ipotekaya xitam v erilməsinə əsas yaradır. İlkin və təkrar hərrac maneəsiz şəkildə keçirilmiş, yəni tələbkarın və ya sifarişçinin hərracın dayandırılması barədə Hərrac təşkilatçısından heç bir tələbləri olmamışdır. Hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində isə hərracın dayandırılmasından belə söhbət gedə bilməz. Belə ki, həmin müddət ərzində heç bir hərrac keçirilmir və tərəflər arasında müvafiq protokol bağlanması üçün nəzərdə tutulmuş müddətdir. Bundan sonra bank (tələbkar) əmlakın qiymətini məhkəmə qaydasında mübahisələndirmiş və Hərracın yekunları barədə müvafiq protokolda da qeyd edildiyi kimi "xxxx-N" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 15/704 saylı hesabata əsasən qeyr edilən mənzilin qiyməti 125000 manat məbləğində müəyyən edilmişdir. Nəsimi rayon İcra şöbəsi ipo teka Haqqında Qanunun tələblərinə zidd olaraq mənzilin açıq hərracdan satılması üçün ikinci dəfə "X2" MMC-yə sifariş vermiş və nəticədə əmlak bank tərəfindən əldə edilmişdir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx” ASC isə, iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İKB ASC ilə “X1 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 106/4 saylı hərracın yekunları barədə protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin, 54 saylı mənzili üzərindəki ipotekaya xitam verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1, 41.2, 42.1, 42.3, 43.4, 43.5, 43.7, 43.8, 44cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxxx 2014-cü il tarixli qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsinə əsas olmasına baxmayaraq, "Cavabdeh" İKB ASC ipoteka predmeti olan əmlakı rəsmi olaraq xx.xx.2017-ci tarixdə, yəni təkrar hərracın keçirilməsindən xeyli müddət (06 il) keçdikdən sonra qəbul etmiş və bundan sonra həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almışdır. Göründüyü kimi, hərracın keçirilməsini həyata keçirən “X1 Mərkəzi” MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan "Cavabdeh" İK B ASC isə təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmə imkanına malik olduğu halda, ipoteka predmetinin əldə edilməsi müddətini ötürmüşdür. Lakin “X1 Mərkəzi” MMC tərəfindən Nəsimi rayon İŞ-nin rəisi N.Nərimanova ünvanlanmış xx.xx.2012-ci il tarixli, 16334 saylı məktuba əsasən Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı əmlakların satılmadığına görə geyri qaytarılmasına baxmayaraq cavabdeh "Cavabdeh" İKB ASC Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 54 saylı mənzilinə dair hərracın keçirilməsinə yenidən nail olur və nəticədə qanunvericilikdə nəzərədə tutulmuş qaydaların pozulması ilə mübahisəli əmlakı əldə edir. Məhkəmə, həmçinin cavabdeh "Cavabdeh" İKB ASC-nin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsi nə münasibət bildirərək qeyd etmişdir ki, iş üzrə iddia tələbi müqavilənin etibarsızlığı ilə əlaqədardır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin etibarsızlığına dair tələblərə qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar məh kəmə qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə e dilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmi n gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Hazırkı işin də halları ondan ibarətdir ki, İddiaçı “alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə (sonradan iddia tələbləri dəqiqləşdirilir) xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən ərizənin həmin Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə tərəflərin məhkəmə baxış iclasına gəlmədiyi səbəbindən baxılmamış saxlandığına baxmayaraq iddiaçının xx xxxxxx 2018-ci il tarixli ərizəsinə əsasən həmin qərardad ləğv edilmiş və müvafiq iddia ərizəsi üzrə işə baxılması davam etdirilmişdir. Belə olan halda məhkəmə etibarsız hesab edilməsi tələb edilən müqavilənin xx.xx.2017-ci il tarixdə bağlandığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən etibarsız əqdin mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddət ötürülməmiş, və beləliklə də müvafiq müddətin tətbiq edilməklə iddianın rədd edilməsi üçün əsas mövcud deyil. Cavabdeh İKB ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, sözügedən mənzilin hərrac vasitəsilə satılmasından iddiaçının məlumatı olmuşdur. İddiaçı, həmçinin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. İddia müddətinin axımı 2017-ci il tarixdən deyil, 2011-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə 2011-ci ildə keçirilmiş hərracı nəzərə alaraq bank ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə xita m verilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, bankın iddia ərizəsi üzrə qəbul edilmiş 2010-cu il tarixli qətnamə üzrə aparılmış bütün icra hərəkətlərindən iddiaçının məlumatı olmuşdur. Bu da onunla öz təsdiqini tapır ki, iş materiallarında olan və məhkəmə qətnaməsində göstərilən müxtəlif məhkəmə mübahisələri olmuş və həmin mübahisələrə dair məhkəmə qərarları vardır. Odur ki, iddiaçının 2011-ci il tarixdən icra vərəqəsi üzrə aparılmış bütün hərəkət və hərəkətsizlikdən məlumatı olmuş, lakin ipoteka müqaviləsinə xitam verilməsi və digər tələbləri ilə bağlı məhkəməyə vaxtında müraciət etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər – İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Vüqar Həsənov) xx xxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ali Məhkəmə apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli, 106/4 saylı hərracın yekunları barədə protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi Cavabdeh İKB ASC ilə “X1 Mərkəzi” MMC arasında deyil, digər cavabdeh olan “X2” MMC arasında bağlanmışdır. İşin 76cı vərəqində olan iddia ərizəsində “X2” MMC cavabdeh kimi, “X1 Mərkəzi” MMC isə üçüncü şəxs kimi göstərilsə də, birinci instansiya məhkəməsi yalnız həmin üçüncü şəxsi işə cəlb etmiş, cavabdeh “X2” MMC-ni isə ümumiyyətlə işə cəlb etməmişdir. Apellyasiya istiansiya məhkəməsi isə, bildiriş məktublarına əsasən yalnız İddiaçı və Cavabdeh İKB ASC-ni işə cəlb etmiş, işdə iştirak edən digər şəxsləri isə işə cəlb etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) xx xxxx xx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin yuxarıdakı mövqeyini nəzərə alaraq, “X2” MMC-ni işə cəlb etmiş, lakin cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayarq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən mübahisəli mənzilin satılması ilə bağlı xx.xx.2011-ci il və xx.xx.2 011-ci il tarixlərdə qanunla müəyyən edilmiş qaydada hərraclar keçirilmiş və hər iki hərrac baş tutmamışdır. Bundan sonra hərrac təşkilatçısı ipoteka predmetini ipoteka saxlayana təklif etmiş, lakin əmlak satılmadığından işi xx.xx.2012-ci il tarixdə icra şöbəsinə geri qaytarmışdır. Göründüyü kimi, təkrar hərrac baş tutmamış elan edildikdən (xx.xx.2011-ci il) sonra ipoteka saxlayan Cavabdeh İKB ASC, qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, bununla da, ipoteka predmetini almaq imkanını itirmiş və ipotekaya xitam verilmişdir. Buna baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin müraciəti əsasında “X2” MMC tərəfindən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixrixlərdə mübahisəli mənzilin satılması ilə bağlı yenidən hərraclar keçirilmiş və bu hərracların nəticəsind ə həmin mənzil xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh İKB ASC tərəfindən əldə edilmişdir. Göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində ev 11-də yerləşən 54 saylı mənzil üzərində Cavabdeh İKB ASC-nin ipoteka hüququna xitam verilməsinə baxmayaraq, ipoteka predmetinin yenidən hərraca çıxarılmaqla, bu hərrac nəticəsində Cavabdeh İKB ASC-yə satılması nəticəsində ipoteka haqqında qanunvericiliyin yuxarıda sadalanan tələbləri pozulmuşdur. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən isə, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səb əb olur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin, 54 saylı mənzili üzərindəki ipotekaya xitam verilməsinin təsbit olunması və sözügedən məznilin satılması ilə bağlı “X2” MMC tərəfindən keçirilmiş hərrac etibarsız sayıldığından, həmin hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 106/4 saylı protokolun və eyni tarixli əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh İKB ASC-nin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqav iləsi hərrac bununla bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutlmuş məcburi (imperativ) qaydalar pozulmaqla keçirildiyindən əhəmiyyətsiz ədqdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən isə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, həmin müddət əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddəti olmayıb, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün nəzərdə tutulmuş müddətdir. Çünki, əhəmiyyətsiz əqdlər məhkəmədə iddia qaldırmadan özüözlüyündə etibarsız olan əqdlərdir (MM, maddə 337.3). Yuxarıda qeyd edildiyi kimi belə əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürməyə gərək yoxdur. İddia irəli sürməyə ehtiy ac olmadığı halda, belə tələb üçün müddət də nəzərdə tutulmaz. Odur ki, həmin müddəa əvəzedilən əşyaların verilməsi nəticəsində müqavilənin qarşı tərəfi əsassız varlandığı halda əqdin etibarsızlığının nəticələrinin tətbiqinə (pul və ya digər əvəzedilən əşyaların geri qaytarılmasına) dair iddia müddətidir. Çünki, bu xarakterli əşyalar əqdin qarşı tərəfinə verildiyi andan təqdim edənin onlar üzərindəki mülkiyyət hüququ aradan qalxır, əldə edənin mülkiyyətinə keçir. Əşyanın keçməsinin hüquqi əsası olmadığı (əqd əhəmiyyətsiz olduğu) üçün əldə edən əsassız varlanmış sayılır. Bu səbəbdən, belə tələblərə “mülkiyyətin müdafiəsinə iddia müddəti tətbiq olunmaz” qaydası nəzərə alınmır və qanunverici bir illik müddət müəyyən edir. Etibarsız əqd üzrə əvəzedilməyən əşyalar verildiyi təqdirdə isə, əqdin qarşı tərəfi əsassız varlanmış olmur. Çünki əhəmiyyətsiz əqd heç bir hüquqi nəticə yaratmadığı (MM, maddə 337.4) üçün daşınmaz əmlakın dövlət reyestrində alıcının adına aparılan qeydiyyat əsassız olur və o, həmin əşya üzərində mülkiyyət hüququ əldə etmir. Etibarsız əqd üzrə əşya verildiyi (daşınmaz əşyaya dair reyestrdəki qeyd alıcının adına keçdiyi) təqdirdə ona olan mülkiyyət hüququnun keçmədiyi Konstitusiya Məhkəməsinin H.Cəfərovun şikayəti üzrə xx xxxxxxxx 2014-cü il qərarında da qeyd olunmuşdur. Belə olan halda, hüquq elə mülkiyyətçinin özündə qaldığına görə, əşyanı alan qarşı tərəf varlanmış olmur. Məhz buna görə mülkiyyətçi özündə qalan mülkiyyət haqqına istinad edərək, əqdin əhəmiyyətsizliyinin təsbit edilməsini və əşyanı müddətsiz olaraq geri qaytarılmasını müqavilənin qarşı tərəf indən istəyə bilir. Baxılan işdə mübahisə predmeti olan mənzilin Cavabdeh İKB ASC-yə satılmasına dair alqısatqı müqaviləsi etibarsız olduğundan hazırda mülkiyyəti iddiaçıdadır. İddiaçı da özünün mülkiyyət hüququna istinad edərək hazırkı iddianı irəli sürür. Əşya hüquqlarına (o cümlədən tam əşya hüququ olan mülkiyyət haqqına) söykənən tələblər isə iddia müddətinə tabe deyil. Bu qayda, Mülki Məcəllənin 384.0.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir. Həmin maddəyə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” ASC (əvvəlki adı Cavabdeh İKB) (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh “xxxx” ASC (əvvəlki adı Cavabdeh İKB) məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı, digər cavabehlər və üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun 43.1 və 43.7-ci maddələrinə görə, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə və hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (b u şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci m addələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarı: “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin qanuna zidd hesab edilməlidir. Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bəzən təcrübədə müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təsadüf edili r. Plenum, bununla bağlı qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Beləliklə, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Qərarda həmçinin qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh İKB ASC tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin madd i və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır, eyni halların təkrarlanmasına zərurət görmür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5929/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar