Məhkəmə qərarları › İş №2(102)-1095/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1095/2019

05.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1095/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il № 2(102)-1095/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, cavabdeh X6 və vəkili X7 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Əliyev, iş № 2(022)-xx/18) İddiaçı cavabdeh X8 qarşı 10000 (on min) manat “mənəvi ziyan” tələbinə dair iddiası qismən təmin edilərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi qismində cəmi 2.000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 06 (altı) manat, cəmi 2.006 (iki min altı) manat məbləğində pulun X4 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev-sədrlik edən və məruzəçi, T.Heydərov və Z.Babayev, iş № 2(106)-xx/18) cavabdeh X6 apellyasiya şikayəti təmin edilərək Biləsuvar Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdeh X8 qarşı “mənəvi ziyan” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonunun İsmətli kəndində yaşayır və Biləsuvar rayonu İsmətli kənd bələdiyyəsinin sədri X9 tanıyır. Onun Cavabdehlə əvvəllər kənd bədliyyəsinin sədri kimi münasibətləri normal olmuşdur. Qohumu X2 Rayon İcra Hakimiyyəti Başçısının qəbulunda olmuş, ev tikmək üçün həyətyanı torpaq sahəsi almağa maddi imkanının olmadığını bildirdirmiş və Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən X11 0,12 hektar torpaq sahəsinin verilməsində köməklik göstərilmişdir. Bundan sonra kənd bələdiyyəsinin sədri kimi Cavabdeh, Biləsuvar Rayon İcra Hakmiyyəti Başçısının İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və digər şəxslər torpaq sahəsinin seçilməsində və təhvil verilməsinə iştirak etmişlər. X10 maddi imkanı olmadığına görə həmin yerin düzləşdirilməsində o, X1 köməklik göstərmiş, xx xx 2017-ci il tarixdə qardaşının traktoru ilə həmin ərazini hamarlayarkən Cavabdeh əraziyə gəlib traktorun işinin dayandırılmasını tələb etmiş, onunla mübahisə edərək yaxasından tutub, onu traktorun mühərrikinə sıxaraq, bir müddət onu həmin vəziyyətdə saxlamışdır. Nəticədə onun sağ qolu və kürək nahiyəsi yanmışdır. Ətrafda olan insanların köməkliyi ilə o, Cavabdeh əlindən çətinliklə də olsa çıxa bilmişdir. O, hadisə barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə məlumat vermiş, hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmışdır. Lakin aparılmış araşdırmalar nəticəsində qanunsuz və əsassız qərarlar qəbul olunmuşdur. Cavabdeh yalnız Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə cəmi 300 manat miqdarında cərimə edilmişdir. Hətta həmin fakt üzrə araşdırma obyektiv aparılmadığına görə hadisə yeri Cavabdeh həyətyanı sahəsi kimi göstərilmişdir. Halbuki, Cavabdeh həyətyanı sahəsi ilə hadisə yeri arasında 2 şor kanalı və 1 avtomobil yolu keçir və aralarında 200-300 metr məsafə v ardır. O, şikayətlərinin nəticə vermədiyini anlayıb Cavabdeh qarşı mənəvi zərərə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh əməli nəticəsində o, mənəvi iztirab keçirmiş, özünü psixoloji cəhətdən sarsılmış hiss etmiş və yalnız həkimlərin köməyindən sonra bir qədər yaxşılaşmışdır. Hazırda da o, həmin psixoloji travmadan əziyyət çəkir. Cavabdeh də onu traktorun isti mühərrikinə sıxmaqla bu məqsədinə nail olmağa çalışmış və həmin məqsədinə nail olmuşdur. Belə ki, Cavabdeh onu traktorun isti mühərrikinə sıxıb saxlamaqla, onun üzərində aşkar üstünlük ifadə etmiş, həmçinin ona ağır dərəcəli bədən xəsarəti yetirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Ka ssasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili M.Mütəllimov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Cavabdeh və vəkili M.Mütəllimovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən aşağıdakıları nəzərə almışdır. İşdə olan «cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx xx 2017-ci il tarixli qərardan görünür ki, İddiaçı Təzəxan oğlunun məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: boyun nahiyəsinın sıyrığı və sağ kürəkaltı nahiyənin yü ngül dərəcəli əziyi bərk küt əşyanın (əşyaların), hər iki kürək və sol said nahiyəsinin 1-ci və 2-ci dərəcəli termiki yanıqları yüksək tempraturaya malik alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xx 2017-ci il tarixə uyğun gəlir və əllə vurulma nəticəsində törənə bilərdi. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx xx 2017-ci il tarixli, 065518 saylı qərardan görünür ki, X1 rayonun İsmətli kəndində xx xx 2018-ci il tarixdə, saat 14 radələrində həyətyanı sahədə həmkəndlisi İddiaçı ilə mübahisə edərək sonuncunu döymüş, bu əməli ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzbati xətanı törətmişdir. Buna görə Cavabdeh Azərbaycan Respublikası İXMn in 157-ci maddəsi ilə 300 manat miqdarında cərimə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ bəndlərində göstərilmişdir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var və şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin i şgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarını, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərhi” ilə bağlı hüquqi mövqeyini işin müəyyən edilmiş faktiki halları üzrə tərəflərin qarşılıqlı münasibətlərinə tətbiq edərək bu qənaətə gəlmişdir ki, cavabdeh X6 hüquqazidd hərəkətləri nəticəsində iddiaçının hansı mənəvi sarsıntı və iztirablara məruz qalması, onun hansı maddi məhrumiyyətlərlə üzləşdiyi və bunun hansı maddi zərərdə öz ifadəsini tapmasına dair lazım olan sübutları iddiaçı məhkəməyə təqdim etməli olduğu halda etməmiş və iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Bundan əlavə, iddiaçı mənəvi əzab və sarsıntı keçirməsi və bunun cavabdehin hüquqazidd hərəkətləri nəticəsində baş verməsi, eyni zamanda mənəvi ziyana məruz qalması və cavabdehin hüquqazidd hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqəsinə dair heç bir sübut təqdim etməmişdir. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əml ak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xx 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.” İşdə olan «cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx xx 2017-ci il tarixli qərardan görünür ki, canlı şəxsin tibbi ekspertizasının xx xx 2017-ci il tarixli, 489 saylı rəyində müəyyən olunmuşdur ki, İddiaçı Təzəxan oğlunun məhkəmə tibbi müayinəsi z amanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi ilə iddiaçıya dəyən mənəvi zərər arasında səbəbli əlaqə olmasını müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işdə olan sübutlar üzrə düzgün qiymətləndirmə aparmamış, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həqiqi halların nədən ibarət olduğunu müəyyən etməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetməməsinə baxmayaraq iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən iddia tələbini əsassız saymış və bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsa sını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə topla nmış sübutlara qiymət verərkən göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsində nəzərdə tutulan qanunilik və əsaslılıq tələblərinə cavab verir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli 2(106)-xx/18 saylı qətn aməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar