Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1096/2022 17.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7170/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 17 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: “X2 LC 200” markalı avtomobil 24 sentyabr 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olmuş və 24 sentyabr 2018-ci il tarixdə həmin avtomobilin İddiaçı tərəfindən “X3” MMC-yə 178.000 manata satılmasına dair müqavilə bağlanmışdır. Həmin gün MMC-nin adına qeydiyyat şəhadətnaməsi verilmişdir. 24 sentyabr 2018-ci il tarixdə göstərilən avtomobilin “X3” MMC tərəfindən Cavabdeh MMC-yə 178.000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlanmış və həmin gün zavodun adına avtomobilə mülkiyyət hüququnu bildirən şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin oktyabr ayında İddiaçı iddia və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə əriz ə ilə məhkəməyə müraciət edərək ona məxsus avtomobilin “X3” MMC-yə satılması barədə aralarında alqı-satqı müqaviləsi bağlansa da, avtomobilin dəyərinin ödənilməməklə təhvil alınmamasını, avtomobilin Cavabdeh MMC-nin direktoru üçün alındığını bildikdən sonra onu şəxsən evakuatorla aparıb zavoda təhvil verməsini, lakin sonradan avtomobilə dair “X3” MMC ilə zavod arasında alqı-satqı müqaviləsinin bağlanmasından xəbər tutmasını, həmin müqavilələrin uydurma əqd olmaqla hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmasını əsas göstərməklə həmin müqavilələrin etibarsız sayılaraq avtomobilin ona qaytarılmasını, avtomobilin köhnəlməsi nəticəsində yaranmış 102.000 manat məbləğində qiymət fərqinin və 3 il ərzində ailə üzvlərinin sağlamlığının itirilməsi ilə əlaqədar ona dəymiş 300.000 manat məbləğində ziyanın cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-481/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: S.İ.Ədilova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı və cavabdeh "xxxx" MMC apellyasiya şikayətləri verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Nümayəndə3 (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın qismən təmin olunub avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə həmin müqavilələr əsasında aparılmış mülkiyyət hüququna dair qeydlərin ləğv edilməsi, həmin avtomobilin Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilib iddianın həmin hissədə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda İddiaçı kassasiya şikayəti verərək iddianın rədd olunmuş hissəsində qətnamənin ləğv edilib həmin hissədə iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə b ağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan avtomobilin alqısatqısına dair müqavilələrin etibarsız hesab edilməsi hissəsində iddianı təmin edərkən həmin müqavilələrin uydurma əqd olmasına istinad etmiş və həmin hissədə gəldiyi nəticəni əs aslandırarkən hər iki müqavilənin eyni gündə bağlanmaqla avtomobilin formal olaraq 1-ci cavabdehin adına keçirilməsini və bunda məqsədin 2-ci cavabdehin (zavodun) nağd ödəniş etmədən avtomobili əldə etməkdən ibarət olmasını, avtomobilin dəyərinin iddiaçıya ödənilməməklə bunu müqavilənin hər iki tərəfinin təsdiq etməsini, Cavabdeh MMC-nin müqavilədə göstərilən 178.000 manatı "xxxx" MMC-yə ödəməsi barədə məhkəməyə sübut təqdim etməməsini, avtomobilin zavoda iddiaçı tərəfindən təqdim olunmasını, "xxxx" MMC-nin avtomobilə mülkiyyət hüququnu uydurma əqd üzrə əldə etdiyi üçün onun avtomobilin qanuni mülkiyyətçisi olmamaqla avtomobili 2-ci cavabdehə satmaq hüququna malik olmamasını əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşm ır və hesab edir ki, qətnamə səthi qiymətləndirilmiş sübutlar əsasında, işin bütün hallarına tam və obyektiv qiymət verilmədən çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) İş materiallarından görünür ki, mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsi 24 sentyabr 2018-ci il tarixdə əvvəlcə İddiaçı ilə “X3” MMC arasında bağlanmışdır. Həmin müqaviləyə görə avtomobil 178.000 manata satılmış və “satıcı” həmin məbləği "xxxx"dan almışdır. Bundan sonra nəqliyyat vasitəsinin təhvil-təslimi barədə akt tərtib olunmuş və həmin akt həm “təhvil verən və həm də “təhvil alan” tərəfind ən imzalanmışdır. Alqı-satqı müqaviləsinin bağlanması zamanı “X3” MMC "xxxx" qismində çıxış etsə də, bu zaman MMC-ni təmsil edən şəxsin və eləcə də müqaviləni "xxxx" qismində imzalayan şəxsin adı müqavilədə göstərilməmişdir. Eyni zamanda da təhvil-təslim aktında onun tərtib olunma tarixi, onu imzalayan şəxslərin adları göstərilməmişdir. Həmin müqavilə və təhvil-təslim aktı avtomobilin dəyərinin ödənilməsi və kimə təhvil verilməsinin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin halları aydınlaşdırılmamışdır. Alqı-satqı müqaviləsindən görünür ki, müqavilə bağlanarkən onun dəyəri satıcıya ödənilmişdir. Müqavilənin bağlandığı vaxtdan 2 ildən artıq müddət keçdikdən sonra İddiaçı avtomobilin dəyərinin ona ödənilmə məsini bildirməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun göstərdiklərini "xxxx" MMC-nin qanuni təmsilçisi olan Nümayəndə3 da birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində təsdiq etmiş və qətnamənin ləğv edilərək İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən İddiaçı və Nümayəndə3 göstərdiklərini mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, Nümayəndə3 alqı-satqı müqaviləsi bağlanarkən MMC-yə rəhbərlik etməmiş, yalnız 18 sentyabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan təxminən 2 il keçdikdən sonra MMC-yə qanuni təmsilçi təyin edilmişdir. İşdən göründüyü kimi İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvv əl, 22 sentyabr 2020-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri kimi Nümayəndə3 pretenziya məktubu ilə müraciət edərək onu müəssisəyə qanuni təmsilçi təyin olunması münasibəti ilə təbrik etmiş və sonra 24 sentyabr 2018-ci il tarixdə ondan Cavabdehnun yeni direktoru Vüqar Süleymanov üçün avtomobil alınmasının xahiş olunmasını və onun mübahisə predmeti olan avtomobili alaraq əvvəlcə "xxxx" MMC-nin, sonra isə Cavabdehnun adına sənədləşdirilməsini, lakin avtomobilin dəyərinin zavod tərəfindən ona ödənilməməsini bildirməklə avtomobilin dəyərinin zavoddan alınaraq ona verilməsini təmin etməyi xahiş etmişdir. Göstərilənlərdən məlum olur ki, iddiaçı ilə zavod arasında avtomobilin alqı-satqısı ilə əlaqədar heç bir razılaşma olmamış, avtomobil İddiaçı tərəfindən "xxxx" MMC-nin tapşırığı əsasında alınmış və yuxarıda göstərilən qaydada alqı-satqı müqavilələri sənədləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə avtomobilin alqı-satqısı barədə iki müqavilənin bağlanmasında məqsəd zavod tərəfindən avtomobilin dəyərinin nağd ödənilməməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İşdən görünür ki, 1-ci müqavilə iddiaçı ilə “X3” MMC arasında bağlanmış və zavod həmin müqavilənin iştirakçısı olmamışdır. Həmin müqavilə qanunun tələbinə müvafiq olaraq yazılı formada və buna səlahiyyətli olan dövlət orqanı tərəfindən sənədləşdirilmiş və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Göstərilən müqaviləni bağlayar kən onun iştirakçıları müqavilənin məzmunundan xəbərdar olmuş, hansı müqaviləni bağladıqlarını və onun hansı hüquqi nəticələrə səbəb olacağını əvvəlcədən bilmiş və müqavilə onların iradələrinə uyğun bağlanmışdır. Göstərilən vəziyyətdə həmin müqavilənin uydurma əqd olmaqla ona uyğun hüquqi nəticələri yaratmaq niyyəti olmadan bağlanması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz. Həmin əqdin alqı-satqının nağd ödəniş olmadan həyata keçirmək məqsədi daşıması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ehtimal xarakteri daşımaqla heç bir mötəbər sübuta söykənmir. Apellyasiya instansiyası məhkəməsi zavod tərəfindən avtomobilin dəyərinin ödənilməməsini müəyyən edib onu müqavilənin etibarsız sayılması üçün əsas kimi qəbul edərkən nəzərə almamışdır ki, belə olduqda zavoda qarşı yalnız "xxxx" MMC tərəfindən avtomobilin dəyərinin ödənilməsi və yaxud müqavilənin ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb irəli sürülə bilərdi. İşdən görünür ki, "xxxx" MMC tərəfindən zavoda qarşı belə bir tələb irəli sürülməmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı Mühamat oğlunun kassasiya şiayəti təmin edilməsin. Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7170/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1096/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1096/2022
17.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver