Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1104/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-6430/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-3670/2018) İddiaçı cavabdeh “xxxxxxxxxx” ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair idd iası təmin edilərək cavabdehdən maddi zərərin əvəzi olaraq 12.023 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov, iş № 2(103)11232/2018) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, İddiaçı xx xxxx 2013-cü il tarixli sığorta müqaviləsinə əsasən xx xxxxxx 2018-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə avtomobilə vurulmuş ziyanın məbləğinin müəyyənləşdirilməklə sığorta ödənişinin verilməsi sığorta şirkətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.Ə.İbayev, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev, iş № 2(102)-1531/19) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: “xxxxxxxxxx” ASC ilə X2 arasında xx xxxx 2013-cü il tarixdə sığorta müqaviləsi bağlanaraq “Kia Rio” markalı avtomobil 5 il müddətinə kasko növü üzrə sığortalanmış, sığorta məbləği 15.000 manat müəyyən edilmişdir. Sığorta şəhadətnaməsində sığorta olunan kimi avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs qeyd edilmişdir. Avtomobil xx xxxxxx 2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. xx xxxxxx 2018-ci il tarixdə həmin avtomobili idarə edən iddiaçı yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobil əzilərək iddiaçıya zərər dəymişdir. “KİA Motors” servis məntəqəsində zərərin məbləği 12.023 manat məbləğində qiymətləndirilmişdir. xx xxxx 2018-ci il tarixli məktubla iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmuş və səbəb kimi avtomobilin xx xxxxxx 2017-ci il tarixdə İddiaçı satılması ilə əlaqədar sığorta marağının qalmadığı üçün müqaviləyə vaxtından əvvəl xitam verilməsi göstərilmişdir. 2018-ci ili n may ayında iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, iş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayə tinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, avtomobilə dair sığorta müqaviləsi onun əvvəlki mülkiyyətçisi X2 ilə xx xxxx 2013-cü ildə bağlanmış və xx xxxxxx 2017-ci il tarixdə avtomobilə mülkiyyət hüququ iddiaçıya keçərkən onun tərəfindən avtomobilə dair sığorta müqaviləsi bağlanmamış və sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889.2-ci maddəsinə görə sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Həmin Məcəllənin 889.6-cı maddəsinə əsasən sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir. Mülki Məcəllənin 919.1.8-ci maddəsinə əsasən sığorta marağı artıq mövcud olmadıqda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Avtomobilin İddiaçı adına keçməsi ilə əlaqədar onun əvvəlki mülkiyyətçisi M.A.Hüseynli ilə avtomobil arasında yaranan əlaqə-sığorta marağı mövcud olmadığından sığorta müqaviləsi vaxtından əvvəl xitam edilmiş hesab olunur. Göstərilən vəziyyətdə iddiaçıya sığorta ödənişinin verilməsi üçün əsasların olmamasını müəyyən edən məhkəmə kollegiyası iddi anı rədd etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara və qanunun tələbinə uyğun həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1104/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1104/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver