Məhkəmə qərarları › İş №2(102)-1105/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1105/2019

04.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1105/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1105/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Cavabdeh və onun vəkili Hüseynov Əliheydər Sərdar oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli, 2(106)2636/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, cavabdehdən ona məxsus 4 ha buğda sahəsini yararsız hala saldığına görə 4000 (dörd min) manat və hər il götürdüyü 1200 ədəd saman presinə görə hər bir presin qiyməti orta hesabla 2 manat olmaqla 2400 manat məbləğində pulun və keçirdiyi psixoloji gərginliklərin və sarsıntının əvəzi kimi mənəvi ziyana görə 10000 (on min) manat pulun Cavabdeh İrza oğlundan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim A.Alməmmədov) 22 may 2018-ci il tarixli, 2(050)-1382/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2.135.7 (iki min yüz otuz beş manat yetmiş qəpik) manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlə r T.X.Heydərov, N.F.Mirzəyev və Z.B.Babayev) 04.09.2018-ci il tarixli, 2(106)-2636/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Masallı Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili Hüseynov Əliheydər Sərdar oğlu iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili Hüseynov Əliheydər Sərdar oğlu iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o iddiaçıya ziyan vurmayıb. İddiaçı əkdiyi buğda sahəsindən tonl arla məhsul götürmüşdür. İddiaçı buğda sahəsi mal-heyvan tərəfindən yeyildikdən sonra mütəxəssisləri dəvət edib akt tərtib etsədə biçin zamanı yenidən mütəxəssisi dəvət edib zəminin son vəziyyəti barədə də mütəxəssis rəyi almalı olduğu halda bunu etməmişdir. Çünki sonradan buğdalar daha da yaxşı inkişaf edib bol məhsul veriblər, belə ki, hər il bütün buğda sahələrində olduğu kimi hər kəs müəyyən vaxt çərçivəsində buğda zəmisini mal-qaraya otarır ki, buğdanın boyu tez artmasın, vaxtında bol məhsul versin. Odur ki, iddiaçıya ziyan vurulmamışdır, tərtib edilmiş mütəxəssis rəyi natamamdır, çünki buğda zəmisinin biçin vaxtı olan son halı və götürülmüş məhsul barədə heç bir sənəd və sübut yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Hüseynov Əliheydər Sərdar oğl u kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərarın qəbul edilməsi xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Masallı Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 05.04.2018-ci il tarixli, 018 nömrəli məktuba əsasən, İddiaçı icarəyə verilmiş 13 dekabr 2016-cı il tarixli 24 saylı qərar əsasında ayrılmış 2.0 ha bələdiyyə mülkiyyəti torpaqğı hal-hazırda kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı istifadəsindədir. 30.03.2018-ci il tarixli, Masallı rayonu, Ərkivan bələdiyyəsinin aktına əsasən, Ərkivan qəsəbə sakini İddiaçı Masallı rayon Kənd Təsərrüfa tı İdarəsinə etdiyi müraciət əsasında Ərkivan qəsəbəsində olub ərizəçinin əkin sahəsinə baxış keçirmişlər. Baxış keçirən zaman məlum olmuşdur ki, sahə iri buynuzlu mal-qara və ev quşları tərəfindən otarılaraq yararsız vəziyyətə salınmışdır. Bu da gələcəkdə məhsulun ən azı 90% aşağı döşməsinə səbəb olacaqdır. Əkin sahəsinə dəymiş ziyan 4 ha sahənin şumlanması üçün 160 manat, 4 ha sahənin malalanması üçün 120 manat, 4 ha sahəyə buğdanın səpilməsi üçün 120 manat, 4 ha sahə üçün toxum (800 kq x 0.50 manat) 400 manat və 4 ha sahədən gözlənilən məhsul (90%) (8000 kq x 0.40 manat) 3200 manat, cəmi 4000 manat müəyyən edilmişdir. Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin 16.05.2018-ci il tarixli 056 saylı məktubuna əsasən, 1 ha sahənin şumlanması üçün 40 manat, 1 ha sahənin malalanması üçün 30 ma nat, 1 ha sahəyə buğdanın səpilməsi üçün 30 manat, 1 ha sahənin biçilməsi 50 manat, 1 ha sahədən biçilmiş məhsulun daşınması 20 manat, 1 ha sahə üçün toxum (200 kq x 0.50 manat) 100 manat və 1 ha sahədən gözlənilən məhsuldarlıq (2.26 ton x 350 manat) 791 manat. JN 336 saylı torpaq şəhadətnaməsinin surətinə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,99 ha pay torpağı verilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik dir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən maddi hüquq normalarını işin faktiki hallarına uyğun müqayisəli tədqiq edərək düzgün olaraq hesab etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində onun istifadəsində olan mal-qara nəzarətsiz qalaraq qonşu torpaq sahələrində otlamağa başlamış və nəticədə iddiaçının qanuni istifadəsində olan 3.0 ha torpaq sahəsin də məhsuldarlığın 90 faiz aşağı düşməsinə səbəb olmaqla ona zərər vurmuşdur. Mütəxəssis rəyi əsasında vurulmuş zərərin məbləğinin 1.0 ha üçün 791 manatın 90 faizi 711.9 manat təşkil etdiyi nəzərə alnaraq, iddiaçının qanuni istifadəsində olan 3.0 ha torpaq sahəsində məhsuldarlığın aşağı düşməsi nəticəsində sonuncuya ümumilikdə 2.135.7 manat ziyan dəymişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdeh mal-qarasının iddiaçının sahəsinə daxil olmasını mübahisələndirməmişdir. Sadəcə olaraq bunun nəticəsində əksinə olaraq sahənin məhsuldarlığının artıdığına istinad etsə də istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə iddiaçı üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələrək zərərə məruz qaldığını, mötəbərliyi aşağı instansiya məhkəməsi üçün şübhə doğurmayan sübutlarla sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərar dadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli, 2(106)-2636/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar