Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1109/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı, iddiaçılar X2, Cavabdeh1 İddiaçı1 və X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəzi zərər) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı X2, onun və digər ilk iddia üzrə Cavabdeh1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı X8 və ilk iddia üzrə Cavabdeh1 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 Cavabdeh1 qarşı “şərəf və ləyaqətin ləkələnməsinə görə vurulmuş zərərin alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona vurulmuş zərər kimi 100000 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X1 Cavabdeh1lər İddiaçı1 və X4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1lərin hərəsindən ayrılıqda 200000 manat maddi və mənə vi zərərə görə təzminatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlkin iddia üzrə İddiaçı1 iddiadan imtina edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 barədə qaldırdığı hazırki iddia tələbindən imtina etdiyini qeyd etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-*****/2019 saylı qərardadı ilə (hakim Əminə Abbasova) ilkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə Cavabdeh1 qarşı “şərəf və ləyaqətin ləkələnməsinə görə vurulmuş zərərin alınması” tələbi barədə ilkin iddiası üzrə icraata xitam verilməsi qərara alınmış, mülki işə qarşılıqlı iddia tələbinə dair hissədə qiymət verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X8 iddia tələbi onunla əsaslandırmışdır ki, onlara məxsus torpaq sahəsinin mübahisəsi Naxçıvan MR İnzibati İqtisad Məhkəməsində davam edir. İddiaçı1 dolayı yolla ona qarşı iddia qaldırdıqlarını ifadə edir. Mübahisəli torpaq sahəsi ilə bağlı qaldırılan iddiada İddiaçı1 adı çəkilir. Lakin ona hər-hansısa şər və ya böhtan atılmır. X15 məhkəmə proseslərində dəfələrlə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini onun məlumatı olmadan İddiaçı1 onun adına rəsmiləşdirilməsinə göstəriş vermişdir. Buna görə də iddia ərizələrində həmin vaxt **************** vəzifə səlahiyyətlərindən istifadə edərək bu hərəkətlərə yol verdiyini qeyd etmişlər. X9 sədri ************ Məhkəmə proseslərində torpaq sahəsinin onun iradəsindən asılı olmayaraq İcra başçısı İddiaçı1 göstərişi ilə ********** verilməsi barədə Qərar qəbul etdiyini etir af etmişdir. Bütün bunlar Naxçıvan MR İnzibati İqtisad Məhkəməsində keçirilən proseslərin protokollarında qeyd olunmuşdur. 2008-ci ildə ****** rayonunda iddiaçıya məxsus 5 otaqlı və həyətyanı sahəsi olan şəxsi mülkiyyəti həmin dövrdə icra başçısı işləmiş İddiaçı1 göstərişi ilə biabırçı bir vəziyyətdə sökdürüldü. Mənzildən hətta bir çox əşyalarını belə çıxarılmasına imkan verilmədən. Bütün bu hadisələr qəsəbə sakinlərinin gözü qarşısında nümayişkərcəsinə həyata keçirilmişdir. Belə olan halda ailəsinin yaşayış yerinin məcburi dəyişdirilməsi, peşəkar fəaliyyətin davam etdirilməsinin mümkün olmaması, qanuni hüquqların və mənafeyin pozulması formasında maddi və mənəvi zərər dəymişdir. Bu hadisələr kənardan və mənzilin içindən video görüntü formatında qeydə alınmış və hal hazırda həmin video gör üntülər ondadır. Ailəsinin yaşayış yerinin məcburi dəyişdirilməsi, peşəkar fəaliyyətin davam etdirilməsinin mümkün olmaması, qanuni hüquqların və mənafeyin pozulması formasında maddi və mənəvi zərər vurmayıbmı? Atası Cavabdeh1 evin söküntüsü zamanı salamat qalan bəzi tikinti materiallarını götürərək hazırda mübahisəsi gedən torpaq sahəsində kiçik bir evin tikintisini aparmaq və orada yaşama niyyətini bildirmişdir. İddiaçı1 isə orada gələcəkdə idman kompleksinin tikiləcəyini bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, İddiaçı1 orada özü üçün yaşayış kompleksi tikdirmiş və sənədləşməsini X15 adına aparılmasına göstəriş vermişdir. Hər iki halda mülkiyyət hüquqlarını pozmuş, onlara həm maddi və həm də mənəvi ziyan vermiş bu şəxsin ədalət qarşısında cəzasız qalmasının nəticəsidir ki, bu gü n İddiaçı1 yaxın keçmişdə onlara qarşı etdiklərini unudub və belə bir iddia ilə Məhkəməyə müraciət edib. İddiaçı1 oğlu X14 MR İnzibati İqtisad Məhkəməsində keçirilən proseslərə üçüncü şəxs qismində cəlb olunub. Lakin X15 Məhkəməyə teleqram vuraraq iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə prosesi zamanı teleqramla tanış olarkən həmin teleqramda X15 hüquqi məsuliyyət yaradan və qanunazidd ifadələrdən istifadə etdiyinin şahidi olmuşdur. Belə ki, X15 Cavabdeh1 saxtakarlıqda açıq aydın ittiham edərək günahlandırmışdır. Göründüyü kimi, ata, 3 övladı onlara həm maddi, həm də mənəvi zərər vurmaqda davam edir. Belə hesab edir ki, Naxçıvan M.R. İnzibati İqtisad Məhkəməsində keçirilən proseslərdə təqdim edilən sübutlarla və iştirakçıların izahatları ilə torpaq sahəsinin qanunsuz olaraq X17 verilməs i məsələsinin hərtərəfli araşdırılması İddiaçı1 müəyyən narahatçılıqlar yaradıb. Bunun nəticəsidir ki, 2018-ci ilin dekabr ayından tərəflərindən başladılan məhkəmə proseslərində yox, indiki ədalətli və hərtərəfli araşdırma aparılan Məhkəmə prosesindən sonra Cavabdeh1 qarşı iddia irəli sürür. Bu hal da İddiaçı1 bir daha qərəzli mövqe nümayiş etdirdiyini göstərir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(011)-****/2019 nömrəli qətnaməsi ilə (hakim Əminə Abbasova) qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2008-ci ildə ****** rayonunda qarşılıqlı iddia üzrə iddiaçıya məxs us 5 otaqlı fərdi yaşayış evi və həyətyanı sahəsi olan şəxsi mülkiyyət qarşılıqlı iddia üzrə Cavabdeh1 İddiaçı1 göstərişi ilə qanunsuz olaraq sökdürülmüş və bununla da ona və onun ailəsinə maddi və mənəvi ziyan vurulmuşdur. Lakin qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə iddiasının əsasını təşkil edən bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 89.1 və 89.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə qarşılıqlı iddia üzrə iddiaçı X7 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova- sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Ülvi Mayılov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-****/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı iddiasını sübut etmək məqsədilə məhkəməyə 01 ədəd CD disk təqdim etmişdir. Həmin CD diskə birinci instansiya və apellyasiyası məhkəməsi tərəfindən baxış keçirilərkən görüntülərdə bağ sahəsində yerləşən, içərisində əşyalar olan fərdi yaşayış evinin bəzi hissələrinin söküldüyü aşkar edilmişdir. Lakin həmin görüntülərdə sökünt ü işlərinin qarşılıqlı iddia üzrə Cavabdeh1 İddiaçı1 göstərişi əsasında aparıldığını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə iddiasının əsasını təşkil edən halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. O ki qaldı qarşılıqlı iddia üzrə iddiaçının Cavabdeh1lərə qarşı mənəvi ziyanla bağlı tələbinə, bu barədə də məhkəmə kollegiyası hesab etmişdir ki, həmin tələb əsas tələb, yəni maddi ziyanın ödənilməsi barədə olan tələbə əlavə tələb olduğundan və əsas tələbin təmin olunmaması səbəbindən bu tələbin də təmin olunması üçün hər hansı əsas yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Qarşılıqlı iddiaçı X8 (vəkil Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2008-ci ilin may ayında ****** Rayon İcra Hakimiyyətinin sabiq başçısı İddiaçı1 rayonda aparılacaq tikinti abadlıq işlərinin davamı kimi mülkiyyətində olan mənzili əvvəlcədən əvəzi ödənilmədən sökdürmüşdür. Mənzilin sökülməsi ilə əlaqədar ödəniləcək kompensasiyanı belə verməmişdir. Söküntü zamanı müəyyən tikinti materiallarını götürərək ****** Rayon Mədəniyyət evinin alt hissəsində yerləşən torpaq sahəsində yaşamaq üçün ev tikmək istəsə də İddiaçı1 buna qərəzli olaraq icazə verməmiş və bu torpaq sahəsində guya İdman Kompleksinin tikiləcəyini bildirmişdir. ****** rayon İcra Hakimiyyətinin xx.xx.2019-ci il tarixli 20/**** saylı Xətai rayon Məhkəməsinə ünvanladığı rəsmi məlumatlarda, ünvan2 mənzilin sökülməsi, söküldüyü təqdirdə söküntü işlərinin aparılmasına icazənin verilməsi barədə ***** Rayon İcra Hakimiyyətinin arxivində və ****** Rayon Dövlət Arxivində sərəncam və yaxud da hər hansı bir məlumatın aşkar olunmadığı qeyd edilmişdir. Belə nəticəyə gəlmək olar ki, həmin dövrdə *** *** Rayon İcra Hakimiyyətinin başçısı işləmiş İddiaçı1 vəzifə səlahiyyətlərindən sui istifadə etmiş və vəzifə səlahiyyətlərini aşmışdır. Bu məsələ ilə bağlı heç bir vaxt iddialı olmamış və bunu mübahisələndirməmişdir. Lakin İddiaçı1 Xətai rayon Məhkəməsində iddia qaldıraraq maddi təzminat tələbi irəli sürməyi, tərəfindən adekvat addım atmağa onu məcbur etmişdir. 2019-cu ilin dekabr ayınadək söküntünün qanun əsasında aparıldığı zənn edilsə də, İddiaçı1 qaldırdığı iddiadan və Məhkəmənin gedişatında həqiqətlərin ortaya çıxması onu göstərdi ki, söküntü işləri tam qanunsuz aparılmışdır. Bir daha qeyd etmişdir ki, inzibati orqandan yəni, ****** İcra hakimiyyətindən və hazırki İcra başçısından heç bir tələbi və iddiası yoxdur. Məlum qətnamədən belə görünür ki, torpaq sahəsi mübahisələndirilir. Bu belə deyil, qarşılıqlı iddia üzrə ilkin İddiaçı1 qarşılıqlı iddia tələbinin əsası ondan ibarətdir ki, X5 məxsus ünvan3 ünvanında yerləşən mənzilin qeyri qanuni sökülməsi üçün göstəriş məhz İddiaçı1 tərəfindən verilib. Bunun da nəticəsində yaşayış yerinin məcburi dəyişdirilməsi və peşakar fəaliyyətlə məşğul olmaq üçün məhdudiyyətlər yaranmışdır. Beləliklə də ona və ailəsinə həm maddi və həm də mənəvi zərər dəymişdir. Məhkəmə proseslərində şahidlərin ifadələri və tərəfindən təqdim edilmiş mənzilin sənədləri, mənzilin CD formatında çəkilmiş video görüntülərində qarşılıqlı iddianın sübutu üçün yetərli qədər məlumatlar olsa da, işə baxan hakim qətnamədə heç bir mötəbər sənəd və ya sübut təqdim edilmədiyini bildirmişdir. Beləliklə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliy in tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı1 məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İlkin iddiaçı X3 məhkəməyə teleqram ünvanlayaraq, kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirak ı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı X8 və vəkili Vəkil1 kasasiya şikayətinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əld ə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının qeyd edilən hissədə ləğvi xahiş ed ildiyindən məhkəmə aktı yalnız həmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlillərə münasibətdə bildirir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətininn dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması həyata keçirilərkən də iş materialları ilə qarşılıqlı iddianın təmin edilməsinə əsas verə biləcək hər hansı sübut müəyyən edilməmişdir. Belə olan halda, qarşılıqlı iddiaçının kasasiya şikayətində göstərmiş olduğu dəlillər apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı X8 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.