Məhkəmə qərarları › İş №2(102)-1109/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1109/2025

13.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mül
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1109/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun müdafiəsi (vindikasiya), delikt nəticəsindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, naturada bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3852/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən avtoyuyucu kimi fəaliyyət göstərmiş, dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşmiş sahəsi 67,2 kv.m olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. ünvan 2 əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh1 MMC-nin xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi (şadlıq sarayı) inşa edilərkən iddiaçının mülkiyyətində olan avtoyuyucu onun öz raz ılığı ilə əvəzinin ödənilməsi şərti ilə sökülmüş, lakin bunun müqabilində iddiaçıya kompensasiya ödənilməmişdir.

4. Hazırda sökülmüş avtoyuyucunun yerləşdiyi torpaq sahəsi «NEOLİT HALL» şadlıq sarayının ön hissəsindəki əraziyə düşür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia qaldıraraq mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (avtoyuyucu) istifadədə olan torpaq sahəsi ilə birlikdə boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən alınmasını, həmin qeyri-yaşayış sahəsini çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 manat məbləğində pulun, vurulmu ş mənəvi ziyana görə 100000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

6. X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin arxa hissəsində boş olan torpaq sahəsində tikinti işləri aparaq indiki “Neolit Hall” şadlıq evini tikməyə başlamışlar. 2015-ci ildə tikili sonlanan zaman üçüncü şəxs X7 və Cavabdeh2 şifahi qaydada ona məxsus olan əmlakı boşaltması və bunun müqabilində ona başqa ərazidən dəyəri 350.000 manat olan DƏDRX-dən qeydiyyatdan keçmiş torpaq alacağı təklif etmiş, o da aralarında uzun müddət iş birliyi v ə dostluq münasibəti olduğundan razılaşmışdır. Lakin ona heç bir vəsait ödənilməmişdir. Cavabdehlər sökdükləri qeyri-yaşayış sahəsini bu günədək “Neolit Hall” şadlıq evinin ödənişli dayanacağı kimi istifadə edərək gəlir əldə edirlər. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi kimi Cavabdeh2 cavabdeh olaraq iddia ərizəsində göstərməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və o, həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2742/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Be lə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi əsas nəticə ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin düzgün seçilməməsi və işə baxan birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədən prosessual pozuntu etməsi səbəb olmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ona izah etmişdir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Keçən 7 il ərzində obyektindən əvəzsiz istifadə etmə nəticəsində ona əldən çıxmış fayda qismində 180.000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda keçən müddət ərzində mülkiyyətini geri almaq üçün cavabdehlə apardığı da nışıqlar prosesində, cavabdehin ona təzyiqləri nəticəsində, mənəvi cəhətdən ailəvi olaraq olduqca böyük sarsıntılar keçirib və maddi baxımdan da ailəvi olaraq çox pis vəziyyətə düşmüşlər. Cavabdeh isə avtoyuyucunu sökərək öz ərazisinə qatmış və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etməkdədir. Göründüyü kimi, cavabdeh onun mülkiyyətini kobud şəkildə mənimsəmişdir. Buna görə də, cavabdeh mülkiyyətindən məcburi qaydada çıxarılmalı və ona məxsus olan obyekti texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsi üzərinə qoyulmalıdır. Cavabdeh ona məxsus olan mülkiyyətini qaytarmaq əvəzinə, onu sökərək pullu dayanacaq kimi istifadə edərək pul qazanır ki, bu da onun qanunla qorunan mülkiyyət hüququnu birbaşa pozaraq əsassız varlanma hesabına onun əmlakının hesabına pul əldə edir.

8. Cavabdeh "xxxx" MMC iddia tələbinə qarşı etiraz verərək qeyd etmişdir ki, hər iki iddia ilə bağlı iş üzrə Cavabdeh1 MMC və İddiaçı tərəfdirlər. Mübahisəli qeyri-yaşayış tikilisi ilə bağlı tələblərin əsasları da eyni olmuşdur. İddianın predmetinin aid olduğu İddiaçı məxsus adı çəkilən 67,2 kv.m tikilinin olduğu yerin Cavabdeh1 MMC-yə məxsus və istifadəsində olan torpaq sahəsindən kənarda yerləşməsi halının müəyyən edildiyinə dair artıq qanuni qüvvəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Bu baxımdan da qeyd olunan halın yenidən araşdırılması yol verilməzdir və qanuni qüvvəsində olan qətnamədə müəyyən edildiyi kimi qəbul edilməsi hazırkı işə baxan məhkəmə üçün məcburi prosessual tələbdir. Ona görə də, məhkəmədən iddia ərizəsinə baxılark ən, qeyd olunanların nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2144/2022 nömrəli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi bu günədək Cavabdeh1 xüsusi mülkiyyətindədir və cəmiyyət mülkiyyətində olan əmlak üzərində müstəqil şəkildə mülkiyyət hüquqlarını həyata keçirir. İddiaçı məhkəməyə təqdim etdiyi iddiasında və iddia tələbinin artırılması barədə ərizədə göstərmişdir ki, cəmiyyət mübahisə predmeti olan əmlakı cəmiyyətə məxsus əmlak kimi göstərərək xx.xx.2015-ci il tarixdə qanunsuz olaraq çıxarı ş almışdır. Lakin göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmçinin bundan əvvəlki məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçıya məxsus və hazırda mübahisələndirilən əmlak Cavabdeh1nə məxsus əmlakdan kənarda yerləşir və cəmiyyət iddiaçının mülkiyyətində olan əmlakı öz əmlakına əlavə etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 157.2, 157.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddənin 2-ci hissələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin hansı əraziləri əhatə etməsi və onun koordinatlarının müəyyən olunması ilə bağlı ekspertizanın keçirilməsi üçün məhkəməyə təqdim etdiyi vəsatət məhkəmə tərəfindən təmin edilmədiyi üçün özü DƏDRX-nə müraciət etmiş və buna müvafiq olaraq ona verilmiş arayışda G tikintisinin (avtoyuyucunun) ona aid olması, sonradan notarial bölgüyə əsasən avtoyuyucunun yeni ünvan alaraq ayrılması, bölgü sxeminə əsasən avtoyuyucunun binasının faktiki Cavabdeh1 MMC-nin istifadəsində olan 4.105 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini, lakin hal-hazırda qeyd olunan sökülən avtoyuyucunun binasının arxivdə olan döngə nöqtələrinin koordinatlarının digər qonşuluqda olan “Şərq” şadlıq sarayının ərazisinə düşdüyü, arxiv koordinatların düzgün göstərilmədiyi, ortofotonun 2008-ci il görüntüsünə əsasən arxiv koordinatlarının səhv olduğunun müəyyən edilmədiyini göstərərək koordinatların tərtib olunaraq akta əlavə olunub ona təqdim ediləcəyi qeyd olunmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-688/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir, rəydə qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu, M.Əliyev 9A ünvanında yerləşən (81.6 kv.m) torpaq sahəsinin koordinatları ilə M.Əliyev 9 ünvanında yerləşən Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilir. Baxış zamanı əldə olunmuş məlumatlar əsasında hesablama aparılaraq Cavabdeh1 MMC-nin faktiki istifadəsi kimi təqdim olunan sahənin 19.712,07 kv.m təşkil etməsi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, xx.xx.2007-ci il tarixli 01055793 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X2 istifadəsində olmuş 2 mərtəbəli ümumi sahəsi 4320.9 kv.m, tikintialtı sahəsi 1323.8 kv.m olan A1 tikilisinin “AQAS” firmasının istifadəsində olmuş 4.1052 ha torpaq sahəsinin daxilində olduğu və ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışla və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 2120 nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqavi ləsi ilə Nizami rayonu, M.Əliyev 9,2404-cü məhəllədə (4.1052 ha torpaq sahəsinin bir hissəsində yerləşmiş) “AQAS” firmasının mülkiyyətinə verilmiş 1.97082 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, arxiv qovluqda mövcud olan xx.xx.2007-ci il tarixli **********17-12301 reyestr nömrəli texniki pasporta əsasən ümumi sahəsi 7553.6 kv.m, əsas sahəsi 4069.0 kv.m və köməkçi sahəsi 3484.6 kv.m olan özəl tikilinin biri də “G” literli tikili (avtoyuyucu) olmuş və tikintialtı sahəsi 81.6 kv.m, ümumi sahəsi 67.2 kv.m kimi X3 adına paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli bölgü sxeminə əsasən “G” literli tikili və istifadədə olan 288.6 kv.m torpaq sahəsi ilə birlikdə xx.xx.2008-ci il tarixli texniki pasport verilmişdir. Mütəxəssis rəyinə əsasən, ünvan 4 ünvanında İddiaçı istifadəsində olan 288,65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67.2 kv.m qeyri-yaşayış sahəsi, G tikilisi (avtoyuyucu) Cavabdeh1 MMCnin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin qonşuluğunda yerləşən “AQAS” firmasının yerdə qalan və istifadəsində olan 2.13438 ha torpaq sahəsinin daxilində yerləşmişdir (sözügedən “G” literli tikili (avtoyuyucu) faktiki olaraq sökülmüşdür).

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-688/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: İkram Şirinov-sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Nizami rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilərək Cavabdeh2 qarşı iddia tələbi üzrə icraata xitam verilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-688/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanması üçün apellyasiya baxışı zamanı, məhkəmə-tikinti ekspertizası keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10/1805 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə Bakı şəhəri Nizami rayonu, M.Əliyev 9A ünvanında yerləşən (81.6 kv.m) torpaq sahəsinin koordinatları ilə M.Əliyev 9 ünvanında yerləşən Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin koordinatları nın üst-üstə düşmədiyi, eyni zamanda da həmin sahənin Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin qonşuluğunda yerləşən “AQAS” firmasının yerdə qalan və istifadəsində olan 2.13438 ha torpaq sahəsinin daxilində yerləşməsi (sözügedən “G” literli tikili (avtoyuyucu) faktiki olaraq sökülmüşdür) müəyyən olunmuşdur.

18. Məhkəmə kollegiyası onu qeyd etmişdir ki, iddiaçı özü də iddia ərizəsində açıqaydın şəkildə hazırda ona qaytarılmasını tələb etdiyi 67.2 kv.m. tikilinin (avtoyuma yerinin) satılmasına dair razılığa gəldiyini, bu razılaşmadan sonra isə həmin tikilinin söküldüyünü təsdiq etmişdir. Başqa sözlə, iddiaçı hazırda tələb etdiyi sahəni öz razılığı ilə satdığını və bundan sonra isə həmin tikilinin söküldüyünü yazılı ərizəsində bəyan etmişdir. Belə olan halda isə müəy yən olunmuşdur ki, iddiaçının faktiki mövcud olmayan “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması və s.” ilə bağlı tələbi aşkar şəkildə əsassızdır və təmin oluna bilməzdi.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 148.2, 152.1, 157.2, 157.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)337/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), İspəndiyar Şəfiyev, Əhm əd Əhmədov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

22. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü ildə qeydə alınmışdır. Qeyri-yaşayış sahəsi sökülmüş olsa da, daşınmaz əmlakın dövlət qeydiyyatı ləğv edilməmiş və qüvvədədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,00816 ha torpaq sahəsi dövlət mülkiyyətində olsa da reyestr qeydinə görə iddiaçının istifadəsində olması müəyyən olunur.

23. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun və torpaq sahəsi üzərində istifadə hüququnun mövcudluğu na istinad edərək əsas tələb olaraq əmlakının qeyri-qanuni sahiblikdən geri qaytarılması və daşınmaz əmlakın əvvəlki vəziyyətdə bərpasını tələb edir. İddiaçının tələbi məhz Mülki Məcəllənin 152 və 157.2-ci maddəsinin təsiri altına düşür. Çünki hazırkı halda iddiaçının tələbi onun mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir.

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq baxılan iş üzrə ekspertiza tədqiqatının aparılması, rəy alınmalı olmasını müəyyən etsə də, faktiki olaraq mübahisənin düzgün həll olunmasına yönələn sualların ekspert qarşısında qoyulmasını təmin etməmiş və ya qoyulmuş sualların ekspert tərəfindən tam cavablandırılmadığına əhəmiyyət verməmişdir.

25. İşin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, mübahisəli qeyri-yaşayış sahəsinə aid olan daşınmaz əmlak vahid əmlak kimi mövcud olmuş, sonra mülkiyyətçi olan iddiaçı tərəfindən 4 hissəyə bölünərək özgəninkiləşdirilmiş, bundan sonra bağışlama qaydasında özgəninkiləşdirdiyi hissəni alqısatqı müqaviləsi əsasında geri, öz mülkiyyətinə qaytarmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarına əsasən, müvafiq əqdlər bağlanarkən ayrılma cizgiləri tərtib olunmuş və məhz həmin cizgilər əsasında reyestrdə sonrakı dəyişikliklər aparılmışdır.

27. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, o aldadılmış, ilkin razılıq əldə olunmasına baxmayaraq, əmlak əvəzi ödənilmədən ondan alınmış, sökülmüş, sonradan əvəzinin ödənilməsindən imtina edilmişdir.

28. İşə baxan məhkəmələr qəbul edirlər ki, əmlakın özgəninkiləşdirilməsinə şifahi razılıq olmuş, əmlak sökülmüşdır. Lakin işin araşdırılmış hər hansı halı ilə əmlakın əvəzinin ödənilməsi müəyyən edilmir, məhkəmələr isə bununla bağlı heç bir araşdırma aparmamışlar. Məhkəmələr əmlakın digər tərəfə verilməsində iddiaçının razılığının olmasına istinad etməklə kifayətlənmişlər.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının daşınmaz əmlakın sahiblik, istifadə və sərəncam hüquqlarını təsdiq edən sübutların mövcudluğuna, əmlak özgəninkiləşdirilərkən hər hansı notariat qaydasında təsdiqlənmiş əqdin mövcud olmamasına, əmlakın əvəzinin ödənilməməsinə, cavabdeh tərəfin göstərdiyi qaydada və əsaslarla əmlakın əldə edilməsinin mümkünlüyünə, daşınmaz əmlak mövcud olmasa da onun qeydinin qalmaqda davam etməsinə, məhv olunmuş əmlak k imi reyestr qeydinin ləğv olunmamasına, iddiaçının hazırkı tələbi irəli sürməsi üçün subyektiv hüququ müəyyən edən qanuni qüvvədə olan qətnamənin olmasına, tələblər içərisində əmlakın əvvəlki vəziyyətə gətirilməklə ona geri təhvil verilməsinə dair tələbinin mövud olmasına əhəmiyyət verməmiş və göstərilən dəlillərin aydınlaşdırılması ilə bağlı hər hansı araşdırma aparmamaqla iddianın təmin olunmaması nəticəsinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

30. Digər tərəfdən göstərildiyi kimi birinci instansiya məhkəməsində baxılan iş üzrə xüsusi bilik tələb edən sualların aydınlaşdırılması zəruri olsa da (hətta verilmiş vəsatət rədd edilmiş) əvvəlki icraatda keçirilmiş ekspertizanın nəticəsinə görə verilən rəyi kifayətedici rəy hesab etmiş, tələbin yönəldiyi digər cavabd ehin olmasına əhəmiyyət vermədən məhkəmənin gəlmiş olduğu nəticəsini preyudisial əhəmiyyətə malik olan hal kimi qəbul (halbuki həmin işdə işin mahiyyəti üzrə məhkəmənin müəyyən etdiyi hər hansı hal olmamışdır) edərək iddiaçının dəlillərinin yenidən araşdırılmasına ehtiyac olmadığını göstərmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi isə faktiki olaraq iddiaçının iddiasında göstərdiyi və apellyasiya şikayətində təkrarladığı dəlili, yəni onun istifadəsində olan torpaq sahəsindən və mülkiyyət hüququnun qeydə alındığı qeyri-yaşayış sahəsinin sökülərək ərazisindən avtomaşınların dayanacağı kimi istifadə edilməsi üzrə heç bir araşdırma aparmamışdır. Faktiki olaraq məhkəmə tərəfindən həmin sahədən avtomaşınların dayanacağı kimi istifadə edilməsi, həmin daya nacağı idarə edən şəxsin kim olması, hansı səbəbdən iddiaçının istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin və qeyri yaşayış sahəsinin yerləşdiyi ərazinin hasara alınması, məhz hasara alınmanın kimin tərəfindən həyata keçirilməsi, oradan kimin istifadə etməsi müəyyən edilməmiş qalmışdır.

32. Halbuki iddiaçının torpaq sahəsi ilə Cavabdeh1 MMC-nin torpaq sahələrinin koordinatarının üst-üstə düşməsi ilə bağlı mübahisə olmamış, daşınmaz əmlakın həmin əmlaklarla bağlı qeydiyyatı ilə bağlı mübahisə də mövcud deyildir. İddiaçı iddia etmişdir ki, onun istifadəsində olan torpaq sahəsi və mülkiyyətində olan qeyri-yaşayış sahəsi məhz cavabdehlərin faktiki istifadəsindədir. Tələbi isə əmlaklarının qanunsuz sahiblikdən geri qaytarılması və əvvəlki vəziyyətinin bərpa edilərək ona təhvil verilməs i ilə bağlıdır.

33. Bu halda isə bu qərarının 80-ci bəndində göstərilənlərin aydınlaşdırılması ilə yanaşı nəzərə alınmalı idi ki, artıq qanuni qüvvədə olan qətnamə ilə cavabdeh MMC-nin təsisçisi Cavabdeh2 qarşı iddia rədd olunmuşdur. İddianın rədd olunmasının əsası tələbin ona cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi ilə bağlı olmuşdur. Belə ki, tələb ayrıca mülkiyyətçi olan şəxsə və ya hüquqi şəxsə qarşı deyil, hüquqi şəxsin təsisçisinə qarşı yönəldilmişdir. Halbuki Mülki Məcəlləninin 52.2-ci maddəsinin tələbi baxımından təsisçi hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımır. Həmin iş üzrə işin mahiyyəti ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Lakin məhkəmələr həmin iş üzrə müəyyən etmişlər ki, iddiaçı mülkiyyətində olan əmlakın qanunsuz sahiblikdən geri qaytarılması və əm lakın bərpa edilməsinin tələb edilməsi üçün subyektiv hüquqa malik olan şəxsdir.

34. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Cavabdeh1 MMC 11 noyabr 2015-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Dövlət Reyestrində qeydə alınmışdır. "xxxx" MMC-yə məxsus əmlaklar xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi bugünədək onun xüsusi mülkiyyətindədir.

35. Göründüyü kimi ekspert qarşısında qoyulmuş 5-ci sual işin faktiki halları və düzgün həlli üçün əhəmiyyətli olmaması ilə yanaşı bütün mülkiyyətçilərə aid torpaq sahələrinin yerquruluşunun müəyyən edilməli, onun tam cavabdandırılmaması və rəyin aydın olmaması nəzərə alınmalı idi. Apellyasiya instansiya məhkəməsi isə suala verilən rəyin aydın və tam olmamasına əhəmiyyət verməmiş və həmin rəyi möhtəbər sübut olaraq qəbul etmişdir.

36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, mülkiyyətin müdafiəsini təmin edən bu normalar əsasında iddianın düzgün həlli üçün cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə qəsdin, mərhumetmənin olub-olmaması, əgər vardırsa belə müdaxilənin qanuni, yoxsa qanunsuz olması müəyyən edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3852/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov, Məmməd Məmmədov, Fuad Talışinski) İddiaçı ape llyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilmiş, İddiaçı iddiası Cavabdeh1nə aid hissədə təmin edilməmişdir.

38. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7172 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə-xx.xx.2007-ci il tarixli, AN-İ N0143790 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 ünvan 6 ünvanında «AQAS» firmasının istifadəsində olmuş 4.1052 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyriy aşayış sahəsi, ümumi sahə 0.1782 ha, tikinti altı sahə 0.9788 ha olan A tikilisi (Şadlıq evi) əvvəllər «AQAS» firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin hansı şimal-qərb istiqamətində künc hissədə yerləşir. (rəyin tədqiqat hissəsinə əlavə edilmikş peyk görüntüsündə göstərilmişdir) Qərardadın ikinci sualı üzrə-xx.xx.2007-ci il tarixli AN-İ N0105793 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 ünvan 6 ünvanında «AQAS» firmasının faktiki istifadəsində olan 4.1052 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsi, ümumi sahə 4320.9 kv.m, tikinti altı sahə 0.13238 ha olan A1 tikilisi (Şadlıq evi) əvvəllər «AQAS» firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007- ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin hansı cənub hissəsində yerləşir. (rəyin tədqiqat hissəsinə əlavə edilmikş peyk görüntüsündə göstərilmişdir) Qərardadın üçüncü sualı üzrəxx.xx.2007-ci il tarixli 4Ə-5-1035 saylı reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 Bakı şəhəri, Nizami rayonu, ünvan 7 ünvanında, «AQAS» firmasının faktiki istifadəsində olan 4.1052 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahə 67.2 kv.m, tikinti altı sahə 81.6 kv.m olan G tikilisi (avtoyuyucu) əvvəllər «AQAS» firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin hansı şimal istiqamətində künc hissədə yerləşir. (rəyin tədqiqat hissəsinə əlavə edilmikş peyk görüntüsündə göstər ilmişdir) Qərardadın dördüncü sualı üzrə-xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bağışlanmış və hazırda mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km y/sahəsi, Nəsimi küçəsi 9A (əvvəlki ünvan 8 ünvanında yerləşən, ümumi sahə 67.2 kv.m qeyri-yaşayış sahəsi olan G tikilisi (avtoyuyucu) əvvəllər «AQAS» firmasının istifadəsində olan 4.1052 ha torpaq sahəsinə aid Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin şimal istiqamətində künc hissədə yerləşir. (rəyin tədqiqat hissəsinə əlavə edilmikş peyk görüntüsündə göstərilmişdir) Qərardadın beşinci sualı üzrə- Texniki Pasportlarında (xx.xx.2007-ci il tarixli və xx.xx.2008ci il tarixli) göstərilən parametrlərə əsasən, ünvan 4 ünvanın da yerləşən İddiaçı istifadəsində olan 288.65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67.2 kv.m qeyri-yaşayış sahəsi, G tikilisinin (avtoyuyucu) yerləşdiyi ərazinin faktiki vəziyyətdə «NEOLİT HALL» şadlıq sarayı kimi istifadə olunan qeyri-yaşayış binasının önündə yerləşən sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. (sxemdə göstərilib) Həmin sahəninin kimin faktiki istifadəsində və ya mülkiyyətində olmasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla tikinti texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyildir.

40. Məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan 67.2 kv.m qeyri-yaşayış sahəsinin (G tikilisi (avtoyuyucu)) yerləşdiyi ərazi faktiki vəziyyətdə «NEOLİT HALL» şadlıq sarayı kimi istifadə olu nan qeyri-yaşayış binasının önündə yerləşir.

41. İddia tələbinin əmlakın qeyri-qanuni sahiblikdən geri alınması və əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın düzgün həlli üçün cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə qəsdin, mərhumetmənin olub-olmaması, əgər vardırsa belə müdaxilənin qanuni, yoxsa qanunsuz olması müəyyən edilməlidir. İşin mübahisəsiz hallarına əsasən, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü ildə qeydə alınmışdır. Qeyri-yaşayış sahəsi iddiaçının razılığı ilə sökülmüş, lakin daşınmaz əmlakın dövlət qeydiyyatı ləğv edilməmiş və qüvvədədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,00816 ha torpaq sahəsi dövl ət mülkiyyətində olsa da, reyestr qeydinə görə iddiaçının istifadəsində olması müəyyən olunur. İddiaçı özü də iddia ərizəsində açıq-aydın şəkildə hazırda ona qaytarılmasını tələb etdiyi 67.2 kv.m. tikilinin (avtoyuma yerinin) satılmasına dair razılığa gəldiyini, bu razılaşmadan sonra isə həmin tikilinin söküldüyünü təsdiq etmişdir. Başqa sözlə, iddiaçı hazırda tələb etdiyi sahəni öz razılığı ilə satdığını və bundan sonra isə həmin tikilinin söküldüyünü yazılı ərizəsində bəyan etdiyindən, məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətinə qəsdən söhbət gedə bilməz.

42. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının bərpasını tələb etdiyi qeyri-yaşayış sahəsi cavabdehin istifadəsində olan və şadlıq sarayı kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının önündə yerləşdiyindən, avtoyuyucu yerini n əvvəlki vəziyyətə gətirilməsi cavabdehin özünə məxsus əmlakdan təyinatı üzrə istifadə etməsini mümkünsüz edəcəyindən hazırkı işin halları baxımından iddiaçının mülkiyyətinin naturada bərpa edilməsi mümkün deyil. İddiaçı apellyasiya icraatında əmlakın dəyərini deyil, məhz əvvəlki vəziyyətin bərpasını tələb etdiyindən hazırkı halda əmlakın dəyərinin müəyyən edilməsinə zərurət yoxdur.

43. Məhkəmə hazırkı işin halları ilə iddiaçının əmlakından məhrum olduğu sübut olunduğundan və əvvəlki vəziyyətin bərpası mümkün olmadığından iddiaçıya özünə məxsus əmlakın dəyərini tələb etmək hüququ olduğunu izah etmişdir.

44. Məhkəmə kollegiyası iddia tələbinin maddi və mənəvi ziyanla bağlı hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi araşdırılarkən, cavabdehin həmin əmlaka vicdanlı və ya vicdansız sahiblik etməsi də araşdırılmalı, iddia tələbinin həmin hissəsinə Mülki Məcəllənin 157.5-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməlidir. İşin halları ilə müəyyən edilir ki, hazırkı mülki iş üzrə cavabdeh vicdanlı əldə edən olmuşdur. Belə ki, iddiaçı özü də iddia ərizəsində, apellyasiya və kassasiya şikayətində açıq-aydın şəkildə tikilinin (avtoyuma yerinin) satılmasına dair razılığa gəldiyini, bu razılaşmadan sonra isə həmin tikilinin məhz özünün razılığı ilə söküldüyünü təsdiq etmişdir. Həmçinin hazırkı iş üzrə iddiaçı, xüsusi mülkiyyətindən məhrum olması nəticəsində əldən çıxmış fayda tələb etsə də, iddiasını qeyd edilən hissələrdə kifayət qədər əsaslandırılmış və bu halı təsdiq edəcək hər hansı sübut (ə vvəlki dövrə aid hər hansı icarə müqaviləsi, əldə edilmiş qazancdan vergi ödənişləri və.s) təqdim etməmişdir.

45. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi “vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi” hissələrində də təmin edilməməlidir.

46. Eyni zamanda, məhkəmə kollegiyası iddia tələbinin vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı işin halları ilə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmir. Həmçinin, nəzərə alınmalıdır ki, mənəvi ziyan tələbi digər tələblərdən irəli gələn tələb olduğundan və məhkəmə kollegiyasının yuxarıda qeyd edilən mövqeyinə görə iddia tələbi digər hissələrdə təmin edilmədiyindən mənəvi ziyanın tutulması hissəsində də təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq, məhkəmə kollegiyası hesab etmişdir ki, qeyri-yaşayış sahəsi guya iddiaçının razılığı ilə sökülmüşdü r. Məhkəmənin bu əsassız mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, hazırda qaytarılmasını tələb etdiyi 67.2 kv.m. tikilinin (avtoyuma yerinin) 350.000 manata satılmasına dair razılığa gəlmək həmin tikilinin sökülməsinə razılıq vermək anlamına gələ bilməz. Razılığa gəlmək deməkdir ki, tərəflər razılaşdıqları əqdi rəsmiləşdirməlidir. Lakin cavabdeh guya şifahi razılıqlarına baxmayaraq, əmlakın dəyərini, yəni 350.000 manatı bu günə kimi ona ödəməmişdir. Cavabdehlə aralarındakı razılıq doğrudan da mövcud olsa idi, onda cavabdeh bu razılaşmanın reallaşması üçün üzərinə götürmüş öhdəliyi icra edərdi, yəni razılaşdığı məbləği ona verərdi. Öhdəliyin bu günə kimi cavabdeh tərəfindən icra olunmaması onu göstərir ki, onlar arasında olan razılıq baş tutmamışdır. Cavabdehin onun obyektini sökməkdə məqsədi onun yerləşdiyi hasarla cavabdehin sahəsindən ayrılmış 0,03 ha torpaq sahəsindən avtodayanacaq kimi istifadə etmək olmuşdur. Onun obyekti ilə şadlıq sarayı arasında təxminən 100-120 metr məsafə vardır ki, bu da bərpasını tələb etdiyi qeyri-yaşayış sahəsi şadlıq sarayı kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının təyinatı üzrə istifadə edilməsini mümkünsüz etmir. Yəni onun mülkiyyətində olan tikilinin bərpası praktiki cəhətdən mümkündür. Ötən müddət ərzində əmlakından məhrum olduğu üçün gəlirdən də məhrum olmuşdur. Əldən çıxmış gəlir (əldən çıxmış fayda) də 180000 manat təşkil edir. Avtoyuyucu 24 saat fəaliyyət göstərən 3 tikilidən ibarət olmuşdur. Əldən çıxmış gəliri müvafiq ekspertiza ilə müəyyən etmək mümkündür, hətta bu barədə birinci instansiya məhkəməsinə vəsatət də verilmişdir. M əhkəmə kollegiyası iddia tələbinin maddi və mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi araşdırılarkən, cavabdehin həmin əmlaka vicdanlı və ya vicdansız sahiblik etməsi də araşdırılmalıdır. İşin hallarından və hazırkı mübahisədən də görünür ki, cavabdeh onun əmlakına vicdansız sahiblik etməklə, onun mülkiyyətindən və gəlirindən məhrum etmişdir. Bu səbəbdən də mülkiyyətçi kimi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, əmlakının cavabdehdə olduğu bütün vaxt ərzində götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb etmişdir. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mülki iş üzrə cavabdeh vicdanlı əldə edən olmuşdur. Buna görə də məh kəmə kollegiyası cavabdehdən maddi və mənəvi ziyanın tutulmasından söhbət gedə bilmədiyi qənaətinə gəlmişdir. Tikili onun razılığı ilə sökülmədiyi halda, cavabdeh əmlakın dəyərini ödəmədən, onun konstitusiya ilə qorunan mülkiyyəti üzərində sərəncam hüququ əldə etmədən əmlakına sahiblik etməsində hansı vicdanlı sahiblikdən söhbət gedə bilər. Mənəvi ziyanla bağlı isə qeyd etmişdir ki, fəaliyyət göstərən obyektinin sökülməsi, onun əmlakından məhrum olmağı ona tək maddi ziyanla deyil, həm də mənəvi zərərin dəyməsi ilə nəticələnmişdir. Belə ki, qanun əsasında ona mənsub olan hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş, faktiki iş yerini itirmiş, fəal ictimai həyat tərzindən məhrum olmuş, hüquqlarının bərpası ilə müvafiq dövlət orqanlarına və məhkəmələrə çox saylı müra ciətlər etmişdir. Bir sözlə cavabdeh tərəfindən ona məxsus daşınmaz əmlakını sökməsi və ya istifadəsində olan torpağı zəbt etməklə, onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı, onda əsəb, narahatlıq, məyusluq hissi yaratmış, habelə sadalanan hadisələr onda mənəvi sarsıntı yaratmışdır. Bu da cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir ki, mənəvi zərərin əvəzini 100000 manat məbləğində dəyərləndirmişdir. Kollegiya hazırkı iş üzrə iddia tələblərini təmin etmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat pulu iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qənaətinə gəlməkdə də səhvə yol vermişdir ki, apellyasiya instansiya məhkəməsi onun “Müharibə Veteranı” kimi dövlət rüsumlarından azad olmağı barədə imtiyazlarının olmasını nəzərə almamışdır. İddiaçı hesab etmişdir ki, qətnamə bu hissədə də əsassızdır.

49. Kassator şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 148.2, 152.1, 157.2, 337.3, 337.5, 394-cü maddələrinin pozumasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

51. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

54. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

55. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

56. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

57. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bu nun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

58. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

59. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

60. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

61. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi

67. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, işə təkrar apellyasiya qaydasında baxmış məhkəmə iddiaçıya məxsus daşınmaz əmlakın naturada bərpa edilməsi barədə tələbini rədd edərkən maddi hüquq normalarının tələblərini nəzərə almamış və məhkəmə xərcinin tutulması ilə bağlı hissədə pozuntuya yol vermişdir.

68. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azaddırlar. MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən m əhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2.-ci maddəyə əsasən bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir.

69. Kollegiya iddiaçının bu dəlili ilə razılaşır ki, iddiaçı müharibə veteranı olduğu üçün istinad edilən normalara əsasən məhkəmədə qaldırdığı iddia üzrə məhkəmə xərclərini (dövlət rüsumu və işə baxılması ilə əlaqədar məsrəfləri) ödəmək vəzifəsindən azad olduğu halda apellyasiya instansiyası məhkə məsi tərəfindən 200 manat ekspertiza xərcinin iddiaçıdan tutulması MPM-nin 117.2-ci maddəsinin pozuntusu olduğundan qətnamə bu hissədə ləğv edilməlidir.

70. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qərardakı göstərişlərə əsasən apellyasiya şikayətinin dəlilləri üzrə təkrar araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən müdaxilə baş vermişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binası sökülmüş və iddiaçı faktiki olaraq həmin əmlakından məhrum olmuşdur. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi «NEOLİT HALL» şadlıq sarayı kimi istifadə olunan qey ri-yaşayış binasının önündə yerləşən sahə ilə üst-üstə düşür.

71. Məhkəmə bu müdaxilənin qanunsuz olub-olmadığına hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, müdaxilə qanunsuz olmamışdır. Belə ki, qeyri-yaşayış sahəsi iddiaçının öz razılığı ilə sökülmüş, başqa sözlə, iddiaçı hazırda tələb etdiyi sahəni öz razılığı ilə satdığını və bundan sonra isə həmin tikilinin söküldüyünü yazılı ərizəsində bəyan etdiyi üçün cavabdeh vicdanlı əldə edən olduğundan iddiaçının mülkiyyətinə qəsddən söhbət gedə bilməz.

72. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu tələblə bağlı hissədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil.

73. Belə ki, Mülki Məcəllənin 144.1-ci və 329.1-ci maddələrinin tələblərinə əsasən daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı yazılı formada tərtib edilməmiş və notarial qaydada təsdiq edilməmiş müqavilələr etibarsız müqavilələr olduğundan hazırkı halda iddiaçının mülkiyyətində olan daşınmaz əmlakla bağlı tərəflər arasında etibarlı müqavilə bağlandığı, yəni iddiaçının mülkiyyətində olmuş daşınmaz əmlakın cavabdehi təmsil etmiş şəxslər (təsisçi və direktor) tərəfindən sökülməsinin qanuni əsası olduğu müəyyən edilmir. Bundan əlavə iddiaçı əmlakının sökülməsinə yalnız əvəzi ödənilməklə razılıq verdiyi halda bu məbləğin iddiaçıya ödənildiyi cavabdeh tərəfindən sübut edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının mülkiyyət hüququna müdaxilənin qanunsuz olduğu və mülkiyyətindən məhrum edilməsi nəticəsində iddiaçıya zərər vurulduğu müəyyən edilir.

74. Belə olan halda iddiaçının cavabdehdən mülki hüquq pozunt usu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır.

75. Mülki qanunvericilikdə zərərin əvəzinin ödənilməsinin müxtəlif üsulları nəzərdə tutulmuşdur: naturada bərpa (zədələnmiş və ya məhv edilmiş əmlakın bərpası, eyni növlü və eyni keyfiyyətli digər əmlak verilməsi), pul kompensasiyası və s.

76. Hazırkı halda iddiaçının Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən sökülmüş əmlakının əvvəlki vəziyyətdə bərpa edilməsini tələb etməyə subyektiv hüququ olsa da məhkəmə işin hallarını nəzərə alaraq (hazırda həmin əmlakın yerləşdiyi ərazinin şadlıq evinin qarşısına düşdüyünü nəzərə alaraq) zərərin naturada bərpa yolu aradan qaldırılmasını mümkün hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının dəymiş zərərə görə pul kompensasiyası ilə bağlı iddia tələbi o lmadığından bununla bağlı yeni iddia irəli sürmək hüququna malikdir.

77. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, MPM-nin 153-cü maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olduğu halda həmin iddiaya yenidən məhkəmə tərəfindən baxılmasını yolverilməz edir.

78. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarı)

79. Hazırkı halda iddianın predmetini iddiaçının mülki yyət hüququndan məhrum edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ təşkil edir. Zərərin əvəzinin naturada əmlakın bərpa edilməsi yolu ilə ödənilməsinə dair tələb iddianın obyekti olmaqla zərərin ödənilməsinin qanunla müəyyən edilmiş üsullarından biridir.

80. Mülki Məcəllənin 1115-ci maddəsində də mülki qanunvericilik zərər vurulmuş şəxsə zərərin əvəzinin hansı üsulla ödənilməsini (naturada və ya vurulmuş zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə) işin hallarına uyğun olaraq müəyyənləşdirmək səlahiyyətini məhkəməyə aid etmiş, eyni zamanda MM-nin 459.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilməlidir. MPM-nin 220.6-cı maddəsində isə məhkəmənin qəbul etdiyi qətnamənin icra qaydasını müəyyən etmək səlahiyyəti nəzərdə tutulmuşdur.

81. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı halda məhkəmə iddiaçıya vurulmuş zərərin naturada əmlakın bərpası yolu ilə ödənilməsini mümkün hesab etmədiyi halda zərərin əvəzinin ödənilməsinin digər üsulunu-cavabdeh tərəfindən pul əvəzinin (kompensasiyanın) verilməsi üsulunu, o cümlədən, kompensasiyanın məbləğini tərəflərlə müzakirə edilməli, məbləğlə bağlı mübahisə olduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmulş prosessual vasitələrdən istifadə edilməklə mübahisə həll edilməlidir.

82. Mənəvi ziyan tələbi ilə bağlı kollegiya hazırkı işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olan avtoyuyucunun s ökülməsi ilə bağlı tərəflər arasında etibarsız razılaşma olsa da əmlak onun öz razılığı ilə söküldüyündən cavabdehin hərəkətlərini iddiaçıya mənəvi ziyan hərəkətlər kimi qiymətləndirilə bilməz. Buna görə də mənəvi zərərin tutulması barədə iddia tələbinin təmin edilməməsinə dair məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri- maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.”

83. Əldən çıxmış faydaya görə pul tələbi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınmalıdır. Qeyd edilən normaya əsasən məhkəmə əldən çıxmış faydaya görə cavabdehdən tutulmalı olan zərər məbləğini müəyyənləşdirərkən iddiaçının zərər vurulma anınadək faktiki əldə etdiyi və ya bağladığı əqdlər əsasında əldə edəcəyi gəlirlərə dair sübutlar mövcud olmalıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməyə borclu olduğu halda hazırkı halda əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən həmin hissədə də iddianın rədd edilməsi qanuni və əsaslı hesab edilir.

84. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2024cü il tarixli, 2(103)-3852/2024 nömrəli qətnaməsi qismən - iddiaçının mülkiyyətində olan qeyriyaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada b ərpa etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin rədd edildiyi və iddiaçıdan 200 manat ekspertiza xərcinin tutulması hissəsində- ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır.

85. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(103)-3852/2024 nömrəli qətnaməsi qismən - iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin rədd edildiyi və iddiaçıdan 200 manat ekspertiza xərcinin tutulması hissəsində - ləğv edilsin. İş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar