Məhkəmə qərarları › İş №2(102)-337/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-337/2024

23.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mül
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-337/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X23 üçüncü şəxs kimi cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: (əmlakın qeyri-qanuni sahiblikdən geri alınması və mülkiyyət hüququnun tanınması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ əmlakın qeyri-qanuni sahiblikdən geri alınması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi ” tə ləbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-688/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda istifadədə olan 0,13473 ha torpaq sahəsində yerləşən 2211 kv.m ümumi, 1962,2 kv.m əsas, 248,8 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 579 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2404-cü məhəllədə istifadədə olan 0,39421 ha torpaq sahəsində yerləşən 7553.6 kv.m ümumi, 4069 kv.m əsas, 3484.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********17-12301 reyestr nömrəli daşınmaz əmlak olan qeyri-yaşayış binasının xx.xx.2007-ci il tarixdə tərtib olunmuş texnik i pasportuna əsasən ünvan 2 ünvanının hüquqi subyekti “AQAS” firmasıdır.

4. Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 3 ünvanda istifadədə olan 4,1052 ha torpaq sahəsində yerləşən 7553,6 kv.m ümumi, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə paylı mülkiyyət hüququ üzrə X6 A1 tik. 2 mərt. (ü/s-4320,9 kv.m, tik.alt.- 0,13238 ha) "Şadlıq evi", "AQAS" firmasının qalan hissə, X2 G tik. (ü/s-67,2 kv.m, tik.alt.- 0,00816 ha) "Avtoyuyucu", Cavabdeh2 A tik. 2 mərt. (ü\s-1782 kv.m, tik.alt.- 0,09788ha) "Şadlıq evi" adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyat a alınmışdır.

5. Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 3 ünvanda istifadədə olan 4,1052 ha torpaq sahəsində yerləşən 7553,6 kv.m ümumi, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə paylı mülkiyyət hüququ üzrə Feyzuİİayev Samir İxtiyar oğlunun G tik. (ü/s 67.2 kv.m, tik.alt.- 0.00816 ha) "Avtoyuyucu", X6 A1 tik. 2 mərt. (ü/s-4320,9 kv.m, tik.aİt.0,13238 ha) "Şadlıq evi", "AQAS" firmasının qalan hissə, Cavabdeh2 A tik. 2 mərt. (ü\s1782 kv.m, tik.ait.-0,09788ha) "Şadlıq evi" adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Azərbaycan Re spublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın qeyri-yaşayış binası olan avtoyuyucunun xx.xx.2008-ci il tarixdə tərtib olunmuş texniki pasporta əsasən ünvan 4 ünvanının hüquqi subyekti X3r.

7. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanı ümumi sahəsi 7255 kv.m olan, 1.97082 ha torpaq sahəsi olan əmlak kompleki kimi müəssisə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.Əmlak dövlət qeydiyyatına "xxxx" MMC-nin adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yşayış binası İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2404-cu məhəllə, Mikayıl Əliyev küçəsi 9 əmlak kompleksi kimi müəssisə Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətindədir. Əmlak tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

10. DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ünvanında yerləşən 0,00816 ha torpaq s ahəsi və üzərində inşa edilmiş 9A nömrəli 67,2 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi barədə məlumat, əmlaka dair çıxarışın və texniki pasportun surətlərinin təqdim edilməsi barədə müraciəti ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, ünvan 7 ünvanda yerləşən 67,2 kv.m qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq çıxarışın surəti göndərilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasportun arxiv nüsxəsi İdarənin arxivində saxlanılmamışdır.

11. DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatlarının naturada müəyyən edilməsi barədə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüşdür. Arxiv və elektron bazada olan koordinatlara əsasən yerində sözügedən qeyri-yaşayış binasının döngə nöqtələri sizə göstərildi. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatları X 409073,784; 409065,854; 409062,837; 409071,026. Y 4473647,041; 4473643,248; 4473648,420; 4473652,385. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. İddiaçı iddia tələbini işin hallarına istinad edərək və əlavə olaraq onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli, 67,2 kv m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsi (avtoyuyucu) cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt olunmuşdur. Qeyd edir ki, Cavabdeh1 MMC-nin təsisçi və direktoru iddia ərizəsi üzrə Cavabdeh2dur (bununla bağlı iddia ərizəsinə vergilər nazi riyindən arayış əlavə olunmuşdur). Mübahisəli torpaq sahəsi “AQAS” firmasının təsisçi direktoru olan X28 tərəfindən xx.xx.2000-ci il tarixdə Bakı şəhəri 24 nömrəli notariat kontorunda ona alğı-satqı edilərək DƏDRX-dən tam mülkiyyət hüququ əsasında onun adına qeydiyyatdan keçmişdir (həmin alqı-satqı müqaviləsi, çıxarış və AQAS firmasının nizamnaməsi iddia ərizəsinə əlavə olunur). "AQAS” firması qanunla müəyyən edilmiş əmlak kompleksi kimi müəssisənin ümumi 0,39421 ha torpaq sahəsindən həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 7553,6 kv.m, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına xx.xx.2006-cı il tarixdə DƏDRX-dən qeydiyyatdan keçmişdir.

14. Sonra AQAS firmasının balansında olan torpaq sahəsi tərəfindən hissələrə bölünərək xx.xx.2008-ci il tarixdə bir hissəsi X8 A1 tikinti, 2 mərtəbə (ü/s-4320,9 kv.m, tik.alt- ******* ha) “indiki ALTUN Şadlıq evinin yerləşdiyi torpaq sahəsi" G.tikinti (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuyucu X4 bağışlanmışdır.

15. AQAS firmasının qalan hissəsi isə Cavabdeh2 A tikili, 2 mərtəbə (üs-1782 kv.m tik.alt-009788 ha) indiki Neolit şadlıq evi və digər hissəsi isə X13 (indiki Neptun şadlıq evinin yerləşdiyi torpaq sahəsi) alqı-satqı edilmiş və paylı mülkiyyət hüququ əsasında həmin şəxslərə çıxarış verilmişdir (hissələrə ayrılmaqla bağlı olan cizgilər texniki pasport iddia ərizəsinə əlavə olunur).

16. Daha sonra “AQAS” firması qanunla müəyyən olunmuş qaydada xx.xx.2014cü il tarixdə tərəfindən "xxxx" MMC kimi Dövlət qeyd iyyatından keçərək onun adına DƏDRX-dən çıxarış verilmişdir. X1 tərəfindən bağışlanmış və xüsusi mülkiyyət hüquqa əsasında qardaşına məxsus olan G.tikinti (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predmeti olan indiki avtoyuyucu qeyri yaşayış sahəsi qardaşı Samir Feyzullayev tərəfindən ona alğı-satqı edilərək xx.xx.2014- cü il tarixdə həmin əmlaka dair ona çıxarış verilmişdir.

17. Cavabdeh2 atası üçüncü şəxs X23 ilə onun çox yaxın iş birlikləri və dostluq münasibətləri olmuş və bunun nəticəsində onlar 2014-cü il tarixdə ona məxsus olan ünvan 5 ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuyucu qeyri-yaşayış sahəsinin arxa hissəsində boş ərazi olan torpaq sahəsində tikinti işləri aparaq indiki Cavabdeh1 Hall şadlıq evini tikməyə başlamışlar.201 5-ci ildə tikili sonlanan zaman üçüncü şəxs X23 və Cavabdeh2 onunla görüşərək aylıq gəlirinin nə qədər olduğunu ondan soruşmuşlar, o da aylıq gəlirinin 20002500 manat civarında olduğunu bildirmişdir və üçüncü şəxs X23 və Cavabdeh2 ona məxsus olan əmlakı boşaltmasını və bunun müqabilində ona başqa ərazidən dəyəri 350000 manat olan DƏDRX-dən qeydiyyatdan keçmiş torpaq alacağını təklif etmişlər və nəticədə onların uzun müdət olan iş birlikləri və dostluq münasibətləri əsasında aralarında hər hansı bir hüquq müəyyənedici sənəd imzalanıb razılaşdırmadan şifahi olaraq razılaşmışlar. 2015-ci ilin avqust ayında cavabdeh və üçüncü şəxs onunla görüşərək hal-hazırki gündə onları maddi imkanları olmadığından əmlakın dəyəri olaraq ona verəcəkləri 350000 manat pulun onlarda olmadığını, amma buna baxmaya raq həmin məbləği qısa müddət ərzində ona ödəyəcəklərini vəd edərək, ona heç bir haqq ödəmədən əvəzsiz olaraq "xxxx" MMC-ni onun adından X9 adına alqı-satqı etməsini istəmişlər və o da üçüncü şəxs X16 və Cavabdeh2 inanıb "xxxx" MMC-ni əvəzsiz olaraq satmışdır. Sonra səhəri gün cavabdehlər tərəfindən ona məxsus olan ünvan 5 ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuvucu qeyri-yaşayış sahəsini söküb həmin əmlakı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC-nin adına dəyişdirilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyindən qeydiyyatdan keçirmişlər. Onu da qeyd etmişdir ki, o, birinci Qarabağ müharibəsi veteranı olduğu üçün cavabdehlər ona Dövlət tərəfindən göstərilən xüsusi qayğılardan istifadə edərək həmin torpaq sahəsi üzərin də tikintilər tikib istifadə edirmişlər. Amma buna baxmayaraq Cavabdeh2 və üçüncü şəxs X24 onu aldadaraq əvəzsiz olaraq onun əmlakından qanunsuz istifadə edərək, ona məxsus olan torpaq sahəsini və sökdükləri qeyri-yaşayış sahəsini bu günədək “Neolit’' Hall şadlıq evinin ödənişli dayanacağı kimi istifadə edərək gəlir əldə edirlər. Bununla bağlı o, dəfələrlə cavabdehlərlə görüşüb mülkiyyətində olan əmlakının aralarında olan razılaşmaya əsasən ya pulunu ödəmək, ya da əmlakından çıxmalarını onlara təklif etmişdir. Lakin cavabdehlər bununla bağlı onunla görüşməyib tanımadığı şəxslər vasitəsi ilə onu ailəsini və ən əsası övladına zərər yetirmək adı ilə ciddi təhdidlər etməyə başlamışlar və nəticədə o, bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunan halla bağlı Neolit MMC -nin qanuni təmsilçisi kimi Cavabdeh2 cavabdeh olaraq iddia ərizəsində göstərməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və o, həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2742/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi əsas nəticə ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehi n və müstəqil tələb irəli sürən üçüncü şəxsin düzgün seçilməməsi və işə baxan birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədən prosessual pozuntu etməsi səbəb olmuşdur. Həmçinin apellyasiya instasiya məhkəməsi öz qətnaməsində ona izah etmişdir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Keçən 7 il ərzində obyektindən əvəzsiz istifadə etmə nəticəsində ona əldən çıxmış fayda qismində 180000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda keçən müddət ərzində mülkiyyətini geri almaq üçün cavabdehlə apardığı danışıqlar prosesində, cavabdehin ona təzyiqləri nəticəsində mənəvi cəhətdən ailəvi olaraq olduqca böyük sarsıntılar keçirib və maddi baxımdan da ailəvi olaraq çox pis vəziyyətə düşmüşlər. Cavabdeh isə avtoyuyucunu sökərək öz ərazisinə qatmış və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etməkdədir. Göründüyü kimi, cavabdeh onun mülkiyyətini kobud şəkildə mənimsəmişdir. Buna görə də, cavabdeh mülkiyyətindən məcburi qaydada çıxarılmalı və ona məxsus olan obyekti texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsi üzərinə qoyulmalıdır. Cavabdeh ona məxsus olan mülkiyyətini qaytarmaq əvəzinə onu sökərək pullu dayanacaq kimi istifadə edərək pul qazanır ki, bu da onun qanunla qorunan mülkiyyət hüququnu birbaşa pozaraq əsassız varlanma hesabına onun əmlakının hesabına pul əldə edir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67,2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyr i-yaşayış binasının (avtoyuyucu) istifadədə olan torpaq sahəsi ilə birlikdə boşaldılaraq qaytarılması, cavabdehin qanunsuz sahibliyindən alınmasını, həmin qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir.

18. Bundan əlavə iş ilkin olaraq Nizami Rayon Məhkəməsində baxılarkən məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 5 ünvanınında yerləşən qeyri-yaşayış binasının faktiki olaraq onun adına qeydiyyatdan keçməsi öz təsdiqini tapmışdır (həmin arayışı iddia ərizəsinə əlavə edir). Eyni zamanda Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan göründüyü kimi ünvan 5 ünvanınında yerləşən qeyri-yaşayış binası olan avtoyuyucu sökülmüşdür (arayış iddia ərizəsinə əlavə edir). Qeyd edilənlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsini (avtoyuyucu) cavabdeh “Neolit’ Məhdud Məsuliyyətli Cəmiyyətin sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan onun mülkiyyət hüquqlarının bərpa edil məsi, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180.000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100.000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh "xxxx" MMC iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddia tələbinin əsası kimi “mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadəsində olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67,2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (avtoyuyucu) 2015-ci ildə haqqı ödəməklə istifadə edilməsinə dair üçüncü şəxs X23 və Cavabdeh2 ilə razılaşdığı, onlara verdiyini, lakin sonuncular ona haqq ödəməmiş, hə min binanı söküb, torpaq sahəsini Cavabdeh1 MMC-nin ərazisinə qatıb və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etdiklərinə” istinad etmişdir. İddiaçı məhkəmədə iddia tələbi ilə bağlı izahatında və bununla bağlı suallara cavabında iddiaçı eyni mövqeydə çıxış edərək bildirmişdir ki, Yaşar və Cavabdeh2larla qarşılıqlı razılaşmış, adı çəkilən qeyriyaşayış sahəsinin aylıq 2000-2500 manat qazanc verdiyini onlara bildirdiyini, tikilinin əvəzində ona başqa ərazidə yerləşən dəyəri 350.000 manat olan DƏDRX-dən qeydiyyatdan keçmiş əmlak verəcəklərini vəd etdiklərini, ona məxsus adı çəkilən 67,2 kv.m qeyri-yaşayış sahəsini 25 avqust 2015-ci il tarixdə onlara təhvil verdiyini, həmin obyekti təhvil götürdükləri gün söküb, Cavabdeh1 MMC-nin ərazisinə qatmışdır. Lakin indiyə kimi ona vəd e tdikləri obyekti və ya pulu verməmişdir. İlkin olaraq məhkəmənin nəzərinə çatdırır ki, X5 eyni tələb və eyni əsaslarla iddiası bundan əvvəl Nizami Rayon Məhkəməsində, daha sonra da Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. İddiaların məzmunu arasında fərq ondan ibarətdir ki, birinci iddiada Cavabdeh2, Cavabdeh1 MMC isə üçüncü şəxs qismində göstərilmişdir. Hazırkı iddiada isə Cavabdeh1 MMC cavabdeh, üçüncü şəxs isə X23 göstərilmişdir. Əvvəlki iddiada tələb etdiyi əmlakın sökülməsi ilə bağlı Cavabdeh2la, hazırkı iddiada isə Yaşar və Cavabdeh2larla razılaşdığını qeyd etmişdir. Amma iddia ərizəsinin məzmununda nədənsə tez-tez Cavabdeh2 təkrarlanmışdır. Hər iki iddiada tələbin əsası ondan ibarətdir ki, əvəzi ödənilməklə sökülməsinə qarşılıqlı razılaşma əldə edilmiş ona məxsus avtoyuyucunun 201 5-ci ilin avqust ayında (əvvəlki iddiada cavabdeh tərəfindən, hazırkı iddiada isə üçüncü şəxs tərəfindən) söküldüyü və Cavabdeh1 MMC-yə məxsus torpaq sahəsinə qatılmışdır. Xatırlatmaq istəyir ki, əvvəlki iddia üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-2498/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından iddiaçının belə bir iddia tələb hüququna mailk olmaması əsasdan” iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin “iddiaçının belə bir iddia tələb hüququna mailk olmaması əsasdan” iddianın rədd edilməsi mövqeyi ilə razılaşmamış, hesab etmişdir ki, iddia tələbinin predmeti olan daşınmaz əmlaka dair mülkiyyət hüququ Mirzə Fərzəliyevə aid olduğundan, həmin əmlakla bağlı iddia tələbi ilə məhkəməyə müraciət e tmək üçün subyektiv hüquqa malik olmuşdur. Bu baxımdan da qətnaməni ləğv etmiş, lakin mübahisəli əmlakla bağlı iş üzrə müəyyən etdiyi hallara əsasən “iddia ona cavab verən şəxsə qarşı verilmədiyi” əsasdan iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsinə əsas olmuş müəyyən etdiyi hallar iş üzrə qəbul etdiyi 2(103)-2742/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində aşağıdakı ardıcıllıqla qeyd etmişdir.1. ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binası (texniki pasportuna görə 67,2 kv.m birmərtəbəli tikili) İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

2. İş materiallarında olan Bakı Şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 nömr əli qərarına əsasən adı çəkilən avtoyuyucu obyekin altında yerləşən 6,7 m x 15 m ölçüdə torpaq sahəsi üçün M.X12 ilə icarə müqaviləsi bağlanması qərara alınmışdır.

3. İddiaçı, Əliyeva Sara, Nümayəndə1, DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin mütəxəssisləri mühəndis X21 və Quliyev Mahir tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli yerli baxış keçirilməsi barədə akta əsasən xx.xx.2021-ci il tarixdə mütəxəssislərin iştirakı ilə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya verdiyi cavab əsasında koordinatlar (GPS Trimble TSC3) cihazı vasitəsilə naturada müəyyən olunmuşdur. Baxış zamanı müəyyən olundu ki, xx.xx.2008-ci il tarixli korrektə edilmiş Daşınmaz Əmlakın Texniki pasportunda qeyd olunmuş qeyri-yaşayış sahəsi olan avtoyuyucunun və torpaq sahəsi müəyyən olundu. Avtoyuyucu “Şə rq Sarayı” şadlıq evinin ərazisinə, torpaq sahəsi isə bir hissəsi “Şərq Sarayı” şadlıq evinin digər hissəsi, Cavabdeh1 Hall (Neolit MMC-nin) sahəsinə düşdüyü müəyyən olundu.

4. DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********66 nömrəli məktubundan görünür ki, qeyriyaşayış binası faktiki olaraq sökülmüşdür. Arxiv sənədlərinə (bölgü sxemi) və əvvəlki illərin ortofoto görüntülərinə əsaslanaraq sökülmüş qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları X 409045.470; 409056.371; 409059.214; 409048.312; Y 4473639,770; 4473644,786; 4473638,609; 4473633,593 kimi təqdim olunur.

5. DƏDRXnin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 9 və ünvan 11 ünvanların koordinatlarının araşdırılması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, təqdim olunmuş çıxarışda göstərilən Cavabdeh1 MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1,97082 ha) ilə ünvan 12orpaq sahəsi 0,00816 ha) koordinatları üst-üstə düşmür. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunan yuxarıda müəyyən etdiyi hallara əsasən İddiaçı mülkiyyətində olan sökülmüş 67,2 kv.m. qeyri-yaşayış tikilisi yerləşmə koordinatlarına görə Cavabdeh1 MMC-yə istifadəsində olan torpaq sahəsinin cizgiləri hüdudlarından kənarda olmuşdur. Ona görə də, adı çəkilən 67,2 kv.m avtoyuyucu qeyri-yaşayış tikilisinin sökülməsi və ya onun əvəzində nəyinsə tə ləbinə qarşı Cavabdeh1 MMC cavabdeh ola bilməz. Bu baxımdan da hazırkı iddianın özü də təkrarən tələbə cavab verməli olan şəxsə qarşı verilməmişdir. Adı çəkilən hər iki iddia ilə bağlı iş üzrə Cavabdeh1 MMC və İddiaçı tərəfdirlər. Mübahisəli qeyri-yaşayış tikilisi ilə bağlı tələblərin əsasları da eynidir. Birinci iddia ilə bağlı iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2742/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Sübut etməkdən azad olmaq üçün əsaslar təsbit olunmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məc buridir. 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iddiada Cavabdeh1 MMC qeyd edilmiş və iddia tələbləri ona qarşı yönəldilmişdir. İddianın əsası iddiaçının üçüncü şəxslə əvəzini ödəməklə razılaşıb, sökülməsinə razılıq verdiyi adı çəkilən 67,2 kv.m tikilinin sökülüb, onun yerləşdiyi sahənin Cavabdeh1 MMC-yə məxsus sahəyə qatıldığından ibarətdir. Halbuki, iddianın predmetinin aid olduğu İddiaçı məxsus adı çəkilən 67,2 kv.m tikilinin olduğu yerin Cavabdeh1 MMC-yə məxsus və istifadəsində olan torpaq sahəsindən kənarda yerləşdiyi halın müəyyən edildiyinə dair artıq qanuni qüvvəsində olan Bakı Apell yasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Bu baxımdan da qeyd olunan halın yenidən araşdırılması yol verilməzdir və qanuni qüvvəsində olan qətnamədə müəyyən edildiyi kimi qəbul edilməsi hazırkı işə baxan məhkəmə üçün məcburi prosessual tələbdir. Ona görə də, məhkəmədən iddia ərizəsinə baxılarkən, qeyd olunanları nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)2144/2022 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi təmin edilməmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 MMC-yə məxsus əmlak kompleksi 1994-cü ildə dövlət qeydiyyatından keçmiş “AQAS” firmasına məxsus olmuşdur. 4,1052 ha torpaq sahəsi “AQAS” firmasına Bakı Şəhər İcra Hakimiyyəti Başçı sının xx.xx.2003-cü il tarixli 87 saylı və Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004- cü il tarixli 03 saylı Sərəncamları əsasında “İaşə obyektinin tikintisi” üçün icarəyə ayrılıb verilmişdir. Verilmiş hüquq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X30 kitabında 08,05.2007-ci il tarixdə, 713 nömrə ilə uçota alınmış, bu barədə A№ 003733 seriyalı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra mülkiyyətçilər arasında paylara uyğun bölgü aparılmaqla ayrılmışdır. Bölgüdən sonra “AQAS” firması ona qalmış 19708,2 kv.m. (1,97082 ha.) torpaq sahəsini özəlləşdirmiş və xx.xx.2009-cu il tarixdə, Reyestr kitabında 001936 nömrəli qeydiyyat aparılmaqla Şəhadətnamə verilmişdir. “AQAS” firması alqı-satqı ilə qeyd olunan 1,97082 ha torpaq sahəsinə və on un üzərində mövcud olan 7,255 kv.m. tikiliyə əldə etdiyi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2009-cu il tarixdə qeydə alınmış və bu barədə MH seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. “AQAS” firmasının hüquqi varisi olan "xxxx" MMC xx.xx.2014-cü il tarixdə Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə onun adına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi kimi onun xüsusi mülkiyyətinə keçmişdir. Daha sonra "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh1 MMC-yə çevrilmişdir. Cavabdeh1 MMC 11 noyabr 2015-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Dövlət Reyestrində qeydə alınmışdır. "xxxx" MMC-yə məxsus əmlaklar xx.xx.2015-ci il tarixdə C avabdeh1 MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi bugünədək onun xüsusi mülkiyyətindədir.

22. Mübahisə predmeti olan ünvan 7 ünvanda yerləşən 67,2 kv.m qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırda iddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri yaşayış sahəsini (avtoyuyucu) cavabdeh “Neolit’ Məhdud Məsuliyyətli Cəmiyyətin sahibliyindən geri alınması və həmin əmlak üzərində olan onun mülkiyyət hüquqlarının bərpa edilməsi, vurulm uş maddi ziyana və əldən çıxmış faydaya görə 180000 (bir yüz səksən min) manat məbləğində pulun cavabdehdən tulularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair tələblərlə məhkəmədə iddia qaldırmışdır.

23. Həmçinin məhkəmə onuda qeyd etmişdir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2472/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cava bdeh1 MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1.97082 ha) ilə M.Əliyev küçəsi 9A ünvanının (torpaq sahəsi 0,00816 ha) koordinatları üst-üstə düşmür. Həmçinin, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 9A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüşdür. Göründüyü kimi cavabdeh Neolit” MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1,97082 ha) ilə iddiaçının mülkiyyətində olan M.Əliyev küçəsi 9A ünvanında yerləşən (torpaq sahəsi 0,00816 ha) əmlaklar eyni əmlak deyillər.

24. İddiaçı hazırkı iddia tələbində cavabdehlər tərəfindən ona məxsus olan ünvan 5 ünvanında yerləşən (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan indiki avtoyuvucu qeyri-yaşayış sahəsini söküb həmin əmla kı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC adına dəyişdirilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyindən qeydiyyatdan keçirdiklərini bildirsə də, həmin əmlak Cavabdeh1 MMC-nin yox, iddiaçının öz mülkiyyətindədir. Eyni zamanda həmin əmlakın söküldüyü təsdiq edilsə də, söküntünün məhz cavabdeh cəmiyyət tərəfindən aparılması halı da müəyyən edilməmişdir.

25. İstifadədə olan 0,00816 ha, torpaq sahəsində yerləşən 9A nömrəli, 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh1 sahibliyində olması halı öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya məxsus mübahisələndirilən əmlakla Cavabdeh1nə məxsus əmlaklar üst-üstə düşməməklə ayrı-ayrı əmlaklardır. Ümumiyyətlə, iddiaçı mübahisələndirilən əmlakın nə vaxt və ki m tərəfindən sökülməsi, hazırkı vaxtadək görülmüş tədbirlər, əmlakın cavabdehin faktiki sahibliyində olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,ünvan 2 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi bugünədək Cavabdeh1 xüsusi mülkiyyətindədir və cəmiyyət mülkiyyətində olan əmlak üzərində müstəqil şəkildə mülkiyyət hüquqlarını həyata keçirir. İddiaçı məhkəmə təqdim etdiyi iddiasında və iddia tələbinin artırılması barədə ərizədə göstərmişdir ki, cəmiyyət mübahisə predmeti olan əmlakı cəmiyyətə məxsus əmlak kimi göstərərək xx.xx.2015-ci il tarixdə qanunsuz olaraq çıxarış almışdır. Lakin yuxarıda da göstərildiyi kimi göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdi qini tapmamış, həmçinin bundan əvvəlki məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçıya məxsus və hazırda mübahisələndirlən əmlak Cavabdeh1nə məxsus əmlakdan kənarda yerləşir və cəmiyyət iddiaçının mülkiyyətində olan əmlakı öz əmlakına əlavə etməmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 157.2, 157.5-ci,Azərbaycan Respublikası Konstitusiyasının 13.1,29.2-ci,MPM-in 14.2,77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək mübahisəli torpaq sahəsində yerləşən 67.2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyriyaşayış sahəsini cavabdeh MMC-nin sahibliyindən geri alınması və həmin əmlak üzərinə olan iddiaçının mülki yyət hüququnun bərpa edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti işin hallarına və iddia ərizəsinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 atası üçüncü şəxs X23 ilə onun çox yaxın iş birliyi və dostluq münasibətləri olmuş və bunun nəticəsində onlar 2014-cü il tarixdə ona məxsus olan ünvan 11 ünvanında yerləşən (ü/s-67.2 kv. M tik.alt-0.00816 ha) mübahisə predimeti olan indiki avtoyuyucunun qeyri-yaşayış sahəsinin arxa hissəsində boş ərazi olan torpaq sahəsində tikinti işləri apararaq indiki Cavabdeh1 Hall şadlıq evini tikməyə başlamışlar və 2015-ci ildə tikinti sonlanan zaman üçüncü şəxs X23 və Cavabdeh2 onunla görüşmüş, əmlakı boşlatmağı və bunun müqabilində ona başqa ərazidən dəyəri 350.000 manat olan DƏDRX-dən qeydiyyatdan keçmiş torpaq almağı təklif et mişlər və nəticədə onların uzun müdət olan iş birliyi və dostluq münasibətləri əsasında hər hansı bir hüquqmüəyyənedici sənəd imzalanıb razılaşdırmadan şifahi olaraq onlarla razılaşmışlar. Sonra 2015-ci ilin avqust ayında cavabdeh və üçüncü şəxs onunla görüşərək hal-hazırkı gündə maddi imkanları olmadığından əmlakın dəyəri olaraq ona verəcəkləri 350.000 manat pulun onlarda olmadığını, amma buna baxmayaraq həmin məbləği qısa müddət ərzində ona ödəyəcəklərini vəd edərək ona heç bir haqq ödəmədən əvəzsiz olaraq "xxxx" MMC-nin onun adından X9 adına alqı-satqı etməsini istəmişlər və o da onlara inanıb "xxxx" MMC-ini əvəzsiz olaraq satmışdır. Sonra səhəri gün cavabdehlər tərəfindən ona məxsus olan ünvan 11 ünvanında yerləşən (ü/s-67.2 kv. M tik.alt0.00816 ha) mübahisə predmeti olan indiki avtoyu yucu qeyri-yaşayış sahəsini söküb həmin əmlakı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC-nin adına dəyişdirilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyindən qeydiyyatdan keçirdilər.

30. Torpaq sahəsinin hansı əraziləri əhatə etməsi və onun koordinatlarının müəyyən olunması ilə bağlı ekspertizanın keçirilməsi üçün məhkəməyə təqdim etdiyi vəsatət məhkəmə tərəfindən təmin edilmədiyi üçün özü DƏDRX-nə müraciət etmiş və buna müvafiq olaraq ona verilmiş arayışda G tikintisi (avtoyuyucunun) ona aid olması, sonradan notarial bölgüyə əsasən avtoyuyucunun yeni ünvan alaraq ayrılması, bölgü sxeminə əsasən avtoyuyucunun binasının faktiki Cavabdeh1 MMC-nin istifadəsində olan 4.105 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini, lakin hal-hazırda qeyd olunan sökülən avtoyuyucu nun binasının arxivdə olan döngə nöqtələrinin koordinatlarının digər qonşuluqda olan “Şərq Şadlıq” sarayının ərazisinə düşdüyü, arxiv koordinatların düzgün göstərilmədiyi, ortofotonun 2008-ci il görüntüsünə əsasən arxiv koordinatlarının səhv olduğunun müəyyən edilmədiyini göstərərək koordinatların tərtib olunaraq akta əlavə olunub ona təqdim ediləcəyi qeyd olundu.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-688/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Elşən Kazımov və Namiq Cəfərov) məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.

32. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1805 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə qərardadın:

33. Birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlə t Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu, M.Əliyev 9A ünvanında yerləşən (81.6 kv.m) torpaq sahəsinin koordinatları ilə M.Əliyev 9 ünvanında yerləşən Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilir.

34. Baxış zamanı əldə olunmuş məlumatlar əsasında hesablama aparılaraq Cavabdeh1 MMC-nin faktiki istifadəsi kimi təqdim olunan sahənin 19.712, 07 kv.m təşkil etməsi müəyyən edilmişdir.

35. İkinci sual üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, xx.xx.2007-ci il tarixli 0 1055793 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 istifadəsində olmuş 2 mərtəbəli ümumi sahəsi 4320.9 kv.m, tikintialtı sahəsi 1323.8 kv.m olan A1 tikilisinin “AQAS” firmasının istifadəsində olmuş 4.1052 ha torpaq sahəsinin daxilində olduğu və ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışla və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 2120 nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə Nizami rayonu, M.Əliyev 9,2404-cü məhəllədə (4.1052 ha torpaq sahəsinin bir hissəsində yerləşmiş) “AQAS” firmasının mülkiyyətinə verilmiş 1.97082 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.

36. Üçüncü və dördüncü sual üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlə t Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, arxiv qovluqda mövcud olan xx.xx.2007ci il tarixli **********17-12301 reyestr nömrəli texniki pasporta əsasən ümumi sahəsi 7553.6 kv.m, əsas sahəsi 4069.0 kv.m və köməkçi sahəsi 3484.6 kv.m olan özəl tikilinin biri də “G” literli tikili (avtoyuyucu) olmuş və tikintialtı sahəsi 81.6 kv.m, ümumi sahəsi 67.2 kv.m kimi X10 adına paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli bölgü sxeminə əsasən “G” literli tikili və istifadədə olan 288.6 kv.m torpaq sahəsi ilə birlikdə xx.xx.2008-ci il tarixli texniki pasport verilmişdir.

37. Beşinci sual üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 s aylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, ünvan 14 ünvanında İddiaçı istifadəsində olan 288,65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67.2 kv.m qeyriyaşayış sahəsi, G tikilisi (avtoyuyucu) Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin qonşuluğunda yerləşən “AQAS” firmasının yerdə qalan və istifadəsində olan 2.13438 ha torpaq sahəsinin daxilində yerləşmişdir (sözügedən “G” literli tikili (avtoyuyucu) faktiki olaraq sökülmüşdür).

38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-688/2023 nömrəli, 12 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Elşən Kazımov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Nizami Rayon Məhkəməsinin 21 sentybar 2022-cü il tarixli qətnaməsi ni dəyişdirilmədən saxlanılmışdır.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanması üçün apellyasiya baxışı zamanı, məhkəmə-tikinti ekspertizası keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10/1805 nömrəli, xx.xx.2023cü il tarixli ekspert rəyi ilə Bakı şəhəri Nizami rayonu, M.Əliyev 9A ünvanında yerləşən (81.6 kv.m) torpaq sahəsinin koordinatları ilə M.Əliyev 9 ünvanında yerləşən Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi, eyni zamanda da həmin sahənin Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin qonşuluğunda yerləşən “AQAS” firmasının yerdə qalan və istifadəsində olan 2.13438 ha torpaq sahəsinin daxilində yerləşməsi (sözügedən “G” literli tikili ( avtoyuyucu) faktiki olaraq sökülmüşdür) müəyyən olunmuşdur.

40. Məhkəmə kollegiyası həm də onun qeyd olunmasını zəruri hesab etmişdir ki, iddiaçı özü də iddia ərizəsində açıq-aydın şəkildə hazırda ona qaytarılmasını tələb etdiyi 67.2 kv.m. tikilinin (avtoyuma yerinin) satılmasına dair razılığa gəldiyini, bu razılaşmadan sonra isə həmin tikilinin söküldüyünü təsdiq etmişdir. Başqa sözlə, iddiaçı hazırda tələb etdiyi sahəni öz razılığı ilə satdığını və bundan sonra isə həmin tikilinin söküldüyünü yazılı ərizəsində bəyan etmişdir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının faktiki mövcud olmayan “əmlakın qeyri-qanuni sahiblikdən geri alınması və s.” ilə bağlı tələbi aşkar şəkildə əsassızdır və təmin oluna bilməzdi.

41. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslanmışdı r ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə yoxlanılan hissədə, yəni iddia tələblərinin Cavabdeh1nə aid hissəsində qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır..

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1ci,Mülki Məcəlləsinin 148.2,152.1,157.2,157.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəm ə tərəfindən məhkəmə-tikinti texniki ekspertizası təyin edilənədək məhkəməyə təqdim olunmuş “X26 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyindən də məlum olmuşdur ki, ümumi sahə 67,2 kv.m, tikinti altı sahə 81,6 kv.m olan “G” tikilisi (Avtoyuyucu) əvvəllər “AQAS” firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin şimal-şərq küncündə yerləşir. “AQAS” firmasının indiki Cavabdeh1 MMC-nin mülkiyyətində və faktiki istifadəsində olan 41052 ha torpaq sahəsində yerləşən 2 mərtəbə qeyri-yaşayış sahəsi, “A1” tikilisi (“Altun” Şadlıq evi) əvvəllər “AQAS” firmasına aid olan Daşınmaz Əmlakın Texniki Pasportlarında (xx.xx.2007ci il tarixli və xx.xx.2008-ci il tarixli) göstərilən ərazinin cənub hissəsində yerləşir. Yəni texniki pasport üzrə əks tərəfdə yerləşən tikililərin üst-üstə düşməsi qeyrimümkündür.

45. Məhkəmə qərardadında ekspertiza qarşısında qoyulmuş bu sual mübahisənin araşdırılması üçün heç bir əhəmiyyət kəsb etmir. Həmin sual “ünvan 11 ünvanında yerləşən (81,6 kv.m) torpaq sahəsinin koordinatları ilə M.Əliyev 9 ünvanında yerləşən Cavabdeh1 MMC-nin (əvvəlki “AQAS” firnamasının) mülkiyyətində deyil, icarəsində (istifadəsində) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşürmü?” şəklində olmalı idi. Buna baxmayaraq mütəxəssis rəyi və həmin rəy əsasında tərtib olunmuş ekspert rəyində bildirilmişdir ki, “ünvan 15 ünvanında İddiaçı istifadəsində olan 288,55 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67,2kv.m qeyri-yaşayış sahəsi, “G” tikilisi (avtoyuyucu) “AQAS” firmasının (yəni indik i Cavabdeh1 MMC-nin) yerdə qalan və istifadəsində olan 2,1343 ha torpaq sahəsinin daxilində yerləşmişdir (sözügedən “G” literli tikili (avtoyuyucu) faktiki olaraq sökülmüşdür.

46. Lakin apellyasiya instansiya məhkəməsi hər iki rəyin 5-ci sualı üzrə cavabları nəzərə almamış, qərardadda formal olaraq qoyulmuş 1-ci sualın cavabına istinad etməklə yalnış nəticəyə gəlinmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, kassatorun həmin əmlakın satmasına şifahi razılıq verdiyinə görə həmin əmlak sökülmüşdür və buna görə də iddia tələbi təmin oluna bilməz.

47. Kassatorla cavabdehlər arasında hər hansı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Apellyasiya instansiya məhkəməsi formal mülahizələrə istinad etməklə qeyd olunan qanunsuz və ədalətsiz qətnaməni qəbul edilmişdir.

48. Kassator mübahisəli sahəni öz razılığı ilə satdığını və bundan sonra isə həmin tikilinin söküldüyünü yazılı ərizəsində bəyan etmişdir” mövqeyi ilə bağlı qeyd etmişdir ki, əmlakın satılması ilə bağlı ilkin razılığa gəlmək həmin əmlakın alqı-satqı demək deyildir. Yəni razılıq baş tutmuş olsa idi notarial qaydada alqı-satqı müqaviləsi bağlanmalı idi. Apellyasiya instansiya məhkəməsi bu mövqeyini hər hansı maddi və prosessual hüquq normaları ilə əsaslandıra bilməmişdir.

49. Apellyasiya instansiya məhkəməsi mülkiyyətində olan 67.2 kv.m. tikilinin (avtoyuma yerinin) satılmasına dair razılığa gəldiyini, bu razılaşmadan sonra isə həmin tikilinin söküldüyünü təsdiq etmişdir. Apellyasiya instansiya məhkəməsi bu mövqeyini də hər hansı maddi və prosessual hüquq normaları ilə əsaslandıra bilməmişdir.

50. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

52. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

54. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tə rəfindən tanınan və qorunan hüququdur.

55. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

56. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

57. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı s ahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

58. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin, ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, ta m və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

70. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 16 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü ildə qeydə alınmışdır. Qeyri-yaşayış sahəsi sökülmüş olsa da, daşınmaz əmlakın dövlət qeydiyyatı ləğv edilməmiş və qüvvədədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,00816 ha torpaq sahəsi dövlət mülkiyyətində olsa da reyestr qeydinə görə iddiaçının istifadəsində olması müəyyən olunur.

71. İddiaçı göstərir ki, Cavabdeh1 MMC-nin təsisçi və direktoru iddia ərizəsi üzrə Cavabdeh2dur (bununla bağlı iddia ərizəsinə vergilər naziriyindən arayış əlavə olunmuşdur). Mübahisəli torpaq sahəsi “AQAS” xx.xx.2000-ci il tarixdə al ğı-satqı edilərək tam mülkiyyət hüququ əsasında onun adına qeydiyyatdan keçmişdir. 0,39421 ha torpaq sahəsindən həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 7553,6 kv.m, 4069 kv.m əsas, 3484,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına xx.xx.2006-cı il tarixdə qeydiyyatdan keçmişdir. “AQAS” firmasının mülkiyyətində olan torpaq sahəsi tərəfindən hissələrə bölünərək xx.xx.2008-ci il tarixdə bir hissəsi X8 A1 tikinti, 2 mərtəbə (ü/s-4320,9 kv.m, tik.alt- ******* ha) “indiki ALTUN Şadlıq evinin yerləşdiyi torpaq sahəsi", G.tikinti (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predimeti olan avtoyuyucu X4 bağışlanmış, Cavabdeh2 A tikili, 2 mərtəbə (üs-1782 kv.m tik.alt-009788 ha) indiki Neolit şadlıq evi, digər hissəsi isə X1 3 (indiki Neptun şadlıq evinin yerləşdiyi torpaq sahəsi) alqı-satqı edilmiş və paylı mülkiyyət hüququ əsasında həmin şəxslərə çıxarış verilmişdir (Həmin vaxt hissələrə ayrılmaqla bağlı olan cizgilər müəyyən edilmiş və texniki pasport tərtib olunmuşdur. Daha sonra “AQAS” firması qanunla müəyyən olunmuş qaydada xx.xx.2014cü il tarixdə tərəfindən "xxxx" MMC kimi dövlət qeydiyyatından keçmişdir. Mübahisəli əmlak onun tərəfindən X1 tərəfindən bağışlanmışdır. Xüsusi mülkiyyət hüquqa əsasında qardaşına məxsus olan G.tikinti (ü/s-67,2 kv.m tik.alt-0,00816 ha) mübahisə predmeti olan avtoyuyucu qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə alğı-satqı edilərək xx.xx.2014-cü il tarixdə ona çıxarış verilmişdir. Üçüncü şəxs X23 və Cavabdeh2 ilə onun arasında olan şiafhi razılığı əsasən o qeyri-yaşayış sahə sini boşaldaraq təhvil vermiş, digər tərəf isə dəyəri 350000 manat olan qeydiyyatdan keçmiş torpaq sahəsi alacağını öz üzərlərinə götürmüşlər. Mübahisəli torpaq sahəsi və tikili şifahi razılıq əsasında alındıqdan sonra sökülmüş, lakin ona vəd edilən torpaq sahəsi alınmamış və faktiki olaraq mülkiyyətindən məhrum edilmişdir. Bundan sonra "xxxx" MMC-ni onun adından X9 adına alqı-satqı etməsini istəmişlər və o da üçüncü şəxs X16 və Cavabdeh2 inanıb "xxxx" MMC-ni əvəzsiz olaraq satmışdır. xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-dən Cavabdeh1 MMC adına dəyişdirilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyindən qeydiyyatdan keçirmişdir. Cavabdeh2 və üçüncü şəxs X23 onu aldadaraq əvəzsiz olaraq onun əmlakından qanunsuz istifadə edərək, ona məxsus olan torpaq sahəsini və sökdükləri qeyri-yaşayış sahəsinin ərizisindən “Neolit’' Hall şadlıq evinin ödənişli dayanacağı kimi istifadə edirlər.

72. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bakı şəhər Nizami rayon Nəsimi küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9 A nömrəli 67,2 kv.m əsas sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh1 sahibliyində olması halı öz təsdiqini tapmamışdır. İddiaçıya məxsus mübahisələndirilən əmlakla Cavabdeh1 MMC-nə məxsus əmlaklar üst-üstə düşməməklə ayrı-ayrı əmlaklardır. İddiaçı mübahisələndirilən əmlakın və vaxt və kim tərəfindən sökülməsi, hazırkı vaxtadək görülmüş tədbirlər, əmlakın cavabdehin faktiki sahibliyində olmasına dair məhkəməyə heç bir möhtəbər sübut təqdim edilməmişdir.

73. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin əsasland ırması ilə razılaşmış və həmin qətnaməni dəyişdirilmədən saxlanması qərarına gəlmişdir.

74. Məhkəmə tərkibi apelyasiya instansyiası məhkməsinin həmin mövqeyi ilə razılaşmr.

75. Məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun və torpaq sahəsi üzərində istifadə hüququnun mövcudluğuna istinad edərək əsas tələb olaraq əmlakının qeyri-qanuni sahiblikdən geri qaytarılması və daşınmaz əmlakın əvvəlki vəziyyətdə bərpasını tələb edir. İddiaçının tələbi məhz Mülki Məcəllənin 152 və 157.2-ci maddəsinin təsiri altına düşür. Çünki hazırkı halda iddiaçının tələbi onun mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir.

76. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq baxılan iş üzrə ekspertiza tədqiqatının aparılması, rəy alınmalı olmasını müəyyən etsə də faktiki olaraq mübahisənin düzgün həll olunmasına yönələn sualların ekspert qarşısında qoyulmasını təmin etməmiş və ya qoyulmuş sualların ekspert tərəfindən tam cavablandırılmadığına əhəmiyyət verməmişdir.

77. İşin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, mübahisəli qeyri-yaşayış sahəsinə aid olan daşınmaz əmlak vahid əmlak kimi mövcud olmuş sonra mülkiyyətçi olan iddiaçı tərəfindən 4 hissəyə bölünərək özgəninkiləşdirilmiş, bundan sonra bağışlama qaydasında özgənikiləşdirdiyi hissəni alğısatqı müqaviləsi əsasında geri öz mülkiyyətinə qaytarmışdır.

78. İşin hallarından aydın olur ki, müvafiq əqdlər bağlanarkən ayrılma cizgiləri tərtib olunmuş və məhz həmin cizgilər əsasında reyestrdə sonrakı dəyişikliklər apa rılmışdır.

79. İddiaçının əsas dəlili ondan ibarətdir ki, o aldadılmış, ilkin razılıq əldə olunmasına baxmayaraq əmlak əvəzi ödənilmədən ondan alınmış, sökülmüş, sonradan əvəzinin ödənilməsindən imtina edilmişdir.

80. İşə baxan məhkəmələr qəbul edirlər ki, əmlakın özgəninkiləşdirilməsinə şifahi razılıq olmuş, əmlak sökülmüşdır. Lakin işin araşdırılmış hər hansı halı ilə əmlakın əvəzinin ödənilməsi müəyyən edilmir, məhkəmələr isə bununla bağlı heç bir araşdırma aparmamışlar. Məhkəmələr əmlakın digər tərəfə verilməsində iddiaçının razılığın olmasına istinad etməklə kifayətlənmişlər.

81. Lakin apelyasiya məhkəməsi iddiaçının daşınmaz əmlakın sahiblik, istifadə və sərəncam hüquqlarını təsdiq edən sübutların mövcudluğuna, əmlak özgəninkiləşdirilərkən hər hansı notariat qaydasında təsdiqlənmiş ə qdin mövcud olmamasına, əmlakın əvəzinin ödənilməməsinə, cavabdeh tərəfin göstərdiyi qaydada və əsaslarla əmlakın əldə edilməsinin mümkünlüyünə, daşınmaz əmlak mövcud olmasa da onun qeydinin qalmaqda davam etməsinə, məhv olunmuş əmlak kimi reyestr qeydinin ləğv olunmamasına, iddiaçının hazırkı tələbi irəli sürməsi üçün subyektiv hüququ müəyyən edən qanuni qüvvədə olan qətnamənin olmasına, tələblər içərisində əmlakın əvvəliki vəziyyətə gətirilməklə ona geri təhvil verilməsinə dair tələbinin mövud olmasına əhəmyyət verməmiş və göstərilən dəlillərin aydınlaşdırılması ilə bağlı hər hansı araşdırma aparmamaqla iddianın təmin olunmaması nəticəsinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

82. Digər tərəfdən göstərildiyi kimi birinci instansiya məhkəməsində baxılan iş üzrə xüsusi bilik tələb edən sualların aydınlaşdırılması zəruri olsa da (hətta verilmiş vəsatət rədd edilmiş) əvvəlki icraatda keçirilmiş ekspertizanın nəticəsinə görə verilən rəyi kifayətedici rəy hesab etmiş, tələbin yönəldiyi digər cavabdehin olmasına əhəmiyyət vermədən məhkəmənin gəlmiş olduğu nəticəsini preyudisial əhəmiyyətə malik olan hal kimi qəbul (halbuki həmin işdə işin mahiyyəti üzrə məhkəmənin müəyyən etdiyi hər hansı hal olmamışdır) edərək iddiaçının dəlillərinin yenidən araşdırılmasına ehtiyac olmadığını göstərmişdir.

83. Apellyasiya məhkəməsi isə faktiki olaraq iddiaçının iddiasında göstərdiyi və apellyasiya şikayətində təkrarladığı o dəlilinə, yəni onun istifadəsində olan torpaq sahəsindən və mülkiyyət hüququnun qeydə alındığı qeyri-yaşayış sahəsinin sökülərək ərazisindən avtom aşınların dayanacağı kimi istifadə edilməsi üzrə heç bir araşdırma aparmamışdır. Faktiki olaraq məhkəmə tərəfindən həmin sahədən avtomaşınların dayanacığı kimi istifadə edilməsi, həmin dayanacağı idarə edən şəxsin kim olması, hansı səbəbdən iddiaçının istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin və qeyri yaşayış sahəsinin yerləşdiyi ərazinin hasara alınması, məhz hasara alınmanın kimin tərəfindən həyata keçirilməsi,oradan kimin istifadə etməsi müəyyən edilməmiş qalmışdır.

84. Nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin ekspert qarşısında qoyulmuş sualları da baxılan iş üzrə irəli sürülmüş iddianın düzgün həlli üçün yetərli hesab edilə bilməz.

85. Belə ki, sualların məzmunundan aydın olur ki, birinci dörd sualda ilkin mülkiyyətçinin özgəninkiləşdirmədən əvvəlki vəzi yyətinə uyğun olaraq əmlak kompleksinə aid olan və ayrılan torpaq sahələrinin yerləşmə yerinin müəyyən olunması ilə bağlı (cümlədən birinci sual iddiaçı ilə Cavabdeh1 MM-nin mülkiyyətində olan torpraq sahələrinin koordinatlarının üst-üştə düşməsinin müəyyən olunması ilə bağlıdır) olmuşdur.

86. Halbuki iddiaçının torpaq sahəsi ilə Cavabdeh1 MMC-nin torpaq sahələrinin koordinatarının üst-üstə düşməsi ilə bağlı tərəflər hansı mübahisə olmamış, daşınmaz əmlakın həmin əmlaklarla bağlı qeydiyyatı ilə bağlı mübahisə də mövcud deyildir.

87. İddiaçı iddia edir ki, onun istifadəsində olan torpaq sahəsi və mülkiyyətində olan qeyri-yaşayış sahəsi məhz cavabdehlərin faktiki istifadəsindədir.Tələbi isə əmlaklarının qanunsuz sahiblikdən geri qaytarılması və əvvəlki vəziyyətinin bərpa edilərək ona təhvil verilməsi ilə bağlıdır.

88. Bu halda isə bu qərarının 80-ci bəndində göstərilənlərin aydınlaşdırılması ilə yanaşı nəzərə alınmalı idi ki, artıq qanuni qüvvədə olan qətnamə ilə cavabdeh MMC-nin təsisçisi Cavabdeh2 qarşı iddia rədd olunmuşdur. İddianın rədd olunmasının əsası tələbin ona cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi ilə bağlı olmuşdur. Belə ki, tələb ayrıca mülkiyyətçi olan şəxsə və ya hüquqi şəxsə qarşı deyil, hüquqi şəxsin təsisçisinə qarşı yönəldilmişdir. Halbuki Mülki Məcəlləninin 52.2-ci maddəsinin tələbi baxımından təsisçi hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımır. Həmin iş üzrə işin mahiyyəti ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Lakin məhkəmələr həmin iş üzrə müəyyən etmişlər ki, iddiaçı mülkiyyətində olan əmlakın qanunsuz sahiblikdən geri qaytarılma sı və əmlakın bərpa edilməsini tələb edilməsi üçün subyektiv hüquqa malik olan şəxsdir.

89. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, əvvəlki icraatda Cavabdeh2 qarşı iddia torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, artıq müəyyən edildiyi kimi hüquqi şəxsin təsisçisi olaraq iddia qaldırıldığına görə hazırkı iş üzrə o tələbə cavab verməli şəxs olmuş, ona münasibətdə icraatı istisna edən hal olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin prosessual əsaslı olmasını (hüquqi şəxsin təsisçisinə qarşı tələbin yönəldilməsi əsası) nəzərə almamış, həmin şəxsə qarşı irəli sürülmüş tələb üzrə eyni tərəflər arasında eyni mübahisə üzrə qanuni qüvvədə olan iddianın rədd edilməsinə dair qətnamənin olmasına əsaslanaraq həmin hissədə iş üzrə icraata xitam vermişdir. Lakin baxılan iş üzrə həmin qərardaddan şikayət verilmədiyi üçün bununla bağlı hüquqi dəyərləndirmə aparılmasının mümkünsüz olması nəzərə alınmalıdır.

90. İşin hallarından aydın olur ki, ünvan 17 ünvanında istifadədə olan 4.1052 ha torpaq sahəsində yerləşən 7553.6 kv.m ümumi, 4069 kv.m əsas sahədən ibarət əmlak kompleksinin paylı mülkiyyət hüququ üzrə “AQAS” firmasına qalan hissəsinin (qeyriyaşayış sahəsindən A tikilisi, 2 mətrəbəli, Ü/S 0.1782 ha, tikinti altı 0,09788 ha sadlıq evinin) mülkiyyətçisi X17r.

91. Məhkəmə kollegyiası onu da nəzərə alır ki, Cavabdeh1 MMC 11 noyabr 2015ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Dövlət Reyestrində qeydə alınmışdır. "xxxx" MMC-yə məxsus əmlaklar xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MMC-nin adına Daşınmaz Əml akın Dövlət Reyestrində qeydə alınmış və bu barədə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1,97082 ha torpaq sahəsi və üzərində olan 7255 kv.m tikili, əmlak kompleksi bugünədək onun xüsusi mülkiyyətindədir.

92. Apellyasiya instansiya məhkəməsinin ekspert qarşısında qoyulmuş sonuncu, yəni 5-ci sualı aşağıdakı məzmunda olmuşdur. “ünvan 18 ünvanında İddiaçı istifadəsində olan 288,65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67,2 kv.m qeyri yaşayış sahəsi G tikilisi (avtoyuyucu) cavabdehlərdən hansının faktiki istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir?”

93. Həmin suala dair verilmiş ekspertin cavabı isə aşağıdakı məzmunda verilmişdir “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınm az Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi rəyinə əsasən ünvan 18 ünvanında İddiaçı istifadəsində olan 288,65 kv.m torpaq sahəsində yerləşən və mülkiyyətində olan 67,2 kv.m qeyri yaşayış sahəsi, G tikilsi (avtoyuyucu) Cavabdeh1 MMC-in mülkiyyətində olan 1.97082 ha torpaq sahəsinin qonşuluğunda yerləşən “AQAS” firmasının yeridə olan və istifadəsində olan 2.13438 ha torpaq sahəsinin daxilində yerləşmişdir. (sözügedən “G” literli tikili (avtoyuyucu) faktiki olaraq sökülmüşdür.)”

94. Həmin rəydə istinad olunan suala verilən cavabdan aydın olur ki, Cavabdeh1 MMC-dən əlavə “AQAS” firmasının yerdə qalan (halbuki “AQAS” firmasının işə baxılarkən mülkiyyətində hər hansı hissəsinin qalması müəyyən olunmur) hissəsinin 4 mülkiyyətçisi vardır. 1 X14 (A1 tikinti, 2 mərtəbə (ü/s-4320,9 kv.m, tik.alt- ******* ha) “indiki ALTUN Şadlıq evinin yerləşdiyi torpaq sahəsi"), X11 (olan 288,65 kv.m torpaq sahəsində yerləşən və mülykiyətində olan 67,2 kv.m qeyri yaşayış sahəsi, G tikilsi (avtoyuyucu)), Cavabdeh2 (A tiki, 2 mərtəbə (üs-1782 kv.m tik.alt-009788 ha) indiki Neolit şadlıq evi), X15 (indiki Neptun şadlıq evinin yerləşdiyi torpaq sahəsi)

95. Göründüyü kimi ekspert qarşısında qoyulmuş həmin sual işin faktiki halları və düzgün həlli üçün əhəmiyyətli olmaması ilə yanaşı bütün mülkiyyətçilərə aid torpaq sahələrinin yerquruluşunun müəyyən edilməli, onun tam cavabdandırılmaması və rəyin aydın olmaması nəzərə alınmalı idi. Apellyasiya instansiya məhkəməsi isə suala verilən rəyin aydın və tam olmamasına əhəmiyyət verməmiş və həmin rəyi mö htəbər sübut olaraq qəbul etmişdir.

96. Mülkiyyətin müdafiəsini təmin edən bu normalar əsasında iddianın düzgün həlli üçün cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə qəsdin, mərhumetmənin olub-olmaması, əgər vardırsa belə müdaxilənin qanuni, yoxsa qanunsuz olması müəyyən edilməlidir.

97. Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə eksperti za təyin etmək imkanları vermişdir.

98. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübutlardan biri olmaqla, onun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir

99. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər, yaxud rəyin mötəbərliliyinə şübhələr varsa MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar eks pertiza təyin edə bilər.

100. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ vardır və MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qətnamədə əsaslandırmalıdır.

101. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

102. Təkrar olaraq qeyd edilməlidir ki, iddiaçının mülkiyyət hüququnun pozulması və qanuni əsaslar olmadan əmlakın ondan alınması və hazırkı tələbin irəli sürülməsi üçün subyektiv hüququn sahibi olması artıq qanuni qüvvədə olan məhkəmə qətn aməsi ilə müəyyən olunur.

103. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi irəli sürülmüş tələblərə ayrılıqda Mülki Məcəllənin 157.2, 157.4, 157.5-ci maddələrinin tətbiqinin mümkünlüyünü müzakirə etməmiş, bunlarla bağlı tələblərə hüquqi qiymət verməmiş, apellyasiya məhkəməsi isə həmin pozuntuları nəzərə almamışdır. 104. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

105. Hər kəs ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məs ələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.

106. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddə alar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

107. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

108. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

109. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

110. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq müna sibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

111. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(103)-688/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar