Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1112/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayonu Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nağıyeva Sevinc Xeyrulla qızı cəlb edilməklə) QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina, müddətin axımının hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayonu Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1045/2022 nömrəli 20 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nağıyeva Sevinc Xeyrulla qızının kassasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun adından çıxış edən qardaşı X1 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il ta rixdə ona verilmiş **********03 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.14 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/472 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və ƏMDKnin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə ona verilmiş **********5 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.30 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/471 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi Nağıyeva Sevinc Xeyrulla qızını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-4971/21 nömrəli 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Elman Məmmədov)
4. İddiaçı apelyasiya şikayəti vermişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1045/2022 nömrəli 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov)
6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsinin elektron kabinetinə 30 iyun 2022-ci il tarixdə yerləşdirilmiş, iddiaçının özünə və üçüncü şəxs Nağıyeva Sevinc Xeyrulla qızına isə yaşadıqları İmişli rayonu, Qaralar kəndi ünvanı üzrə poçt vasitəsilə 14 iyul 2022-ci il tarixdə təqdim edilməsi barədə qəbz əlavə edilmişdir. Qəbzi “Nağıyev Miralim” adlı şəxs imzalamışdır.
7. İddiaçı və üçüncü şəxs Sevinc Nağıyeva Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1045/2022 nömrəli 14 iyun 2022-ci il tarixli qətnaməsindən 23 noyabr 2023-cü il tarixdə kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etmişlər.
8. Müddətin barədə ərizə onunla əsaslandırılmışdır ki, üçüncü şəxs S.Nağıyevanın məhkəmə proseslərindən xəbəri olmamışdır. Belə ki, üçüncü şəxs məhkəmə prosesləri gedən dövrdə iddiaçıdan ayrı yaşadığından onun məhkəmə çəkişmələrindən məlumatı olmamış, mülki işə formal olaraq üçüncü şəxs kimi cəlb edilsə də, ona heç bir məhkəmə bildirişi göndərilməmişdir. Üçüncü şəx s S.Nağyeva alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair Nərimanov rayon Məhkəməsində 2022-ci ildə iddia qaldrımış və Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında 0,14 və 0,30 ha torpaqlara dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Həmin mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən, hazırki iş apellyasiya instansiyası məhkəməsinə gətirilmiş, üçüncü şəxs də Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli qətnaməsini 23 oktyabr 2023-cü ildə əldə etmişdir. Buna görə də prosessual müddət bərpa edilməlidir.
9. Ərizəyə üçüncü şəxsin Bakı Apellyasiya Məhkəməsindən qətnamələrin surətini 23 oktyabr 202 3-cü il tarixdə alması barədə sənəd əlavə edilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 1045/2023 nömrəli iş üzrə 20 dekabr 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lətifə Məmmədova)
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi vəkil Nümayəndə elektron kabinetinə yerləşdirilmiş, həmçinin poçt vasitəsilə iddiaçıya və üçüncü şəxs Sevinc Nağıyeva göndərilmiş, xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bununla da onların qətnamədən kassasiya şikayəti verilməsindən ötrü pro sessual müddətin axımı ertəsi gündən başlamış, xx.xx.2022-ci il tarixə kimi davam etmişdir. Lakin iddiaçı və onun arvadı olan üçüncü şəxs Sevinc Nağıyeva tərəfindən xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti, həmçinin prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıd ır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı).
13. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, prosessual müddətin bərpa edilməsi üçün o hallar mövcud olmalıdır ki, həmin hal şəxsi prosessual hərəkətinin aparılması imkanından məhrum etsin. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrinin deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Həmçinin vəkil və nümayəndə ona həvalə edilmiş səlahiyyətlər həddind ə onlara göndərilən məhkəmə aktını təmsil etdikləri tərəfə çatdırmaq öhdəliyi daşıyırlar.
14. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmadığını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddət işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.
15. İşdən göründüyü kimi məhkəmə aktı iddiaçının vəkili Nümayəndə elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, onun arvadı olan üçüncü şəxs Sevinc Nağıyevay tərəfindən isə poçt vasitəsilə xx.xx.2022-ci ildə həmin ünvanda alınmışdır. Lakin sonuncu bu qətnamədən şikayət verməmiş, elə həmin ildə də müqavilənin etibarsızlığı barədə müstəqil şəkildə Nərimanov Rayon Məhkəməsində ayrıca iddia tələbi irəli sürmüşdür. Hazırda həmin tələb üzrə mübahisə hələ başa çatmamışdır. Bu baxımdan, iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş müddətin bərpası barədə ərizədə müddətin bərpası üçün tutarlı əsaslar göstərilmədiyindən, həmin ərizə təmin edilməməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 128.2, 129.1, 405.0.1, 408.1.4 və 408.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sevinc Nağıyeva (Vəkil2) birgə kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər.
18. Kassasiya şikayətinin dəlilləri on dan ibarətdir ki, üçüncü şəxs S.Nağyeva apelyasiya instansiyası məhkəməsindəı heç bir vəkil və ya nümayəndə vasitəsilə təmsil edilməmiş, eyni zamanda məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Qətnamənin tərəflərə göndərilməsi barədə müşayət məktubunda belə, üçüncü şəxsin adı qeyd edilməmişdir. Barəsində şikayət verilən qətnamə üçüncü şəxsə onun müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsində 23 oktyabr 2023-cü il tarixdə verilmişdir. Bu barədə müvafiq sənədi kassasiya şikayətinə və müddətin bərpası barədə ərizəyə əlavə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
21. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərardadının lə ğvini xahiş edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
24. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından gö rünür ki, barəsində şikayət verilən Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi vəkil Nümayəndə elektron kabinetinə yerləşdirilmiş, həmçinin poçt vasitəsilə iddiaçıya və üçüncü şəxs Sevinc Nağıyeva göndərilmiş, xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilmişdir. Bununla da onların qətnamədən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin axımı ertəsi gündən başlamış, xx.xx.2022-ci il tarixə kimi davam etmişdir. Lakin iddiaçı və onun arvadı olan üçüncü şəxs Sevinc Nağıyeva tərəfindən xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti, həmçinin prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülmüşdür.
25. Apellyasiya instansiyası m əhkəməsi həmçinin prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə üçüncü şəxsin dəlillərini də əsassız saymışdır.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1115-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsini (bax:11-15-ci bəndlər) əsaslı sayır.
27. Nəzərə alınsa ki, MPM-in 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslər qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verə bilər, belə olan halda, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni olmuşdur.
28. Məhkəmə kollegiyası hazırki işin halları ilə bağlı diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qərarına da çəkir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamal ıdır. 29. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X3 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçini özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”
30. Həmçinin“Kudrina Rusiyaya qarşı” iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.
31. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 32.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nağıyeva Sevinc Xeyrulla qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1045/2023 nömrəli 20 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.