Məhkəmə qərarları › İş №2(102)-1116/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1116/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1116/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil X5ının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nə və Cavabdeh1 qarşı “kredit müqaviləsinin və həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi” barədə ilk, Cavabdeh2 ASC-nin İddiaçı qarşı “kredit borcunun qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 20 19-cu il tarixli 2(105)-162/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 ASC arasında xx xxxxxx 2009-cu il tarixli, 18-4/2009 USD saylı kredit müqaviləsi və həmin müqavilənin təminatı olan X2 məxsus X5 mənzilinə dair bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə görə hesablanmış əsas, faiz və cərimə borcunun cavabdehlərə aid edilməsi, hüquqi xidmətə görə ödənilmiş 300 manat xidmət haqqının və 10 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi və ipoteka ilə yüklü edilmiş X 5 mənzilinin ipotekadan azad edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, pula ehtiyacı olduğuna görə 2009cu ilin iyun-iyul aylarında bankdan kredit götürmək məqsədilə Cavabdeh2 ASC-nin Sumqayıt filialında müavin vəzifəsində işləyən tanışı Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 işlədiyi bankdan kredit verilməsində ona köməklik edə biləcəyini, lakin bunun üçün banka girov qoyulmalı olmasını bildirmişdir. Qayınanası X2 məxsus X5 mənzilinin sənədlərini Cavabdeh1 təqdim etmiş və cavabdehlə birlikdə qayınanasını notariat kontoruna aparıb adına 2 illik etibarnamə almışdır. Bundan sonra bütün sənədləri Cavabdeh1 təhvil vermişdir. Bir neçə gündən sonra Cavabdeh1 onu banka öz xidməti otağına dəvət edib, müqavilə sənədlərinə qol çəkdirmiş və demişdir ki, pul veriləndə özü onu çağıracaq. Təxminən 10-15 gündən sonra Cavabdeh1 mobil telefonuna zəng vuraraq, pulların hazır olduğunu, gəlib pulu götürə biləcəyini demişdir. Cavabdeh ona 24000 ABŞ dolları pul verildiyini demişdir. Yəni, Cavabdeh1 vasitəsilə xx xxxxxx 2009-cu ildə Cavabdeh2 ASC ilə onun arasında kredit müqaviləsi və həmin müqavilənin təminatı kimi girov müqaviləsi bağlanıb, qayınanasının mənzili girov qoyulub. Kredit müqaviləsinə görə ona bank tərəfindən 24 ay müddətinə 24000 ABŞ dolları kredit verilməsi göstərilsə də, həmin məbləği bankdan almayıb, kassa məxaric orderinə imza etməyib. Cavabdeh1 bankdan pulu özü götürmüş, ona olan 4000 ABŞ dolları borcunu həmin məbləğdən çıxmış, əlavə ona 3000 ABŞ dolları pul vermiş, qalan 17000 ABŞ dollarının özünə lazım olduğun u, həmin məbləği banka mütəmadi olaraq özünün ödəyəcəyini demişdir. Beləliklə, Cavabdeh1 müavin vəzifəsində işlədiyi Cavabdeh2 ASC-nin Sumqayıt filialından 24 min ABŞ dolları kredit götürüb həmin pulun 7 min dollarını ona vermiş, 17 min dolları isə özündə saxlamışdır. Razılaşmalarına uyğun olaraq aldığı 7 min dollara görə ödəməli olduğu 400 dolları hər ay aparıb xidməti otağında cavabdehə verməli, cavabdeh də öz üzərinə düşən 17 min dolların əsas və faiz məbləğini onun verdiyi 400 dollara əlavə edib krediti bağlamalıydılar. Hər ay mütəmadi olaraq cavabdehə xidməti otağında 400 ABŞ dolları pul verib. Növbəti dəfə pulu aparanda məlum olub ki, cavabdeh iş yerini dəyişib, Bakıda yerləşən bankların birinə işə düzəlib və onun verdiyi 400 ABŞ dollarından savayı, başqa heç bir məbləği banka ödəməy ib. Bankın nümayəndəsi ondan hər ay 1480 ABŞ dolları ödənilməli olduğu halda onun nəyə görə 400 ABŞ dolları ödəməsini soruşmuşdur. Bu məlumatı alan kimi Cavabdeh1la əlaqə saxlamış, sonuncu narahat olmamağı, pulun hamısını ödəyəcəyini bildirmişdir. 2011-ci ilin yanvar ayında Cavabdeh1 ona 2000 manat vermişdir ki, banka ödəsin. 10 gündən sonra əlavə 10000 manatı da verəcəyini demişdir. Lakin bu günə kimi Cavabdeh1 pulu nə ona, nə də banka ödəməmişdir. Hazırda o, üzərinə düşən 7000 ABŞ dolları borcunu və faizini qaytarmışdır. Cavabdeh1 isə öhdəsinə düşən məbləği qaytarmayıb. Bu səbəbdən qayınanasının iki otaqlı mənzili hələ də bankın girovundadır. Cavabdeh2 ASC də İddiaçı qarşı qarşılıqlı iddia verərək, İddiaçı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 22556,41 ABŞ dolları əsas, 19006,7 8 ABŞ dolları faiz və 22841.43 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 64404,62 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin (hakim Ceyhun Məmmədov) xx xxxxx 2017-ci il tarixli, 2(060)-1617/2017 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx xxxxxx 2009-cu il tarixli 18-4/2009 USD saylı kredit müqaviləsi və Cavabdeh2 ASC ilə X4 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli İPİ-18-4/2009 ASD saylı ipoteka müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ASC-dən ilkin iddia tələbi üzrə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi olaraq puldan 10 manatın tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi ol araq ödənilmiş pulun Cavabdeh2 ASC-nə aid edilməsi, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin (hakimlər L.Məmmədova, E.Rəhimov, S.Qafari) xx xxxxxxx 2017-ci il tarixli, 2(105)-2693/2017 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(060)-1617/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Əliyev, A.Kalbalıyev, V.İbayev) xx xxxxxx 2018-ci il tarixli, 2(102)-1027/2018 saylı qərarı ilə şikayət qismən təmin edilərək, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (h akimlər A.Abbasov, M.Rzayev, T.Məmmədov) xx.xx.2019-cu il tarixli 2(105)-162/2019 nömrəli qətnaməsi ilə qarşılıqlı iddiaçı Cavabdeh2 ASC-nin apelyasiya şikayəti qismən təmin edilərək Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(060)-1617/2017 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının təmin edilməməsi, Cavabdeh2 ASC-nin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə ödəniş gününün manat məzənnəsi ilə əsas borc üzrə 22556,41 (iyirmi iki min beş yüz əlli altı dollar qırx bir sent) ABŞ dolları, faiz borcu üzrə 5162,20 (beş min yüz altımış iki dollar iyirmi sent) ABŞ dolları, dəbbə borcu üzrə 200 (iki yüz) ABŞ dolları, cəmi 27918,61 (iyirmi yeddi min doqquz yüz on səkkiz dollar altmış bir sent) ABŞ dolları pulun tutulması, q arşılıqlı iddia tələbinın qalan məbləğ hissəsində təmin edilməməsi, qarşılıqlı iddiaya görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh2 ASC-nə ödənilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-162/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-162/2019 nömrəli qətnaməsinin faiz borcunun qismən tutulması hissəsində lə ğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC-nin Sumqayıt filialı onun arasında Kredit Müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müqavilə üzrə tələblər yerinə yetirilməmişdir. Belə ki, xx.xx.2009-cu il tarixli Kredit Müqaviləsinin 4.2.1-ci bəndinə əsasən kreditor “xxxx” ASC 24.000 ABŞ dollarının ona verilməsinə dair üzərinə öhdəlik götürmüş, lakin həmin məbləği verməmişdir. Belə olan kreditor tərəfindən müqavilənin qüvvəyə minməsi üçün əsas şərtlərdən biri olan pulun verilməsi vəzifəsi pozulmuşdur. Bu isə AR Mülki Məcəlləsinin 417.1-ci maddəsinin tələblərinə ziddir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki K ollegiyası işə yenidən baxarkən məhkəmə araşdırmasını qeyri-obyektiv və birtərəfli aparmış, nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin m üddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kre dit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (“Öhdəliklərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı və vəkili Vəkil X5ı məhkəmə iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini qarşı tərəfin verdiyi kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada mə lumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki: Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi ilə bank cavabdehə 24 ay müddətinə, illik 26 faizlə 24000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən kreditor 24.000 ABŞ dollarını İddiaçı verməsinə dair üzərinə öhdəlik götürür. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Cavabdeh2 ASC ilə X4 arasında bağlanmış xx xxxxxx 2009 -cu il tarixli ipoteka müqaviləsi ilə xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq X2 məxsus olan Sumqayıt şəhəri,14-cü məhəllə, ev 7/36, mənzil 32-də yerləşən yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6431 saylı rəyinin surətinə əsasən Cavabdeh2 ASC-dən pulun götürülməsinə dair xx xxxxxx 2009-cu il tarixli 08 nömrəli məxaric kassa orderində olan “İmza” qrafasındakı imzaİddiaçı məxsus deyil. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1491/2016-saylı xx xxxx 2016-cı il tarixli qətnaməsinin surətinə İddiaçı pulu bankdan almadığına görə müqavilənin etibarsızlığı ilə deyil, müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh2 ASC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən Miriyev xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı 22556,41 ABŞ dolları əsas, 19006,78 ABŞ dolları faiz, 22841.43 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 64404,62 ABŞ dolları borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 5722 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx xxxxxx 2011-ci il tarixinə faiz borcu 5162,20 ABŞ dolları təşkil edir. Apellyasiya instansiya məhkəməsi ilkin iddia ilə bağlı hesab etmişdir ki, İddiaçı onunla Cavabdeh2 ASC arasında xx xxxxxx 2009-cu il tarixli, 18-4/2009 USD saylı kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi tələbini müqavilə üzrə 240 00 ABŞ dollarının ona verilməməsi, kassa məxaric orderində olan imzanın ona məxsus olmaması ilə əsaslandırsa da, İddiaçı həmin pulun ixtiyarlı şəxs kimi Cavabdeh1 tərəfindən alınmasını bəyənmiş, həmin puldan 4000 ABŞ dollarının Cavabdeh1 olan borcunun qaytarılmasına yönəltmiş, 3000 ABŞ dollarının isə özü götürmüşdür. İddiaçı götürdüyü pulu faizi ilə birgə qaytarmasını deməklə, müqavilə üzrə öhədliklərini də icra etdiyini təsdiq etmişdir. Mülki Məcəllənin 358-ci maddəsinin tələblərinə istinad edərək apellyasiya məhkəməsi qeyd İddiaçı özünün dediyi kimi kredit müqaviləsi üzrə pul məbləğinin bir hissəsini Cavabdeh1 almaqla öz adından Cavabdeh1 kredit məbləğini bankdan götürməsini bəyənmişdir. Belə olan halda, xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsinin ləğvi üçün iddiaçının irəli sürd üyü dəlillərin heç bir hüquqi əsası yoxdur. Həmçinin İddiaçı ipoteka müqaviləsinin tərəfi olmadığından həmin müqavilənin ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur. Apellyasiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməklə, hesab etmişdir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası vardır. Buna görə də, qarşılıqlı iddianı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq edilən əsas borca görə 22556,41 ABŞ dolları, müqavilə müddətinin sonuna yaranmış 5162,20 ABŞ dolları faizin və 200 ABŞ doları dəbbə pulu hissəsində təmin edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 358.1 və 358.2-ci maddələrinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli bunu bəyənirsə, etibarlı olur. İddiaçı kredit müqaviləsini imzalamış, müqavilə üzrə 24000 ABŞ dollarını kassa məxaric orderinə imza etməklə almasa da, həmin məbləğin həmin bankın Sumqayıt filialında müavin vəzifəsində işləyən tanışı Cavabdeh1 tərəfindən götürüldüyünü, 4000 ABŞ dollarının Cavabdeh1 olan borcunun qaytarılmasına yönəldilməsi, 3000 ABŞ dollarının isə ona verilməsi, qalan 17000 ABŞ dolarının isə Cavabdeh1 qalacağını və bu məbləğə görə müqavilə öhdəliklərinin onun tərəfindən icra ediləcəyini bilərək, bununla razılaşmışdır. Belə olan halda, hazırda iddiaçının həmin 24.000 ABŞ dollarının ba nk tərəfindən şəxsən onun özünə verilməməsinə istinad edərək, müqavilənin ləğvini tələb edə bilməz. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Mülki Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Sadalanan qanunvericilik normalarının tələbindən də görünür ki, müqavilənin ləğvini müqavilə tərəfi yalnız digər tərəf müqavilə ni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda tələb edə bilər. Hazırki iş üzrə kredit müqaviləsi üzrə məbləğin bank tərəfindən verilməsi, yəni öhdəliyini icra etməsi, borcalanın həmin vəsaitin bir hissəsini qəbul edib, yararlanması, qalan hissəsinin üzərində başqa şəxsin sərəncam verməsini bəyənməsi işin mübahisəsiz halıdır. Buna görə də, həmin kredit müqaviləsinin və onun təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin bu əsasla ləğv edilməsi barədə iddianın rədd edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgündür və iddiaçını kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, bankın müqavilə üzrə kredit məbləğini kredit alanın özünə deyil, həmin filialda işləyən vəzifəl i şəxsə təhvil verilməsinə, kassa mədaxil orderinin saxtalaşdırılmasına cavabdehlik daşıyan şəxslərin, həmçinin həmin vəsaiti qəbul edən Cavabdeh1 hərəkətlərində cinayət tərkibinin olub- olmamasının araşdırılması üçün xüsusi qərardad qəbul edilərək, prokurora məlumat verilməlidir. Qarşılıqlı iddianın qismən təmin edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqavilə sinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irə li gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş üzrə ödənilməli olan əsas və faiz borcu müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının və bu razılaşma əsasında imzalanmış əlavə sazışlərin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə m alik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kassator Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu kredit müqaviləsi üzrə kredit öhdəliyinin icrası müddətinin bitdiyi vaxtdan sonrakı dövr üzrə kreditə görə faizlərin tutulması hissəsində iddianın rədd edilməsi ilə razılaşmayaraq, tərəflər arasında bağlanmış müqavilədə müvafiq bəndin olduğuna istinad edərək, həmin müddət üçün faizlərin də tutulmalı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu kassasiya şikayətinin dəlilləri də əsassı zdır. Belə ki, kassator “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeləri düzgün şərh etmir. Həmin qərarda bankın istinad etdiyi “Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər” müddəasından başqa, “Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəll əsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər” müddəası da əks olunmuşdur. İstinad olunan Qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. İşdən görünür ki, bank kredit müqaviləsi üzrə öhdəlik müddətinin xx.xx.2011-ci il tarixdə bitməsinə baxmayaraq, həmin müqavilə üzrə borcun tutulması barədə uzun müddət məhkəmədə iddia qaldırmamış, yalnız borcalan tərəfindən müqavilənin ləğvi tələbi irəli sürüldükdən sonra xx.xx.2017-ci tarixdə qarşılıqlı iddia vermişdir. Kredit müddətinin bitməsindən 6 ilə yaxın vaxt keçdikdən sonra, həmin müddət üçün müqavilə faizlərinin ödənilməsinin tələb edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrində nəzərdə tutulmuş hüquqların vicdanla həyata keçirilməsi prinsipinə ziddir. Kassasiya kollegiyası, apellyasiya inst ansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-162/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar