Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1118/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi) 04.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2373/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları m üəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7085/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi, aliment və maddi yardım tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Qeydiyyat şəbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış, 1726 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü G.Cavabdehnın və xx.xx.2017-ci il təvəllüdlü B.Cavabdehnın yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmaları, xx.xx.2014cü il təvəllüdlü G.Cavabdehnın və xx.xx.2017-ci il təvəllüdlü B.Cavabdehnın saxlanılması üçün Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında alimentin və xx.xx.2017-ci il təvəllüdlü B.Cavabdeh nın 3 yaşına çatanadək 50 manat miqdarında maddi yardımın tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması, qətnamənin aliment tələbinə aid hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması xx.xx.2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 287 sayla qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 1800 manat olan şubanın və ya onun dəyəri olan 1800 manat pulun, birgə nikah dövründə alınmış **-DG-*** “Pikap” markalı avtomobilinin dəyər inin yarısını, yəni 11000 manatın, cəmi 12800 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahda olduqları müddətdə cavabdeh tərəfindən ona 1800 manat dəyərində xəz (şuba) hədiyyə alınmışdır. O, 2018-ci ilin iyun ayında cavabdehə məxsus evi tərk edərək getmiş, həmin vaxtdan faktiki olaraq ayrılmışlar. Evdən gedərkən o, özü ilə yalnız yay paltarlarını götürmüş, şuba evdə qalmışdır. Aralarında olan nikah pozulduqdan sonra ona məxsus cehiz əmlak və geyim əşyaları götürülərkən cavabdeh tərəf şubanı ona verməkdən imtina etmişdir. Eləcə də cavabdehlə birgə nikah dövründə, yəni 2017-ci ildə cavabdeh tərəfindən **-DG-*** dövlət qedyiyyat nömrə nişanlı, “Mitsubishi L200” markalı avtomaşın alınmışdır. Həmin avtomaşını 17000 manata almışlar. Avtomaşının alınması üçün 10000 manat məbləğində pulu Ənvər qoymuşdur. Həmin pul cavabdehin əmək haqqı və digər gəlirləri hesabına olmuşdur. 5000 manatı isə o, «loteraya» alaraq əldə etmişdir. O, müəllimə işləmiş və aylıq əmək haqqı 300 manat təşkil etmişdir. O, əmək haqqını evin məsrəflərinə sərf etmişdir. Daha sonra Ənvər avtomaşını atasının adına sənədləşdirmiş, sonra isə satmışdır. O, “elan” bölümlərində Ənvərin avtomaşını 22000 manata satışa qoyduğunu görmüşdür, odur ki, həmin 22000 manatın yarısı olaraq 11000 manatı cavabdehdən tələb edir. Çünki həmin avtomaşının alınmasında ona məxsus 5000 manat vəsait sərf edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh bir ədəd xəz (şuba) dərinin, həmin əmlakı naturada qaytarmaq mümkün olmadıqda onun dəyəri olaraq 1800 manat pulun və dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə bir ədəd xəz (şuba) dəri hissədə cavabdeh tərəfindən iddia tələbini etirafını nəzərə alaraq tələbi həmin hissədə təmin etmişdir. Birinci instansiya məhkəməsi iddianı avtomobil hissəsində rədd edərkən qeyd etmişdir ki, mübahisəli predmeti olan avtomobil tərəflərin birgə nikahı dövründə alınsa da, tərəflərin ümumi gəlirləri hesabına alınmamış və həmçinin, məhkəmə bu qənaətə gəlmişdir ki, avtomaşın tərəflərin birgə nikah dövründə özgəninkiləşdirilmiş, iddiaçı bundan xəbərdar olsa da həmin vaxt alqı-satqı müqaviləsini mübahisələndirməm işdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Nazim Nəsibov, Zaur Məmmədov) xx xxxxxxx 2019-cu il tarixli, 2(105)3302/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Vüqar Həsənov) xx xxxx 2020-ci il ta rixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan avtomobil üzərində cavabdehin adına mülkiyyət hüququnun birgə nikah dövründə əldə edilməsi ilə bağlı işin faktiki hallarına düzgün qiymət verməmiş, həmin avtomobilin cavabdehin atası tərəfindən deyil, məhz cavabdehin özü tərəfindən idarə olunmasına dair işin mühüm əhəmiyyət daşıyan hallarını düzgün araşdırmamış, nəticədə qətnamədə maddi hüquq norması kimi istinad edilən Ailə Məcəlləsinin 32.2, Mülki Məcəllənin 225.1-ci maddəl ərini düzgün tətbiq etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli 2(060)-4243/2019 saylı qətnaməsi iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış avtomobilinin dəyərinin 50 faiz ona ödənilməsi barədə iddia qismən təmin edilmiş, Cavabdeh 8500 manat alınıb İddiaçı verilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “MİTSUBİSHİ L200” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx xxxx 2013-cü il tarixdən X7 olmuş, onun tərəfindən xx xxxxxx 2016-cı il tarixdə X2 etibarnamə verilmiş, B.Nurmammədov da etibar edilmiş etibaretmə qaydasında cavabdeh atası X8 xx xxxxxx 2017-ci il tarixdə Sabirabad «ASAN xidmət» mərkəzində Notariat Kontorunda təstiq edilmiş etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında da E.Həsənov xx xxxxxx 2017-ci il tarixdə avtomobili alqı-satqı müqaviləsi ilə oğlu olan Cavabdeh satmışdır. xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh avtomobili atası E.Həsənova, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə E.Həsənov avtomobili X1 və hazırda X.Bayramquliyevin mülkiyyətindədir. İddiaçı satılmış avtomobilinin dəyərinin 50 faiz, yəni 11000 manatın yarısını on a ödənilməsi barədə iddia irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2013-cü il tarixdə nikahlarını bağlamışlar, onların arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7085/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan nəqliyyat vasitəsinin xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus “MİTSUBİSHİ L200” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili 17000 manata Elxan Həsənova satmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı nikah dövründə ev təsərrüfatı və uşaqlara qulluqla məşğul olduğuna görə, birgə gəlir hesabına alınmamış hər hansı bir əmlaka iddiaçının hüququ tanınmalı, əmlakın satışından əldə edilmiş gəlirin yarısı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X4y) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, ondan 8500 manat pulun alınıb iddiaçıya verilməsinin təmin edilməsi hissədə ləğv edilməsini və iddiaçının avtomaşınla bağlı tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil atası tərəfindən etibarnamə ilə alınmış, öz adına qanuni yol vermədiyinə gorə maşını onun adına rəsmiləşdirmişdir. Həmin avtomobilin ona və arvadına adiyyatı olmamış, avtomobilə onlar pul vəsaiti qoymamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən bu hal tam sübuta yetirilmiş və iddiaçının tələbinin avtomobillə baglı hissəsi əsaslı olaraq təmin edilməmişdir. Lakin apellyasiya məhkəməsi buna əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyət i sayılır. Maddə. 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə-onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hans ı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.1. Ərlə-ərvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instan siyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində cavabdeh ondan 8500 manat pulun alınıb iddiaçıya verilməsinin təmin edilməsi hissədə ləğv edilməsini və iddiaçının avtomaşınla bağlı tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, mübahisəli avtomobil atasının olmuş, lakin qanun yol vermədiyindən ata avtomobili öz adına deyil, onun (cavabdehin) adına rəsmiləşdirilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh avtomobili atası E.Həsənova satmış və avtomobil sonuncunun adına qeydə alınmışdır. Göründüyü kimi avtomobilin cavabdehin atasının adına rəsmiləşdirilməsi üçün heç bir maneə olmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2373/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.