Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1119/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2(105)-3497/2019 saylı qətnaməsindən İddiaçı və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(074)-184/2019 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1h qızına və Ca vabdeh2na qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(105)-3497/2019 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən və məruzəçi, G.F.Tağızadə və E.G.Rəhimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(074)-184/2019 saylı qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X ilə Cavabdeh1h qızı arasında Cavabdeh2 bağlanmış 03 avqust 1996-cı il tarixli və 4E-23 reyest nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi şdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 satılması ilə bağlı olan və həmin fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına əsas olan 03.08.1996-cı il tarixli alqı-satqı müqaviləsi mövcud deyildir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)3497/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh1h qızının nümayəndəsi X oğlu məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-3497/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi fakti ki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 03 avqust 1996-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh1h qızı ünvan 1 ünvanında yerləşən mənzili Xdən almışdır. Reyestr kitabı 03/783, inventar iş i 1231 olan Qeydiyyat vəsiqəsindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh1h qızının adına qeydə alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(074)1423/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi və Cavabdeh1 qarşı “çıxarışın ləğv edilməsi haqqında” iddia tələbi rədd edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(074)-1423/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən bir mərtəbəli kommunal evin bir otaqlı mənzili X məxsus olmuşdur. Şamaxı rayon XDS İK-nın 11 noyabr 1990-cı il tarixli 22 nömrəli qərarına əsasən ünvan 1 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsi kommunal evin bir otaq lı mənzilinin sahibi X ayrılmışdır. Sonuncu 03 avqust 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan bir otaqlı mənzili Cavabdeh1h qızına satmış və onun mənzilin torpaq sahəsinə olan hüquqları cavabdehə keçmişdir. Cavabdeh də bu hüquqlarından istifadə edərək, qanuni istifadəsində olan torpaq sahəsini özəlləşdirmiş və torpaq sahəsi 16 fevral 2017-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona RX seriyalı 10227396 nömrəli reyestrdən çıxarış verilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, tərəflər arasında hazırda mübahisə predmeti olan X ilə Cavabdeh1h qızı arasında Cavabdeh2 bağlanmış 03 avqust 1996-cı il tarixli və 4E-23 reyest nömrəli alğı-satqı müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflə rin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticədən görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən hüquq normalarının pozuntusu halları olmamış, qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan heç biri mövcud deyildir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır və iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də göstərilən müqavilənin etibarsız hesab olunmasından söhbət gedə bilməz. Belə ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onları n istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququ nun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 324.1, 324.2, 324.4, 324.5, 331, 329.1, 334.1, 334.2, 334.3.1, 337.1, 338, 339, 404.1, 404.2, 567, 568.1, 646.1, 647.1, 647.2-ci maddələrinin, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 27, 46-cı maddələrinin və “Notariat haqqında” qanuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 17, 38, 46 və 49-cu bəndlərinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan heç biri mövcud deyildir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 satılması ilə bağlı olan və həmin fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına əsas olan 03.08.1996-cı il tarixli al qı-satqı müqaviləsi mövcud deyildir və apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qanunsuz və əsassız qətnamə edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinın tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması ərizəçinın birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərin ə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasına dair istinad etdiyi hallarla bağlı məhkəmələrə mötəbər sübutlar təqdim edə bilmədiyi üçün onun iddia tələblərinə və apellyasiya şikayətinin dəlillərinə də sübutetmə yükünün daşıyıcısı kimi məhz özünün irəli sürdüyü arqumentlər əsasında baxılaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kol legiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında, araşdırılmış sübutlar əsasında qəbul edilmiş, hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3497/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1119/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1119/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver