Məhkəmə qərarları › İş №2(102)-1131/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1131/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1131/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, iddia müddəti, iddia müddətinin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1798/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixədək (1 il müddətinə) qaytarmaq şərti ilə 11.000 ABŞ dolları məbləğində borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır.

2. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olmuşdur (əsas: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 13 iyun 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 ABŞ dolları borcun və ödənilmiş 146 manat dövlət rü sumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2017-ci il tarixdə təsadüfən tanış olmuş, bir müddət sonra cavabdeh ondan şəxsi ehtiyacları üçün borc istəmiş, səmimiliyinə inanaraq xx.xx.2017-ci il tarixdə kredit müqaviləsinə əsasən ona 11.000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh borcu bir il müddətinə qaytarmağa söz versə də, uzun müddət keçməsinə baxmayaraq, borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. 2021-ci ildə həbsdə olduğundan cavabdehdən pulunu tələb edə bilməmişdir. Hesab edir ki, hazırkı vəziyyətdə müqavilə üzrə borcunu tələb etmək haqqı vardır.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı ilə onun atası şərik olmaqla Rusiya Feder asiyasından Azərbaycana taxta-şalban gətirilməsi ticarəti ilə məşğul olmuşlar. 2017-ci ildə iddiaçı ona zəng edərək, 11.000 ABŞ dolları pulu taxta-şalban alqı-satqısı üçün göndərməli olduğunu, lakin atasına inanmadığı üçün aralarında borc müqaviləsi imzalanmalı olduğunu bildirmiş, bu barədə atasına bildirdikdə sonuncu ona müqaviləyə imza etməsini demişdir. Əslində isə həmin müqavilə üzrə heç bir pul almamışdır. “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimata əsasən həmin pul notariusun depozit hesabına qoyulmalı idi, lakin bu qaydaya əməl edilməmişdir ki, bu da aralarında bağlanmış müqavilənin uydurma olmasının təsdiqi üçün əsasdır.

6. Cavabdeh, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verərək, bildirmişdir ki, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 il lik iddia müddətini ötürmüşdür. İddiaçının həbsdə olduğu müddət isə iddia müddətinin axımının dayandırılmasına əsas olan hal deyil. Həbsdə olması iddia qaldırmaq hüququnu məhdudlaşdırmır.

7. İddiaçı iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə həbsdə olmuş, bu müddət iddia müddətinin son 6 ayında baş vermişdir. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət edə bilməmişdir. Həmçinin, həbsdə olduğu müddətdə hamıya məlum olan COVİD-19 pandemiyası ilə bağlı etibarnamə verməsi məsələsi qeyri-mümkün olmuşdur. Hətta, barəsindəki cinayət işi üzrə vəkillə görüşündə də çətinliklər olmuşdur. Digər tərəfdən, cinayət təqibi zamanı fəaliyyət göstərdiyi yerdə bütün sənədlər götürülmüş və həmin yer müvafiq orqan tərəfindən möhürlənmişdir. Bu səbəbdən, sözügedən kredit müqaviləsinin əldə edilməsi mümkün olmamışdır. Həbsdən azad olduqdan dərhal sonra notariusa müraciət edərək, kredit müqaviləsinin surətini əldə etmiş və dərhal məhkəməyə müraciət etmişdir.

8. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(034)-409/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülsarə Kərimova) iddia rədd olunmuş, eyni tarixli qərardadla iddiaçının iddia müddətinin ötürülməsinin üzrlü sayılması barədə ərizəsi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən iddiaçı cavabdehə verdiyi krediti geri tələb etmək hüququna malikdir. Laki n iş materiallarından görünür ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitmiş və həmin vaxtdan iddia müddətinin axımı başlamışdır. Bu halda, həmin müqavilə üzrə iddia müddəti artıq xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra heç bir ödəniş olmamış və cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia ərizəsi təmin edilməməlidir.

10. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməsinin üzrlü sayılması barədə ərizəsinə münasibətdə isə bildirmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutla r təqdim etməmişdir. Belə ki, iddiaçının iddia müddətinin bitdiyi xx.xx.2021-ci il tarixədək məhkəməyə müraciət etmək imkanı olsa da, bu tarixədək müraciət etməmişdir. İddiaçının istər COVİD-19 pandemiyası ilə bağlı karantin rejimi dövründə, istərsə də, 2021ci ilin yanvar ayından həbsdə olduğu vaxt ərzində poçt vasitəsilə məhkəməyə müraciət etmək imkanı olmuşdur. Ona görə də, ərizəsi təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 373.2, 375.2, 377.2, 385.1, 425.1, 442, 443.1, 448.1, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verə rək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsi və iddia müddətinin ötürülməsinin üzrlü sayılması barədə ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-257/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Abasov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehə tələb etdiyi məbləğdə borc pul verməsini sübut etsə də, iddia müddətini ötürdüyündən bütün hallarda iddia təmin oluna bilməz. Apellyasiya şikayətində göstərdiyi dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı iddia müddətini üzrlü səbəbdən ötürdüyünü bildirərək bunu onunla əsaslandırmışdır ki, cəzaçəkmə müəssisəsində olduğundan, lazımi sənədlər onda olmadığından, eləcə də xəstəliyi səbəbilə vaxtında iddia qaldıra bilməmişdir. Lakin iddiaçının gətirdiyi bu əsaslar iddia müddətinin axımının dayandırılması ilə bağlı Mülki Məcəllənin 379-cu maddəsinin təsiri altına düşmür. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2248/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə (S.F.Hacıyev (məruzəçi), M.T.Əhmədova və Ə.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

17. Məhkəmə tərkibinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 1 il müddətinə (xx.xx.2018-ci il tarixədək) qaytarmaq şərti ilə 11.000 ABŞ dolları məb ləğində borc verilmiş, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəzaçəkmə müəssisəsində olmuş, azadlığa çıxdıqdan sonra xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı bu müqavilədən irəli gələn öhdəliyin (borcun) icrası barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

18. Məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, həmin müqavilədən irəli gələn tələblər üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin axımı həmin tarixdən başlanmış və xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür.

19. İddiaçı iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəb kimi iddia müddətinin son 6 ayı ərzində cəzaçəkmə müəssisəsində olmasını, buna görə də iddia qaldırmaq imkanlarının məhdud olduğunu göstərmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi buna münasibətdə qeyd etmişdir ki, iddiaçının cəzaçəkmə müəssisəsində olması iddia müddətinin axımının dayandırılması ilə bağlı Mülki Məcəllənin 379-cu maddəsinin təsiri altına düşmür.

21. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin “iddia müddəti axımının dayandırılması” və “iddia müddətinin bərpa olunması” barədə normaları düzgün tətbiq olunmamışdır.

22. Belə ki, iddia müddətinin axımının dayanmasına əsas olan hallar Mülki Məcəllənin 379-cu maddəsində konkr et göstərilməklə, həmin hallardan birinin baş verməsi maddənin adından da göründüyü kimi iddia müddətinin axımını dayandırır.

23. Hazırkı halda isə, iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi mübahisəsiz olmaqla, mübahisə iddiaçının müddəti buraxmasının səbəbləri kimi istinad etdiyi halların üzrlü hesab edilib-edilməməsi ilə bağlıdır ki, bu məsələ Mülki Məcəllənin 382-ci maddəsi ilə tənzimlənməklə, iddia müddətinin axımının dayanmasına deyil, artıq buraxılmış müddətin bərpasın; tələb edir. İddiaçı da bununla bağlı məhkəməyə verdiyi ərizəsində məhz tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir.

24. Həmin normanın tələbinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia mü ddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

25. Göründüyü kimi, bu maddənin tətbiq olunması üçün 2 şərt ödənilməlidir. Birincisi, iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı müstəsna hallarla bağlı olmalıdır. İkincisi isə həmin səbəb müddətin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş vermiş olmalıdır.

26. Birinci şərtin yoxlanılması zamanı məhkəmələr nəzərə almalıdırlar ki, maddənin məzmununda göstərilən hallar məhdudlaşdırıcı deyil, sadalayı cı mahiyyətdə olmaqla, qanunverici hansı səbəblərin iddia müddətinin ötürülməsi baxımından üzrlü hesab edilibedilməyəcəyini işə baxan məhkəmənin səlahiyyətinə aid etmişdir. Verilən misallardan belə görünür ki, maddənin məqsədi yalnız iddiaçının şəxsiyyəti ilə bağlı iddia qaldırmasına əngəl törədən müstəsna hallarda pozulmuş hüququnun müdafiəsinə təminat verməkdir.

27. Baxılan işdə istinad olunan iddiaçının iddia müddətinin son 6 ayı ərzində və bundan sonra cəzaçəkmə müəssisəsində olması halının üzrlü səbəb hesab edilibedilməməsi məsələsinə qiymət verilərkən isə mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsədləri baxımından azadlığından məhrum edilmiş şəxsin cəzaçəkmə müəssisəsində olduğu müddətdə məhkəmədə iddia qaldırmaq üçün yetərli imkan və şəraitə sahib olması hər bir iş üzrə indi vidual olaraq nəzərə alınmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1798/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və L.M.Məmmədova) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi və Cavabdeh 11.000 ABŞ dolları borc (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 146 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.

29. İşə təkrar baxan apellyasiya instasnsiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, xx.xx.2017-ci il ta rixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 1 il müddətinə (xx.xx.2018-ci il tarixədək) qaytarmaq şərti ilə 11.000 ABŞ dolları məbləğində borc verilməsi barədə müqavilənin bağlanması işin mübahisəsiz halıdır.

30. Baxılan iş üzrə iddia tələbi borcun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir.

31. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə iddiaçının öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir.

32. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü iddiaçının üzərindədir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bi lər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.

33. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

34. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahi səyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

35. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

36. İşdən görünür ki, tərəflər arasında mövcud kredit müqaviləsində göstərilən məbləğin iddiaçı cavabdehə notariat ofisindən kənar verildiyini iddia etdiyi halda, cavabdeh həmin məbləğin ona yox, birbaşa onun atasına verildiyini qeyd etmişdir. Bu hal istər birinci apellyasiya baxışında, istərsə də təkrar apellyasiya baxışı zamanı cavabdehin və nümayəndəsinin izahatlarında da bir daha öz təsdiqini tapmışdır. Lakin həmin məbləğin atası ilə olan birgə biznes fəaliyyəti ilə bağlı ona göndərildiyini bildirmişdir. Göründüyü kimi cavabdeh əqdə göstərilən məbləğin iddiaçıdan alındığını, başqa sözlə desək, iddiaçının əqd üzrə üzərinə düşən öhdəliyi icra etməsini təsdiq etmişdir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatı o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun.

37. Göründüyü kimi cavabdeh mövcu d əqddə göstərilən məbləğin götürülüb atasına göndərilməsini etiraf etdiyindən, iddiaçı Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtinə əsasən (öhdəliyi icra etdiyindən) pulun verilməsini sübut etmə öhdəliyindən azad edilir, sübut etmə yükü bu halda, yəni pulun cavabdehə deyil, atasına verildiyini sübut etmə məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

39. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı işin hallarına gəldikdə isə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsinin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, həmin müqavilədən irəli gələn tələblər üzrə qanunda müəyyən edilmiş 3 illik iddia müd dətinin axımı həmin tarixdən başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür.

40. Lakin buna baxmayaraq iddiaçı müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəb kimi iddia müddətinin son 6 ayı ərzində cəzaçəkmə müəssisəsində olmasını, buna görə də iddia qaldırmaq imkanlarının məhdud olduğunu göstərməklə verdiyi ərizəsində iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir.

41. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 382-ci maddəsinin tətbiq olunması üçün 2 şərt ödənilməlidir. Birincisi, iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı müstəsna hallarla bağlı olmalı, ikincisi isə həmin səbəb müddətin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş vermiş olmalıdır.

42. Birinci şərtin yoxlanılması zamanı nəzərə alınmalıdır ki, maddənin məzmununda göstərilən hallar məhdudlaşdırıcı deyil, sadalayıcı mahiyyətdə olmaqla, qanunverici hansı səbəblərin iddia müddətinin ötürülməsi baxımından üzrlü hesab edilib-edilməyəcəyini işə baxan məhkəmənin səlahiyyətinə aid etmişdir. Verilən misallardan belə görünür ki, maddənin məqsədi yalnız iddiaçının şəxsiyyəti ilə bağlı iddia qaldırmasına əngəl törədən müstəsna hallarda pozulmuş hüququnun müdafiəsinə təminat verməkdir. Baxılan işdə istinad olunan iddiaçının iddia müddətinin son 6 ayı ərzində və bundan sonra cəzaçəkmə müəssisəsində olması halının üzrlü səbəb hesab edilib-edilməməsi məsələsinə qiymət verilərkən isə mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsədləri baxımından azadlığından məhrum edilmiş şəxsin cəzaçəkmə müəssisəsində olduğu müddətdə məhkəmədə iddia qaldırmaq üçün yetərli imkan və şəraitə sahib olması hər bir iş üzrə individual olaraq nəzərə alınmalıdır.

43. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cəzaçəkmə müəssisəsində olması onun iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün yetərli imkan və şəraitə sahib olmasına mane olan hal olduğundan, iddiaçının bu müddəti ötürməsi üzrlü hesab edilməlidir.

44. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müddəti buraxmasının səbəbləri üzrlü hesab edildiyindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1798/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasının rədd edilməsi ilə bağlı məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

47. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında olan borc müqaviləsi onun atası ilə olan kommersiya münasibətlərini pərdələmək üçün görünüş üçün bağlanmışdır. Görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir. Həmin borc müqaviləsi bağlanılarkən i ddiaçı ona atası ilə yaxın dost olduqlarını və bu müqavilənin işlərinə lazım olduğu üçün bağladıqlarını bildirərək onu aldatmışdır. Onun atası ilə dost olduqlarını düşünərək heç vaxt düşünməzdi ki, beş ilə yaxın müddət keçdikdən sonra məhkəməyə verib ona vermədiyi pulu tələb edə bilər. Qətnamədə göstərilmişdir ki, həmin məbləğ atasına verilmiş və onun həmin məbləğlə heç bir əlaqəsi yoxdur. Atasına görə onun cavabdeh qoyulmağı əsassız və qanunsuzdur.Məhkəmə göstərilənləri araşdırmadan, nəzərə almadan, qanunun normasını düzgün tətbiq etmədən ədalətsiz qərar qəbul etmişdir.

48. Müqavilə öhdəlikləri üzrə iddia müddəti üç ildir və bu kəsici müddətdir. İddiaçı iddia müdətinin son bir ilində cəza çəkmə müəsisəsində olmasını və Covid 19 virusuna əsasən elan olunmuş karantin rejimi ilə bağlı iddia qaldıra bilmədiyini bildirmiş və məhkəmə həmin bir ilin son altı ayını üzrlü səbəb kimi nəzərə almışdır. Hesab edir ki, bu hüququnun kobud pozuntusu ilə nəticələnib. Belə ki, cəzaçəkmə müəsisəsində məhkumların yazışma qaydasına əsasən məhkumların məktub, teleqram almasına və göndərməsinə Qaydaların 110-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla məhdudiyyət qoyulmur. Bu məqsədlə müəsisənin ərazisində poçt qutuları asılır. Məhkumlar tərəfindən məktubların göndərilməsi müdiriyyətin vasitəsi ilə həyata keçirilir. Lakin iddiaçı cəza çəkdiyi zaman hansı məhdudiyyətlərlə qarşılaşdığı üçün iddia verə bilməməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Hesab edir ki, iddiaçı cəza çəkmə müəsisəsində azadlıqdan məhrum edilsə də, hüquqlarından məhrum edilməyib. Karantin müddətində poçt vas itəsi ilə yazışmalara heç bir qadağa qoyulmamış və iddiaçı iddia verməsi üçün heç bir maneə ilə qarşılaşa bilməzdi.

49. İddiaçı ilə aralarında olan borc müqaviləsinə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və borc müqaviləsində göstərilən məbləği ona verməmiş və həmin məbləğin ona verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bildirir ki, iddiaçı ilə atası arasında kommersiya münasibətləri olmuş və aralarında olan borc məsələsinin ona heç bir aidiyyəti olmamışdır. Göründüyü kimi iddiaçı iddia ərizəsində cavabdehi düzgün qoymamış və ona qarşı əsasssız pul tələbi irəli sürmüşdür.

50. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasın kömək etmək əvəzinə, sübutlara düzgün qiymət verməmiş və araşdırmamışdır.

51. Hesab e tmişdir ki, iddiaçı ona qarşı olan pul tələbinə dair idiasının təmin edilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir.

52. Məhkəmə təqdim etidyi sübutları araşdırmamış və sübutlardan istifadə edərək obyektiv nəticəyə gəlməmişdir. Düzgün olmayan sübutları əsas tutaraq qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.

53. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. İddiaçının əsası olmayan şifahi mülahizələrini və heç bir yerdə rəsmi qeydiyyatı olmayan, həqiqəti əks etdirməyən sübutları əsasında qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməni iş üzrə müəyyən edilən hallara və təqdim edilən sübutlara görə deyil, qarşı tərəfin arzuları və istəyinə uyğun əsaslandırmışdır

54. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1, 373.2, 385, Azərbaycan R espublikasının MPM-in 14.2, 77.1, 88, 217ci maddələrinə də istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56. Maddə

382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

57. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

67. Kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. İşə təkrar baxan apellyasiya instasnsiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 1 il müddətinə (xx.xx.2018-ci il tarixədək) qaytarmaq şərti ilə 11.000 ABŞ dolları məbləğində borc verilməsi barədə müqavilənin bağlanması işin mübahisəsiz halıdır.

71. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mövcud əqddə göstərilən məbləğin götürülüb atasına göndə rilməsini etiraf etdiyindən, iddiaçı Mülki Məcəllənin 739cu maddəsinin dispozisiya şərtinə əsasən (öhdəliyi icra etdiyindən) pulun verilməsini sübut etmə öhdəliyindən azad edilir, sübut etmə yükü bu halda, yəni pulun cavabdehə deyil, atasına verildiyini sübut etmə məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir.

72. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cəzaçəkmə müəssisəsində olması onun iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün yetərli imkan və şəraitə sahib olmasına mane olan hal olduğundan, iddiaçının bu müddəti ötürməsi üzrlü hesab edilməlidir.

73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2023-cü il tarixli 2(105)-1798/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar