Məhkəmə qərarları › İş №2(102)-1132/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1132/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1132/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 cavabdeh Lənkəran Rayon Notariat Ofisinə ( maraqlı şəxs X13 ) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 cavabdeh Lənkəran Rayon Notariat Ofisinə və maraqlı şəxs X13 qarşı "torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Şirvan A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1728/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs X17 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağa mülkiyyət hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktına əsasən Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə X7, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X6 mülkiyyətinə verilmişdir. 2. xx.xx.2006-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən X3 rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha torpaq sahəsini X2.

3. X15 xx.xx.2019-cu il tarixdə, X14 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər.

4. İş materiallarında olan İddiaçı2 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X7 adına olan torpağa mülkiyyət hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır.

5. X14 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X7 adına olan torpağa mülkiy yət hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır.

6. İddiaçı5 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X7 adına olan torpağa mülkiyyət hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır.

7. İddiaçı4 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmu ş ərizənin surətindən görünür ki, X7 adına olan torpağa mülkiyyət hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır.

8. İddiaçı3 tərəfindən Lənkəran rayon Notariat Kontoruna ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X7 adına olan torpağa mülkiyyət hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır.

9. İddiaçı1 tərəfindən Lənkəran rayon Notariat Kontoru na ünvanlanmış və imza olunmuş, ünvan 2 tərəfindən təsdiq olunmuş ərizənin surətindən görünür ki, X7 adına olan torpağa mülkiyyət hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı və Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha paybəlli torpaq sahəsinin satılmasına razıdır.

10. Lənkəran şəhər İcra Hakimiyyəti yanında Övladlığagötürmə, qəyyumluq və himayəçilik komissiyasının rəyindən görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti yanında Övladlığagötürmə, qəyyumluq və himayəçilik komissiyası Lənkəran rayonu, Kərgalan kənd sakini X9 verilmiş torpaq payından azyaşlı övladı-31 mart 1990-cı ildə anadan olmuş X8 düşən torpaq payının valideyini X15 tərəfindən satılıb uşağın gələcək həyatına, təlimt ərbiyyəsinə sərf edilməsinə etiraz edilmir.

11. Lənkəran rayon Kərgalan Bələdiyyəsi təfrəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 43 saylı arayışdan görünür ki, Lənkəran rayonu, Kərgəlan Bələdiyyəsinin mülkiyyətində olan 0,72 ha pay torpaq sahəsinə görə torpaq vergisini X17 ödəmişdir. a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Lənkəran Rayon Notariat Ofisinə və maraqlı şəxs X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə yeddi nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş, Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı ilə mülkiyyətlərində o lan 0,72 ha torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli AN-İ №0094439 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 0.72 ha torpaq sahəsi yaşadıqları evin yaxınlığında yerləşir. Pay torpaq sahəsi mülkiyyətə verilən vaxtdan onların istifadəsindədir. 0.72 ha torpaq sahəsindən əvvəllər əkinçilik məqsədi ilə istifadə etmişlər, meyvə tərəvəz və buğda əkmişlər, sonradan heyvandarlıq məqsədi ilə istifadə etmişlər, hazırda da həmin torpaq sahəsində qoyun və mal-qara saxlayırlar. 0.72 ha pay torpaq sahəsinin ümumi mülkiyyətçilərindən iki nəfər-X15 və X14 vəfat emişlər. X7 vəf atından sonra ondan qalan miras əmlakın qanun üzrə vərəsəlik qaydasında sənədləşdirmə işləri ilə məşğul olmuşlar. Əvvəlcə, hazırda yaşadığları fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə məşğul olmuş, bundan sonra torpaq islahatı ilə ailə üzvlərinin ümumi mülkiyyətinə verilən kənd təsərrüfatı təyinatlı 0.72 ha pay torpağının vəfat edən şəxslərdən qalan miras payının vərəsəlik yolu ilə vərəsələrə keçməsi işi ilə məşğul olarkən notariat ofisində həmin pay torpaq sahəsinin satıldığını bildirmışdirlər. Elə həmin vaxtda sosial yardım təyin olunması üçün DƏDR Xidmətindən müvafiq arayışın alınması üçün müraciət edərkən həmin İdarənin verdiyi xx.xx.2021-ci il tarixli arayışın məzmunu ilə tanış olandan sonra məlum olmuşdur ki, ailə üzvlərinin ümumi mülkiyyəti nə verilmiş 0.72 ha torpaq sahəsinin alqı-satqısı haqqında 08 dekabr 2006-cı il tarixli müqavilə vardır. Həmin müqaviləyə əsasən ümumi mülkiyyətdə olan 0.72 ha torpaq sahəsi X15 tərəfindən 08 dekabr 2006-cı il tarixdə X1. Bildirirlər ki, ümumi mülkiyyətdə olan 0.72 ha torpaq sahəsinin satılmasından onların heç birinin məlumatı olmamış, həmin torpaq sahəsinin satılmasına heç birinin razılığı alınmamışdır. Həmin torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanan vaxt mülkiyyətçilərdən biri İddiaçı4 alqı-satqısı müqaviləsi bağlanan vaxt mülkiyyətçilərdən biri İddiaçı4 həqiqi hərbi xidmətdə olmuşdur. Ümumi mülkiyyətdə olan 0.72 ha torpaq sahəsinin istifadəsində olduğu 20 ildən artıq bütün müddət ərzində bir nəfər də torpaq sahəsinə hər hansı iradını, iddiasını bildirməmiş, həmin torpaq sahəsi b arəsində alqı-satqı müqaviləsinin mövcudluğu şifahi şəkildə bu yaxınlarda onlara bildirilmiş, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin 10 fevral 2021-ci il tarixli arayışını alandan sonra yazılı şəkildə belə müqavilənin mövcud olması onlara məlum olmuşdur. Kənd təsərrüfatı təyinatlı 0,72ha torpaq sahəsi X25 komissiyasının 1997-ci il 20 dekabr tarixli 12 saylı qərarı ilə yeddi nəfərdən ibarət ailə üzvlərimizin mülkiyyətinə verilmişdir. Həmin qərar və "Torpağa mülkiyyət hüququna dair" JN 185 saylı (KOD ********) torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,72ha torpaq sahəsi 7 nəfərin ümumi mülkiyyətinə verilmişdir. Digər mülkiyyətçilərin həmin torpaq sahəsinin satılmasından məlumatı olmamış, ümumi mülkiyyətdə olan torpaq sahəsinin satılmasına onlardan heç bir razılıq alınmamış, sözü gedən torpaq sahəsinin satılmasına razılıq vermələri barədə hər hansı bir sənədə imza etməmişlər. Buna görə 08 dekabr 2006-cı il tarixdə Lənkəran rayon Notariat kontorunda bağlanmış, ümumi mülkiyyətdə olan 0,72ha torpaq sahəsinin alqı-satqısına dair 08 delabr 2006-cı il tarixli AN-İ No ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notarius ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri və ya Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindənn təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq əriz əsində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar ( daşınmaz əmlakın ünvanı və s.), eləcə də həmin əmlakın satılıması, bağışlanması, dəyişdirlməsi, yaxud ipoteka qoyulması göstərilməlidir.Normativ aktların tələbinə görə ümumi mülkiyyətdə olan əmlak yalnız bütün mülkiyyətçilərin notarial təsdiq edilmiş yazılı razılığı olduqda özgəninkiləşdirilə bilər. Ümumi mülkiyyətimizdə olan 0,72ha torpaq sahəsinin alqı-satqı müqaviləsi digər mülkiyyətçilərin razılığı olmadan bağlanmışdır. Bununla da AR Mülki Məcəlləsinin, notariat hərəkətlərinin aparılmasını tənzimləyən qaydaların tələbləri pozulmuşdur. Buna görə də qeyd olunan alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilməlidir.

14. Məhkəmə iclasında Maraqlı şəxs bildirmişdir ki, iddiaçıların ailə başçısı X15 ona və ailə üzvlər inə məxsus olan 0.72 ha torpaq sahəsini 2006-cı ildə ciddi ehtiyyacı ilə əlaqədar olaraq satmaq istədiyini demiş və qarşılıqlı razılıq əsasında ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini 3500 manata ona satmışdır. O da vicdanlı alıcı kimi həmin torpaq sahəsini 3500 manat verməklə satın almış və bu barədə onların ailə üzvlərinin də məlumatı olmuşdur. Bununla bağlı Lənkəran rayon 1 saylı notariat ofisində 08 dekabr 2006-cı il tarixdə aralarında alqısatqı müqaviləsi bağlanmışdır. Artıq 15 ildən çoxdur ki, həmin torpaq sahəsindən istifadə etməsə də, həmin torpaq sahəsi onun mülkiyyətindədir. Hazırda da iddiaçıların ailə başçısı olan X15 vəfat etmişdir. Lakin, keçən bu müddət ərzində iddiaçılar tərəfindən ona qarşı hər hansı iddia qaldırılmamışdır. İddiaçıların iddia tələbi rədd edilməl idir. Çünki, iddiaçıların bağlandığı andan alq-satqı müqaviləsinin möcudluğundan məlumatları olmuş və ümumi iddia müddətini ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

15. Məhkəmə iclasında şahid qismində dindirilən X18 bildirmişdir ki, o, 2006-cı ildə ünvan 2 vəzifəsində işləmişdir. 2006-cı ildə tarixini dəqiq xatırlamadığı gündə sinif yoldaşı Fəzail ona yaxınlaşaraq Mirkərim Miriyevin əsgərlikdə olan uşağının xəstəliyi ilə əlaqədar paybəlli torpaq sahəsinin satmaq istədiyini, bu işdə ona kömək etməsini xahiş etmişdir. Sonra Mirkərim onun yanına gəlmiş və o, Mirkərimə torpağın satılması üçün ailə üzvlərinin yazılı razılığı tələb olunduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra Mirkərim ailə üzvlərinin torpağın alqı-satqısına razı olması barədə ərizələri onun yanına gətirmiş və o, həmin ərizələrin doğruluğunu möhürlə təsdiq etmişdir. Həmin ərizələr onun yanında yazılmamış, Mirkərimin ailə üzvləri İcra nümayəndəliyinə gəlməmişlər. Sonradan ona məlum olmuşdur ki, Mirkərim həmin torpağı Fəxrəddin Canıyevə satmışdır. Lakin, Fəxrəddin Canıyev həmin torpaq sahəsindən istifadə etməmişdir. Həmin torpaq sahəsindən əvvəllər Mirkərimin qardaşı Seyidağa, sonradan isə bu günkü günə kimi Mirkərimin ailə üzvləri istifadə edir.

16. Lənkəran Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli, 2(049)-1248/2021-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/366 saylı ekspert rəyinə əsasən İddiaçı3 adından olan ərizənin, İddiaçı5 adından olan ərizənin aşağı hissəsində imza qrafasında o lan imza müvafiq olaraq İddiaçı3 və İddiaçı5 tərəfindən icra olunmuası, İddiaçı1 adından olan ərizənin, İddiaçı2 adından olan ərizənin, İddiaçı4 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imza müvafiq olaraq İddiaçı1 Mirkərim qızı, İddiaçı2, İddiaçı4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur.

17. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(049)-1847/2022 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia təmin edilmiş, Lənkəran rayonunun Kərgəlan kəndində yerləşən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş, Torpağa Mülkiyyət Hüququna dair JN 0185 (KOD ********) saylı Dövlət Aktı ilə iddiaçıların m ülkiyyətlərində olan 0,72 ha torpaq sahəsinin alqı–satqısına dair xx.xx.2006-ci il tarixli AN-İ №0094439 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı4 xx.xx.2006-cı il tarixli ərizələri birtərəfli əqd olmaqla, İddiaçı1 Mirkərim qızı, İddiaçı2, İddiaçı4 tərəfindən imza edilməmiş, beləliklə onların iradə ifadəsini də əks etdirməmişdir.

19. Məhkəmə maraqlı şəxsin iddia müddətinin tətbiq edilməsi barədə fikrinə münasibət hesab etmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

20. Məhkəm ə həmçinin qeyd etmişdir ki, maraqlı şəxs X17 iddiaçıların bağlandığı andan alq-satqı müqaviləsinin möcudluğundan məlumatları olduqlarını bildirsə də, həmin faktı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 215.2, 215.3, 215.3.1, 215.3.2, 215.4, 215.5, 337.1, 337.2, 337.3 və MPM-nin 14.2, 77.1,78.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş halların a maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçılara məxsus olmuş Lənkəran rayonunun Kərgəlan kəndində yerləşən 0,72 ha torpaq sahəsini həmin torpaq sahəsinin satılmasına iddiaçıların razılığı əsasında 08 dekabr 2006-cı il tarixdə notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmaqla əldə etməsi, həmin alqı-satqıya görə 3500 manat pul ödəməsi və vicdanlı alıcı olması kimi işin halları nəzərə alınmadan məhkəmə iddiaçıların alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbini təmin etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

24. Maraqlı şəxs X17 məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Lənkəran Rayon Notariat Ofisinə və maraqlı şəxs X13 qarşı iddi a tələbi iddia müddəti ötürüldükdən sonra verildiyi üçün iddia müddətini tətbiq edib, həmin tələbin rədd edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

25. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) 2(106)-1728/2022 nömrəli mülki iş üzrə 6 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Samir Mayılov və İlham Əsədov) maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliy i Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/366 saylı ekspert rəyində İddiaçı3 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imzanın iddiaçılardan İddiaçı3 tərəfindən, İddiaçı5 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imzanın X10 tərəfindən icra olunduğu, İddiaçı1 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imzanın İddiaçı1 Mirkərim qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu, İddiaçı2 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imzanın İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu, İddiaçı4 adından olan ərizənin aşağı hissəsində imza qrafasında olan imzanın İddiaçı4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, mübahisə olunan torpaq sahəsinin alqı-satqı müqaviləsi zamanı İddiaçı1, İddiaçı2 və Miriyev həmin torpaq sahəsinin alqı-satqı Mircavid Mirkərim oğlunun razılıqları alınmadığından müqaviləsinin bağlandığı andan etirarsız hesab edilməsi qənaətinə gəlməyə əsas verir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halı olaraq müəyyən olunmuşdur ki, X17 mübahisə olunan Lənkəran rayonu Kərgəlan kəndində yerləşən 0,72 ha torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə alqı-satqısı müqaviləsi bağlasa da, həmin torpaq sahəsi 15 il müddətində onun sahibliyində və istifadəsində olmamış, həmin torpaq sahəsindən iddiaçılar istifadə etməklə sahiblik etmişlər. İddiaçıların torpaq sahəsindən istifadəsi ilə bağlı onlara qarşı X17 tərəfindən hər hansı tələb irəli sürülməmi ş, nə də həmin torpaq sahəsinin mərhum torpaq mülkiyyətçilərindən X15 tərəfindən alqı-satqısı zamanı məlumatları olmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi belə yekun nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarınını tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmiş, eləcə də işin bütün faktiki halları araşdırılmamışdır.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 144.1, 144.2, 146.3, 152.1, 215.1, 215.5, 386.1, 337.1, 337.3, 337.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Maraqlı şəxs (Vəkil) kas sasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıları tanımır, lakin qeyd olunan torpaq sahəsini ailə başçılarının razılığı və təqdim etdikləri razılıq ərizələri əsasında almışdır. Ailə başçılarının vəfatından sonra mənə qarşı məhkəmədə iddia qaldırılmışdır. Necə onların xəbəri olmayıbdır ki, bəs mərhum X9 ödədiyim 3500 manat pulun haradan alındığını ailə başçılarından soruşub maraqlanmamışlar. 15 il bundan qabaq bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinə iddiaçılar aramızda bağlanmış icarə müqaviləsi əsasında istifadə etmişlər və hər ay 200 manat icarə pulu ödəmişlər.

33. Ekspertiza rəyindən birba şa görünür ki, iddiaçılardan İddiaçı3 X11 həmin alqısatqı müqaviləsini özləri imzalamışlar Necə olur ki, həmin alqı-satqı müqaviləsini imzalayan iddiaçılar da həmin alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərləri olmayıb və digər ailə üzvlərinə də bu barədə heç bir məlumat verməyiblər.

34. İşə birinci instansiya məhkəməsində baxılarkən ərizə təqdim edilərək iddia müddətinin tətbiq edilərək iddiaçılar tərəfindən iddia müddətini buraxdıqlarına görə iddia tələblərinin rədd edilməsini xahiş etmişlər.lakin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə maraqlı şəxsin iddia müddətinin tətbiq edilməsi barədə fikrinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilməməlidir.Apellyasiya şikayətində bu hala hüquqi qiymət verilməsini xahiş etsə də, ap ellyasiya məhkəməsi tərəfindən demək olar ki, bu hala heç bir hüquqi qiymət verilməmişdir.

35. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, guya iddiaçılar sosial yardım təyin olunması üçün DƏDRX-dən arayışın alınması üçün müraciət edərkən həmin idarənin verdiyi xx.xx.2021-ci il tarixli arayışın məzmunu ilə tanış olanda həmin alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərləri olubdur.Baxmayaraq ki,iddiaçıların həmin alqısatqı müqaviləsinin mövcudluğundan həmin vaxtda məlumatlarının olması barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməmişlər.Bütün bu hallar tərəfindən apelyasiya şikayətində qeyd edilsə də, məhkəmə bütün bu hallara hüquqi qiymət verməmişdir.

36. Arayış təqdim etmişdir ki, 08.12. 2006-cı il tarixindən həmin torpağın vergisini ödəmişdir.

37. Müqavilə bağlandı qdan sonra həmin torpağa görə Mirkərim Miriyevə müqavilədə qeyd olunan 3500 manat pulun əvəzində 1 dolları 0.78 manat hesablamaqla 4500 ABŞ dolları məbləğində pul vermişdir Bundan sonra həmin torpaq sahəsinə baxmağa getmişlər. Mirkərim Miriyevin qardaşına məxsus torpaq sahəsi onun aldığı torpaq sahəsinə bitişik olduğundan onun qardaşı Seyidağa onlardan xahiş etmişdir ki, torpaq sahəsini almısınız, bəs siz həmin torpaq sahəsinin otunu biçməyə mənə icazə verin, mən də hər il otu biçən zaman sizə 200 manat pul verəcəyəm. Onunla razılaşmışdır və o, da hər il otu biçəndən sonra 200 manat pul verirmiş. Bundan bir müddət keçdikdən sonra Mirkərim Miriyev arvadı Xatirə ilə birlikdə oğlu Səbuhi Caniyevin iş yerinə gələrək onun iş yoldaşı Zöhrabdan xahiş etmişdir ki, bəs Səbuhini çağırsın onunla sö hbətimiz var. Oğlum Səbuhi gələndən sonra söhbət əsnasında ondan xahiş etmişlər ki, bəs siz aldığınız torpaq sahəsinin otunun biçməsini Seyidağaya tapşırıbsınız, bizim heyvanların qışa ot tadarük etmək üçün ot biçməyə torpaq sahəsi olmadığı üçün siz həmin torpaq sahəsinin otunun biçməsinə bizə icazə verin, bizdə bunun müqabilində sizə 200 manat pul verarik. X27 da onların vəziyyətini nəzərə alıb, Seyidağaya bu barədə dedikdən sonra onlarla razılaşmışdır. Onlar da hər il ot biçəndən sonra 200 manat pulu oğlu Səbuhi Caniyevə verirdilər. Onlar da həmin puldan torpaq vergisi kimi bələdiyyənin hesabına köçürmüşlər. Hazırda isə həmin vaxtdan 15 ildən çox bir vaxt keçdikdən sonra iddiaçıların ailə başçısı olan X15 hazırda vəfat etdikdən sonra iddiaçılar tərəfindən ona qarşı iddia qaldırılmışdır.B u barədə məhkəməyə ərizə təqdim etsəm də, məhkəmə bunu nəzərə almadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

38. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 154.2, 347.1, 372.2, 373.1 -ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

42. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

44. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

45. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

46. Maddə 355.1. Əgər əqdin etibarl ığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

47. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

48. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

49. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

50. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

51. Maddə 404.1. Müqavilə şərtl ərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

52. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

53. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

54. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

55. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusə n aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarı

56. Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunmas ı mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarı

57. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəz ifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə isti fadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmas ına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasın a riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçil ərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hazırkı iş üzrə isə birinc i və apellyasiya instansiyaları məhkəmələri tərəfindən işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, yalnız bağlanmış müqavilədə K.Ağahüseynovanın imzasının olmaması, P.Ağahüseynovun isə müqavilə bağlanarkən həqiqi hərbi xidmətdə olması əsas götürülərək onların torpağın alğı-satqısı ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gəlinərək alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmu ş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 67.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları səhv tətbiq olunmuşdur.

68. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 08 dekabr 2006-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 rayonunun Kərgəlan kəndi ərazisində 0,72 ha torpaq sahəsini X4, iddiaçılardan İddiaçı3 və İddiaçı5 həmin torpaq sahəsinin satılm asına müvafiq ərizələri imzalamaqla ifadə etmişlər.Onlarla birlikdə digər iddiaçılar 14 ildən artıq bir müddətdən sonra həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmişlər. Eyni zamanda maraqlı şəxs apellyasiya şikayətində göstərmişdir ki, torpaq sahəsini aldıqdan sonra Miriyev Mirkərimin və onun həyat yoldaşı Xatirənin xahişi ilə torpaq sahəsinin otunun biçilib götürülməsi qarşılığında hər il üçün onlar tərəfindən 200 manat ödənilməsinə razılaşmışlar və onlar da göstərilən məbləği oğlu Canıyev Səbuhiyə vermişlər. İddiaçılar torpaq sahəsinə görə heç bir vergi ödəməmişlər, bütün vergiləri özü ödəmişdir.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən halları prosessual hüquq normalarının tələbinə müvafiq olaraq araşdırara q müəyyən olunan hallara bu qərarın “Tətbiq olunan hüquq” hissəsində göstərilən maddi hüquq normalarını tətbiq etməklə yekun məhkəmə aktı qəbul etməli olduğu halda, maddi və prosessual hüquq normalarının tələbinə əməl etməmişdir. 69.Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarında qeyd olunduğu kimi, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hall arı tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Mülki Məcəllənin 560.1-ci maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. 70.Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilənlərə əsasən maraqlı şəxs X17 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 oktyabr 2022-ci il tarixli 2(106)1728/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. 71.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri araşdırılmaqla, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə bağlanmasına dair tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müəyyən edilmiş hallara bu qərarın “Tətbiq edilən hüquq” hissəsində göstərilən maddi hüquq normalarını tətbiq etməklə mübahisələndirilən müqavilənin etibarlı olub-olmamasına, düzgün hüquqi qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsi formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli, eləcə də iddia müddətinin tətbiq olunması üçün əsasların olub-olmamasına hüquqi qiymət verməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 72.Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs X17 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 oktyabr 2022-ci il tarixli 2(106)-1728/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxıl ması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar