Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1133/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X15 və Cavabdeh1na qarşı QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin ləğvi, mülkiyyət hüquqlarının bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X28, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X15 və Cavabdeh1na qarşı “bağışlama müqaviləsinin və mülkiyyət hüququnun bərpası” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5185/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 133485 nömrəli, xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv metr yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzili İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
2. Bakı şəhər 1 saylı Notariat Kontorunda təsdiq edilmiş və İddiaçı ilə X19 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin, 89,4 kv m etr yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzilini X15 bağışlamışdır.
3. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin, 89,4 kv. metr yaşayış sahəsindən ibarət 7,8,9 saylı mənzili tam mülkiyyət hüququ üzrə X10 mülkiyyətindədir.
4. DİN-nin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətinə əsasən əmlakının X11 və qeyriləri tərəfindən ələ keçirilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinə daxil olmuş İddiaçı ərizəsi Təhqiqat İdarəsində Azərbay can Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə istintaq aparılan cinayət işinə əlavə edilmişdir. xx.xx.2014-cü il tarixdə V.Səlimov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ölkə hüdudlarını tərk etdiyindən barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3975/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail rayon Məhkəməsinin 2(009)-65/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X15 və X7 (3-cü şəxs Bakı şəhəri 1saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “ müqavilənin ləğv (etibarsız hesab) edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
6. Səbail RPİ-nin 39-cu PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətinə əsasən İddiaçı ərizə ilə müraciət edərək X12 tərəfindən aldatma yolu ilə ünvan 2 ünvanında yerləşən 7,8,9 saylı mənzillərinin ələ keçirilməsini göstərmişdir. Araşdırma zamanı X19 izahatında göstərmişdir ki, o, İddiaçı 2017-2018-ci illərdə Norveç Krallığında olarkən görmüşdür. Bundan əvvəl onu Bakıda olarkən cəmi bir dəfə görmüşdür. Yasamal rayonu, İ.Səfərli küçəsində yerəşən 10 saylı evdəki 7,8,9 saylı mənzilləri onun adına bağışlanmazdan əvvəl görməmişdir. Eləcə də, həmin mənzillərin əvvəlcədən ona bağışlanacağı barədə İddiaçı ona heç bir vəd və yaxud bu barədə ondan xahiş etməmişdir. İddiaçı həmin mənzilləri ona bağışlamasından bir müddət sonra xəbəri olmuşdur. İddiaçı həmin mənzilləri ona bağışladıqdan sonra da mənzilləri görməmiş, onları təhvil almamışdır. Bildiyinə görə İddiaçı xaricdə yaşayırmış, ona həmin mənzilləri bağışlayarkən bağışlama müqaviləsini onun adından etibarnamə əsasında atası imzalamış və mənzilləri qəbul etmişdir. Müqavilə bağlanan gün onun müqavilədən xəbəri olmamışdır. İddiaçı sözügedən mənzillərdə əşyaları qalsa da, sonradan onları evdə görməmişdir. Hesab edir ki, İddiaçı həmin əşyaları aparmışdır. İddiaçı onun atası ilə 2014-cü ildən 2019-cu ilədək rəsmi nikahda olmuşdur. Bundan savayı İddiaçı ilə qohumluq əlaqəsi olmamışdır. Hazırda atası ilə olan nikahı pozulduğu üçün İddiaçı həmin mənzillərin qaytarılmasını tələb edir. X5 əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
7. İddiaçı tərəfindən X15 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətinə əsasən atası X11 tərəfindən aldadılması nəticəsində Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 10-da yerləşən 7,8,9 saylı mənzillər xx.xx.2012-ci il tarixdə Cavabdeh2 bağışlanılmışdır. Atası tərəfindən aldadılması artıq ona məlum olduğu üçün bağışlama müqaviləsindən imtina edərək onun ləğv edilməsi barədə 7 gün ərzində müvafiq tədbir görülməsi üçün Məmməd Səlimova məlumat verir. xx.xx.2022-ci il tarixədək müqavilənin ləğv edilməsinə dair müvafiq tədbir görülməyəcəyi halda, tərəfindən məhkəməyə müraciət ediləcəkdir. 8. 42 saylı MKİS tərəfində n verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı Rahil qızı Bakı şəhəri, İ.Səfərli küçəsi, 10 saylı evin mənzili aldığı gündən xx.xx.2002-ci ildən xx.xx.2022-ci il tarixə qədər mənzil-kirayə haqqı ödənişlərini vaxtlı-vaxtında ödəmişdir, heç bir borcu yoxdur. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər X15 və Cavabdeh1na qarşı “bağışlama müqaviləsinin ləğvi və mülkiyyət hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 465,419,80 a/c saylı reyestri kitabında 67499, 60527,15221-ci səhifəsində qeydiyyata alınmış, qeydiyyat nömrəsi 30/24048 olan, xx.xx.2002-ci il tarixli, ÖM seriyalı, 133485 saylı qeydiyyat vəsiqəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11/19556 saylı, xx.xx.2012-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 89,4 kv metr olan yaşayış sahəsindən 7,8,9 nömrəli mənzilini X15 bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri 1 saylı Xüsusi Notariat Kontorunun notariusu tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiqlənmişdir. X10 əvəzindən bağışlama müqaviləsini atası X11 imzalamışdır. Belə ki, təxminən 2011-ci il tarixdə “İcəri Şəhər” ərazisində yerləşən mənzilinə dair məhkəmə mübahisəsi olmuşdur. Bu işlə əlaqədar özünü hüquqşünas kimi təqdim edən X11 iddiaçıya köməklik gös tərəcəyini vəd etmişdir. Sonra mülki işlərinə görə onu məhkəmədə təmsil etmək üçün ona iddiaçı tərəfindən etibarnamələr verilmişdir. Həmin mülki işin nəticəsi olaraq iddiaçının əleyhinə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Hətta mülki işin baxışı zamanı iddiaçıya məxsus bir neçə mənzilin üzərinə həbs qoyulmuşdur. Sonradan həmin mənzillərin üzərinə qoyulmuş həbslər götürülmüşdür. Səlimov Vaqif bunların onun əziyyəti, hüquqi yardımı nəticəsində baş verdiyini bildirmişdir. Ona görə də iddiaçının X7 inamı yaranmış və ona etibar etmişdir. Vasif Səlimov bundan istifadə edərək bildirmişdir ki, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 10, mənzil 7,8,9-da olan evinə gələcəkdə təkrar həbs qoya bilərlər. Qeyd olunan səbəbdən bu mənzili bağışlama yolu ilə əvvəllər tanımadığı Vasifi n oğlu X15 hədiyyə etmişdir. O, üzərinə yalnız həbs qoyulmaması üçün mənzilini xx.xx.2012-ci il tarixdə X15 bağışlama müqaviləsi ilə heç bir əvəz almadan hədiyyə etmişdir. Mübahisəli mənzildə ona məxsus dəyəri 100000 manat olan əşyaları da var idi. Həmçinin, əlavə olaraq ona məxsus 10000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları da mövcud olmuşdur. Yəni bağışlama müqaviləsi əsasında formal olaraq digər şəxsə hədiyyə edilən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 10, mənzil 7-8-9da olan evinin açarları uzun müddət özündə olmuşdur. Bağışlama müqaviləsi görüntü xarakterli olmaqla, onu aldatma yolu ilə bağlanmışdır. Həmçinin, bir müddətdən sonra ona məlum olmuşdur ki, əmlakları üzərindən həbsin götürülməsində X13 ümumiyyətlə rolu olmamışdır. Göründüyü kimi X11 etibarından sui-istif adə edərək və iddiaçını aldadaraq mənzilini ələ keçirmişdir. Hətta bununla bağlı tərəfindən verilmiş şikayət nəticəsində Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində araşdırılma aparılmışdır. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi araşdırma zamanı izahatı alınan X19 onu bağışlama müqaviləsi bağlanmamışdan öncə ümumiyyətlə görmədiyini və tanımadığını, ona bağışlama ilə bağlı heç bir vəd vermədiyini, müqavilə bağlandıqdan bir müddət sonra bağışlamadan xəbəri olduğunu, Bakı şəhərində olsa da, müqaviləni onun əvəzindən atasının imzaladığını göstərmişdir. Bundan başqa, tərəfindən X7 verilmiş başqa etibarnamə əsasında əvvəllər anasına, sonradan isə bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə verilmiş və Bakı şəhəri, N ərimanov rayonu, Atatürk prospekti, 39, mənzil 27-də olan evini xəbəri olmadan xx.xx.2014-cü il tarixdə notarial qaydada öz doğma qızı X4 hədiyyə etmişdir. Lakin həmin mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən öz mülkiyyətinə qaytarılmışdır. O, eyni qayda və üsulla iddiaçıya məxsus iki mənzilinin birini doğma oğluna, digərini isə qızına bağışlanma müqaviləsi əsasında əvəzsiz olaraq hədiyyə etmişdir. Analoji üsulla iki dəfə ona qarşı dələduzluq edərək əvəzsiz şəkildə iki mənzilini ələ keçirmişdir. Bundan başqa, X11 dəfələrlə onu döyərək xəsarətlər yetirmişdir. X11 ona xəsarət yetirdiyi üçün hazırda Norveç Krallığında 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda mübahisəli mənzildən istifadə hüququ tam məhdudlaşdırılmış, ümumiyyətlə, həmin mənzilə y axınlaşmasına cavabdeh tərəfindən imkan verilmir. Bağışlama müqaviləsinin nəticəsi olaraq mübahisəli mənzil X10 mülkiyyətinə keçmiş, müqavilə əsasında mənzilinin ələ keçirilməsinə zamanı aldadıldığını bir müddət öncə anlamışdır. Bu hərəkət və qanunsuz bağışlama müqaviləsi iddiaçının konstitusion hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Cavabdehin verdiyi izahatdan da göründüyü kimi, onlar ümumiyyətlə bir-birlərini tanımamışlar. Məmməd Səlimovun ifadəsini, müqavilənin aldadılma nəticəsində bağlanıldığını, Səlimov Vasif tərəfindən döyüldüyünü, hazırda mənzildən istifadəsinə maneə yaradıldığını nəzərə alaraq, bağışlama müqaviləsinin ləğv edilməsi və mübahisəli mənzil üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq, idd iaçı Cavabdeh1 təsdiq edilmiş xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması və ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İsla Səfərli küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 89,4 kv. metr olan 7,8,9 nömrəli mənzildən cavabdeh X10 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, məhkəməyə təqdim etdiyi sübutlar İddiaçı digər əmlakının hazırki cavabdehin bacısına formal bağışlanması və bağışlanmadan imtinaya dair sənədlər bir daha qaldırılan iddianın əsaslığını bağışlama müqaviləsinin formal xarakter daşımasını təsdiq edir, cinayət işinin başlanmasının rədd etmə qərarında cavabdeh izahat verərkən etiraf etmişdir ki, iddiaçını tanımamışdır. Digər tərəfdən hazırki münasibətə iddia müddəti tətbiq edilə bilməz, Mülki Məcəllənin 384-cü maddəsi mülkiyyətlə əlaqədar iddialar üzrə iddia müddətinin tətbiq edilməli olmamasını müəyyən edir. Hazırki tələb mülkiyyət hüquqlarının bərpası ilə bağlıdır.
12. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı iddia müddətini ötürərək iddia qaldırdığından iddia tələbinə iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, qaldırılan iddia da əsassızdır. Bağışlama zamanı aldatma olmayıb, iddiaç ı cavabdehin atası ilə 5-6 il ailə münasibətlərində olub, ev cavabdehə mənzil təminatı üçün bağışlanılıb. Müqavilə tam qanuni əsaslarla bağlanıb.
13. Bakı şəhər Səbail rayon məhkəməsinin (X2) 2(009)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X15 və Cavabdeh1na qarşı Cavabdeh1 təsdiq edilmiş xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması və iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 89,4 kv metr olan 7,8,9 nömrəli mənzildən cavabdeh X10 çıxarılması barədə iddia tələbləri əsassız olduğundan rədd olunması qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı şərt, yaxud öhdəliyin yerinə yetiril məsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı olunmamışdır. İddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv edilməsini xahiş edir. İddiaçı tərəfin isə qanunda müəyyən edilən, müqavilənin ləğvinə səbəb olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 19 iyul 2012-ci il tarixli bağışlama müqaviləsinin iddiaçının iradə ifadəsinə uyğun olmaması və həmin əqd bağlanılarkən hər hansı qanunsuzluğa yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 təsdiq edilmiş 19 iyul 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv olu nması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilmədiyindən, cavabdeh X10 mənzildən çıxarılması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir.
15. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia tələbi iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar da təmin edilməməlidir. Hazırkı tələb müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə ona Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edilməlidir. Bu mübahisələri isə iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlər indən yaranan tələbləri ehtiva edə bilməz. Bu səbəbdən, məhkəmə iddiaçının nümayəndəsinin hazırki münasibətə iddia müddətinin tətbiq edilməli olmaması barədə dəlillərini əsassız hesab etmişdir. Beləliklə, məhkəmə bağışlama müqaviləsi bağlandıqdan təxminən on il sonra hazırkı tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar da əsassız hesab edilməli və təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.3, 373.4, 390, 421, 666, 670.1 və 670.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı şəhər Səbail rayon məhkəməsinin (X2) 2(009)-675/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni əsaslandırarkən iddia müddətinin keçdiyini qeyd etmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bağışlama müqaviləsi 2012-ci ildə bağlansa da, iddiaçı hüquqlarının pozulduğundan 2019-cu ildə xəbərdar olmuşdur. Həmçinin, mübahisəli mənzilin açarları və bütün şəxsi əşyaları onun sərəncamımda olduğu halda, mülkiyyət hüquqlarının pozulmasından o xəbərdar ola bilməzdi. Eyni zamanda iddiaçı özünə məxsus mübahisəli mənzili bağışlamaq niyyətində olmamışdır. Həmin müqavilə formal xarakterli olmaqla, mübahisəli mənzilə görə gələcəkdə yaranacaq problemin həlli üçün bağlanmışdır. X1 onunla nikah münasibətlərinə daxil olması bir daha aralarındakı etibarı artırmışdır. İşin real faktiki hallarından tam müəyyən edilir ki, onun 2012-ci ildən hüquqlarının pozulduğunu bilməsi mümkünsüzdür. Ümumiyyətlə, ona məxsus daşınmaz əmlaka dair pozulmuş mülkiyyət hüquqlarının bərpası barədə iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. İşin hallarından da göründüyü kimi pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də mübahisəyə Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri tətbiq edilməlidir. O, müqaviləni əmlakının qorunması məqsədi ilə bağladığı halda X6 məqsədi onun əmlakını dələduzluq yolu ilə ələ keçirib oğlunu zənginləşdirmək olmuşdur. İddia müddətinin tətbiqi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmış olunsa belə, onun mübahisəli mənzilə faktiki sahibliyi həyata keçirdiyi üçün və bağışlama müqaviləsi tam icra olunmadığı üçün bundan imtina etmək hüququ mövcuddur. Belə ki, cavabdeh və atası tərəfindən aldadılmağı, mübahisəli mənzilə dair istifadə hüquqlarının məhdudlaşdırılmasına cəhd olunması bağışlama müqaviləsindən imtina üçün əsaslardan biridir. Lakin məhkəmə tərəfindən işin halları nəzərə alınmamışdır. Təqdim olunan sübutlardan və cavabdehin verdiyi izahatdan da məlumdur ki, tərəflər arasında real bağışlama müqaviləsi mövcud olmamışdır. Məhkə mə qətnaməsində tərəfindən qanunda müəyyən edilən müqavilənin ləğvi əsasına səbəb olan sübutları təqdim etmədiyi göstərilmişdir. Halbuki, tərəfindən müqavilənin oğlunun əvəzindən imzalayan Vasif Səlimovun axtarışda olduğunu təsdiqləyən məktub sübut qismində təqdim edilmişdir. Bunda başqa, 17 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da bir daha təsdiqləyir ki, müqavilənin ləğvi üçün kifayət qədər əsas mövcuddur. Ümumiyyətlə, cavabdeh onu tanımadığı bir halda hər hansı bağışlama müqaviləsindən söhbət gedə bilməz. Bundan başqa, mənzilə dair bütün ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Həmçinin, ona X20 Səlimov tərəfindən xəsarət yetirilmişdir. Stavanger Şəhər Məhkəməsinin hökmünə əsasən X3 Cinayət Məcəlləsinin 168 və 282-ci maddələrində nəzə rdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 5 il müddətinə ona baş çəkmək, təqib etmək və ünsiyyətdə olmaq qadağan edilmiş, maddi və mənəvi ziyana görə 100042 Norveç kronu məbləğində pulun ona ödənilməsi öhdəliyi onun üzərinə qoyulmuşdur. Baş verənlər bir daha təsdiq edir ki, Vasif Səlimovun məqsədi onun əmlakını ələ keçirmək olmuşdur. Bu hal belə mübahisəyə Mülki Məcəllənin 673-cü maddəsinin tətbiq edilməli olduğunu bir daha təsdiqləyir.
19. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi, Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 nümayəndəsi, Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayara q apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X23 (sədrlik edən və məruzəçi), X17 və X16) 2(103)-5185/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia həm əsassız olduğuna, həm də iddia müddəti keçdikdən sonra verildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir, həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət ver ilmişdir. Bağışlama müqaviləsi bağlanan zaman iddiaçının aldadılmasımüəyyən olunmur, müqavilədən irəli münasibətlər üzrə iddia müddətini tətbiq etməkdə, aldadılma sübuta yetirilmədiyinə görə iddia müddətinin axımının müqavilənin bağlandığı vaxtdan başlanması barədə məhkəmənin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
23. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 373.2 və 673-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5185/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. İddiaçı kassasiya şik ayətini əsaslandıraraq qeyd etmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bağışlama müqaviləsi 2012-ci il də bağlansa da, o hüquqlarının pozulduğundan 2019-cu ildə xəbərdar olmuşdur. Xüsusilə diqqətə çatdırmışdır ki, mübahisəli mənzilin açarları və bütün şəxsi əşyalarımənim sərəncamımda olduğu halda mülkiyyət hüquqlarıın pozulmasından necə xəbərdar ola bilərdi? Göründüyü kimi onun hüquqlarının pozulmasını ehtimal etməyi mümkünsüz olmuşdur. Eyni zamanda, o özünə məxsus mübahisəli mənzili bağışlamaq niyyətində olmamışdır. Həmin müqavilə formal xarakterli olmaqla, mübahisəli mənzilə görə gələcəkdə yaranacaq problemin həlli üçün bağlanmışdır. X1 onunla nikah münasibətlərinə daxil olması bir daha aralarındakı etibarı artırmışdı r. İşin real faktiki hallarından tam müəyyən edilir ki, onun 2012-ci ildən hüquqlarının pozulduğunu bilməsi mümkünsüzdür. Lakin məhkəmə ehtimallara əsaslanaraq hüquqlarının pozulduğunu yeni bildiyinin ağlabatan olmadığı qənaətinə gəlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 324. əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
27. Maddə 372.1, 372.2. başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
28. Maddə 373.1 və 373.3. Ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir.
29. Maddə 389.1. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
32. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
33. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hə diyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
34. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
35. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyinin icra etməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər həm iddia ərizəsində, həm də apellyasiya şikayətində irləi sürülmüş dəlillərlə eynilik təşkil edir. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, oöyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.
48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5185/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.