Məhkəmə qərarları › İş №2(102)-1138/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1138/2021

23.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1138/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdeh X10 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1138/21 (Açar sözlər: Tələbin qanuni əsası düzgün tapılmayıb) 23.02.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, iddiaçının vəkilləri Vəkil və İsmayılov Raman İsmayıl oğlunun iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X6 qarşı əməkdaşlıq sazişinin ləğv edilməsi, əsas məbləğin, vurulmuş zərər məbləğinin və avtomobilin geri qaytarılması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1528/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Şəki şəhərində restoran biznesi ilə məşğul olmaq qərarına gəlmiş və bununla əlaqədar mülkiyyətində olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/m-lik 2 mərtəbəli binanı restoran fəaliyyəti üçün təmir etdirərək işlətmək qərarına gəlir. Bunun üçün Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmiş, həmin şəxs restoranın inzibatçısı kimi işləməsi üçün bu sahədə mütəxəssis olan Yavuz Keşkekçini ona məsləhət bilmişdir. Həmin vaxt cavabdeh Qəbələ şəhərində yerləşən “ Köşəm” restoranında işləmiş, özünün deməsinə görə aylıq 2500 manat əmək haqqı qazanmışdır. Bundan sonra iddiaçı cavabdehlə görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmış, cavabdehlə iddiaçı razılığa gəlmiş, müzakirələrdən sonra iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə Əməkdaşlıq (tərəfdaşlıq) Sazişi bağlanmış və müqavilənin müddəti 2 il müəyyən olunmuşdur. İddiaçı ilə cavabdeh arasında olan Sazişin şərtlərinə əsasən İddiaçı-nə məxsus olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, sahəsi 740 kv.m. olan 2 mərtəbəli restoranı işlətmək və gəlirini bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün cavabdehə verməyi öhdəsinə götürmüşdür. Sazişdə restoranın gəlirlərinin 67 faizinin iddiaçıya, 33 f aizinin isə cavabdehə aid olması göstərilmişdir. Müqavilənin təminatı kimi iddiaçı cavabdehə ilikin ödəniş edərək buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşın (avtomaşının qiyməti 15000 manat) və üç min manat nəğd şəkildə ümumilikdə 18000 manat ödəniş edir. Müqavilə şərtlərindən birinə əsasən restoranda həyata keçirilən təmir və tikinti işlərinin iddiaçının nəzarəti altında cavabdeh tərəfindən həyata keçirilməsi, müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi öz əksini tapmışdır. Müqavilə bağlandıqdan altı ay sonra, təqribən xx.xx.2019-cu il tarixdən tərəflər arasında münasibətlər pozulur. Ona görə iddiaçı hazırkı məhkəmə mübahisəsini başladaraq cavabdehdən pul tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 (bundan sonra cavabdeh və ya Yavuz Keşkekçi) adına rəsmiləşdirilmiş buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289, qiyməti 21500 manat olan avtomaşının geri qaytarılması, cavabdeh X9 tərəfindən "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 31740 (otuz bir min yeddi yüz qırx) manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı-nin nümayəndəsi X3 məhkəməyə tələbin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı-nin təsisçisi X3 ilə Yavuz Keşkekçi arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, habelə cavabdehə verilmiş 6300 manat olmaqla, cəmi 51040 (əlli bir min qırx) manat pulun, bununla yanaşı qiyməti 21500 manat olan “Brilliance V5” modelli avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır: O, 2018-ci ildə Şəki şəhərində restoran açar aq işlətmək qərarına gəlmişdir. Bununla əlaqədar Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/mlik 2 mərtəbəli binanı təmir etdirməyə başlamışdır. Restoranı işə salmaq üçün Muharrem Aydəmir adlı Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmişdir. Muharrem Aydəmir ona iş üzrə cavabdeh X7 məsləhət bilmişdir. Muharrem ona demişdir ki, Yavuz hal-hazırda Qəbələ şəhərində restoran işlədir və restoran işini yaxşı anlayır. Bundan sonra Muharrem vasitəsilə Yavuzla görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmışlar. Söhbət əsnasında ona aydın olmuşdur ki, Yavuzun Qəbələ şəhərindəki “Köşəm” restoranı üzrə müqaviləsi sona yaxınlaşır. 2018-ci ilin sonlarında Yavuz ilə görüşmüş və öz aralarında restoranın işlədilməsi şərtlərini danışmışl ar. Yavuz əvvəlcədən ona 20000 manat pul verməsini demişdir. Lakin Yavuza bu qədər pulunun olmadığını, ona avtomobil verə biləcəyini demişdir. Yavuz isə o zaman ona avtomobil və 3000 manat da pul verməsini demişdir. Bu şərtlə razılaşmış və başqa şirkətə məxsus 21000 manat dəyərində olan, buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli avtomobili X5 adına rəsmiləşdirmiş, bununla yanaşı ona əvvəlcə 2500 manat, 2019-cu ilin yanvarın sonunda isə razılaşdırılmış 3000 manat pulun qalıq məbləği olan 500 manat pul vermişdir. Beləliklə, Yavuza müqavilə üzrə nəzərdə tutulmuş 3000 manatı tamamilə ödəmişdir. Yavuz Keşkekçi ilə onun arasında xx xxxxxx 2018-ci il tarixdə Əməkdaşlıq Sazişi (tərəfdaşlıq) bağlanmışdır. Müqavilənin müddəti 2 il müəyyən olunmuş və onun müddəti xx xxxxxx 2020- ci il tarixinədəkdir. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən restoranın gəlirlərinin 33%-i Yavuzun, 33 %-i onun, 33 %-i isə şirkətin olmalı idi. Müqavilə imzalandıqdan sonra Yavuz bir neçə dəfə restorana gəlib tikinti-təmirlə bağlı müəyyən göstərşlər, dizaynlar vermiş və Türkiyəyə getmişdir. Təmir-tikinti işləri onun (yəni Nizami Dünyamalıyevin) nəzarəti altında həyata keçirilmişdir. Yəni bütün tikinti materialları və bunun üçün sərf edilən bütün vəsaitlər onun tərəfindən qarşılanmışdır. Əvvəlcə avtomobili Yavuza etibarnamə əsasında vermək istəmişdir. Lakin Yavuz avtomobili rəsmi olaraq onun adında olmasa sərhədi keçərək Türkiyəyə gedə bilməyəcəyini demişdir. Yavuza inandığından, ona etibar etdiyindən avtomobilin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Cavabdeh Türkiyəd ən 2019-cu ilin fevral ayında qayıtmişdır. 2019-cu ilin mart ayında Yavuza oturum almış və bunun üçün 1300 manat xərci çıxmışdır. Təxminən mart ayında restoranın mətbəxində olarkən görmüşdür ki, mətbəxə isti su çəkilməmişdir. Bundan sonra Yavuzun iş bacarmadığı ona məlum olmuşdur. Belə ki, restoranda bütün dizayn işlərinə Yavuz rəhbərlik edirdi. Restoranın açılışı gecikdiyindən, Yavuza müvəqqəti olaraq Oğuz rayonu Xal-Xal kəndində olan obyektini işlətməsini təklif etmiş, o da təklifi qəbul etmiş və 2019-cu ilin aprel-may aylarında həmin obyekti işlətməyə başlamışdır. Cavabdeh may ayında ona demişdir ki, ailəsini də Türkiyədən Azərbaycana gətirmək istəyir, lakin bunun üçün ona 900 manat pul lazımdır. Buna görə də ona 900 manat pul vermişdir. Ümümiyyətlə, Yavuz onun yanında işlədiyi müddətdə 300-500, digər xırda və böyük məbləğlər olmaqla toplam 6300 manat ona borc pul vermişdir. Bundan başqa, 2019-cu ilin iyun ayında ondan 2000 manat borc pul istəmiş, o da 2000 manatı cavabdehə vermişdir. xx xxxx 2019-cu il tarixdə ailəsində toy olmuş, cavabdeh də həmin toyda iştirak etmişdir. Toydan sonra Yavuzu tapa bilməmişdir. Belə ki, cavabdehin yerini bilməmiş, zəng etdikdə isə zənginə cavab verməmişdir. Nəhayət, 2019-cu ilin iyul ayında onu Bakı şəhərində dəniz kənarında tapmışdır. Bildirmişdir ki, cavabdehlə aralarında olan müqavilənin müddəti başa çatmamışdır, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyibdir. Buna görə də müqavilənin şərtləri üzrə ona maddi ziyan dəymişdir. Cavabdehə həddən çox inanmış, ona etibar etmişdir. Buna görə də cavabdehlə hər hansı əmək müq aviləsi bağlamamış, ümumiyyətlə aralarında əmək haqqı ilə bağlı söhbət belə olmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq «xxxx» MMC ilə Yavuz Keşkekçi arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, cavabdehə verilmiş 6300 manatın, cəmi 51040 manat pulun, habelə qiyməti 21500 manat, buraxılış ili 2013-cü il olan, ağ rəngli, BAN nömrəsi LSYYDBDB2DC051289, “Brilliance V5” modelli avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Şək i Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-136/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim C.İmanov) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh X6 qarşı “əməkdaşlıq sazişinin ləğv edilməsi, əsas məbləğin, vurulmuş zərər məbləğinin və avtomobilin geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə cavabeh X9 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdeh X4 cəmi 1300 (min üç yüz) manatın alınaraq «xxxx» MMC-nin nümayəndəsi X2 verilməsi qət edilmiş, iddianın cavabdeh X5 Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avt omobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, qiyməti 21500 manat olan “Brilliance V5” modelli avtomobilin geri qaytarılmasına dair hissəsi, habelə iddia tələbinin cavabdehdən tələb edilən 6300 manat pul vəsaitinin 5000 manat hissəsi təmin edilməmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152, 324.1-324.5, 421, 423, 424-cü maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- G.Abbasov, E.Hüseynov və M.Hüseynov ) xx xxxxxxxx 2020-ci il tarixli, 2(107)-1528/2020 nömrəli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud mübahisə ilə bağlı çıxarılmiş qətnamə reallığı əks etdirmir, faktlara və sübutlara söykənmir. Qanunsuzdur, əsassızdır və maddi hüquq normalarının tələblərinə ziddir. Qətnamə qətiyyən əsaslandırmamışdır. Qətnamə formal olaraq mübahisəyə aidiyyəti olmayan hüquq normalarının sadalanmasına həsr edilmiş, nə üçün məhz iddianın rədd olunma sı nəticəsinə gəlindiyi isə əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticələr səhvdir, reallığı əks etdirmir. Məhkəmə borclu idi ki, cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin şərtlərini nəzərdən keçirməklə tərəflərin müqavilə öhdəliklərini yerinə yetirməklə bağlı vəzifələrini icra edib etməməsini araşdırsın və yekun nəticəyə gəlsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3, iddiaçının vəkilləri Vəkil və İsmayılov Raman İsmayıl oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə laz ımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi t ələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qətnamə kassatora aid hissədə və onun iddiasının təmin olunmayan hissəsində yoxlanılır. Cavabdeh iddianın təmin olunan hissəsindən (İddiaçı ilə cavabeh X9 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdeh X4 cəmi 1300 (min üç yüz) manatın alınaraq «xxxx» MMC-nin nümayəndəsi X2 verilməsi) şikayət verməmişdir. Nə qədər ki, qətnamənin həmin hissəsindən cavabdeh şikayət verməmişdir, ona görə məhkəmə kollegiyası müqavilənin ləğvi tələbi irəli sürülməmişdən əvvəl pretenziya qaydalarına riayət edilib-edilməməsi, tutulan məbləğin hansı əsaslarla iddiaçının deyil, onun nümayəndəsinin (nümayəndənin tələbi olmamışdı) xeyrinə qət edilməsi məsələsinə qiymət vermir. İddiaçı kassasiya şikaytində qətnamənin bütövlüklə ləğv olunaraq iddiasının tam təmin olunmasını xahiş etsə də, kassasiyanın məzmunundan görünür ki, iddiaçı tələbinin təmin olunmayan hissəsini mübahisələndirir. Həmin hissə, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ö dənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, cavabdehə verilmiş 6300 manatın (həmin məbləğin 1300 manatı təmin edilmiş, təmin olunmayan hissə 4000 manatdır), habelə qiyməti 21500 manat, buraxılış ili 2013-cü il olan, ağ rəngli, BAN nömrəsi LSYYDBDB2DC051289, “Brilliance V5” modelli avtomobilin geri qaytarılması ilə bağlıdır. Məhkəmə qətnaməsindən belə aydın olur ki, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə 1300 manat pulu və eləcə də 15.000 manat dəyərində avtomaşının və 3000 manat nəğd pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi sübuta yetmiş faktdır. Qalan tələblərlə bağlı (əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, cavabdehə verilmiş 6300 manatın (həmin məbləğin 1300 manatı təmin edilmiş, təmin olunmayan hissə 4000 manatdır) Apellyasiya Məhkəməsinin dəyərləndirməsi aydın deyil. Apellyasiya Məhkəməsi öz qətnaməsində 1-ci instansiya məhkəməsində tətbiq olunan maddi hüquq normalarını və özünün çıxardığı qətnaməyə əlavə olaraq daxil edilmiş prosessual hüquq normalarını sadalmaqla işini bitmiş hesab etmişdir. Tələbin qanuni əsasının nədən ibarət olması, həmin normaların nəyə görə tətbiq olunması, prosessual hüquq normalarının hansı hallara tətbiq olunması ilə bağlı heç bir hüquqi dəyərləndirmə aparmamışdır. Sübutlar və sübutemtə ilə bağlı prosessual hüquq normalarının qətnaməd ə sadalanması kifayət deyil, prosessual normaların hansı əsasla tətbiq olunduğu, sübutetmənin hansı qaydada bölüşdürülməsi, kimin nəyi sübut etməli olması dəqiqləşdirilməli və bundan sonra normanın tətbiqi əsasları göstərilməlidir. Bundan başqa, Apellyasiya Məhkəməsi cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə 1300 manat pulu ödəməsi və eləcə də 15.000 manat dəyərində avtomaşının və 3000 manat nəğd pulun cavabdehə ödənilməsi ilə bağlı tələbi rədd edərkən 1-ci instansiya məhkəməsinin əsaslanması ilə razılaşmışdır. Məhkəmənin əsaslanması ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış sazişə əsasən cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə xərcləri iddiaçı öz üzərinə götürmüş, eləcə də həmin sazişin şərtlərinə görə restoranın təmiri iddiaçı tərəfindən həyata keçirilməli olduğundan və iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən müqavilə üzrə ödənilmiş vəsait geri qaytarılmamalıdır. Çünki restoran işə başlamadığı üçün cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasına başlanmamışdır. Apellyasiya məhkəməsinin gəldiyi qənaət ziddiyyətli olmaqla istinad olunan sazişin şərtlərinə uyğun gəlmir. Əvvəla, sazişin şərtlərinin yerinə yetirilməməsində iddiaçının günahkar olmasının hansı faktlarla sübuta yetirilməsi aydlın deyil. Bununla bağlı məhkəmə heç bir sübuta istinad etməmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi belə olmuşdur: “mübahisəli restoranın işlək vəziyyətdə indiyədək cavabdehə təhvil verilməməsinin məsuliyyəti iddiaçının üzərinə düşür. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin həmin mövqeyi həm mülki qanunvericiliyin istinad olunan normalarından, həm də tərəflər arasında olan Sazişin şərtlərindən irəli gəlir. Belə ki, Sazişin 3.1-ci bəndində nəzərdə tutulur ki, Tərəf 1 (yəni Nizami Dünyamalıyev) İddiaçı-nə məxsus olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, 740 kv.m. olan, 2 mərtəbəli restoranı işlətmək və gəlirin bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün Tərəf 2-yə (Yavuz Keşkekçiyə) verir. Göründüyü kimi, İddiaçı-nin təsisçisi Nizami Dünyamalıyev sözügedən restoranı işləməyə hazır vəziyyətdə cavabdehə təhvil verməli, bundan sonra cavabdeh həmin restoranı aralarında bağlanmış olan Sazişin şərtlərinə uyğun olaraq işlətməli idi. Restoranın fəaliyyət gö stərdiyi zaman cari təmir-tikinti işlərini isə cavabdeh iddiaçı tərəfin vəsaiti hesabına və nəzarəti altında yerinə yetirməli idi. Lakin işin gerçək hallarından göründüyü kimi, iddiaçı tərəf restoranı cavabdehə hazır vəziyyətdə verməmiş, fəaliyyətə başlaması üçün hazır olmayan restoranın işlədilməsini cavabdehdən tələb etmişdir ki, bu da cavabdehin vəzifələrinə aid olmamışdır. Tərəflər arasında olan işbirliyinin pozulmasından keçən bir ildən artıq müddətdə həmin restoranın hələ də fəaliyyətə başlamaması onun göstəricisidir ki, 2019-cu ilin mart ayında da işləməyə yararlı vəziyyətdə olmamışdır. Ümumiyyətlə, hansısa sahibkarlıq obyektinin fəaliyyətə başlaması onun sahibkarı tərəfindən həyata keçirilməli, yalnız bundan sonra digər işçilər orada öz vəzifələrini yerinə yetirməlidirlər. O cümləd ən, sözügedən restoran İddiaçı tərəfindən işə salınmalı, yalnız bundan sonra orada inzibatçı (administrator) olaraq Yavuz Keşkekçi öz vəzifələrini yerinə yetirməli idi. Hələ fəaliyyətə başlamamış restoranda vəzifələrinin yerinə yetirilməsini cavabdehdən tələb etmək ağlabatan deyildir.” Göründüyü kimi işə baxan məhkəmə tərəflər arasında bağlanmış sazişin şərtlərini düzgün təfsir etməmiş, bir-birinə zidd olan fikirlərlə qətnaməni əsaslandırmışdır. Nəzərə almaq lazımdır ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-nin 404.1. maddəsi). Əslində, işdən görünən ondan ibarətdir ki, tərə flər birlikdə restoranın hazır vəziyyətə gətirilməsi və sonradan cavabdehin rəhbərliyi ilə işlədilməsi barədə razılığa gəlmişlər. Məhz ona görə müqaviləyə o şərt də salınmışdır ki, restoranın təmiri tərəf 1-in rəhbərliyi ilə tərəf 2 tərəfindən həyata keçirilir (müqavilənin 3.2. bəndində). Bu şərtin sazişə salınması birmənalı olaraq onu ehtiva edir ki, təmir məhz cavabdehin istədiyi qaydada, şəraitdə həyata keçirilsin. Çünki restoranı sonradan işlətmək öhdəliyi cavabdehin üzərinə düşürdü. Lakin nədənsə işə baxan Apellyasiya Məhkəməsi sazişdə razılaşdırılmış həmin şərtə “cari təmir” sözlərini əlavə edərək qətnaməsində əsaslanmanı həmin qaydada aparmış və qeyd olunan şərtin restoran hazır olandan sonrakı tarixə aid etmişdir. Eyni zamanda, işə baxan məhkəmə sahibkarlıq fəaliyətinin hansı qay dada qurulması ilə bağlı oturuşmuş təcrübəni xatırlayaraq belə qənaət ortaya qoymuşdur ki, sahibkarlıq fəaliyyətinin qaydalarına görə iddiaçı restoranı hazır etdikdən sonra cavabdehin öhdəlikləri başlamalı idi. Göründüyü kimi məhkəmə bir halda tərəflərin iradə ifadəsinə etimad göstərərək sazişin şərtlərini tətbiq etmiş, digər halda isə qənaətini sazişdənkənar fikirlərlə əsaslandırmışdır. Belə olan təqdirdə məhkəməyə lazım gəlirdi ki, cavabdehin müqavilədə razılaşdıqları və məhkəmənin qənaətinə zidd olan (əgər restoran hazır olandan sonra cavabdehin öhdəlikləri başlayacaqdısa nəyə görə təmirin cavabdeh tərəfindən aparılması, əvvəlcədən külli miqdarda vəsait alınması razılaşdırılmışdır) sazişin şərtlərinə aydınlıq gətirsin, cavabdehin hansı əsaslarla iddiaçıdan əvvəlcədən 18.000 manat pul (b ir avtomobil, dəyəri 15.000 manat və 3000 manat nəğd pul) almasına şərh versin. Apellyasiya Məhkəməsi cavabdehin aldığı həmin məbləğin qaytarılmamasını sazişə uyğun əsaslandırmağa çalışmışdır. Qeyd etmişdir ki, iddiaçı müqavilə öhdəliklərini pozduğu üçün müqavilə üzrə ödənilənlər geri qaytarılmamalıdır. Əvvəla, məhkəmələr əvvəlcədən ödənilmiş həmin vəsaitin nə məbləğ olması, nəyə görə ödənilməsinə sazişin şərtlərinə uyğun aydınlıq gətirməli idi. Nədənsə, məhkəmələr həmin vəsaitin mahiyyətinə dair tərəflər arasında bağlanmış sazişin şərtlərini qətnamə qəbul edərkən nəzərə almamış və onu şərh etməkdən yan keçmişlər. Sazişin 6.3. bəndində deyilir ki, Bu müqavilənin 6.2. bəndində göstərilən ümumi məbləğ 18.000 AZN restoranın gəlirindən olan mənfəətin əldə edilməsindən tərəf 2-ə məxsus 33%-dən borc olaraq tərəf 1-in xeyrinə tutulur. Göründüyü kimi, hətta tərəflər arasında müqavilə öhdəlikləri yerinə yetirilmiş olsaydı belə, qeyd olunan vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılması əvvəlcədən şərtləndirilmişdir. Hansıki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər saziş bağladıqdan altı ay sonra artıq birgə fəaliyyətlə bağlı münasibətlər pozulmuşdur. Birgə fəaliyyətin pozulması halında iddiaçının vermiş olduğu 18.000 manat pulun cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Bu məsələ ilə bağlı məhkəmənin əsaslandırması işin hallarına uyğun gəlmir. Cavabdeh iddiaçının tapşırığı ilə ona məxsus olan başqa restoranlarda işlədiyini, əmək haqqı almadığını, iddiaçının ona borclu olduğunu bildirsə də, bununla bağlı sübutlar təqdim etməmiş və tələb irəli sürməmişdir. Bir halda ki, məhkəmələr mübahisəni sazişin şərtlərinə uyğun olaraq həll etməyə çalışmışlar, onda sazişin qeyd olunan şərtinə də aydınlıq gətirilməli və ilkin ödəniş kimi verilmiş vəsaitin əslində borc kimi verilməsi və sonradan qaytarılmalı olması məsələsinə də qiymət verilməli idi. Məhkəmə cavabdehin həmin pul vəsaitini özündə saxlamasının müqavilə və yaxud qanuni əsası olmasını yoxlamalı idi. Eyni zamanda, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun da cavabdehdə saxlanması məsələsi müzakirə olunmalıdır. Həmin vəsaiti iddiaçı ona görə ödəmişdir ki, cavabdeh restoranın təmirində iştirak edərək gələcəkdə onu işlədəcək. Sazişin şərtlərinin hansı tərəfin pozmasından asılı olaraq qeyd olu nan vəsaitin də vurulmuş ziyan məbləği kimi qaytarılıb-qaytarılmaması məsələsi müzakirə olmalıdır. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (Maddə 424.5.). Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Apellyasiya Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1528/ 2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin, iş həmin hissədə yeni məhkəmə baxışına göndərilsin. Qətnamə iddiaçının kassasiya şikayətinə əsasən ona aid qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar