Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1138/2023 13.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(104)2604/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat pulun alınıb, iddiaçıya verilməsi, onun və ailəsinin barəsində yaydığı yalan məlumatları rəsmi təkzib edərək, üzr istəməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(040)-341/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh üzərinə İddiaçı “İddiaçı, Sizin mərhum əriniz X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olduğu və Sizi n özünüzün də şəhid ailəsinin üzvü olduğunuz halda, şəhid X3 və şəhid ailəsinin üzvü İddiaçı barəsində Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına yalan və aşağılayıcı məlumatlar göndərmişəm, buna görə Sizdən üzr istəyirəm!” məzmununda rəsmi (yazılı) üzr istəməsi vəzifəsinin qoyulması, Cavabdeh vurduğu mənəvi zərərə görə 2000 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(104)2604/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(040)-341/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, İddiaçı mərhum əri X2 şəhid olmaması, qarət (talanda) zamanı ölməsi və İddiaçı mərhum əri X2 şəhid olması ilə bağlı sənədləri saxta yolla düzəltməsi ilə bağlı məlumatların cavabdeh tərəfindən yazılı qaydada təkzib edilməsi, Cavabdeh mənəvi ziyanın kompensasiyası qismində 500 manat alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş, həmin şikayətlər apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, komme rsiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, Məcəllənin 408.1.5-ci maddəsinə əsasən isə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: a) İddiaçını n kassasiya şikayətinə münasibətdə: İddiaçının kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamış, habelə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia tələbi iki hissədən ibarət olmuşdur: 1. cavabdehin iddiaçı və ailəsi barəsində yaydığı yalan məlumatları rəsmi təkzib edərək, üzr istəməsi; 2. cavabdehdən iddiaçının xeyrinə 50000 manat məbləğində mənəvi ziyanın tutulması. Birinci instansiya məhkəməsi iddianı birinci hissədə təmin edərək, cavabdehin üzərinə təkzib verilməsi və üzr istənilməsi öhdəliyini qoymuş, ikinci tələbi isə qismən 2000 manat hissəsində təmin etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə ilə razılaşmışdır. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsə də, iddia həmçinin qismən təmin edilmiş, cavabdehin üzərinə yazılı təkzib verilməsi öhdəliyi qoyulmuş, mənəvi ziyan isə 500 manat həddində təmin edilmişdir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etsə də, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələbini pozaraq, qətnaməni hansı hissədə mübahisələndirdiyini əsaslandırmamışdır. Kassasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, Mülki Məcəllənin 23.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 77, 88, 106-cı maddələrinin pozulması qeyd edilmişdir. Bu zaman kassator həmin hüquq normalarının dispozisiyalarını şikayətə köçürmüş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilməklə, pozuntu kimi iddiaçının və şəhid olmuş həyat yoldaşının şərəf və ləyaqətini alçaltdığından şəhid adını ləkələyən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat pulun alınıb, iddiaçıya verilməsi tələbinin təmin edilməməsindən şikayət olunmuşdur. Göründüyü kimi, iddiaçı tələbin birinci hissəsində apellyasiya məhkəməsinin mövqeyindən şikayət verməmişdir. İddiaçının şikayət etdiyi hissə mənəvi ziyanın məbləği olmuşdur. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının 50000 manat mənəvi ziyan tələbi birinci instansiya məhkəməsi tərəfindən yalnız 2000 manat hissəsində təmin edilmiş və iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. İddiaçı hazırda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən mənəvi ziyanın məbləğini mübahisələndirsə də, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 1500 (2000-500=1500) manat təşkil edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən ondan kassasiya şikayəti verilə bilməz. b) Cavabdehin kassasiya şikayətinə münasibətdə: Cavabdehin kassasiya şikayəti öyrənilərkən həmçinin müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Bel ə ki, kassasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci, Mülki Prosessual Məcəllənin 88, 89-cu maddələrinin pozulması qeyd edilmişdir. Bu zaman kassator həmin hüquq normalarının dispozisiyalarını şikayətə köçürmüş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir. Cavabdehin dəlilləri işin hallarının sübut olunmamasından ibarət olmuşdur ki, Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətindən belə dəlillərə istinad etməyə yol verilmir. Nəticə: Qeyd olunanlara əsasən, iddiaçının kassasiya şikayətində qətnamən in mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu, habelə hər iki kassasiya şikayətinin məzmunu mülki prosessual qanunvericiliyin tələblərinə zidd olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(104)2604/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətləri geri qaytarılması üçü n mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.