Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-114/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: zaminin reqress tələb hüququ, sübutarın düzgün qiymətləndirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1201/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 31.08.2016-ci il tarixli Z-149RGTK162440001 nömrəli Zaminlik müqaviləsinə əsasən İddiaçı borcalan Cavabdeh "xxxx" ASC qarşısındakı 31.08.2016-ci il tarixli kredit müqaviləsi üszrə götürdüyü 2343,91 manat kredit öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdeh olmuşdur. Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyevin 14.05.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/18 nömrəli, 30.01.2018-ci il tarixli icra sənədi üzrə borclular Cavabdeh və İddiaçı 2310,81 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" A SC-nin xeyrinə ödənilməlidir. Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh və İddiaçı ünvanlanmış 14.05.2018-ci il tarixli bildirişlə Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/18 nömrəli, 30.01.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 29 dekabr 2019-cu il tarixli məktubda göstərilmişdir ki, əvvəlki öhdəliklərin icrasında yaranmış çətinlik nəzərə alınaraq borc restruktizasiya edilmiş və 31 avqust 2016-cı il tarixdə Bankın Qəbələ rayon filialı ilə Cavabdeh arasında 2343,91 (iki min üç yüz qırx üç manat doxsan bir) manat məbləğdə yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə zamin kimi vətəndaş İddiaçı çıxış etmiş və onunla zaminlik müqaviləsi rəsmiləşdi rilmişdir. Müqavilələr üzrə öhdəliklər vaxtında icra edilmədiyi üçün Bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Qəbələ Rayon məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 30 yanvar 2018-ci il tarixli 2(025)-234/2018 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğdə pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Borcluların gəlirindən 50%-nin tutulması ilə bağlı icra orqanına müraciət daxil edilmiş, daxil omuş müraciət əsasında kart hesabına daxil olan vəsaitin 50%-nin borcun icrasına yönəldilməsi, qalan vəsaitin vətəndaş İddiaçı sərəncamına verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkə məsində icraat 23.11.2020-ci ildə İddiaçı Cavabdeh qarşı “reqress qaydasında pul tələbi”nə dair məhkəmədə iddia qaldırıb, Cavabdeh görə ondan tutulan 2310 manat 81 qəpik məbləğində borcun və ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 avqust 2016-cı il tarixdə "xxxx" ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən zamin 31 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 31 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh kreditor qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi səbəbindən bank b orcun tutulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsi müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Borcluların gəlirlərindən 50 faizin tutulması ilə bağlı icra orqanına müraciət edilmiş, lakin banka icra qaydasında vəsait daxil olmamışdır. Borcun tutulması istiqamətində tutulmalar onun əmək haqqı kartına yönəldilmişdir. Lakin bütün pul onun yarım oklad əmək haqqı kartından tutulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 02 fevral 20201-ci il tarixli, 659/5 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ Rayon Məhkəmə sinin 2(025)-234/2018 saylı, 30.01.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada 2310,81 manat məbləğində borc və iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində borclu Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyində işlədiyi məlum olmuş və tərəflərindən 04.07.2018-ci il tarixli, 4283/18 saylı təkliflə icra sənədi borclu Cavabdeh çatası əmək haqqından tutulmalar aparılması üçün icra sənədi borclunun iş yerinə göndərilmişdir. Tələbkar "xxxx" ASC 10.03.2020-ci il tarixli, 1235000/24 saylı məktublar icra şöbəsinə müraciət edərək icra sənədi üzrə cavabdehlərin banka olan qalıq borcunu 555 manat kimi göstərmiş və qalıq bor cun Cavabdeh əmək haqqına yönəldilməsi xahişini etsələr də, lakin qalıq borc məbləği borclunun əmək haqqına yönəldilməmişdir. Həmçinin icra sənədi üzrə digər borclu İddiaçı pensiya alması və iş yeri olmadığı üçün İddiaçı iş yerindən və pensiyasından tutulmaların aparılması mümkün olmamış və borclunu özü tərəfindən icra sənədi üzrə hər hansı məbləğdə borcun ödənilməsi barədə ödəniş qəbzini icra şöbəsinə təqdim etməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(025)-2010/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ümumilikdə 1477,79 (bir min dörd yüz yetmiş yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. 17 fevral 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli 2(025)234/2018 nömrəli qətnaməsi ilə ondan və İddiaçı müştərək qaydada cəmi 2310,81 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğdə pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Lakin həmin məbləğ tamamilə onun əmək haqqından tutulmuşdur. Belə ki, o, “28 May” Neft və Qazçıxarma idarəsində işləyir və aldığı əmək haqqından borc məbləği tutulmuşdur. Həmçinin iddiaçı daha əvvəl də reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(025)-2010/2017 nömrəli qətnaməsinə əsasən ondan1477,7 9 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 01 aprel 2021-ci il tarixli 2(025)130/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı isə 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun onun tərəfindən banka ödənildiyini və bu səbəbdən həmin məbləği cavabdehdən tələb etdiyini bildirir. Cavabdeh isə 2310,81 manat məbləğində borcun onun əmək haqqından tutulduğunu və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/2018 nömrəli, 30.01.2018-ci il tar ixli qətnaməsi ilə ondan və Cavabdeh müştərək qaydada tutulması qət edilmiş 2310,81 manat məbləğində pul vəsaitinin əmək haqqı kartından tutulduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 02 fevral 2020-ci il tarixli, 659/5 nömrəli məktubda göstərilmişdir ki, icra sənədi üzrə digər borclu İddiaçı pensiya alması və iş yeri olmadığı üçün İddiaçı iş yerindən və pensiyasından tutulmaların aparılması mümkün olmamış və borclunu özü tərəfindən icra sənədi üzrə hər hansı məbləğdə borcun ödənilməsi barədə ödəniş qəbzini icra şöbəsinə təqdim etməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə tərəfindən müv afiq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/2018 nömrəli, 30.01.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı tərəfindən hər hansı ödəniş edilməmiş və onun iş yerindən və pensiyasından tutmalar aparılması mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80-ci maddələrinə əsasən məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiql əyən faktları məhkəməyə təqdim etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun onun əmək haqqından tutulması barədə Kapital Bank tərəfindən verilmiş arayışa əsasən həmin məbləğ cavabdehdən tutulmalıdır. A pelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İmanverdi Şükürov və Ayaz Mahmudov) 2(107)-1201/2020 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğu ndаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalıdır. Sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasının mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1475.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1201/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə ic raatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC eyni zamanda İddiaçı müraciətinə 3 may 2021-ci il tarixli, 135000/1151 saylı məktubu ilə yazılı cavab verərək göstərmişdir ki, “Cavabdeh ilə "xxxx" ASC- nin Qəbələ filialı arasında bağlanmış 31.08.2016-cı il tarixli, 149RGTK162440001 nömrəli 2343,91 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 2380.49 manat məbləğində ödəniş edilmiş, 24.09.2020-ci il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur” (sənəd qoşmaya əlavə olunur). "xxxx" ASC-nin məhkəmədə qaldırdığı iddiaya görə ödədiyi 20 (iyirmi) manat dövlət rüsumunu da onun tərəfindən ödənilmişdir bu barədə qəbz kassasiya şikayətinə əlavə edilmişd ir. Əvvəlki illər üzrə Cavabdeh krediti ödəmədiyindən Qəbələ rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(025)- 2010/2017 saylı qətnaməsi üzrə Cavabdeh ümumilikdə 1477,79 (bir min dörd yüz yetmiş yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmiş və Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh alınaraq İddiaçı verilmişdir. "xxxx" ASC-yə olan kreditin qalan hissəsində yenə də Cavabdeh ödənişləri etmədiyindən növbəti dəfə də ödənişlərlə bağlı "xxxx" ASC İddiaçı əmək haqqısından tutmuşdur. Bunu təsdiq edən "xxxx" ASC-nin iddiaçıya verdiyi ödəniş kartı üzrə çıxarış məhkəməyə tədim edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılar ının izahatları İddiaçı Mərziyyə Osmanova və vəkili Vəkilov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda v ə ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kr editor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçının iddia tələbi cavabdehin 31.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə öz kredit öhdəliklərini yerinə yetirməməsi səbəbindən məhkəmə qətnaməsi ilə onlardan məhkəmə qətnaməsi ilə tutulan 2310,81 manatın onun əmək haqqı kartından tutulmasına görə cavabdehdən ona dəymiş maddi zərəri reqress qaydada tələb etməkdən ibarətdir. İddiaçı iddiasını sübut etmək üşün iddia ərizəsinə "xxxx" ASC-də olan kart hesabından 07.10.2020-ci il tarixə çıxarışını əlavə etmişdir. Məhkəmələr məhkəmə sorğusuna cavab olaraq verilmiş,Qəbələ rayon İcra və Probasiya şöbəsinin tərəfindən icra sənədi üzrə digər borclu İddiaçı pensiya alması və iş yeri olmad ığı üçün İddiaçı iş yerindən və pensiyasından tutulmaların aparılmasının mümkün olmaması və borclunun özü tərəfindən icra sənədi üzrə hər hansı məbləğdə borcun ödənilməsi barədə ödəniş qəbzini icra şöbəsinə təqdim etməməsi barədə 02 fevral 2020-ci il tarixli, 659/5 nömrəli məktubuna istinad edərək iddiaçının borcun onun tərəfindən ödənilməsini sübut etməməsi qənaətinə gəlmişdir. Lakin nə iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus kart hesabından tutmalar barədə çıxarışa, nə apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" ASC-nin 03.05.2021-ci il tarixli 135000/1151 saylı 31.08.2016-cı il tarixli kredit borcu üzrə zamin İddiaçı tərəfindən 2380,49 manat ödəniş edilməsi və 24.09.2020-ci ildə kredit borcunun bağlanması barədə iddiaçıya verilmiş arayışa məhkəmə sübut kimi hər hansı qiymət vermə mişdir. Bundan başqa, işdə olan sənədlərə müəyyən olunmuşdur ki, iddiaçı 25.05.2015-ci il tarixli başqa bir kredit müaviləsi üzrə də cavabdehin zamini olmuş və həmin kredit müqaviləsi üzrə zamin İddiaçı tərəfindən ödənilmiş 1447,79 manat vəsait Qəbələ rayon Məhkəməsinin 19.10.2017ci il tarixli qətnaməsi ilə reqress qaydada borclu Cavabdeh tutulmuşdur və bu qətnamənin icrası ilə bağlı Cavabdeh əmək haqqından tutulmalar barədə sənədlər iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kart hesabından 24.09.2020-ci ilədək silinmələrin hansı kredit müqaviləsi üzrə borca aid olduğu, 31.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə zaminin hesabından hansı məbləğdə borcun silinməsi dəqiqləşdirilməklə, iddiaçının təqdim etdiyi və işdə mövcud olan sübutlara müvafiq q iymət verilməklə, işə yenidən baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, apellyasiya şikayətinin dəlillərinə diqqət yetirməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1201/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, m ülki iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı 1 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1201/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.