Məhkəmə qərarları › İş №2(102)-1144/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1144/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1144/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması tələbinə dair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6694/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2012-ci il tarixdə X1 ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi «Daewoo BS 090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun idarə edilməsi zamanı törədilmişdir.

2. Sözügedən avtobus Cavabdeh MMC-yə məxsus olmuş, X7 ilə Cavabdeh MMC arasında əmək münasibətləri mövcud olmamış və X7 hər hansı bir mülki hüquqi müqavilə əsasında Cavabdeh MMC-yə xidmət göstərməmişdir. Həmin avtobus yol vərəqi əsasında sürücü X9 təhkim edilmiş, istintaq zamanı verilmiş şahid ifadələri əsasında müəyyən olunmuşdur ki, X12 avtobusu şəxsi işləri ilə əlaqədar 2-3 saatlıq Gündüzə təhvil vermişdir.

3. Həmin hadisədə X7 məsuliyyətə cəlb olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx. xx.2014-cü il tarixli, 1(005)-16/2014 saylı hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2013-cü il tarixinədək qüvvədə olan) 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2013-cü il tarixinədək qüvvədə olan) 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2015-ci il tarixli, 1(103)-211/15 saylı hökmü ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü təqsirləndirilən şəxs X4 CM-in 264-cü maddəsi ilə bəraət verilməsinə aid hissədə ləğv edilmiş, X7 CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2016-cı il tarixli, 1(102)-1289/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı hadisə nəticəsində həyatını itirmiş X1 arvadıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çinar-Trans" MMC-dən 50.000 (əlli min) manat məbl əğində pul vəsaitinin mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Çinar-Trans" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X8 təqsiri üzündən əri Kəmaləddin Abdullayev avtobusla vurulduğundan, sonra da üzərindən keçilərək, həyat üçün təhlükəli olan xəsarətlər yetirildiyindən faciəvi şəkildə həlak olmuşdur. Belə ki, İlham Qasımov cavabdehin işçisi olaraq 202 nömrəli marşrut xətti üzrə 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi əsasında ona təhkim olunmuş “Daewoo BS 090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu 12 dekabr 2012-ci il tarixdə, saat 06.45-də radələrində həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X4 vermiş, nəticədə yo l nəqliyyat hadisəsi baş vermişdir. Gündüz Məhərrəmov barəsində hökm 13 fevral 2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həyat yoldaşı həm Sumqayıt şəhərində kimya zavodunda işləmiş, həm də özünə məxsus «Qazel» markalı avtomobili ilə fərdi qaydada yük daşımaqla məşğul olmuşdur. Onun aylıq qazancı təxminən 800-850 manat olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(005)-16/2014 nömrəli hökmünün 4-cü səhifəsinin 2-ci abzasında zərərçəkmişin hüqu qi varisi qismində ifadəsi yazılmış X5, 5-ci səhifəsinin 2-ci abzasında şahid qismində ifadəsi yazılmış X10 həyat yoldaşının Sumqayıt şəhərində kimya zavodunda işləməsini və fərdi qaydada yük daşımasını təsdiq edirlər. Cavabdeh MMC-nin işçisi X12 202 nömrəli marşrut xətti üzrə 131 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi əsasında ona təhkim olunmuş “Daewoo BS 090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu qanunsuz olaraq həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X4 verdiyinə görə ərinin ölməsinə səbəb olan cinayət hadisəsi törənmişdir. Qeyd olunan fakt həm Gündüz Məhərrəmovun, həm X8 ifadələri ilə, həm də 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi ilə təsdiq olunur. Belə ki, cavabdeh tərəfindən verilmiş həmin yol vərəqində sürücü qrafasında “X12", idarə etdiyi nəqliyyat vasitəsi (markası, dövlət qeydiyyat nişanı) qrafasında “Daewoo BS 090, **TG-***" qeyd olunmuşdur. Yəni nəqliyyat vasitəsini Gündüz Məhərrəmova cavabdehin işçisi qanunsuz olaraq sürücülük hüququ olmayan başqa bir şəxsə vermiş və onun mülki hüquq pozuntusu törətməsi nəticəsində 20 illik həyat yoldaşı faciəvi şəkildə ölmüşdür. Qeyd olunan fakt həm Gündüz Məhərrəmovun, həm X8 ifadələri ilə, həm də 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi ilə təsdiq olunur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli, 1(005)-16/2014 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2015-ci il tarixli, 1(103)-211/15 nömrəli qa nuni qüvvə minmiş hökmləri hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X6 məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2012-ci il tarixli, 97 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir sağ yanaq nahiyyəsinin, boynunun sağ yan səthinin, sağ dirsək oynağının arxa səthinin, sağ budun ön səthinin, sol budun ön-bayır səthinin, sağ kürək nahiyyəsinin, sağ sağrının yuxarı bayır kvadrantının və sol baldırın sıyrıqları, sol çiyin qurşağının yuxarı və arxa səthinin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ budun arxa səthinin, sağ kürəkaltı nahiyyənin, belin yuxarı hissəsinin və sağ bel nahiyyəsinin qançırları, sol qulaq seyvanının sırğalığı nın çırılmış yarası, meyitin daxili müayinəsi zamanı başın dərialtı yumşaq toxumalarına qansızma, kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, beyin toxumasına və mədəciklərinə qansızma, hər iki körpücük sümüyünün sınığı, sol 1İ-Uİ1VV-Vİ-Vİİ-Vİİİ- İX-X qabırğaların, sağ İİİ-X qabırğaların, döş sümüyünün sınığı, ağ ciyər toxumalarına qansızma, göstərilən xəsarətlər həyatidir, mərhumun ölümündən bir az əvvəl güclü küt zərbə təsirindən törənmişdir və hərəkətdə olan avtonəqliyyat vasitəsinin qabarıq hissələri ilə vurulma, sonra isə onun üzərindən keçilməsi zamanı əmələ gələ bilərdi və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vura xəsarətlərin əlamətlərini daşıyır. X1 ölümünə səbəb avtonəqliyyat hadisəsi zamanı kəllə sümüklərinin sınması nəticə sində inkişaf edən, baş beyin toxumasının əzilməsi, beyin toxuma və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Rəyi oxuyarkən belə xəsarətlərin sayından və meyitin düşdüyü vəziyyətdən adamın əhvalı pisləşir. Düşünün gözünün önündən getməyən o meyiti görmək ona nələr yaşadır. Cavabdehin işçisinin hüquqazidd hərəkətləri və baş verən hadisə nəticəsində uşaqlarının atası, ailəni dolandıran, onun üçün əziz insan olan əri öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ailəni dolandıran, yaxın qohumunun - ərinin faciəvi şəkildə ölməsindən sonra davamlı iztirablara məruz qalır. Həyat yoldaşını bir daha görə bilməyəcəyini dərk etdiyindən acizlik çəkir, sarsıntı, iztirab keçirir. 20 illik birgə yaşadığı əzi z insan faciəvi səkildə ölmüşdür. Bir qadın olaraq həyatının məhv olduğunu hər gün düşünmək iztirablarını təzələyir. Hər gün Kəmaləddini görmək istəyi, bunun mümkün olmayacağını dərk edən qəlbindəki, ağlındakı ümidsizlik, acizlik, köməksiz vəziyyət ona rahatlıq verməyərək, baş vermiş hadisəni unutmağa qoymur, ömrünün sonunadək tək qalacağı, bu yükü necə çəkəcəyi, ömrünün necə olacağının qeyri-müəyyənliyi həyatının normal ahəngini pozmuş, yasama sevincini azaltmışdır. Elə bil onun üçün zaman getmir, sanki hadisə dünən baş veribdir. Çəkdiyi nigarançılıq, ruhi sarsıntı və iztirablar yüngülləşmək bilmir.

8. İddiaçı iddiasını əsaslandırarkən MM-nin 21, 096, 1097.1, 1099.1, 1108-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına istinad etmişdir.

9. Birinci instansiya məhkəməsinə cavabdeh tərəf iştirak etməmişdir.

10. Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova, iş № 2(005)-2509/2022) iddia qismən təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı sübuta yetir ki, "xxxx" MMC-nin işçisi X12 idarə etdiyi nəqliyyat vasitəsini qanunsuz olaraq sürücülük hüququ olmayan Gündüz Məhərrəmova vermiş və X1 ölümünə səbəb olmuşdur. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçının ərinin ölümü ilə əlaqədar sarsıntılar keçirməsi, onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar istisna edilmir.

12. Məhkəmə bu kimi halları, nəzərə alıb hesab etmişdir ki, CavabdehMMC-dən 20.000 (iyirmi min) manat məbləğində pul İddiaçı xeyrinə mənəvi zərər kimi kompensasiya tutulmasını əsaslı və qanuni hesab edir.

13. Məhkəmə öz mövqeyini Konstitusiyanın 24, 68-ci maddəsinin İİ hissəsi, Mülki Məcəllənin 21, 23, 1096, 1097.1, 1097.3, 1099, 1108.1, 1108.2, 1114.1-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onların işçisi X12 olmuşdur və 131 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi MMC tərəfindən məhz hadisəni törədən şəxs, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X4 yox, şirkətin öz işçisinə verilmişdir. Qeyd olunan cinayət işi üzrə hökmlər və qərar da Qasımov İlhamın törətdiyi hüquq pozuntusuna aid deyildir. Buna görə də, ümumiyyətlə, hazırki iş üzrə cavabdeh qismində Cavabdeh MMC çıxış edə bil məz. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X1 ölümü nəticəsində ona mənəvi zərər dəymişdir və onu nigarançılıq, ruhi sarsıntı və iztirablar çəkməyə məruz qoymuşdur. Lakin, həmin mənəvi sarsıntının keçirdiyi, iztirab çəkdiyi barədə İddiaçı tərəfindən heç bir tibbi arayış, psixoloji müayinədən keçməsi və ya müalicə alması ilə bağlı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Onu da qeyd etmək lazımdır ki, hadisə 12 dekabr 2012-ci il tarixində baş vermişdir, iddia ərizəsi isə 10 il sonra, yəni 2022-ci il tarixində verilmişdir. İddianın hadisənin baş verməsindən bu qədər uzun müddət sonra verilməsi bunu göstərir ki, iddia formal xarakter daşıyır. Belə ki, mənəvi iztirabın keçirilməsini sübuta yetirilməsi çətin olsa belə, inandırıcılıq baxımından iddianın 10 il sonra verilməsi onu g östərir ki, bu formal iddiadır və həqiqətə uyğun deyildir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev, (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov, iş №2(103)-6694/2022) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia təmin edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" MMC-nin işçisi X12 idarə etdiyi nəqliyyat vasitəsini qanunsuz olaraq sürücülük hüququ olmayan Gündüz Məhərrəmova vermiş, sonuncunun xx.xx.2012-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X2 aldığı xəsarətdən ölmüşdür. Cavabdeh "xxxx" MMC həmin nəqliyyat vasitəsinin Gündüz Məhərrə mov tərəfindən qanunsuz idarə edilməsində təqsiri sübuta yetirilməmişdir. Belə olduğu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün həmin mənbənin sahibi məsuliyyət daşımır.

18. İşin müəyyən edilmiş halları ilə iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-nin 1096, 1097.1, 1108.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-c ı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın birinci instansiya məhkəməsinin müəyyən etdiyi həcmdə - 20.000 manat məbləğində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, delikt törədən şəxs cavabdehin işçisi İlham Qasımov olmuş, mülki hüquq məsuliyyətini o daşımışdır. Öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyəti hüquqi şəxs olan cavabdeh daşımalıdır. Cavabdeh əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. (MM maddə 1099) Qanunla zərərvuranın təqsiri olmadıqda da zər ərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən hüquqi və ya fiziki şəxsin üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyinin yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarında diqqət yetirilməli məqam ondan ibarətdir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi olan cavabdeh, başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində nəqliyyat vasitəsini qaçırma və ya mülkiyyət əleyhinə törədilmiş digər cinayət nəticəsində mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır. Hazırki işin halları və təqdim edilmiş dəlillərlə sübut olunur ki, cavabdehə məxsus nəqliyyat vasitəsi – avtobus, başqa şəxslər tərəfindən qanunsuz olaraq qaçırılmamışdır. Əksinə yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi cavabdehin avtobusu təhkim etdiyi öz işçisi X12 tərəfindən qanunsuz olaraq avtobusu sürmək üçün hüququ olmadığı halda cavabdehin işçilərinin şəxsi işləri olanda onları əvəz edərək avtobusları idarə etmək X4 verilmiş, nəticədə isə iddiaçının əri həmin avtobusla vurularaq ölmüş, beləl iklə də iddiaçıya mənəvi zərər vurulmuşdur.

23. İşçi çalışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələrə görə cavabdehlik əsasına söykənir. Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və onun işinə nəzarət edərək yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi, eləcə də əmək şəraiti zərərin yaranmasına əlverişli olduğundan işəgötürənin məsuliyyəti qaçılmazdır.

24. Gündüz Məhərrəmovun və İlham Qasımovun ifadələrində Gündüzün şirkətin işçisi olması bildirilmişdir. Göründüyü kimi, cavabdeh şirkətdə İlham Qasımovun avtobusu Gündüz Məhərrəmova verməsi normal qarşılanmış, bu hal a etiraz etməmiş, onun kim olması sual yaratmamışdır. Çünki, Gündüz Məhərrəmov cavabdehlə faktiki əmək münasibətlərində olmuşdur.

25. Kassator şikayətində MM-nin 21, 1096, 1097.1, 1097.3, 1099.1, 1108.1, 1108.2, MPM-in 14.2, 77.1 maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş ş əxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

34. Maddə

88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhk əmə məhz cavabdehin baş vermiş hadisədə iştirak etmiş şəxsin nəqliyyat vasitəsini əldə etməsindən məlumatlı olması və buna razılıq verib-verməməsini aydınlaşdırılmalıdır.

43. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi cavabdehin sürücüsü tərəfindən onun mülkiyyətində olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan şəxsə verilməsindən cavabdehin məlumatlı olmaması, bu faktın təsdiq olunmadığını müəyyən etmişdir. Məhkəmə işdəki sübutları qiymətləndirmiş və yuxarıda göstərilən qənaətə gəlmişdir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Kassasiya şikayətinin bəzi dəlilləri isə işin faktiki hallarının araşdırılmaması və sübut olunmaması, habelə məhkəmə qətnaməsindəki nəticənin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır ki, həmin məsələlər kassasiya instansiyası məhkəməsinin səlahiyyət və araşdırma predmetinə daxil deyil.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6694/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar